53
Gömrük orqanlarının icazəsi olmadan bu mallar ödənc və özgələşdirmə predmeti ola bilməz.
Mallar bu
rejim altında yalnız müəyyən edilmiş müddətdə qala bilər. Bu müddətin uzadılmasına müstəsna hal kimi baxılır.
Müddət qurtardıqdan sonra, malları müvəqqəti idxal (ixrac) edən rejimin bitməsi üzrə müəyyən edilmiş
proseduraları yerinə yetirməlidir.
YGB-də göstərilmiş müvəqqəti idxal (ixrac) müddətinin uzadılmasına, deklarantın yazılı müraciəti ilə
baxılır. Adətən bu halda yeni YGB tərtib edilmir. Qəbul edilmiş qərar gömrük orqanlarının səlahiyyətli şəxsi
tərəfindən deklarantın ərizəsində qeyd edilir. Müsbət qərar qəbul edildikdən sonra müvafiq qeydlər YGB-yə
daxil edilir.
Gömrük Məcəlləsi müvəqqəti idxal (ixrac) rejiminin tətbiqinin icazəvermə qaydasını müəyyən edir.
Həmçinin mühüm əhəmiyyət kəsb edən məhdudlaşdırma tədbiri müəyyən edilir: malların eyniləşdirilməsini
(identifikasiyasını) təmin etmək mümkün olmadıqda, bu rejimin tətbiqinə icazə verilmir. Yük gömrük
bəyannaməsinin gömrük orqanı tərəfindən qəbul edilməsi, müvəqqəti idxal rejiminə icazə verilməsi
kimi başa
düşülür.
Bəzi hallarda, məsələn, gömrük ərazisinə müvəqqəti gələn (gedən) şəxslər (turistlər, ezam olunanlar və
s.) tərəfindən şəxsi istifadə üçün gətirilən (aparılan) əşyalar üçün YGB doldurulması nəzərdə tutulmur. Bu
hallarda müəyyən edilmiş digər sənəd formaları istifadə edilir. Belə sənədlər bir tərəfdən gömrük nəzarətinin
həyata keçirilməsini təmin edir, digər tərəfdən malları keçirən şəxsin məqsədlərini əks etdirir.
Müvəqqəti idxal (ixrac) edilən malların gömrük rəsmiləşdirilməsi üçün qanunvericilikdə gömrük yığımı
alınması nəzərdə tutulmuşdur.
Müvəqqəti idxal (ixrac) rejiminə icazə verilməsinin başlıca şərti - əvvəllər ixrac (idxal) edilmiş malların
geri qaytarılmasıdır. Bu mallar təbii aşınma, daşınma və saxlanılmanın normal şəraitində təbii itki nəticəsində
baş vermiş bəzi cüzi dəyişikliklər nəzərə alınmaqla, dəyişilməz şəkildə geri qaytarılmalıdır. Gömrük orqanı
müəyyən edilmiş qaydalara riayət edilməsinin zəmanəti kimi müvəqqəti idxal (ixrac) rejiminə icazəni geri
aparılma (gətirilmə) və gömrük ödənclərinin ödəniləcəyi barədə öhdəliklərlə bağlaya bilər.
Dövlət Gömrük Komitəsi müvəqqəti idxalına (ixracına) icazə verilməyən malların kateqoriyalarını
müəyyən edir. Belə kateqoriyalı mallarla, adətən kvotalaşdırılan mallar, sənaye tullantıları, ərzaq malları,
içkilər, tütün məmulatı və s. aid edilir.
Müvəqqəti idxalına (ixracına) icazə verilən malları şərti olaraq, verilən güzəştlərin miqdarı və bu
gömrük rejimi altında yerləşdirilməsi qaydasından asılı olaraq, iki qrupa ayırmaq olar:
1. Əgər malların müvəqqəti idxalı (ixracı) hər hansı neqativ nəticələrə gətirib çıxarmırsa və
gömrük orqanları tərəfindən icazə verilməyən məqsədlərlə istifadə edilməsi istisna edilirsə, onda həmin
mallara minimal tələblər qoyulur və gömrük rüsum və vergilərindən tam azad edilir.
2. Digər hallarda rejimin şərtləri bir qədər ağırlaşdıraraq müvəqqəti idxala (ixraca) gömrük
ödənişlərindən qismən azad edilməklə icazə verilir.
