44
ç) Beynəlxalq təşkilatların Azərbaycan Respublikasının beynəlxalq öhdəlikləri
ilə müəyyən edilmiş
qaydada ölkədə yerləşən təmsilçilikləri.
Azərbaycan Respublikasının diplomatik və konsul münasibətləri yaratmadığı dövlətlərin diplomatik
poçtu ölkə ərazisindən tranzit qaydada maneəsiz keçmək hüququna malikdir.
Konsul valizi məfhumunun açıqlaması Konsul münasibətləri barədə 1963-cü il Vyana Konvensiyasının
35-ci maddəsində verilmişdir:
“Konsul təşkilatları yerləşdikləri yerdən asılı olmayaraq təmsilçisi olduğu
ölkənin hökuməti, diplomatik və digər konsul təmsilçilikləri ilə mümkün olan bütün vasitələrdən, konsul
valizi də daxil olmaqla, istifadə edə bilərlər”. 1963-cü il Vyana Konvensiyasının 35-ci maddəsinin 2-ci
hissəsi müəyyən edir ki, konsul təşkilatının rəsmi yazışması toxunulmazdır.
Diplomatik poçtun ünvanına çatdırılması tapşırılan şəxslərə diplomatik kuryer deyilir. Diplomatik
kuryer vəzifəsi 1961-ci il Vyana Konvensiyası, konsul kuryeri vəzifəsi isə 1963-cü il Vyana Konvensiyası ilə
təsbit edilmişdir.
Diplomatik (konsul) kuryerləri daimi və müvəqqəti (
ad hoc), yalnız
verilmiş diplomatik poçtun
daşınması üçün təyin edilmiş ola bilərlər. Axırıncılara güzəştlər yalnız xidməti vəzifələrini yerinə yetirdikləri
müddətdə şamil edilir.
Diplomatik poçt bilavasitə mülki təyyarənin ekipajının komandirinə həvalə edilə bilər. Bu halda
diplomatik (konsul) təmsilçilik öz nümayəndəsini diplomatik (konsul) poçtun bilavasitə və maneəsiz olaraq
təyyarə komandirindən alınması üçün göndərə bilər. Nəzərə almaq lazımdır ki, belə hallarda təyyarə komandiri
diplomatik kuryer sayılmır. Diplomatik kuryerin müvafiq statusa malik olduğunu təsdiq edən əsas sənəd kimi
ona verilən kuryer vərəqi götürülür. Kuryer vərəqində diplomatik kuryerin statusu göstərilir və ona bu vərəqdə
göstərilən qədər diplomatik poçtun maneəsiz keçirmə hüququ bildirilir.
Kuryer vərəqinin doldurulması və təsdiq olunması qaydaları dövlətlərarası qarşılıqlı razılaşmaya əsasən
müəyyənləşdirilir və bu barədə gömrük orqanları xəbərdar edilir. Diplomatik (konsul) kuryerin şəxsi baqajı
gömrük baxışından azad edilir. Lakin baqajda kuryerin şəxsi istifadəsi üçün nəzərdə tutulmayan mallar, yaxud
gətirilməsi (aparılması) mövcud qanunvericiliklə qadağan edilən malların olması gümanına əsas varsa, o zaman
kuryerin baqajı həmin kuryerin və ya səlahiyyətli nümayəndəsinin iştirakı ilə gömrükxanada müayinə edilə
bilər.
Diplomatik agent üçüncü ölkə ərazisindən xidməti vəzifələrinin yerinə yetirilməsi ilə bağlı keçərkən bu
ölkədən bütün immunitetləri alır. Bu normanın təsiri onun ailə üzvlərinə də şamil edilir.
Maneəsiz tranzit keçidi hüququ diplomatik kuryerlərə və diplomatik poçta aid edilir.
Beynəlxalq təşkilatların əməkdaşları üstünlük və immunitetlər barədə çoxtərəfli
və ikitərəfli
müqavilələrə əsasən, xidməti vəzifələrini yerinə yetirdikləri müddətdə funksional üstünlük və immunitetlərə
malik olurlar. Bir qayda olaraq beynəlxalq təşkilatların rəhbər vəzifəli şəxsləri diplomatik şəxslərə bərabər
üstünlük və immunitetlərə malik olurlar.
İkitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrlə gömrük güzəştləri əsasən aşağıdakı təşkilatların və
onların təmsilçiliklərinin heyəti, həmçinin onların ailə üzvləri üçün nəzərdə tutulur:
- Birləşmiş Millətlər Təşkilatı
- Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm, Mədəniyyət Təşkilatı (UNESCO)
- Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Məsələləri Təşkilatı (UNIDO)
- Beynəlxalq Valyuta Fondu
- Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı
- Beynəlxalq Maliyyə Korporasiyası
- Beynəlxalq İnkişaf Assosiasiyası
- Avropa Cəmiyyətləri Komissiyası
- Avropa Yenidənqurma və İnkişaf Bankı
- Beynəlxalq Elmi-Texniki Mərkəz
- Beynəlxalq Miqrasiya Təşkilatı
- Beynəlxalq Qırmızı Xaç Komitəsi
- Elmi-Texniki İnformasiya Beynəlxalq Mərkəzi
- Beynəlxalq İnvestisiya Bankı
- Beynəlxalq İqtisadi Əməkdaşlıq Bankı
- digər beynəlxalq təşkilatlar.
Qeyd etmək lazımdır ki, gömrük güzəştləri şamil olunan digər beynəlxalq təşkilatları Azərbaycan
Respublikası Nazirlər Kabineti müəyyən edir.
6.2. Gömrük nəzarəti üçün tələb olunan sənədlər və onun həyata keçirilməsi prosesində gömrük
orqanlarının rolu
45
Mal və nəqliyyat vasitələrini gömrük sərhədindən keçirən, yaxud gömrük orqanlarının nəzarət sahəsinə
aid fəaliyyətlə məşğul olan şəxslər gömrük nəzarəti üçün tələb olunan sənəd və məlumatları təqdim etməlidirlər.
Gömrük nəzarəti üçün tələb olunan məlumatları gömrük orqanları vergi və digər nəzarət orqanlarından
da ala bilərlər. Qanunvericilik gömrük orqanlarına bank və digər kredit idarələrindən mal və nəqliyyat
vasitələrini gömrük sərhədindən keçirən şəxslərin, gömrük brokerlərinin, yaxud nəzarəti gömrük orqanlarına
həvalə edilmiş sahələrdə fəaliyyət göstərən digər şəxslərin apardığı əməliyyatlar, hesablarının vəziyyəti barədə
arayış və məlumatlar almaq hüququ verir.
Gömrük nəzarəti üçün tələb olunan sənədlər təyinatına görə aşağıdakı qruplar üzrə təsnifatlandırılır:
1. Ticarət sənədləri. Bu sənədlərə müqavilə, hesab, faktura,
spesifikasiya, invoys (qiymətlərin
siyahısı), qablaşdırılma sənədləri və s. aiddir. Gömrük nəzarətinin həyata keçirilməsi üçün müqavilələrin hər
hansı, o cümlədən faksimil surəti və həmçinin, belə müqavilələrdən çıxarışlar da qəbul edilə bilər. Lakin
müqavilələrin surətləri və onlardan çıxarışlar müqaviləni bağlayan təşkilatın rəhbərliyinin imzası və bu
təşkilatın möhürü ilə təsdiqlənməlidir. Bununla belə təqdim edilən sənədlərdə məlumatların dəqiq olmadığını
güman etməyə kifayət qədər əsas olarsa, gömrük orqanının vəzifəli şəxsləri müqavilələrin orijinal nüsxələrini
tələb edə bilərlər. Müqavilə tərəfləri barədə məlumatların təsdiqi üçün, qeydiyyat və bank rekvizitləri
göstərilmiş təşkilatın rəhbəri və baş mühasibi tərəfindən imzalanmış, möhürlə təsdiq
edilmiş məktub-ərizə qəbul
edilə bilər.
2. Nəqliyyat sənədləri. Sadalanan nəqliyyat sənədlərinə əsasən mallar gömrük sərhədindən keçirilir:
konosament (beynəlxalq gəmiçilikdə yüklərin daşınması prosesində daşıyıcı və yük sahibi arasındakı
münasibətləri müəyyən edən sənəddir), qaimə, dəmiryol nəqliyyatı üçün - yol-daşınma cədvəlləri, vaqon vərəqi,
təhvil cədvəlləri, baqaj qəbzləri.
3. Gömrük sənədləri. Belə sənədlər gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən verilir və
şəhadətləndirilir. Gömrük bəyannamələri, təyinat gömrükxanasına təqdim edilməsi
tələb olunan digər sənədlər
(çatdırılmaya nəzarət sənədləri), gömrük təminatları altında daşınmaya buraxılmış nəqliyyat vasitələrinin
şəhadətnaməsi, gömrük orqanları tərəfindən verilən müxtəlif icazələr, ixtisas attestatları və s. gömrük
sənədləridir.
