Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir


Mövzu 3. Fənnin predmeti barədə anlayış



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə8/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   80

17 
 
 
Mövzu 3. Fənnin predmeti barədə anlayış 
 
Gömrük işi yüzilliklərdir ki, fəaliyyət göstərir və dünyanın istənilən dövlətində  əsas struktur 
elementlərindən biri sayılır. Gömrük fəaliyyəti bilavasitə ticarətin inkişafı ilə bağlıdır. Gömrük işi barədə ilk 
məlumatlar bizim eradan əvvəl III yüzilliyə  təsadüf edən Hindistanın qədim sənədlərindən sayılan 
“Artaşahastra”ya gedib çıxır. Bu sənəddə çar xəzinəsinin ən mühüm mənbələri, o cümlədən gömrük rüsumları 
barədə ətraflı məlumatlar öz əksini tapmışdır. Hətta çarın siyasi maraqlarına uyğun olaraq, xaricdən mal gətirən 
tacirlərin iqtisadi maraqlarını təmin etmək üçün rüsumlardan azad etmək güzəşti də nəzərdə tutulmuşdur.  
Qədim hind “Manu qanunları”nda (bizim eranın  əvvəllərinə  təsadüf edir) ilk dəfə olaraq alış  və satış 
qiymətlərini, yola və yeməyə  çəkilən xərcləri nəzərə almaqla gömrük rüsumlarının hesablanması qaydaları 
verilmişdir.  
Sankt-Peterburqdakı Dövlət Ermitajında qorunan Palmir gömrük tarifi bizim eranın 137-ci ilində 
Suriyada hazırlanmışdır. Qiymətli tarixi abidə sayılan bu sənəd gömrük işinin nə qədər vacib və diqqət yetirilən 
bir sahə olmasına rəsmi dəlildir. Palmir gömrük tarifinin ağırlığı 15 tondur. İlk dəfə olaraq bu sənəddə dövlət 
iqtisadiyyatını qorumaq üçün proteksionist (himayədar) tədbirlər öz əksini tapmışdır. 
Orta  əsrlərdə xarici ticarətin coğrafiyasının genişlənməsi yeni növ vergi və rüsumların tətbiqini 
reallaşdırdı. Belə ki, yeni nəqliyyat növləri (araba, qoşqu, çay və dəniz qayıqları və s.) ilə yükdaşıma təşəkkül 
tapdıqca rüsumların sayı da artmağa başladı. Tacirlərdən fərdi yığımlar təcrübəsindən də istifadə edildi. Buna 
isə əsas səbəb tacirin gətirdiyi malları  kimə və hansı qiymətə satacağını əvvəlcədən bilməməsi idi.  
Kapitalist münasibətlərinin inkişafı ilə  əlaqədar, xarici ticarətin həyata keçirilməsinin aşağıdakı iki 
konsepsiyası formalaşmağa başladı:  
1) Himayədarlıq  (proteksionizm);  
2) Sərbəst ticarət (friztredizm).  
Proteksionizmin təşəkkül tapmasının əsas səbəbi manifakturaların inkişafı ilə bağlı idi. Milli istehsalın 
hesabına dövlət xəzinəsinə daxilolmalar artdığına görə, dövlət onun inkişaf etməsində maraqlı olmağa və milli 
istehsalı xarici rəqabətdən qorumağa başladı. Beləliklə, proteksionizm dövlət siyasətinə çevrildi.  
Sərbəst ticarət isə ölkələr arasında olan maneələrin aradan qaldırılması deməkdir. Bu halda hər hansı bir 
dövlət başqa dövlətin daxili bazarını zəbt etməyə çalışmır.  
Bütün yuxarıda söylədiklərimiz gömrük işinin təşkilinə və formalaşmasına səbəb oldu.  
