AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
NİZAMİ ADINA ƏDƏBİYYAT İNSTİTUTU
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Dəyanət Cümənov
BÖYÜK
AZƏRBAYCANŞÜNAS
ALİM, PROFESSOR
MİRƏLİ SEYİDOVUN
ƏDƏBİ NƏZƏRİ
GÖRÜŞLƏRİ
Bakı – “Təknur” – 2013
Professor Mirəli Seyidovun elmi irsini araşdırmağı mənə
tövsiyə edən elmi rəhbərimə - zamanının tanınmış və böyük
ədəbiyyatşünas alimi prof. Zaman Əsgərliyə öz dərin minnət-
darlığımı bildirirəm.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Baş redaktor:
f.e.d., prof. Zaman Şükür oğlu Əsgərli
(AMEA Nizami adına Ədəbiyyat
İnstitutu “Yeni dövr Azərbaycan
ədəbiyyatı” şöbəsinin müdiri)
Rəyçilər:
f.e.d., prof. Tahirə Məmməd
(AMEA Nizami adına Ədəbiyyat
İnstitutu “Ədəbiyyat nəzəriyyəsi”
şöbəsinin müdiri)
f.e.d. N.Muradəliyeva
fil.f.d. Q.Mirzəzadə
fil.f.d. M.Mustafayev
fil.f.d. Y.Qasımov
Dəyanət Cümənov. Böyük Azərbaycanşünas alim,
professor Mirəli Seyidovun ədəbi nəzəri görüşləri. Bakı
– “Təknur” nəşriyyatı – 2013. 112 səh. şəkilli.
Kitabda böyük azərbaycanşünas alim professor Mirəli Seyidovun
yaradıcılığı ilk dəfə olaraq azərbaycanşünalıq kontekstində araşdırılmış,
əsasən də alimin milli filoloji fikrimizin ciddi uğurları sayıla biləcək “Sa-
yat Nova”, “Qövsi Təbrizi”, “Azərbaycan-erməni ədəbi əlaqələri” monoq-
rafiyaları və “Şifahi xalq ədəbiyyatı təsiri ilə yaranan şeir”, “Məsihi”,“Qöv-
si Təbrizi”, “Vidadi” kimi elmi icmal və oçerklərinin təhlili yolu ilə alimin
XX əsr Azərbaycan ədəbiyyatşünaslığı tarixində yeri, mövqeyi müəyyən-
ləşdirilmışdir.
ISBN: 978-9952-445-08-8
© D.Cümənov, 2013
~~~ 3 ~~~
Seyidov Mirəli Mir Ələkbər
oğlu
(05.05.1918 - 26.04.1992)
— tənqidçi, ədəbiyyatşünas, Azər-
baycan Yazıçılar Birliyinin üzvü
(1976), filologiya elmləri dok-
toru (1968), professor (1979),
Azərbaycanın
Respublikasının
əməkdar elm xadimi (1982),
Azərbaycan Milli Yaradıcılıq Aka-
demiyasının müxbir üzvü 1918-ci
il mayın 5-də Qərbi Azərbaycanın
İrəvan şəhərində bəy ailəsində
anadan olmuşdur. Burada ibtidai məktəbi, 1938-ci ildə isə
Bakıda S.Ağamalıoğlu adına Hidromeliorasiya texnikumunu
bitirmişdir. 1938-1944-cü illərdə Yerevan Dövlət Pedaqo-
ji İnstitutunun Azərbaycan bölməsində təhsil almış, 1941-
1945- ci illərdə isə Ermənistan Dövlət Universitetinin Şərq
şöbəsində oxumuşdur. Həmin illər “Sovet Ermənistanı” qə-
zeti redaksiyasında korrektor, ədəbi işçi, gənclər şöbəsinin
müdiri, məsul katibin müavini vəzifələrində işləmiş, mətbu-
at müvəkkili olmuşdur. AMEA-nın Nizami adına Ədəbiyyat
Muzeyinin “Orta əsrlər Azərbaycan ədəbiyyatı” şöbəsinin
müdiri (1945-1953), Nizami adına Dil və Ədəbiyyat İnsti-
tutunda “Orta əsrlər” şöbəsində baş elmi işçi (1953-1960),
“Ədəbi əlaqələr” şöbəsində baş elmi işçi (1960-1967), şöbə
müdiri (1967-1980), “Azərbaycan mifologiyası və orta əsr-
lər folkloru” şöbəsinin müdiri (1980-1988), “Xalq yaradıcı-
lığı” şöbəsində isə 1987-ci ildən aparıcı elmi işçi işləmişdir.
1982-ci ildə Türkiyədə keçirilən 4-cü türkoloji konqresdə
Sovet nümayəndə heyətinin tərkibində olmuş, “Azərbaycan
mərasimlərində teatr ünsürləri (Yuğ mərasiminə əsasən)”
mövzusunda məruzə etmişdir. Ədəbi fəaliyyətə 1941-ci ildə
“Sovet Ermənistanı” qəzetində çap etdirdiyi rəy və oçerklər-
lə başlamış və həmin dövrdən mətbuatda vaxtaşırı çıxış et-
~~~ 4 ~~~
mişdir. 1968-ci ildə “Azərbaycan-erməni ədəbi əlaqələri (ən
qədim dövrdən XVIII əsrin sonunadək)” mövzusunda dok-
torluq dissertasiyası müdafiə etmişdir. Ömrünün sonlarında
“Azərbaycan mifologiyası Azərbaycan xalqının mənşəyini öy-
rənməkdə bir mənbə kimi” mövzusunda tədqiqat üzərində
çalışmış, ümumittifaq türkoloji müşavirə və konfranslarda
iştirak etmişdir. 1992-ci il aprelin 26-da Bakıda vəfat etmiş,
ikinci Fəxri xiyabanda dəfn olunmuş, yaşadığı binanın diva-
rına xatirə lövhəsi vurulmuş, Bakının Yasamal rayonunda
adına küçə verilmişdir.
~~~ 5 ~~~
GİRİŞ
Azərbaycanşünaslıq mükəmməl bir elm kimi XX əsrin
20-30-cu illərində formalaşmış, Azərbaycanda həm elmi
təfəkkürün inkişafı, həm də azərbaycançılıq dünyagörüşü-
nün təşəkkülü ilə bağlı azərbaycanşünaslığın meydana çıx-
ması sonralar daha elmi xarakter almışdır. Azərbaycanşü-
naslıq polemik xarakterli, əsasən, problemlərdən ibarət bir
elm olması ilə şərtlənir ki, bu da milli-ictimai təfəkkürün
müxtəlif sahələrində özünü göstərir. Azərbaycanşünaslığın
problemlərini dilçilik, ədəbiyyatşünaslıq, mədəniyyətşünas-
lıq, tarixşünaslıq və b. elmlərin hər birinin əldə etdiyi fakt-
lardan, nəticələrdən, ümumi nəzəri müddəalardan istifadə
etməklə həll etmək mümkündür. Bu mənada azərbaycanşü-
naslığın ədəbi-nəzəri problemlərinin həl lində, ümumtürk
mifologiyasının qaynaqlarının müəyyənləşdirilməsi və təhli-
li işində məhz XX əsr Azərbaycan ədəbiyyatşünaslığının, yəni
bu dövrdə yaşayıb-yaratmış ədəbiyyatşünas alimlərin də öz
payı vardır. Digər bir tərəfdən XX əsr Azərbaycan ədəbiyyat-
şünaslığının inkişaf tarixinin və məşğul olduğu ədəbi-nəzəri
problemlərin öyrənilməsi, sistemləşdirilməsi isə həmin döv-
rdə fəaliyyət göstərmiş ədəbiyyatşünas alimlərin elmi irsi-
nin əhatəli öyrənilməsini tələb edir. Elə buna görə də keçən
əsrin ortalarından başlayaraq, Azərbaycan ədəbiyyatşünas-
ları öz sələflərinin həyat və yaradıcılığının öyrənilməsi ilə
məşğul olmağa başlamış, Abdulla Sur (1882-1912), Firidun
bəy Köçərli (1868-1920), Seyid Hüseyn (1887-1937), Hənə-
fi Zeynallı (1895-1937), Əli Nazim (1906-1941), Məmməd
Arif (1904-1975), Əhməd Cəfəroğlu (1899-1975), Mir Cə-
lal Paşayev (1908-1978), Feyzulla Qasımzadə (1898-1976),
Məhəmmədhüseyn Təhmasib (1907-1982), Əkbər Ağayev
(1915-1989), Əziz Mirəhmədov (1920-2002), Kamal Talıb-
zadə (1923-2007), Bəkir Nəbiyev (1930-2012), Nizaməddin
Dostları ilə paylaş: |