125
Kəmiyyət nəzarəti tədbirləri ilk növbədə idxal-ixrac əməliyyatlarının kvotalaşdırılması və
lisenziyalaşdırılması deməkdir. Kvotalaşdırma (fiziki həcm və dəyər üzrə) və lisenziyalaşdırma (müəyyən
malların göndərilməsi və ya gətirilməsinə,
bəzən də müəyyən ölkələrə, yaxud onlardan ticarətinə xüsusi
icazənin alınması) idxal və ixracın ənənvi qeyri-tarif tənzimlənməsi üsullarıdır. Onların məqsədi hər hansı malın
idxal və ya ixracını ümumilikdə, yaxud hər hansı ölkəyə məhdudlaşdırmaqdan ibarətdir. Bu tədbirlər, adətən,
bir-biri ilə bağlıdır, çünki, lisenziyalaşdırma kvotanın fərdi idxalatçılara və ixracatçılara müəyyən həcm bitənə
qədər lisenziya vermək yolu ilə bölüşdürülməsi mexanizmi kimi çıxış edir.
Kəmiyyət nəzarəti tədbirləri vasitəsi ilə dövlət səviyyəsində iqtisadi, xarici ticarət və hətta siyasi
xarakterli məsələlər həll edilir: ölkə daxilində analoji rəqabət edən malların istehsalçı və istehlakçısının
müdafiəsi, daxili bazarın
stabilliyinin dəstəklənməsi, valyuta ehtiyatlarına qənaət, digər ölkələrdən qarşılıqlı
güzəştlərin əldə edilməsi və s.
Bu qəbildən olan QTM daha geniş araşdırmağa çalışaq.
1) Lisenziyalaşdırma - idxal və ixraca müvafiq hakimiyyət orqanlarının öz mülahizəsinə, yaxud
hər hansı konkret meyarlara əsasən verdiyi xüsusi icazələrin (lisenziyaların) tətbiqidir. Beynəlxalq
ticarətdə lisenziyalaşdırma rəngarəngliyi ilə seçilir. Lisenziyada idxal və ya ixracın həyata keçirilməsi
qaydası da müəyyən edilə bilər. Lisenziyalaşdırma dünya təcrübəsində ticarətin arzuolunmaz həcmlərini
müəyyən müddət ərzində məhdudlşdırıldığı zaman həyata keçirilən müvəqqəti tədbir kimi təfsir edilir.
Xarici valyutadan səmərəli istifadə olunması zərurəti lisenziyalaşdırma üçün obyektiv əsas ola bilər. Bu
yolla xarici ticarət və tədiyyə balanslarının tarazlanmasına nail olunur.
Gömrük rüsumlarından istifadə edilmədikdə və ya onların təsiri səmərəsiz olduqda lisenziyalaşdırma
zərurəti meydana çıxır. Bu iş həm qarşılıqlı güzəşt əldə edilməsi, həm də diskriminasiya məqsədi ilə görülə
bilər. Onu da qeyd etmək lazımdır ki, lisenziyalaşdırma müvəqqəti tədbir
hesab edildiyindən əvvəllər
bağlanılmış dövlətlərarası ticarət sazişlərinə yenidən baxılmasını nəzərdə tutmur.
2) Kvotalaşdırma - (“kvota” latınca
“guot” sözündən götürülüb, mənası
“nə qədər” deməkdir) fərdi,
tarif, mövsümi, qlobal və digər faiz məhdudiyyətləri vasitəsi ilə idxalına icazə verilmiş malların fiziki həcm və
ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləridir.
Fərdi kvotalar - idxalına icazə verilmiş malların ümumi miqdarının mal göndərən ölkələr üzrə
paylaşdırılmasını nəzərdə tutur. Tərtibat formasına görə belə kvotaları iki növə ayırırlar:
Mütənasib kvotalar bütün kvotalar çərçivəsində keçən dövr (baza) ərzində idxalda hər ölkənin payına
görə təyin olunur, ikitərəfli kvotalar bir tərəfin əks tərəfə ticarət-siyasi öhdəliklərinin qarşılığı olaraq verilir
(bəzən ikitərəfli saziş bağlanır), seçmə kvotalar hər hansı bir ölkə və ya ölkələr qrupundan alınan malların digər
regionlardan alınanlara nisbətən məhdudlaşdırılması məqsədi ilə verilir.
Tarif kvotaları gömrük vergitutmasının daha əlverişli rejimində müəyyən həcmdə idxala icazə verir. Bu
həcmdən artıq idxal üçün daha az əlverişli rejim (idxalın faktiki qadağanına qədər) tətbiq edilir.
Mövsümü kvotalar ilin müəyyən fəsillərində ölkə daxilində istehsalın yüksək olduğu dövrlərdə (ən çox
kənd təsərrüfatı məhsulları üçün) tətbiq edilir. İdxalın müəyyən vaxt dövrü nəzərə alınmadan
məhdudlaşdırılması konkretləşdirilməmiş kvotalar adlanır.
Qlobal kvotalar hər hansı malın müəyyən müddət ərzində və malgöndərən ölkələr arasında
bölüşdürülmədən ümumi idxalının həcmini müəyyən edir. Belə yanaşma idxalçıya mal göndərən ölkəni seçmək
azadlığı verir.
Faiz kvotaları bəzi hallarda idxal kvotaları ixracın həcmindən faiz nisbətindən müəyyən edilir.
Kvotalar,
həmçinin, milli istehsalı stimullaşdırmaq məqsədi ilə bir malın daxili bazarda tədarük həcmindən faizlə də
hesablana bilər.
