Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə4/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   80


 
13. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qazaxıstan Respublikanın Dövlət 
Gəlirləri Nazirliyi arasında qarşılıqlı yardım göstərilməsi haqqında Memorandumun imzalanması səlahiyyətinin 
verilməsi barədə (No 390 / 07.04.2000) 
14. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Özbəkistan Dövlət Gömrük Komitəsi 
arasında xarici ticarətin gömrük statistikası sahəsində metodologiya və informasiya üzrə qarşılıqlı  fəaliyyət 
haqqında Protokol"u imzalamaq səlahiyyətinin verilməsi barədə (No 548 / 21.10.2000) 
15. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Özbəkistan Dövlət Gömrük Komitəsi 
arasında qaçaqmalçılığa və gömrük qaydalarının pozulmasına qarşı mübarizə sahəsində  əməkdaşlıq haqqında 
Saziş"i imzalamaq səlahiyyətinin verilməsi barədə (No 549 / 21.10.2000) 
16. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Özbəkistan Dövlət Gömrük Komitəsi 
arasında gömrük sənədlərinin və gömrük təminatlarının qarşılıqlı tanınması haqqında Saziş"i imzalamaq 
səlahiyyətinin verilməsi barədə (No 550 / 21.10.2000) 
17. Azərbaycan Respublikası Hökuməti və Niderland Krallığı Hökuməti arasında gömrük 
qanunvericiliyinin düzgün tətbiq edilməsi və gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiq edilməsi və 
onlara qarşı mübarizə aparılması üçün qarşılıqlı inzibati yardım haqqında Sazişi imzalamaq səlahiyyətinin 
verilməsi haqqında (No 884 / 29.01.2002) 
18. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Ümumdünya Gömrük Təşkilatı arasında 
Azərbaycan Respublikasının Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatı Regional Tədris Mərkəzinin təsis 
edilməsi haqqında Anlaşma Memorandumunu imzalamaq səlahiyyətinin verilməsi haqqında (No 885 / 
29.01.2002) 
19. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Rusiya Federasiyasının Gömrük Komitəsi 
arasında xarici ticarətin gömrük statistikası sahəsində metodoloji və informasiya üzrə qarşılıqlı  fəaliyyət 
haqqında və  mədəni sərfətlərin qeyri-qanuni aparılması  və  gətirilməsi ilə mübarizə sahəsində  əməkdaşlıq 
protokollarını imzalamaq səlahiyyətinin verilməsi barədə (No 897 / 10.04.2002) 
20. Azərbaycan Respublikası Hökuməti ilə  İran  İslam Respublikası Hökuməti arasında gömrük 
məsələlərində  əməkdaşlıq və qarşılıqlı yardım haqqında Sazişi imzalamaq səlahiyyətinin verilməsi haqqında 
(No 925 / 17.05.2002) 
21. Azərbaycan Respublikası Hökuməti və Avstriya Respublikası Hökuməti arasında gömrük məsələləri 
üzrə qarşılıqlı yardım və əməkdaşlış haqqında Sazişi imzalamaq səlahiyyətinin verilməsi haqqında (No 1092 / 
15.11.2002) 
22. 1998-ci il mayın 21-də Moskva şəhərində imzalanmış "Moldova Respublikası, Ukrayna, Belarus 
Respublikası  və Rusiya Federasiyasının gömrük xidmətləri arasında meyvə-tərəvəz məhsullarının gömrük 
rəsmiləşdirilməsi zamanı güzəştlərin təqdim edilməsi haqqında Saziş"in, 1999-cu il mayın 14-də Kiyev 
şəhərində imzalanmış  həmin Sazişin 3-cü maddəsinin icrası haqqında protokolun və 2001-ci il iyunun 7-də 
Moskva  şəhərində imzalanmış  həmin sazişin fəaliyyət müddətinin uzadılması haqqında protokolun təsdiq 
edilməsi barədə (No 1210 / 29.04.2003) 
23. Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında qaçaqmalçılıq, 
gömrük qaydalarının pozulması  və beynəlxalq terrorizmlə mübarizə sahəsində  əməkdaşlıq haqqında Sazişi 
imzalamaq səlahiyyətinin verilməsi barədə (No 1295 / 04.07.2003) 
Ölkə prezidenti olarkən, bütün türk dünyasının lideri səviyyəsinədək yüksəlmiş,  İslam aləminin 
liderlərindən biri olan H. Əliyevin təklifi və təşəbbüsü ilə həyata keçirilmiş, Azərbaycan Respublikasının 
iqtisadi və siyasi həyatında mühüm əhəmiyyət kəsb edən aşağıdakı xidmətləri qeyd etmək lazımdır: 
1.  İndi H.Əliyevin adını daşıyan Binə hava limanının tikilməsi. Burada gömrük işi dünya standartları 
səviyyəsində qurulmuşdur; 
2. Naxçıvanda beynəlxalq standartlara cavab verən hava limanının tikilməsi və orada müasir tələblərə 
cavab verən gömrük işinin təşkili; 
3. Bakı, Naxçıvan, Biləsuvar, Astara, Xaçmaz, Tovuz, Lənkəran, Qusar, Qazax və Balakəndə müasir 
standartlara cavab verən gömrük orqanlarının binalarının və keçidlərinin tikilməsi və ya rekonstruksiyası; 
4.  İran  İslam Respublikası  və Türkiyə Cümhuriyyəti ilə  sərhədyanı vizasız gediş-gəliş üçün sazişin 
imzalanması; 
5. Qəzet kağızlarının əlavə dəyər vergisi və gömrük rüsumlarından azad edilməsi; 
6. Ölkəyə gətirilən qəzet və jurnalların əlavə dəyər vergisindən azad olunması; 
7.  İran  İslam Respublikası ilə Azərbaycan Respublikası arasında Astara-Astara dəmir yolunun 
çəkilməsinə razılığın alınması; 
8. Gömrük sisteminin təmərküzləşməsi, vahid uniforma və digər atributların hazırlanıb, qəbul edilməsi; 
9. Dövlət Gömrük Komitəsinin dünya arenasında özünəməxsus yer tutması  və Ümumdünya Gömrük 
Təşkilatında aparıcı gömrük orqanlarından birinə çevrilməsi