Ayrı-ayrı dövlətlər öz maraqlarına uyğun gömrük siyasəti formalaşdırmağa başladı. Çünki hər bir dövlət 
öz təbii sərvətlərinə uyğun istehsal sahələrini inkişaf etdirməyə çalışdıqlarına görə, daxili bazarını  və iqtisadi 
təhlükəsizliyini təmin etməli idi. Bu isə gömrük işinin təşkilini nəinki vacib etdi, hətta onu dövlətin mühüm 
atributuna çevirdi.  
Gömrük fəaliyyətinin nəticələrinə müxtəlif aspektlərdən yanaşmaq olar. Bunlardan ən mühümü ölkənin 
iqtisadi təhlükəsizliyinin təmin edilməsidir. Bu təhlükəsizlik özünü milli iqtisadiyyatın müxtəlif sahələrinin 
inkişaf etdirilməsi üçün şəraitin yaradılmasında, onun strukturunun təzələnməsində, yerli mal istehsalçılarının 
haqsız xarici rəqabətdən qorunmasında və s. məsələlərdə özünü göstərir.  
Gömrük işi ilə bağlı başqa bir məsələ gömrük orqanları tarifindən ölkəyə qaçaq yolla gətirilən narkotik 
vasitələrin müsadirə edilməsidir.  İlk baxışdan iqtisadi səmərə verməyən bir hal kimi gözə  dəyən bu məsələ, 
əslində mühüm strateji əhəmiyyətə malikdir. Belə ki, narkoticarətin qarşısını alan gömrük orqanları, ölkəni 
narkotika bazarına çevrilməsinə imkan verməməklə çoxlu dövlət vəsaitlərinə qənaət etmiş olurlar. Çünki dövlət 
təkcə narkotika alverinə qarşı mübarizəyə deyil, eyni zamanda narkomanların müalicəsinə  də heç bir vəsait 
xərcləmir və həm də ölkənin inkişafında mühüm potensial sayılan intellektual bazanı da qorumuş olur. Başqa bir 
misal: gömrük orqanları ölkənin gömrük ərazisinə keyfiyyətsiz məhsulları (ərzaq malları, dərman preparatları, 
uşaq yeməkləri və s.) buraxmamaqla əhalinin sağlamlığını qorumaqla bərabər dövlət vəsaitlərinin digər sosial 
qayğılara yönəldilməsinə şərait yaratmış olurlar.  
Eyni zamanda gömrük orqanları  təhlükəli tullantıların ölkə  ərazisinə  gətirilməsinin qarşısını almaqla, 
ölkənin ekoloji zibilxanaya çevrilməsinə  şərait yaratmırlar ki, bu da ölkə  əhalisinin həyatının təhlükə altında 
qalmasına imkan vermir. Beləliklə, gömrük işinin bu nəticələri dövlətin təhlükəsizliyinin təminatı baxımından 
mühüm əhəmiyyət kəsb etdiyi bir daha özünü biruzə vermiş olur.  
Dövlət gəlirlərinin formalaşmasında gömrük işinin təşkili mühüm rol oynayır. Müxtəlif ölkələrdə bu 
gəlirlərin payı müxtəlif olsa da, gömrük işi hər yerdə mühüm əhəmiyyət kəsb edir. Beləliklə, gömrük işi 
işlənilən dövlətin iqtisadiyyatında xüsusi əhəmiyyətə malikdir.  
Azərbaycan Respublikası ikinci dəfə öz müstəqilliyini bərpa etdikdən sonra özünün sərbəst gömrük 
siyasətini yürütməyə başladı. Lakin bir sıra çətinliklər mövcud idi.  
Birincisi, Azərbaycan Respublikasında ölkənin bütün sərhədlərini əhatə edə bilən gömrük şəbəkəsi yox 
idi.  İkincisi, keçmiş SSRİ-nin tərkibində olduğu üçün vahid gömrük siyasəti yürüdüldüyündən milli gömrük 