4. Gömrük nəzarəti üçün tələb olunan digər sənədlər. Belə sənədlərə xarici iqtisadi fəaliyyətlə
məşğul olmaq hüququ verən təsisat sənədləri; uyğunluq və keyfiyyət sertifikatları; digər dövlət nəzarət orqanları
tərəfindən verilən karantin, icazə sənədləri; sərhəd buraxılış vərəqələri və s. aid edilə bilər.
Sadalanan sənədlər mal və nəqliyyat vasitələrinin seçilmiş rejimin tələblərinə uyğun olaraq buraxılması
və istifadə olunmasına qədər gömrük orqanının vəzifəli şəxsləri tərəfindən diqqətlə yoxlanılır.
Sənədlərin
yoxlanılmasının məqsədi, onların mövcud qanunvericilik qaydalarına uyğun olması və sənədləşməni tam əhatə
etməsinə əmin olmaqdır.
Gömrük orqanının vəzifəli şəxsinin deklarantdan gömrük məqsədləri üçün əlavə sənədlər tələb etmək
hüququ var. Belə sənədlərin siyahısı gömrük orqanları tərəfindən gömrük sərhədindən keçirilən mal və
nəqliyyat vasitələrinə gömrük nəzarətinin məqsədlərindən asılı olaraq müəyyən edilir, deklarantlar və digər
maraqlı şəxslərin nəzərinə çatdırılır.
Gəmilərdə gömrük nəzarətinin həyata keçirilməsi üçün lazım olan sənədlərə xüsusi tələblər qoyulur.
Xaricdən gələn gəminin kapitanı
“Kapitanın yazılı ifadəsi”ni təqdim edir. Bu sənəddə gəminin adı, onun
bayrağı, limanın adı, gəlmə tarixi, kapitanın soyadı, ekipaj üzvlərinin sayı, sərnişin və baqajın miqdarı, yola
düşmə limanı, valyuta, yüklərin adı və miqdarı, konosamentlər, manifestlər göstərilir.
Gəmi şəhadətnaməsi, ekipajın siyahısı, sərnişinlərin və baqajın siyahısı (sərnişininin soyadı, adı,
atasının adı, onun sənədinin adı və nömrəsi, vətəndaşlığı,
haradan gəldiyi, əl yükünün miqdarı), gəmi
təchizatının (ərzaq da daxildir) siyahısı və daşınan yükün sənədləri “Kapitanın yazılı ifadəsi”nə əlavə edilir.
Təyyarələrə gömrük nəzarəti
“Beynəlxalq Mülki aviasiya barədə” 1944-cü il Çikaqo Konvensiyası ilə
reqlamentləşdirilir. Həmin Konvensiyanın 16-cı maddəsinə görə, hər bir ölkənin səlahiyyətli orqanları əsassız
gecikməyə yol vermədən üzv ölkələrin hava gəmilərində onların enmə və qalxma vaxtını gömrük nəzarəti
həyata keçirə bilər.
İlk dəfə beynəlxalq daşımalarla məşğul olan hava gəmilərinə aid gömrük və digər proseduraların
beynəlxalq standartları və tövsiyə olunan təcrübəsi 25 mart 1949-cu ildə Mülki Aviasiya Beynəlxalq
Təşkilatının (İKAO) Şurası tərəfindən bəyənilib və
“Beynəlxalq hava daşımalarında rəsmiləşdirmənin
sadələşdirilməsi” adlı Konvensiyaya 9 saylı əlavə şəklində təsdiq edilmişdir. Bu əlavədə qeyd edilmiş
beynəlxalq
standartlara görə, tərəf-müqabil dövlətlər məlumatın digər münasib yolla alınması mümkün olan
hallarda əsas bəyannamənin təqdim edilməsini tələb etmirlər. Eyni zamanda, hava gəmisində qalan ərzaq
ehtiyatı barədə də yazılı bəyannamə tələb olunmur. Hava gəmisinə yüklənən və boşaldılan ehtiyatlara gəlincə,
yazılı bəyannamə tələb edən tərəf dövlətlər öz tələblərini lazım olan məlumatlar barədə minimuma endirir və
mümkün qədər gömrük rəsmiləşdirilməsini sadələşdirirlər. Bu halda hava gəmisi qəbul edildiyi zaman aşağıdakı
sənədlərin təqdim edilməsi tələb olunur: