33
Dövlət orqanları və vəzifəli şəxslər Azərbaycan Respublikasının gömrük orqanlarına,
onlara həvalə
edilmiş vəzifə və funksiyaların yerinə yetirilməsinə kömək etməyə borcludurlar.
Azərbaycan Respublikası Gömrük Məcəlləsinə görə gömrük orqanlarının əsas funksiyaları
aşağıdakılardır:
1) ölkənin gömrük siyasətinin işlənib hazırlanmasında iştirak edir və bu siyasəti həyata keçirir;
2) icrasına nəzarət Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunmuş qanunvericilik
aktlarına riayət edilməsini təmin edirlər, gömrük işini həyata keçirərkən idarələrin, müəssisələrin, təşkilatların
və fiziki şəxslərin, həmçinin sahibkarların hüquq və mənafelərinin müdafiəsi üzrə tədbirlər görür;
3) az səlahiyyətləri daxilində respublikanın, iqtisadi təhlükəsizliyini təmin edirlər;
4) Azərbaycan Respublikasının iqtisadi mənafeyini qoruyurlar;
5) ticarət - iqtisadi münasibətlərdə gömrük tənzimlənməsi vasitələrini tətbiq edirlər;
6) gömrük rüsumları, vergilər və digər gömrük ödənişlərini alırlar;
7) Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar barədə iqtisadi
siyasət tədbirlərinin
işlənib hazırlanmasında iştirak edir və bu tədbirləri həyata
keçirirlər;
8) Azərbaycan Respublikasının gömrük sərhədindən malların və nəqliyyat vasitələrinin keçirilməsi
qaydalarına riayət olunmasını təmin edirlər;
9) gömrük işi sahəsində cinayətlərə, həmçinin gömrük qaydalarının və vergi qanunvericiliyinin
pozulmasına qarşı mübarizə aparırlar, narkotik vasitələrin, silahın, Azərbaycan xalqının və xarici ölkə
xalqlarının bədii, tarixi və arxeoloji sərvətləri olan əşyaların, intellektual mülkiyyət obyektlərinin, yox olmaq
təhlükəsi altında olan heyvanların
və bitki növlərinin, digər malların Azərbaycan Respublikası gömrük
sərhədindən qanunsuz keçirilməsinin qarşısını alırlar; beynəlxalq terrorçuluqla mübarizəyə və Azərbaycan
Respublikasının təyyarə limanlarında beynəlxalq mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilənin
qarşısının alınmasına köməklik göstərirlər;
10) gömrük nəzarətini və gömrük rəsmiləşdirilməsini həyata keçirir və təkmilləşdirir, Azərbaycan
Respublikasının gömrük sərhədindən mal dövriyyəsinin surətləndirilməsi üçün şərait yaradırlar;
11) xarici iqtisadi fəaliyyətin gömrük statistikasını və Azərbaycan Respublikasının xüsusi gömrük
statistikasını aparırlar;
12) xarici iqtisadi fəaliyyətin mal nomenklaturasını aparırlar;
13) idarələrin, müəssisələrin, təşkilatların və fiziki şəxslərin xarici iqtisadi əlaqələrinin inkişafına kömək
edirlər;
14) dövlət təhlükəsizliyinin,
ictimai asayişin, əhalinin mənəviyyatının, insanların həyat və sağlamlığının
heyvan və bitkilərin, ətraf mühitin qorunması, gətirilən malların Azərbaycan istehlakçılarının mənafeyinin
müdafiəsi sahəsində tədbirlər həyata keçirilməsinə kömək edirlər;
15) öz nəzarətləri daxilində valyuta nəzarətini həyata keçirirlər;
16) Azərbaycan Respublikasının gömrük işinə aid beynəlxalq öhdəliklərin yerinə yetirilməsini təmin
edir; Azərbaycan Respublikasının gömrük işi ilə əlaqədar beynəlxalq müqavilələrin işlənib hazırlanmasında
iştirak edir; xarici dövlətlərin gömrük işinə aid məsələlərlə məşğul olan gömrük və başqa səlahiyyətli orqanlar
ilə beynəlxalq təşkilatlarla əməkdaşlıq edirlər;
17) gömrük işi sahəsində elmi - tədqiqat işləri aparır və məsləhətlər verirlər; dövlət orqanları, idarələr,
müəssisələr və təşkilatlar üçün bu sahədə mütəxəssislərin hazırlanmasını və onların ixtisaslarının artırılmasını
həyata keçirirlər;
18) müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinə, Azərbaycan Respublikasının
prezidentinə, başqa dövlət orqanlarına, idarə, müəssisə və təşkilatlara, vətəndaşlara gömrük məsələləri üzrə
məlumatlar verilməsini təmin edirlər;
19) vahid maliyyə - təsərrüfat siyasətinin həyata keçirilməsində iştirak edir, gömrük orqanlarının maddi-
texniki bazasını inkişaf etdirir, bu orqanların işçiləri üçün lazımı əmək və sosial şərait yaradırlar.
Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2008-ci il tarixli 12 saylı
«Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat
vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinin tətbiqi haqqında» Fərmanına görə, . Azərbaycan
Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin
yoxlanılmasında «bir pəncərə» prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətləri Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsinə həvalə olunmuşdur. Bu fərman 2009-cu ilin yanvar ayının 1-dən
qüvvəyə
minmişdir.
Gömrük sisteminə daxil olmayan, lakin DGK-nın tabeçiliyində olan qurumlar aşağıdakılardır:
- gömrük məqsədləri üçün malların ekspertizasını və tədqiqini aparmaqdan ötrü yaradılan gömrük
laboratoriyaları;
34
- gömrük işi sahəsində elmi-tədqiqat işlərinin aparılması, kadr hazırlığı və onların ixtisasının artırılması
məqsədi ilə yaradılan elmi-tədqiqat müəssisələri, peşəyönümlü təhsil-tədris müəssisələri (məsələn, tədris
mərkəzi);
- gömrük fəaliyyətinin yerinə yetirilməsinə kömək edən hesablama mərkəzləri, poliqrafiya, tikinti-
istismar idarələri və digərləri (məsələn, gömrük anbarları və ya müvəqqəti saxlanc anbarları).
Gömrük orqanlarının, gömrük laboratoriyalarının, elmi-tədqiqat və tədris müəssisələrinin, idarə və
təşkilatların mülkiyyəti dövlət mülkiyyətidir.
Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi hüquqi şəxsdir, onun üzərində Azərbaycan
Respublikasının dövlət gerbi təsvir olunmuş və öz adı yazılmış girdə möhürü, müvafiq möhür və ştampları,
banklarda və kredit təşkilatlarında manatla və valyuta ilə hesabları vardır.
Gömrükxanalar öz fəaliyyətlərini DGK-nin ümumi rəhbərliyi altında həyata keçirirlər. DGK
gömrükxanaların fəaliyyət zonasının hüdudlarını müəyyən edir. Gömrükxananın tabeçiliyində, işin xarakteri və
həcmindən asılı olaraq, gömrük postları yaradılır. Gömrükxanaların fəaliyyət zonalarının sərhədləri
respublikanın ərazi bölgü prinsipi ilə müəyyən edilmiş bölgələrin inzibati sərhədləri ilə üst-üstə düşməyə bilər.
Ehtiyac olduğu halda ixtisaslaşmış gömrükxanalar yaradıla bilər.
Onlara həvalə edilmiş vəzifə və funksiyaların yerinə yetitirilməsini təmin etmək üçün
gömrükxanalara
aşağıdakı hüquqlar verilmişdir:
- mal və nəqliyyat vasitələrinin müəyyən edilmiş gömrük rejimi altında yerləşdirilməsinə icazə
vermək;
- gömrük müayinəsi və gömrük nəzarətinin müxtəlif fərmanlarını həyata keçirmək;
- mal və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında eyniləşdirilməsini aparmaq;
- gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsinin aparılması üçün nəqliyyat vasitələrinin
dayanacaq yerinin və müddətinin müəyyən edilməsi, dayanacaq yerlərindən yola düşmələrinə icazə
verilməsi;
- Azəbaycan Respublikasının gömrük ərazisini gömrük orqanlrının icazəsi olmadan tərk etmiş
nəqliyyat vasitələrini dayanmağa məcbur etmək, hava və dəniz gəmilərini geriyə qaytarmaq (xarici
gəmilər və digər dövlətlərin ərazisində olan gəmilərdən başqa);
- gömrük məqsədləri üçün prob və nümunələrin götürülməsi və ekspertizası;
- deklarant və gömrük daşıyıcılarından gömrük rəsmiləşdirilməsi icraatında və gömrük
nəzarətinin keçirilməsində köməklik göstərilməsini tələb etmək;
- mal və nəqliyyat vasitələri buraxıldıqdan sonra gömrük nəzarəti keçirmək;
- öz səlahiyyətləri daxilində gömrük ödənişləri müddətinin uzadılması barədə qərar qəbul etmək;
- gömrük qaydalarını pozan şəxsləri məsuliyyətə cəlb etmək;
- ödənilməmiş gömrük ödənişlərini almaq;
- gömrükxananın struktur bölmələrinin fəaliyyət yerini, onların iş vaxtını müəyyən etmək.
Gömrük postları öz fəaliyyətini bilavasitə gömrükxana rəhbərliyinin tabeçiliyi altında həyata keçirir.
Ehtiyac olarsa birbaşa DGK-ya tabe olan gömrük postu da yaradıla bilər.
Qəbul edilmiş ümumi qaydalara görə gömrük postları hüquqi şəxs statusuna malik olmur. Ancaq lazım
olduqda DGK belə status müəyyən edə bilər. Bu halda gömrük postunun müstəqil balansı, banklarda
hesablaşma və digər hesabları yaradılır və post dövlət mülkiyyəti olan, ona verilmiş mülkiyyət üzərində operativ
idarəetmə hüququ alır.
Mövcud qanunvericiliyin tələblərinin yerinə yetirilməsini təmin etmək üçün ixtisaslaşdırılmış gömrük
postu fəaliyyət göstərə bilər. Belə ki, Komitə sədrinin 20.02.1998-ci il tarixli 002 saylı əmri ilə Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 22.03.1997-ci il tarixli 24 saylı qərarının tələblərinə müvafiq olaraq,
respublika ərazisinə idxal edilən aksizli malların mərkəzləşdirilmiş qaydada gömrük rəsmiləşdirilməsini təmin
etmək, aksiz markalarının tətbiqinə nəzarəti gücləndirmək, aksiz vergilərinin qanunvericilikdə nəzərdə tutulmuş
qaydada düzgün hesablanıb tutulmasını və vaxtında dövlət büdcəsinə köçürülməsini
təmin etmək məqsədi ilə,
DGK-ya bilavasitə tabe olmaqla, Bakı şəhərində, fəaliyyət zonası bütövlükdə Azərbaycan Respublikasının
gömrük ərazisi olan - Aksiz gömrük postu yaradılmışdır.
Gömrük postlarının əsas vəzifələri aşağıdakılardır:
- nəzarətində olan ərazidə gömrük işinin təşkil edilməsi;
- gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətinin həyata keçirilməsi;
- qaçaqmalçılıq və gömrük sahəsində digər hüquqpozmalara qarşı mübarizə aparılması.
İxtisaslaşmış aksiz gömrük postunun isə əsas vəzifələri aşağıdakılardır:
- xüsusi və aksiz yığımı markaları üçün idxal edənlərdən ərizələrin qəbul edilməsi;
- markaların satışından əldə olunan vəsaitlərin daxil olmasına və onların DGK-nın hesablarına
köçürülməsinə nəzarət edilməsi;
- markaların qorunmasının təhlükəsizliyinin təmin olunması;