~~~ 27 ~~~
istəməz etnik-milli təfəkkürümüzün, həyat və düşüncə tər-
zimizin, adət-ənənələrimizin, məişətimizin, dilimizin və s.
bir çox cəhətlərini öz xalqının faktına çeviribdir və onların
özünəməxsusluqlarına bu və ya digər dərəcədə təsir göstə-
ribdir.
Bütün bunlar çoxəsrlik milli ədəbiyyat tariximizin başqa
dildə olan elmi materiallar əsasında öyrənilməsinin əhəmiy-
yətinin vacibliyini bir daha təsdiq edir. Mirəli Seyidovun Sa-
yat Novaya həsr olunmuş araşdırmasında qarşısına qoyduğu
əsas məqsəd başqa aspektdən və başqa materiallar əsasında
məhz Azərbaycan ədəbiyyatını öyrənmək və bu yolla azər-
baycanşünaslığın ədəbi-nəzəri problemləri qabartmaq idi
ki, bunu tədqiqatın strukturu və məzmunu da aydın göstə-
rir. 155 səhifəlik monoqrafiyada müəllif Sayat Novadan nə
qədər danışıbsa, ondan daha çox aşığın yaşadığı dövrdən,
erməni aşıq ədəbiyyatına Azərbaycan-türk söz sənətinin
təsirindən, erməni tədqiqatçılarının, din xadimlərinin inka-
rolunmaz Azərbaycan faktına və təsirinə qısqanc münasi-
bətindən bəhs edibdir. Hətta alim bilavasitə Sayat Novanın
həyatından, yaradıcılıq axtarışlarından danışanda da, Azər-
baycan xalqı və ədəbiyyatı ilə bağlılıq faktının üzə çıxarılma-
sına, mənalandırılmasına üstünlük veribdir.
Müəllif erməni tədqiqatçılarının Sayat Novanın timsalın-
da Azərbaycanla bağlılığın təsirini mümkün dərəcədə azalt-
maq üçün aşığın adının yozumunda narahatçılıqlarını və na-
razılıqlarını gizlədə bilmədiklərinə xüsusi diqqət yetirmişdir.
Bir sıra erməni və rus tədqiqatçıları Sayat Nova adının mə-
nasını hind dilindəki sözlərlə əlaqələndirməyə çalışmışlar.
Onların məqsədi bundan ibarət olmuşdur ki, bu ad hansı
dilə, o cümlədən hind dilinə baglanır-bağlansın, bircə müqa-
yisədə üstünlük yetkinlik göstəricisinə çevrilən Azərbaycan,
türk və ya onların vasitəsi ilə ərəb, yaxud da fars dili ilə bağ-
lılıq olmasın: “Halbuki nə “Sayat”, nə də “Nova” hindcə deyil-
dir. Məlum olduğu üzrə, “sayat”, yaxud “səyad” ərəbcə ovçu
~~~ 28 ~~~
deməkdir; “nova” (“nəva”) isə on iki əsas muğamdan biridir.
Böyük Azərbaycan bəstəkarı akademik Üzeyir Hacıbəyovun
dediyi kimi, “nova” (“nəva”) yunan tonlarına görə “mi”dir.
Demək, nova (“nəva”) kəlməsi bilavasitə musiqi ilə əlaqədar-
dır. Məlum olduğu kimi, SSRİ Elmlər Akademiyasının müxbir
üzvü E.Bertels də Nəvainin təxəllüsünü “melodiçnıy” deyə
izah etmişdir. Bizcə, bütün bunlardan nəticə çıxararaq, aşı-
ğın qəbul etmiş olduğu təxəllüsün mənasını “musiqi ovçusu”,
“musiqi aşiqi”, “musiqi ustadı” və ya “musiqidə şöhrət qazan-
mış” deyə izah etmək daha doğru olar” [106, 89].
Monoqrafiyada erməni tədqiqatçılarının Sayat Novanın
ömrünün sonunda kilsəyə pənah aparması ilə bağlı müla-
hizələrinə də geniş yer ayrılmışdır. Bunun da bir neçə səbəbi
var idi. Birincisi, müəllif dövrün senzurasını nəzərə alaraq
sovet ideoloqlarının ikili standartlarının növbəti təzahürünü
bir daha göstərməyə çalışmışdır. Yəni sovet elm məmurla-
rı az qala Nəsimini dinsiz, ateist elan etdirməyə çalışdıqları
halda, Sayat Novanın kilsəyə pənah aparması mülahizəsinə
dözümlü yanaşırdılar. Ona görə yox ki, aşığı və onun po-
eziyasını çox xoşlayırdılar, ilk növbədə, ona görə ki, ən azı
islam dini ilə müqayisədə xristian dini müəyyən mənada
təbliğ olunurdu. (Başqa situasiyada sovet məmurlarının kil-
səyə, həm də xristian dininə kifayət qədər sərt yanaşdığını
göstərən faktlar az deyildir.) Ikincisi, erməni tədqiqatçıları-
nın əsas bir məqsədi var idi. Azərbaycan aşıq və klassik ədə-
biyyatı ənənəsi əsasında formalaşaraq yetişmiş Sayat Nova-
nın həyatının sonunda peşman olduğunu, haqqın yoluna, əsl
erməniçiliyə qayıtdığını göstərmək.
Onlar hər vəchlə aşığı Azərbaycan-türk təsirindən təmiz-
ləməyə çalışırdılar. Amma onlar erməni ədəbiyyatının böyük
bir dövrünü bu təsirdən təmizləməyə qadir deyildilərr. Çün-
ki faktlar təsirin miqyasını və gücünü daha dəqiq və əsaslı
şəkildə göstərirdi. Erməni alimləri “sübut” edə bilərdilər ki,
Sayat Nova bu təsirdən kənardadır və ya ömrünün sonun-
~~~ 29 ~~~
da bu təsirə düşməsindən özü də narahat olubdur. Amma
onun yetişməsində özündən əvvəlki erməni yaradıcılarının
ənənələrinin və təcrübələrinin rolunu nə inkar edə, nə də
azalda bilərdilər. Halbuki buna da ciddi səylər göstəriblər.
Məsələn, məlum olduğu kimi, Nəsimi irsi və şəxsiyyəti ermə-
ni yaradıcılarına o dərəcədə güclü təsir göstəribdir ki, onla-
rın bir çoxu hətta Nəsimi üslubunda və ideyalarında yazdığı
əsərlərə ”nəsimilər” [107, 134] deyiblər.
100-dən artıq şeirinin üçünü erməni, 97-ni Azərbaycan
dilində yazan Miranın şeirləri doğma dilimizdə elə səviyyədə
yazılıbdır ki, “onu Azərbaycan sənətkarlarından: Qurbani-
dən, Xəstə Qasımdan, Sarı Aşıqdan və başqalarından fərqlən-
dirmək çətin olur” [107, 135]. Belə bağlılıqla yanaşı onu da
qeyd etmək lazımdır ki, Miran poeziyası bütün mahiyyətcə
Nəsimi ideyaları ilə yoğrulubdur. Deməli, bu faktın özü də
Azərbaycan ədəbiyyatının erməni ədəbiyyatına əsaslı və da-
nılmaz təsirini bir daha təsdiq edir. Artıq bu təsir o dərəcədə
güclüdür ki, erməni tədqiqatçıları Miranı və Miranları din-
sizlikdə qınamayıb, töhmətləndirməyiblər, onlara sərf edən
daha münasib variant seçiblər: bu halda onlar Nəsimini xris-
tianlaşdırmağa cəhd göstəriblər. M.Seyidov Miranın şeirlə-
rini toplayan, zövqünə uyğunları seçib üzünü köçürən Elyas
Muşeqdən maraqlı sitat vermişdir: “Nəsiminin şeiri. Bu hə-
min Hələbli Nəsimidir ki, əvvəl daçik (burada azərbaycanlı
mənasında işlənmişdir – M.S.) oğlu idi. Sonra İsanı tanıdı və
bəzilərinin dediyinə görə, Hələb şəhərində şəhid oldu” [107,
133].
Göründüyü kimi, Elyas Muşeq erməni keşişlərinin sınaq-
dan çıxmış metodlarını əsas götürərək, Mirana haqq qazan-
dırmaq məqsədi ilə Nəsimini xristianlaşdırmaqla kifayət-
lənməmiş, hətta onun məhz buna görə şəhid olduğunu da
yazmağı özünə borc bilmişdir. Doğrudur, bu mülahizə son-
radan özünə tərəfdar tapmadı, çünki heç bir faktla təsdiqini
tapmayan misli görünməmiş saxtakarlığa həmrəy olmaqla
Dostları ilə paylaş: |