~~~ 6 ~~~
Şəmsizadə kimi ədəbiyyatşünas alimlər haqqında dissertasi-
ya və monoqrafiyalar yazmış [16; 20; 23; 24; 25; 28; 32; 35;
37; 41; 45; 46; 47; 110; 124], onların ədəbi-tənqidi görüşləri,
elmi-nəzəri fikirləri təhlil olunmuş, digər bir tərəfdən də bu
yolla XX əsr Azərbaycan ədəbiyyatşünaslığında azərbaycan-
şünasığın bir çox ədəbi-nəzəri problemlərinin öyrənilməsi
və həlli işində ciddi uğurlara imza atılmışdır. Son dövrlərdə
Azərbaycan xalqının, dilinin, ədəbiyyatının, mədəniyyətinin
formalaşması tarixi barədə sistemli məlumat verən, azər-
baycançılıq ideologiyasının təşəkkül mərhələləri araşdırı-
lan monoqrafiyalara, azərbaycançılıq haqqında düşüncələrə
rast gəlmək mümkündür [9; 15; 17; 18; 38; 111; 112].
Belə görkəmli ədəbiyyatşünaslar içərisində filologiya
elmlər doktoru, professor, Azərbaycanın əməkdar elm xa-
dimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü prof. Mirəli Seyi-
dovun xüsusi yeri vardır. Alim XX əsr Azərbaycan ədəbiy-
yatşünaslarının Əkbər Ağayev, Həmid Məmmədzadə, Pənah
Xəlilov, Əziz Mirəhmədov, Kamal Talıbzadə, Kamran Məm-
mədov, Nazim Axundov kimi tanınmış nümayəndələri nəs-
linə mənsubdur. Ədəbi-elmi axtarış, tədqiqat aləminə İkinci
Dünya müharibəsi dövründə, yaxud müharibədən az sonra
- Azərbaycan ədəbiyyatının sistemli tarixinin hazırlanmağa
başladığı bir vaxtda gələn bu gənclərin əksəriyyəti milli bə-
dii düşüncənin yaxın keçmişini - XIX-XX əsrlərə məxsus ədə-
bi-tarixi prosesi tədqiq edir, həmin dövrlərdə yaşamış sənət-
karların həyat və yaradıcılığını öyrənirdilər. Yaşıdlarından
fərqli olaraq, Mirəli Seyidov Azərbaycan ədəbiyyatının orta
əsrlər dövrü, onun Zaqafqaziya xalqlarının bədii fikrinə təsir
dairəsi, Azərbaycan türkcəsinin Qafqazda geniş yayılması-
nın, əsas ünsiyyət vasitəsi olmasının səbəbləri ilə maraqla-
nır, gənc tədqiqatçı Azərbaycan ədəbiyyatının orijinallığını,
tarixi bədii zənginliyini və bütün Qafqazda ta qədimlərdən
avanqard mövqeyini başqa xalqların bədii mədəniyyəti ilə
müqayisə etməklə müəyyənləşdirirdi. Onun ədəbi əlaqələr,
~~~ 7 ~~~
mifologiya, etimologiya və etnogenezlə bağlı tədqiqatları bu
gün də azərbaycanşünaslıq üçün həm ədəbi-nəzəri, həm də
mədəni-siyasi baxımdan müasir və aktual məsələlərdir.
Prof. Mirəli Seyidov bütün ömrü boyu Azərbaycan mi-
fik təfəkkürünün qaynaqları, xalq mərasimləri, etnogenez
məsələləri ilə ciddi məşğul olmuş, ümumtürk mifologiyası-
nın əsas qaynaqlarının, ortaq dəyərlərinin müəyyənləşdiril-
məsi və təhlili sahəsində azərbaycanşünaslıq elmi üçün son
dərəcə mühüm əhəmiyyət kəsb edən tədqiqatlar aparmışdır.
Alim istər Azərbaycan ədəbiyyatı tarixinə dair materialları
araşdırarkən, istər zəngin folkor abidələrimizin mifik köklə-
rini incələyərkən, istərsə də etimoloq alim kimi sözlərin yo-
zumunu verərkən filoloq məqsədindən daha çox azərbaycan-
şünas, vətənşünas alim kimi çıxış etmiş, azərbaycanşünaslıq
elminin bir çox nəzəri problemlərinin həlli istiqamətində
sanballı əsərlər ortaya qoymuşdur. Azərbaycan türklərinin
soykökü, qədim dünyagörüşü, mifoloji baxışları ilə bağlı bir
sıra elmi problemləri aydınlaşdırmışdır ki, həmin məsələlə-
rin nəzəri təhlili və yeni elmi-metodoloji prinsiplər əsasın-
da qiymətləndirilməsi vacib və aktualdır. Xüsusilə xalqların
özünüdərk prosesinin gücləndiyi, Azərbaycan torpaqlarına
təcavüzkar-işğalçı münasibətlərin artdığı müasir şəraitdə
Mirəli Seyidovun elmi irsinin azərbaycanşünaslıq konteks-
tində tədqiqi və dəyərləndirilməsi həm də siyasi-ideoloji ak-
tuallıq kəsb edir.
Prof. Mirəli Seyidovun elmi-nəzəri fəaliyyəti həmişə diqqət
mərkəzində olmuş, çap olunmuş “Sayat Nova” (1954), “Qövsi
Təbrizi” (1963), “Azərbaycan-erməni ədəbi əlaqələri” (1976),
“Azərbaycan mifik təfəkkürünün qaynaqları” (1983), ”Qızıl dö-
yüşçü”nün taleyi” (1986), “Azərbaycan xalqının soykökünü dü-
şünərkən” (1989), “Yaz bayramı” (1990), “Qam-Şaman və onun
qaynaqlarına ümumi baxış” (1994), “Böri-qurt” (2006) kitabla-
rı [48; 80; 94; 95; 98; 99; 100; 106], oçerkləri [76; 77; 78; 79],
məqalələri [55; 56; 57; 58; 59; 60; 61; 75; 82; 83; 84; 85; 86;
~~~ 8 ~~~
87; 88; 89; 90; 91; 92; 93; 96; 97; 101; 102; 103; 104; 105; 107;
108; 131; 132; 133; 134; 135; 136; 137; 138 və s.] ədəbi-el-
mi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. Ə.Axundov,
K.Məmmədov, M.Təhmasib, Ə.Yerevanlı, Rəsul Rza, İ.Abbaslı,
İ.Vəliyev, Z.Əsgərli, O.Əliyev, S.Rzasoy və s. tədqiqatçılar tərəfin-
dən onun nəşr edilmiş kitabları haqqında yazılan məqalə, re-
senziya və rəylərdə [1; 8; 26; 27; 29; 39; 40; 42; 44; 116; 119;
121; 122; 123; 127], Ə.Agayev, S.Rüstəmxanlı, V.Həbiboglu və
N.Cəfərovun alimin monoqrafiyalarına yazdıqları “Ön söz”lərdə
[7; 19; 30; 43], A.Acalovun “Azərbaycan mifoloji mətnləri” kita-
bına yazdığı “Ön söz”də [5,28], o cümlədən P.Əfəndiyev, V.Və-
liyev, F.Bayat kimi folklorşünas alimlərin ali məktəblər üçün
nəzərdə tutulmuş dərsliklərində [22,133; 125,90; 129,17-24],
R.Qafarlının “Azərbaycan folkloru və mifologiyası” adlı internet
saytında [139] alimin tədqiqat uğurları, əsərlərinin elmi əhə-
miyyəti və nəzəri səviyyəsi barədə yığcam, lakin gərəkli müla-
hizələr söylənmişdir. Məsələn, prof. Nizami Cəfərovun Mirəli
Seyidovun elmi irsinə verdiyi dəyər onun əsl azərbaycanşünas
alim olduğunu bir daha təsdiqləyir: “Onun “Azərbaycan-erməni
ədəbi əlaqələri” (Ən qədim dövrdən XVIII əsrin sonunadək)”
mövzusundakı doktorluq dissertasiyası, “Azərbaycan mifik
təfəkkürünün qaynaqları”, “Azərbaycan xalqının soykökünü dü-
şünərkən”, “Qam-Şaman və onun qaynaqlarına ümumi baxış”
və s. kitabları xalqımızın təfəkkür mədəniyyəti tarixinin araş-
dırılması sahəsində görülən fundamental işlərdir. Və yalnız
fakturası aşkarlanmış materialın zənginliyi etibarilə deyil, təhlil
texnologiyası, mənəvi irsə sahib çıxmaq məharəti ilə də dəyərli
olur” [19, 3-4].
Yaxud, prof. A.Şükürov M.Seyidovu mifoloji araşdırmalar
sahəsində özünəməxsus dəsti-xətti olan alimlərdən hesab
etmiş və belə qənaətə gəlmişdir ki, “bəzi sözlərin etimolo-
ji araşdırmalarında ifrata varmasını çıxmaq şərtilə M.Seyi-
dov Azərbaycan mifologiyaşünaslığında özündən sonra yeni
bir məktəbin əsasını qoymuşdur”[114, 50-51]. Mifoloq alim
Dostları ilə paylaş: |