18 
 
siyasəti yaranmamışdı. Üçüncüsü, milli gömrük kadrları azlıq təşkil edirdi və  qısa bir zamanda bu kadrların 
hazırlanması üçün qanunvericilik bazası yox idi. Dördüncüsü, Azərbaycanın dövlət sərhədləri Ermənistan 
tərəfindən işğal altında saxlanılır. Beşincisi isə, tədris bazasının təşkili üçün dərsliklər və  dərs vəsaitləri yox 
səviyyəsində idi.  
Yuxarıda söylədiyiniz mülahizələri  əsaslandırmağa çalışaq. Azərbaycan Respublikasının Rusiya 
Federasiyası  və Gürcüstan Respublikası ilə olan dövlət sərhədləri  şəffaf olduğu üçün indi də müəyyən 
problemlər yaradır. Ermənistan ölkəmizin nəinki 20 %-ə yaxın ərazisini, eyni zamanda İran İslam Respublikası 
ilə olan dövlət sərhəddinin 100 km-dən çox hissəsini də  işğal altında saxlayır. Bu isə gömrük orqanlarına, 
ölkənin bütün gömrük ərazisinə nəzarət imkanlarına kifayət qədər əngəllər yaratmış olur. 
Keçmiş SSRİ untitar federasiya olduğuna görə respublikaların heç birində sərbəst gömrük siyasəti yox 
idi. Milli gömrük siyasətinin formalaşması üçün isə vaxt lazım idi.  
Milli gömrük siyasəti olmadığı üçün milli kadrlar da yetişdirilmirdi. Çünki bütün gömrük 
sənədləşdirilməsi rus dilində aparılırdı. Bu isə  nəinki milli dildə  tədrisi, o cümlədən gömrük ili ilə bağlı 
ədəbiyyatın buraxılmasını da istisna edirdi. Mövcud qanunvericilik isə  mərkəzçilik siyasətinə xidmət edirdi. 
Yerli hakimiyyət orqanları isə ancaq qərar və tapşırıqların icrası ilə məşğul idi. Bu isə yerli gömrük orqanlarının 
səlahiyyətsiz olmasına dəlalət edirdi.  
Müstəqillik  əldə edən ölkəmiz bütün sadalanan çətinliklərə baxmayaraq milli iqtisadiyyatın inkişaf 
etdirilməsi ilə yanaşı gömrük orqanlarının sərbəst strukturlarının yaradılmasına və təşəkkül tapmasına da  şərait 
yaratdı. Azərbaycan Respublikasında DGK 1992-ci ildə yaradılsa da, ölkəmizdə müasir tələblərə cavab verən 
gömrük siyasəti ancaq 1995-ci ildən ümummilli lider H.Ə.Əliyevin rəhbərliyi altında formalaşmağa başladı. 
Gömrük işinin təşkili üçün lazım olan bütün siyasi addımlar atıldı. Belə ki, kadr dərsliyi aparmaqla yanaşı 
“Gömrük tarifi haqqında” Qanun, “Gömrük Məcəlləsi” və lazım olan digər qanunvericilik aktları qəbul olundu. 
Bu barədə sonrakı mövzularda daha ətraflı məlumat verəcəyik.  
İndi isə gömrük işinin təşkilinin ölkəmiz üçün əhəmiyyəti və onun öyrənilməsinin vacibliyini şərh 
etməyə çalışaq. 
Müstəqil Azərbaycanın iqtisadi həyatında xarici ticarət  əlaqələrinin mühüm rolu vardır. Bilirsiniz ki, 
ölkənin milli iqtisadiyyatı onun quracağı xarici iqtisadi əlaqələr sistemindən çox asılıdır. Nəzərə alsaq ki, 
Azərbaycan inkişaf etməkdə olan digər ölkələr kimi iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsi və dünya 
təsərrüfat əlaqələri sisteminə inteqrasiya məsələsini paralel şəkildə həll etmək məcburiyyətindədir. Xatırlatmaq 
yerinə düşər ki, müasir dünya ticarəti sistemi bütün ölkələrə qarşı xarici siyasətin sərt tələblərini və 
məhdudlaşdırıcı  təkliflərini irəli sürür. Bu səbəbdən də milli iqtisadiyyatın struktur cəhətdən tənzimlənməsi 
təmin olunmalıdır.  
Milli istehsalı qorumaq üçün iqtisadiyyatın strukturunun yaxşılaşmasına, inkişafın strateji 
istiqamətlərində ehtiyatların mərkəzləşdirilməsinə, bəzi istehlak mallarının ucuzlaşdırılmasına, Azərbaycan 
mallarına xarici bazarların açılmasına və s. nail olmaq lazımdır.  İstehsalın və istehlakın milli struktur 
xüsusiyyətləri, iqtisadi inkişaf səviyyəsi və digər amillər xarici ticarətin tənzimlənməsi sisteminə kompleks 
yanaşma tələb edir. Xarici ticarətin tənzimlənməsi isə idxal-ixrac əməliyyatlarına xüsusi dövlət nəzarəti tələb 
edir  ki, bu da bilavasitə gömrük işinin  təşkili ilə bağlıdır. 
Xarici iqtisadi fəaliyyətin tənzimləmə sisteminin əsas xüsusiyyətlərinə, idxal-ixrac əməliyyatları 
iştirakçılarına təsir prosesində iqtisadi siyasətin bir-birinə qarşılıqlı nüfuz edən və bir-birini tamamlayan 
kompleks vasitələrdən istifadə  zərurətini misal göstərmək olar. Xarici ticarət fəaliyyəti təcrübəsində bu cür 
vasitələrin beş qurupundan istifadə olunur: 
1) İqtisadi tənzimləmə vasitələri – gömrük rüsumları, gömrük yığımları, tarazlaşdırıcı sərhəd vergiləri, 
yerli mal istehsalçılarına maliyyə yardımları; 
2)  İnzibati tənzimləmə vasitələri – idxal və ixraca qoyulan qadağa və  məhdudiyyətlər, idxalın 
lisenziyalaşdırılması (xüsusi razılıq) və kvotalaşdırılması (məhdud sayın və ya miqdarın müəyyən edilməsi) və 
s.; 
3) Texniki tənzimləmə vasitələri – standartlar və normalar, standartlara uyğunluğun təyinetmə 
metodları, təhlükəsizlik normaları  və qaydaları,  əmtəələrin sertifikatlaşdırma  (“sertifikat” fransızca 
“certificat”, latınca  “sertifico” sözündən olub, mənası,  “təsdiq edirəm” deməkdir) sistemləri, sanitariya-
baytarlıq və ekoloji tədbirlər, səhiyyə normaları;  
4) Yerli istehsalçılara mal ixracı üçün edilən müxtəlif yardım tədbirləri;  
5) Valyuta-maliyyə tədbirləri.  
Adətən xarici iqtisadi əlaqələrin dövlət tərəfindən inzibati tənzimlənməsi bazar iqtisadiyyatı şəraitində 
kifayət qədər səmərəli sayılmır. Normal iqtisadi inkişaf dövründə xarici ticarətin dövlət tənzimlənməsinin 
inzibati və iqtisadi vasitələri arasındakı nisbət iqtisadi tənzimlənmənin xeyrinə dəyişir.  
Respublikamızın iqtisadi inkişaf strategiyasının xüsusiyyətləri nəzərə alınaraq, Azərbaycan 
Respublikası Prezidenti, Azərbaycan Respublikasının Ümummilli lideri, Heydər  Əlirza oğlu  Əliyevin 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə