~~~ 21 ~~~
olunmuş, bununla da bu toponimin özündən əvvəlkini unut-
durmaq funksiyası reallaşdırılmağa başlamışdır. Maraqlıdır
ki, indinin özündə də ictimai rəydə Ağrı dağla müqayisədə
Ararat toponimi daha çox işlənilir və başa düşülür. Ağrı da-
ğının unudulması, daha doğrusu, unutdurulması isə tarixin
müəyyən bir dövrünün, bu dövrlə bağlı müxtəlif düşüncə
faktlarının unudulması deməkdir.
Elmi axtarışlarının birinci mərhələsində M.Seyidovun
güzəştli mövqe tutduğunu görmək çətin deyildir. Müəllif “qə-
riblik mahnılarından” danışarkən M. Nalbandyandan belə bir
sitat verir: “…bir sıra Azərbaycan xalq mahnıları ermənilər
tərəfindən sevilə-sevilə ifa olunduğu kimi, erməni xalqının
“Durna” (“Krunk”) mahnısı da azərbaycanlılar tərəfindən
oxunur” [106, 31]. Eyni sözləri “Cangülüm” mahnısı haqqın-
da da demək olar. “Durna” mahnısının erməni mahnısı ol-
duğunu M. Nalbandyana istinadla verən müəllif “Cangülüm”
mahnısının ermənilərin olduğunu özü qeyd edir [106, 56].
Tədqiqatın bu hissələrində bir neçə məqama diqqət ye-
tirmək lazım gəlir: birincisi, nümunələrdən də göründüyü
kimi, erməni mahnıları olaraq təqdim edilən hər iki mahnı-
nın adı təmiz türk-Azərbaycan sözlərindən ibarətdir. Ermə-
nilərin oxşar yolla milli musiqimizi, mətbəximizi, oyun hava-
larımızı, mədəniyyət abidələrimizi mənimsəmələri onların
bu sahədə tarixi təcrübələrinin olduğundan xəbər verir. Əsas
məsələlərdən biri də bundan ibarətdir ki, hələ indiyə kimi
erməni dilində ola-ola azərbaycanlıların onlardan nəyi isə
mənimsəməsi faktı qeydə alınmayıbdır.
İkincisi
, durnalar mövzusunda xalqımızın yalnız şifahi
ədəbiyyatında deyil, eyni zamanda, yazılı ədəbiyyatında ka-
mil poetik nümunələrin davamlı ədəbi təcrübəsi və ənənəsi
mövcuddur.
Üçüncüsü
və ən başlıcası isə bundan ibarətdir ki, çox-
saylı erməni aşığı, şairi Azərbaycan dilində yazıb-yaratdığı
halda, hələ indiyə kimi heç bir azərbaycanlı aşığı və ya şairi
~~~ 22 ~~~
erməni dilində əsər qələmə almayıb. Təbii ki, Azərbaycan di-
lində yazıb-yaradan erməni əsilli sənətkarlar istər-istəməz
həm dilimizin qanunlarına əməl etməyə, onun potensialın-
dan istifadə etməyə, həm də yazdığı dildə yaranan şifahi və
yazılı ədəbiyyatda təkrarlanan, bədii mənalandırılmasında
ənənəsi olan mövzulardan yararlanmağa məhkum olublar.
Deməli, “Cangülüm”, “Durna” mahnıları erməni dilindən
Azərbaycan dilində yazan aşıq və şairlərin sayəsində milli
mədəniyyət faktımıza çevrilə bilməzdi, əksinə, məhz onların
sayəsində ermənilərin mahnısına çevrilə bilərdi. Tədqiqatda
bu məsələlərin elmi yozumu əksini tapmayıbdır. Bunu M.Se-
yidovun problemə bələdsizliyi və ya çəkingənliyi ilə deyil,
bizcə, ilk növbədə, ermənilərlə müqayisədə oxşar məsələlər-
də azərbaycanlıların daha sərt və amansız senzor nəzarətinə
məruz qalmaları ilə izah etmək mümkündür.
Monoqrafiyada maraq doğuran iki cəhətə də diqqət yetir-
mək zəruridir. Bunlardan biri erməni aşıqlarının Azərbaycan
dilində şeir yazmaları və bu faktın erməni və Azərbaycan alim-
ləri tərəfindən mənalandırılması, digəri isə erməni aşıqları və
dini etiqad məsələsinin qoyuluşu və onun erməni tədqiqatçı-
larının əsərlərində məqsədli yozumudur. Əsas məsələyə keç-
məmişdən əvvəl, ədəbiyyat tariximiz üçün önəmli bir məsələni
nəzərdən keçirmək yerinə düşərdi. Elmi arqumentlərlə əsas-
landırılmış belə bir fikir həm erməni, həm də Azərbaycan alim-
ləri arasında geniş yayılıbdır ki, guya müxtəlif dövrlərdə çoxsay-
lı erməni aşıqları Azərbaycan dilində yazıb-yaradıblar. Məsələn,
M. Seyidov bunların sayının 375 nəfərdən çox olduğunu fikrini
irəli sürmüşdür [106, 84].
Zahirən doğma dilimizin və poetik təfəkkürümüzün
gücünün təsdiqi faktı kimi mənalalandırılmağa layiq müla-
hizənin arxasında əslində məqsədyönlü şəkildə şişirdilmiş
rəqəm dayanır. Şişirdilmiş rəqəm müəyyən mənada qane
etdiyi üçün hər iki tərəfdən qəbul olunmuşdur. Azərbaycan
alimlərinin humanitar-filoloji aspektdən yanaşaraq təhlil
~~~ 23 ~~~
etdikləri problemi erməni alimləri ictimai-siyasi, etnik-milli
maraqların təbliği vasitəsi kimi götürüblər. Erməni alimləri
bu məsələyə münasibətdə vahid mövqedən çıxış etməyiblər.
Onların mülahizələrində ümumi şəkildə razılaşdıqları ortaq
cəhət bundan ibarətdir ki, erməni dilindən başqa Azərbay-
can dilində yazıb yaradan aşıqların sayının çoxluğu bir tərəf-
dən Zaqafqaziyadakı ermənilərin tarixinin qədimliyinin təs-
diqinin daha bir faktıdır, digər tərəfdən də onların sayını az
olmadığının və poetik istedadlarının gücünün göstəricisidir.
Lakin bu faktların ən böyük əhəmiyyəti milli söz sənətimizin
tarixi ilə bağlıdır. Vaxtilə M.Təhmasib yazırdı: “Mirəli Seyi-
dovun “XIII əsrdə azərbaycanca yazılmış bir şeir haqqında”
adlı kiçik həcmli, lakin böyük əhəmiyyətli məqaləsi də bu
baxımdan maraqlıdır. Müəllifin verdiyi məlumata görə, XIX
əsrin ədəbiyyatşünası Karapet Qosdanyan XIII-XVI əsrlərdə
yaşamış şairlər haqqında danışarkən xüsusilə qeyd etmişdir
ki, “Tlkuransı” hələ ruhaniliklə məşğul olana qədər gənc yaş-
larında peşəkar aşıq olmasa da, aşıq idi və bu sahədə şöhrət
qazanmışdı. O, Şərq aşıqları kimi mahnılar, şeirlər demişdir.
Deməli, xatırlanan əsrlərdə aşıq sənəti var imiş. Özü də bu
sənət, xüsusilə Zaqafqaziyada o qədər şöhrətlənmiş və geniş
yayılmışdı ki, hətta qardaş ermənilər içərisində də bu tərzdə
yazanlar yetişmişdi” [117, 104-105].
Erməni alimlərinin bir qismi Azərbaycan dilində yazan
aşıqları öz ədəbiyyat tarixlərinə daxil etməmişlər. Məsələn,
Leo türkcə olduğu, onların böyük qismini məhz başqa, yad
dildə yazıldığı üçün erməni ədəbiyyatı nümunəsi saymamış-
dır. Həmin müəllif erməni aşıqlarının Azərbaycan dilində
yazmalarının səbəbini Azərbaycan dilinin “erməni xalq ləh-
cələrindən daha səlis, daha ifadəli və daha zəngin” [106,59]
olması ilə əlaqələndirmişdir. Monoqrafiyada müəllif erməni
aliminin bu mülahizəsinə qarşı çıxaraq, özünün siyasi təb-
liğat xarakterli arqumentini irəli sürmüşdür: “Leo bunun
əsasını erməni və Azərbaycan xalqlarının dostluğunda, qar-
Dostları ilə paylaş: |