Gömrük Məcəlləsinə görə müvəqqəti idxalın (ixracın) müddəti iki ildən artıq olmamalıdır . Gömrük
orqanları malların bu gömrük rejimi altında yerləşdirilməsinə icazə verərkən, konkret müddət məyyən edir. Bu
müddət ərzində mallar onların daşınmasında məqsədləri və şəraiti nəzərə alınmaqla, müvəqqəti olaraq gömrük
ərazisində (və ya ondan kənarda) qala bilərlər. Bununla birlikdə məcəllədə müvəqqəti idxal (ixrac) üçün
müddətin uzadılması imkanı nəzərdə tutulur. Müddətin uzadılması qaydası Dövlət Gömrük Komitəsi tərəfindən
müəyyən olunur.
DGK ayrı-ayrı mal kateqoriyaları üçün daha az və daha çox müddət müəyyən edə bilər. Gömrük
Məcəlləsi müvəqqəti idxal (ixrac) rejiminin iki tipini müəyyən edir:
1) gömrük rüsum və vergilərindən tam
azad edilən;
2) qismən azad edilən.
İqtisadiyyat nöqteyi-nəzərindən baxıldıqda, müvəqqəti idxal (ixrac) edilən malların
gömrük rüsum və
vergilərindən tam azad edilməsi, bəzi hallarda belə mallardan istifadə edənlər üçün analoji mallardan ümumi
əsaslarla istifadə edən şəxslərlə müqayisədə, əsassız olaraq, daha güzəştli şərait yaradır. Belə ziddiyyətlərin,
baxılan gömrük rejiminin tətbiq sahəsini məhdudlaşdırmadan, aradan qaldırılması üçün qanunvericilikdə
gömrük rüsum və vergilərindən qismən azad edilməklə müvəqqəti idxal (ixrac) rejimindən istifadə edilməsi
nəzərdə tutulmuşdur.
Müvəqqəti idxal (ixrac) rejiminin bu tipi aşağıdakı hallarda tətbiq edilir:
a) müvəqqəti idxal (ixrac) edilən mallara gömrük rüsum və vergilərindən tam azad etmə tətbiq
oluna bilmədikdə;
b) müvəqqəti idxal (ixrac) gömrük rejiminin benefisiarı tərəfindən gömrük rüsum və
vergilərindən tam azad edilmənin şərtlərinə riayət edilmədikdə;
c) gömrük rüsum və vergilərindən tam azad edilməklə müvəqqəti idxal müəyyən edilmiş müddət
həddinin uzadılması barədə məsələ qaldırıldıqda;
54
ç) başqa əsaslarla müvəqqəti idxal (ixrac) rejimində yerləşdirilmiş mallar üçün verilmiş, gömrük
rüsum və vergilərindən azad edilmə kimi güzəştlərin təsir müddəti bitdikdə.
Gömrük rüsum və vergilərindən qismən azad edilməni nəzərdə tutan ikinci tip müvəqqəti idxal (ixrac)
gömrük rejimi milli iqtisadiyyatın maraqlarının qorunması üçün müəyyən təminatlar yaratmağa imkan verir. O,
həmçinin rejimdən istifadənin özünəməxsus iqtisadi məhdudiyyətlərini müəyyən edir. Belə ki, bu halda gömrük
vergiqoyma həcmi malların gömrük ərazisində (ondan kənarda) müvəqqəti istifadə müddətinin davamiyyəti ilə
mütənasibdir.
Müvəqqəti idxal (ixrac) rejimi müəyyən edilmiş müddətlər qur- tardıqda
və rejimdə yerləşdirilmiş
mallar geri aparıldıqda (gətirildikdə), yaxud müddətləri bitməmiş mallar gömrük rejimləri altında
yerləşdirildikdə bitmiş olur. Rejimin bitməsi üzrə proseduralar müəyyən edilmiş qaydada yerinə yetirildikdən
sonra, malları müvəqqəti idxal (ixrac) edən şəxs rejimin benefisiarı kimi onun üzərinə qoyulmuş vəzifələrdən
azad olur. Əks halda, o, gömrük rejimindən istifadə edilməsi qaydalarının pozulmasına görə məsuliyyət daşıyır.
Əgər müvəqqəti idxal (ixrac) edilmiş mallar müddətin bitməsinə qədər geri qaytarılmışsa, onlar gömrük
orqanlarına məxsus müvəqqəti saxlanc anbarlarına və ya gömrük orqanları tərəfindən müəyyən edilən digər
yerlərə yerləşdirilməlidirlər (GM maddə 72).
Rejimin bitməsinin rəsmiləşdirilməsini, bir qayda olaraq, müvəqqəti idxala (ixraca) icazə vermiş
gömrük orqanı həyata keçirir.
Rejimdən istifadə edilməsinin qayda və şərtlərini pozmaqla müvəqqəti idxal (ixrac) etmiş şəxs
pozuntunun xarakterinə görə inzibati hüquqi və ya cinayət-hüquqi məsuliyyətə cəlb edilə bilər.
Müvəqqəti idxal (ixrac) edilmiş malların məhv edilməsi, qaytarılması mümkün
olmayan itirilməsi,
qarşısıalınmaz qüvvənin təsiri altında və ya aşınma nəticəsində çatışmazlıq və digər hallar rejimin müəyyən
olunmuş qaydada başa çatdırılmasını qeyri-mümkün edir. Müvəqqəti idxal (ixrac) etmiş şəxs bu halda o şərtlə
məsuliyyətdən azad edilir ki, hadisələr qarşısı alınması mümkün olmayan (təbii fəlakət, müharibə və s.)
faktorların təsiri altında baş vermiş olsun. Bu zaman rejimin benefisiarı rejimə icazə vermiş gömrük orqanına
lazım olan müəyyən olunmuş qaydada sənədləşdirilmiş fors-major faktını təsdiq edən bütün sənədləri təqdim
etməlidir (Azərbaycan Respublikasının xarici ölkələrdəki konsulluq idarələrinin təsdiqedici sənədi, Ticarət-
Sənaye Palatasının şəhadətnaməsi və i.a.). bu məqsədlə fors-major şəraitinin baş verməsi üzrə sübutların təmin
edilməsi üçün notarial hərəkətlər icra oluna bilər (şahidlərin dindirilməsi, ekspertizaya göndəriş və s.).
Müvəqqəti idxalın (ixracın) hüquqi tənzimlənməsində beynəlxalq müqavilə və sazişlərin normaları
mühüm yer tutur. Bu aktlarda şərh edilən rejimin tətbiqinin müxtəlif məsələlərinin kompleks reqlamentasiyası
öz əksini tapır. Müvəqqəti idxalın (ixracın) beynəlxalq hüquqi tənzimlənməsinin əsas forması dövlətlərarası
ticarət-iqtisadi, elmi-texniki əməkdaşlıq və s. münasibətlərdir. Gömrük qanunvericiliyinin təkmilləşdirilməsi
işində toplanmış beynəlxalq gömrük tənzimlənməsi təcrübəsindən
tam istifadə edilməsi, tətbiq edilən gömrük
rəsmiləşdirilməsi sənədlərinin beynəlxalq praktikaya uyğunlaşdırılması və tanıdılması üçün Azərbaycan
Respublikasının mühüm beynəlxalq gömrük sazişlərinin iştirakçısı olması müasir mərhələdə aktual məsələ kimi
qarşıda durur.
7.2. Anbarlaşma rejimləri
7.2.1. Gömrük anbarı rejimi
Gömrük Məcəlləsinə görə,
gömrük anbarı gətirilən malların saxlanc dövründə gömrük rüsumları,
vergilər alınmadan və mallara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən onların gömrük nəzarəti altında
saxlancından, ixrac gömrük rejiminə uyğunlaşdırılması nəzərdə tutulan malların isə bu məcəllədə
nəzərdə tutulan güzəştlər verilməklə gömrük nəzarəti altında saxlanılmasından ibarət gömrük rejimidir.
Diqqət etmək lazımdır ki,
“gömrük anbarı” və
“gömrük anbarı rejimi anlayışları qatışdırılmasın.
Gömrük anbarı - müəyyən gömrük rejimi altında və müəyyənləşdirilmiş qaydada malların yığılmasına
imkan verən yerdir. Hərçənd ki, çox zaman bu elə gömrük anbarlaşdırılması rejiminin özü olur.
Bununla belə,
bəzi hallarda bu cür anbarda başqa gömrük rejimləri altında yerləşdirilmiş mallar və ümumiyyətlə gömrük
rejimi tətbiq edilməyən mallar da saxlana bilər (məsələn, gömrük orqanları tərəfindən təsis edilmiş anbarlarda
xarici ticarət obyekti olmayan mallar saxlanıla bilər).
Sahibkarlıq və xarici ticarət fəaliyyəti üçün gömrük anbarının əhəmiyyəti ondadır ki, bir tərəfdən bu
rejimdə yerləşdirilmiş mallar tamamilə gömrük və vergi tənzimləmələrinin təsiri altına düşmüş olur, digər
tərəfdən xüsusi gömrük əməliyyatları ilə gömrük rüsumunun tutulması və ya qeyri-tarif tənzimlənməsi tədbirləri
(kvotalaşdırma, lisenziyalaşdırma, icazələr) yalnız konkret sövdələşmə faktı üzrə mümkün olur. Xarici ticarət
təcrübəsində bəzi hallarda malların idxalı anında hələ məlum olmur ki, gətirilən mallarla necə rəftar ediləcəkdir.
Malların gömrük anbarına yerləşdirilməsi xarici ticarət əməliyyatlarının aparılmasını asanlaşdırır.
Çünki iş