38
2) birtərəfli gömrük nəzarəti (ölkələrdən birinin gömrük orqanı gömrük nəzarəti (müayinəsi)
həyata keçirir);
3) birgə gömrük nəzarəti (hər iki dövlətin gömrük orqanlarının birgə gömrük nəzarəti
(müayinəsi) həyata keçirilir).
Gömrük nəzarəti birdəfəlik və təkrar ola bilər.
Birdəfəlik gömrük nəzarəti o vaxt nəzərdə tutulur ki, gömrük sərhəddi ancaq bir istiqamətdə keçilir və
gömrük nəzarəti (müayinəsi) bir dəfə keçirilir. Əgər mal və nəqliyyat vasitələri nisbətən qısa müddət ərzində
gömrük sərhəddini iki dəfə keçirsə, onlar təkrar gömrük nəzarəti altına düşür. Təkrar gömrük nəzarətinin həyata
keçirilməsi üçün gömrük sərhəddinin bir neçə dəfə keçilməsi həmişə tələb olunmur. Belə ki, xaricə üzən dəniz
gəmisi təyinat limanına gələndə gömrük məntəqəsini keçərkən gömrük müayinəsinə cəlb edilmişsə, bir qayda
olaraq təkrar gömrük nəzarəti həyata keçirilmir. Lakin qaçaqmalçılıq barədə məlumat olduqda gömrük
orqanlarının gəmini liman suları hüdudunda və limanda dayanarkən təkrar gömrük
müayinəsini təşkil etmək
hüququ vardır. Analoji qaydalar digər nəqliyyat vasitələrinə də şamil edilir.
Gömrük nəzarətinin həyata keçirilmə formalarına görə aşağıdakı növləri var:
1) mal və nəqliyyat vasitələrinin sənədlərinin yoxlanılması;
2) mal və nəqliyyat vasitələrinə gömrük baxışı;
3) mal və nəqliyyat vasitələrinin gömrük müayinəsi.
Gömrük nəzarətinin birinci forması sənədli, ikinci və üçüncü formaları faktiki nəzarət kimi xarakterizə
edilir.
Gömrük nəzarəti, onun həyata keçirilməsinin qayda və metodlarının məcmusudur. Bu metodlardan
aşağıdakıları göstərmək olar:
- mal və nəqliyyat vasitələri gömrük məntəqəsinə gətirilərkən həyata keçirilən adi gömrük nəzarəti;
- nəqliyyat vasitəsinin hərəkəti zamanı həyata keçirilən gömrük nəzarəti;
- gömrük nəzarətinin müəyyən formalarından azad etmə halları istisna olmaqla, nəzarətin bütün
formalarının istifadə olunduğu tam nəzarət;
- seçmə gömrük nəzarəti .
Gömrük nəzarətinin növ, forma və metodları onların praktiki tətbiqində bir-biri ilə sıxı bağlıdır.
Gömrük nəzarətini gömrük orqanlarının vəzifəli şəxsləri həyata keçirir. Gömrük Məcəlləsinə görə
gömrük nəzarətinin formaları aşağıdakılardır:
a) gömrük məqsədləri üçün lazım olan sənəd və məlumatların yoxlanılması;
b) gömrük müayinəsi (yoxlanması) (mal və nəqliyyat vasitələrinin müayinəsi, şəxsi müayinə -
gömrük nəzarətinin xüsusi forması);
c) mal və nəqliyyat vasitələrinin uçotu;
ç) fiziki və vəzifəli şəxslərin şifahi sorğusu;
d) uçot və hesabat sisteminin yoxlanılması; e) müvəqqəti saxlanc anbarlarına, gömrük
anbarlarına, sərbəst anbarlara, sərbəst gömrük zonalarına, rüsumsuz ticarət mağazalarına, mal və
nəqliyyat vasitələri yerləşən digər ərazilərə, tikililərə gömrük baxışı.
Gömrük nəzarətinin həyata keçirilməsinin əsası yük gömrük bəyannaməsidir
(YGB). Gömrük
nəzarətinin həyata keçirilmə prosedurası bütövlükdə şərti olaraq beş mərhələyə bölünür.
Birinci mərhələdə YGB-də göstərilən məlumatlara formal-məntiqi nəzarət həyata keçirilir. Bunun üçün
yük şöbəsi tərəfindən bəyannamənin bütün qrafalarının doldurulmasının düzgünlüyü yoxlanılır, bəyan edilmiş
gömrük rejimi və malların adına müvafiq olaraq gömrük nəzarəti üçün tələb
olunan sənədlərin mövcudluğu
müəyyən edilir. YGB yoxlanıldıqdan sonra ona nömrə verilir və aşkar edilmiş səhvlərin düzəldilməsi üçün
deklaranta qaytarılır.
İkinci mərhələdə YGB-də göstərilən xarici valyutada ödənc-hesablaşma əməliyyatları nəzarət predmeti
olur. Eyni zamanda xarici-iqtisadi fəaliyyət iştirakçısı tərəfindən valyuta nəzarəti qanunvericiliyinə riayət
olunması yoxlanılır.
Üçüncü mərhələdə gömrük ödənclərinin hesablanma dəqiqliyi, gömrük güzəştləri verilməsinin
qanunamüvafiqliyi yoxlanılır, ödənclərin gömrük orqanlarının hesabına daxil olmasına nəzarət edilir.
Dördüncü mərhələdə statistika şöbəsi gömrük statistikası üçün mühüm olan qrafaların doldurulmasını
yoxlayır.
Nəhayət,
beşinci mərhələdə yük şöbəsinin səlahiyyətli vəzifəli şəxsi malın gömrük müayinəsi
(yoxlaması) barədə qərar qəbul edir.
Gömrük nəzarətinin bütün mərhələləri bitdikdən sonra yük sənədinə
“Buraxılışa icazə verilir” ştampı
vurulur. Bu ştamp və YGB-nin nömrəsi (yük sənədinin yuxarı sağ küncündə) şəxsi nömrəli möhürlə təsdiqlənir.
Gömrük nəzarəti gedişində insan əzalarının istifadəsinə əsaslanan (görmə, eşitmə, qoxulama, lamisə)
orqanoleptik metoddan istifadə oluna bilər. Müxtəlif ölçü cihazları və digər vasitələr də tətbiq edilə bilər.
39
Lazım gəldikdə müxtəlif kimyəvi cihazlar və reaktivlər vasitəsi ilə götürülmüş prob və nümunələrin
xassə və xarakteristikaları təsdiq oluna bilər.
Gömrük Məcəlləsi gömrük nəzarəti zamanı xüsusi texniki vasitələrdən istifadə olunmasını da nəzərdə
tutur. Texniki vasitələrdən istifadə əmək sərfinin azaldılmasına, sərnişin və yük axınına gömrük nəzarəti
müddətinin qısaldılmasına, mal və nəqliyyat vasitələrinin əlçatmaz yerlərinin müayinəsinə, gömrük
rəsmiləşdirilməsi əməliyyatlarının və gömrük nəzarətinin sadələşdirilməsinə xidmət edir. Bu texniki vasitələr
qaçaqmalçılıqla mübarizədə xüsusilə mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikası gömrük orqanları gömrük
nəzarətini həyata keçirərkən, bir qayda olaraq,
icrasına nəzarət Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə edilmiş Azərbaycan Respublikasının
gömrük işi haqqında qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunvericiliyinə beynəlxalq
müqavilələrinə riayət edilməsini təmin etmək üçün kifayət edən gömrük nəzarəti formalarından istifadə edə
bilər.
Hər bir operativ məsələnin həlli gömrük nəzarəti zamanı aşağıdakı xüsusi texniki vasitələrindən istifadə
olunmasını tələb edir:
a) gömrük sənədlərinin və gömrük təminatlarının yoxlanması üçün optik böyüdücü cihazlar
(işıqlandırılan lupa, mikroskop) ultrabənovşəyi və infraqırmızı dalğalı cihazlar;
b) gömrük nəzarəti obyektinin daxilindəkilər barədə uzaq məsafədən məlumat alınması, qaçaqmaqçılıq
obyektlərinin axtarışı və aşkar edilməsi üçün – rentgenetelevizor konveyer müayinə aparatları, birbaşa müşahidə
flüoroskopları, müayinə endoskopları dəsti, müayinə milləri dəsti, metalaxtaran və metallodetektorlar (silah,
döyüş sursatı, qiymətli metallar və s. aşkar edilməsi üçün) və i.a.;
c) gömrük nəzarəti obyektinin tərkibinin identifikasiya (eyniləşdirmə) ekspres-analizi üçün - müxtəlif
analizatorlar, ekspers-identifikatorlar və s.;
ç) gömrük zonalarında operativ şəraitin vizual müşahidəsi üçün - optik
və optik-televizion müşahidə-
texniki vasitələrlə uyğunlaşdırılmış radiolokasiya tipli avadanlıq, optik uzaqdanölçmə aparatları (mono -, və
stereo-borular, dəniz binoklları, infraqırmızı müşahidə cihazları, telekameralar və s.);
d) audio-video məlumat daşıyıcılarına nəzarət üçün - müxtəlif növlü diktafon, audiopleer, maqnitofon,
fotokinoplyonkaların aşkarlanması üçün qurğular, slayd və mikrofilmlər, videopleer və vidiomaqnitofonlar və
s.;
e) gömrük müayinəsi zamanı texnoloji əməliyyatların yerinə yetirilməsi üçün - əl yükünün, baqajın,
poçt göndərişlərinin, həmçinin irihəcmli yüklərin tarasının açılması zamanı fərdi və qrup üçün xüsusi alətlər
dəsti;
ə) gömrük təminatları qoymaq
üçün - plombiratorlar, marka işarəli yapışdırıcı lent rulonları, müxtəlif
işarəqoyucular və s. Bunlardan başqa gömrük nəzarəti gedişində müxtəlif köməkçi texniki vasitələrdən
(qidalanma mənbələri, gərginlik doldurucu qurğular, çəki cihazları, ölçü cihazları, dozimetrik nəzarət cihazları
və s.) istifadə olunur.
Azərbaycan Respublikasının gömrük orqanları lazım olduqda bu Məcəllədə nəzərdə tutulan gömrük
nəzarətinin bütün formalarından istifadə edə bilərlər.
Bu Məcəllə gömrük orqanlarının gömrük nəzarəti formalarının verilmiş hal üçün daha məqsədəuyğun
olanını seçmək və istifadə etmək hüququnu müəyyən edir.
Gömrük nəzarəti formasının seçilməsi, gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələrinə
gömrük nəzarətinin müvəffəqiyyətlə həyata keçirilməsinin yetərliliyi (kifayət etməsi) prinsipi ilə aparılır.
Ayrı-ayrı formaların kifayət edib-etməməsi qanunvericiliklə və ya Azərbaycan Respublikasının
beynəlxalq müqavilələri ilə nəzərdə tutula bilər.
Konkret hal üçün kifayət etmə prinsipi normativ aktlarda öz əksini tapmırsa,
yetərli gömrük nəzarəti
forması gömrük orqanının vəzifəli şəxsləri tərəfindən seçilir. Gömrük orqanları əməkdaşlarına belə
səlahiyyətlərin verilməsi Dövlət Gömrük Komitəsinin normativ aktları ilə reallaşdırılır. Gömrük nəzarəti
formalarının seçilməsinə dövlət təhlükəsizliyinə və ictimaiyyətin maraqlarına zərər vurmadan yol verilə bilər.
Bununla əlaqədar, gömrük orqanlarının səlahiyyətli şəxsləri gömrük sərhədindən silah, narkotik maddə, əntiq
əşyalar və s-nin qanunsuz keçirilməsi cəhdlərinin qarşısının alınması üçün tədbirlər görülməsinə xüsusi diqqət
yetirməlidirlər.
Digər tərəfdən gömrük nəzarətinin kifayət etmə prinsipi insan hüquq və azadlığı normalarını
pozmamalıdır. Elə buna görə də şəxsi müayinə qanunvericilikdə
“Gömrük nəzarətinin müstəsna forması”
kimi nəzərdə tutulur.
Amma bununla belə, gömrük nəzarətinin digər formalarının tətbiq edilməməsi və ya onlardan azad etmə
heç də şəxsləri bu Məcəllənin müddəalarına, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və
beynəlxalq müqavilələrinə riayət etmək vəzifəsindən azad etmir. Gömrük Məcəlləsinin bu müddəası vəzifəli
şəxsin gömrük nəzarətinin bu və ya digər formasının tətbiqinin yetərli olub-olmayacağı məsələsini həll etdiyi
zaman gömrük sahəsində qanunilik prinsipinin reallaşdırılmasının hüquqi təminatıdır.