İdxalı səhiyyə, təhlükəsizlik, ətraf mühitin qorunması mülahizələrinə görə idxalı nəzarətdə olan mallara
da belə kvotalar müəyyən edilə bilər.
3) müəyyən bir malın idxalınının qadağa edilməsi tamamilə və istisna olmadan da tətbiq edilə
bilər. Müvəqqəti və mövsümi qadağanlar qoyulması da mümkündür.
Lisenziya verilməsinə imtina edilməsi (adətən, tədiyyə balansı mülahizələrinə görə) idxala faktiki
qadağan kimi qiymətləndirilə bilər. Bəzi hallarda ölkənin ticarət balansında böyük
kəsiri olduğu dövlətlərdən
idxala qadağa tətbiq edilə bilər.
Müəyyən bir ölkədən idxal və ixraca (ümumilikdə xarici ticarətə) qadağa qoyula bilər ki, buna da
embarqo deyilir. Bu hal məcburi tədbir olub beynəlxalq təcrübədə qəbul edilmişdir, prinsipial xüsusiyyətlərə
malik olub açıq və gizli (örtülü) formalarda edilə bilər. Belə qadağanın açıq forması adətən BMT-nin qərarlarına
əsaslanır və xarici ticarətin tamamilə kəsilməsini nəzərdə tutur. Məsələn, BMT tərəfindən İraqa qoyulan
embarqo.
Örtülü qadağanlara xarici gəmilərin daxili sulara buraxılmaması və ya ayrı-ayrı idxal mallarının
ölkənin
pərakəndə satış şəbəkəsinə buraxılmasını aid etmək olar.
126
4) İxracın məhdudlaşdırılması barədə sazişlər qarşılıqlı razılığın (kompromis) nəticəsi olub,
ixracatçının ixrac həcmini “könüllü olaraq” idxalatçının məcburi tədbirlərini gözləmədən məhdudlaşdırmaq
barədə razılığıdır.
Belə sazişlər həm dövlətlər səviyyəsində, həm də ayrı-ayrı istehsal sahələri səviyyəsində bağlana bilər.
Bu tipli sazişlər həm ikitərəfli, həm də çoxtərəfli sazişlər ola bilər.
D. Monopolist (inhisarçı) tədbirlər
Monopolist tədbirlər dedikdə təsərrüfat subyektlərinin müəyyən qrupuna müstəsna hüquqlar verən
tədbirlər nəzərdə tutulur.
Monopoliya, adətən, idxalın ixraca münasibətini nəzarətdə saxlamaq hesabına tədiyyə
balansının tarazlığa gətirilməsi problemini həll edir. Belə tədbirlərin başlıca növləri aşağıdakılardır:
1) müəyyən malların idxalına dövlət inhisarı;
2) milli müəssisələrin xidmətindən məcburi istifadə.
Dövlət inhisarının bariz nümunələrinə İkinci Dünya müharibəsindən əvvəlki Almaniyanı və keçmiş
Sovetlər İttifaqını göstərmək olar.
E) Texniki tədbirlər
Malın keyfiyyətinin, təhlükəsizliyinin, yaxud inzibati şərait,
terminologiya, simvollar, sınaq və sınaq
üsulları, qablaşdırmaya olan tələblər, markalanma da daxil olmaqla xüsusiyyətlərinin nəzarətinə əsaslanan QTM
tədbirlərinə texniki tədbirlər deyilir.
Texniki tədbirlərin aşağıdakı növləri var:
1. Texniki tənzimləmə, yəni məhsula bilavasitə və ya dolayı yolla texniki tələblər müəyyən
edilməsi. Belə tədbirlər aşağıdakılardır: məqsədi insan və heyvanların həyat və sağlamlığının qorunması
olan sanitariya tənzimlənməsi; bitkilərin qorunmasına yönəlmiş fitosanitar tənzimlənməsi; ətraf mühitin
və təbiətin qorunması; insanların təhlükəsizliyi; milli təhlükəsizlik tədbirləri.
Bu tədbirlər müvafiq təlimatlar hazırlanmaqla həyata keçirilir. Təlimatlar gömrük orqanlarının nəzarət
fəaliyyətini reqlamentləşdirir.
Hazırkı şəraitdə texniki tənzimlənmənin bir neçə növü var:
a) ətraf mühiti çirkləndirən xammal və materialların idxalının qadağan edilməsi, yaxud
məhdudlaşdırılması;
b) hazır məhsullara - istismarı atmosferin və havanın çirklənməsinə gətirib çıxaran sənaye
avadanlıqlarına, nəqliyyat vasitələrinə və s. münasibətdə proteksionist tədbirlərdən istifadə edilməsi.
Məsələn, 1992-ci il ildən Qərbi Avropada təyyarə və yük nəqliyyatı üçün səs-küyün yol verilən səviyyəsi
və yanmış mühərrik qazlarının tərkibi üzrə sərt normalar müəyyən edilmişdir. Bundan başqa neftin
sızmasının qarşısının alınması məqsədilə neftdaşıyan tankerlərin ikiqat dib (döşəmə) və yükləmə
boşaltma qurğuları ilə təchiz edilməsi tələbi də bu qəbildəndir.
v) istehlakçının maraqlarını malın nöqsanından və istifadə zamanı mümkün olan ziyandan
qorumaqla malın keyfiyyətinə olan tələblər. Bunlar ilk növbədə məişət elektrotexnikası, tibb
preparatları, yeyinti məhsulları, uşaq malları və sairələrinə aiddir.