10 
 
10. Azərbaycan sərhədlərinin möhkəmləndirilməsi ilə bağlı gördüyü tədbirlərin nəticəsində 
qaçaqmalçılığın və narkotik vasitələrin ölkə ərazisindən keçirilməsinin tamamilə qarşısının alınması; 
11. Gömrük terminallarının yaradılması; 
12. Mütərəqqi gömrük siyasətinin formalaşdırılması; 
13. MDB məkanında ən yaxşı, müasir texniki təchizatı olan gömrük sisteminin yaradılması; 
14. Dövlətin mühüm atributlarından biri olan gömrük sisteminə  sərbəst fəaliyyətin qazandırılması  və 
onun mühüm ideologiyaya çevrilməsi; 
15. Azərbaycan Respublikasının müstəqilliyinin və suverenliyinin qorunması sahəsində Dövlət Gömrük 
Komitəsinin mühüm nailiyyətlər qazanması. 
Azərbaycan Respublikasının ümummilli lideri, Azərbaycanda dövlətçiliyin və müstəqilliyin siyasi 
memarı Heydər Əliyevin gömrük işinin təşkil edilməsi sahəsindəki xidmətləri böyükdür. Belə ki, məhz bu dahi 
şəxsin rəhbərliyi altında ölkəmizin milli gömrük siyasəti formalaşmış, onun qanunvericilik bazası yaradılmış, 
müasir avadanlıqlar və texniki vasitələrlə  təchiz olunmuş, dünya stardartlarına cavab verən gömrük sistemi 
yaradılmışdır. Məhz bu səbəbləri  əsas götürən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sabiq 
sədri (hal-hazırda Fövqəladə Hallar naziridir-red.), gömrük xidməti general-polkovniki Kəmaləddin Heydərov
Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevi “Azərbaycan Respublikasında gömrük siyasətinin banisi” 
adlandırmışdır. Biz də bu fikrə qoşuluruq və onu dəstəkləyirik.  
 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə