Dialektikanın əsas qanunu mövcuddur: Əksliklərin vəhdəti və mübarizəsi qanunu



Yüklə 16,76 Kb.
səhifə2/2
tarix16.05.2023
ölçüsü16,76 Kb.
#110577
1   2
Fəlsəfə kol

Keyfiyyət və kəmiyyət anlayışı
Bizim ətrafımızda olduqca çoxlu ən müxtəlif əşyalar və hadisələr vardır. Bunlar bizim üçün nə isə solğun simasız bir kütlə halında qarışmır, bunlardan hər biri başqalarından yalnız ona aid olan spesifik xüsusiyyətləri və xassələri ilə fərqlənir. Məsələn, qızıl kimi bir metalı götürək. Onun özünə məxsus sarı rəngi, uzanma və döyülmə qabiliyyəti vardır, müəyyən sıxlığı və ərimə qaynama tempraturu vardır. Predmeti başqa bir predmet deyil, məhz həmin predmet edən onu saysız hesabsız başqa predmetlərdən fərqləndirən nə varsa, bunların hamısı məhz onun keyfiyyətləridir.Keyfiyyət xassə də təzahür edir. Xassə şeyi hər hansı bircə tərəfdən biridir, predmet isə bütövlükdə predmet haqqında təsəvvürdür.
Hər bir əşyanın müəyyən keyfiyyətdən başqa, kəmiyyəti də olur.Keyfiyyətdən fərqli olaraq, kəmiyyət predmeti ona aid xasssələrinin inkişaf dərəcəsi və ya intensivliyi , habelə onun böyüklüyü , həcmi v.s. tərəfindən bildirir.Bir qayda olaraq, kəmiyyət rəqəmlə ifadə olunur. Kəmiyyətlə keyfiyyət eyni bir əşyanın tərəfləri olduğuna görə bir vəhdət təşkil edir.Keyfiyyətin dəyişilməsi , əşyanın dəyişilməsinə , onun başqa bir əşyaya çevrilməsinə gətirib çıxarır, müəyyən çərçivədə daxilində kəmiyyətin dəyişilməsi isə əşyanın nəzərə çarpacaq dərəcədə dəyişilməsinə gətirib çıxarmır.Kəmiyyətlə keyfiyyətin vəhdəti ölçü adlanır. Ölçü bir növ elə hədddir ki, bunun daxilində predmet olduğu kimi qalır. Kəmiyyət tərəfi ilə keyfiyyət tərəfinin birləşməsindən ibarət olan ölçünün “pozulması” predmetin dəyişilməsinə, onun başqa bir predmetə çevrilməsinə gətirib çıxarır. Məsələn,maye halında civə üçün ölçü mənəvi 39°-dən, müsbət 357°-yədək temperaturdur. Civə mənfi 39°- temperaturunda bərkiyir, müsbət 357°-də isə qaynamağa başlayır, buxar halına düşür.
Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi inkişafın qanunudur.
3)İnkarı inkar qanunu.
İnkarı inkar qanunu inkişafın istiqamətini, burada köhnə ilə yeninin əlaqəsini aşkara çıxarır.
Cansız təbiətdə inkişafa və inkara dair misal ulduzlar milyon illərlə mövcud olur, sonra isə sönür. Yaxud da Yerin geoloji dövrləri bir-birini əvəz edir. Canlı həyatda bitki və heyvan növləri bir müddət yaşayır, sonra məhv olur. Eyni sözləri cəmiyyət haqqında da demək olar. Belə ki, tarix başdan-ba­şa insan nəsillərinin bir-birini əvəz etməsi deməkdir. Bütün bunlar sübut edir ki, inkişaf olan yerdə inkar da vardır. Köhnəni inkar etmədən yeni yarana və yetişə bilməz. Buna görə də demək olar: dünya hər bir dövrdə götürüldükdə keçmişin nəticəsi və gələcəyin rüşeymidir.
İnkarı inkar qanununun mahiyyətini açmaq üçün ilk növbədə inkar kateqoriyasına diqqət yetirilməlidir.
İnkarın metafizik və dialektik anlamı mövcuddur. Metafizika inkarı xarici qüvvənin təsiri nəticəsi kimi götürür. Onu müəyyən predmetin və ya hadisənin birdəfəlik məhv edilməsi kimi izah edir. Əlbəttə, təbiətdə belə inkar halları mövcuddur. Məsələn, buzlaşma, su basqınları və vulkan püskürmələri nəticəsində bitki və heyvan növlərinin bütöv bir nəsli kəsilir. Lakin dünyada əsas yeri dialektik inkar tutur. Dialektik inkar isə özinkar, daxili inkardır. Buna görə də hadi­sənin inkişafını dayandırmır. Əksinə, onun daha da inkişaf etməsi uçün əlverişli şərait yaradır. Bu inkar yalnız köhnənin inkişafa mane olan tərəfini məhv edir. Həmin köhnənin müsbət tərəfi qorunub sax­lanılır, köhnə ilə mübarizədə yeni həmişə qələbə çalır. Çünki özündən savayı həm də köhnədə olan müsbət tərəfə arxalanır.
2. *Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanunu.*
Bu qanun gerçəkliyin ən ümumi, obyektiv qanunlarından biridir. Kəmiyyət və keyfiyyət eyni predmetdə obyektiv vəhdətdə mövcuddur. Lakin onlar arasında əsaslı fərqlər də vardır. Əgər kəmiyyət dəyişiklikləri azalma və artmaya, kiçilmə və böyüməyə səbəb olur, müəyyən ölçü daxilində yeni keyfiyyət halı doğurmursa, cismin keyfiyyətcə dəyişilməsi ölçünü pozur, yeni keyfiyyət halının əmələ gəlməsi ilə nəticələnir.

İnkişafın ən ümumi və obyektivliyi olan bu qanun - «öz hərəkətin», «öz inkişafın» mexanizmini, xarakterini,mahiyyətini ifadə edir, inkişafın necə, hansı formalarda baş verdiyini müəyyən edir, insanları inkişafın səciyyəvi xüsusiyyətləri, formaları, mərhələləri və s. haqqında qanunauyğunluqlarla silahlandırır. Bu da insanlarda nəzəri təfəkkürün inkişafına və əməli işlərində daha fəal olmasına kömək edir.


3. *İnkarı inkar qanunu.*
İnkarı inkar – dialektikanın ən ümumi qanunudur, gerçəklikdəki inkişafın perspektivlərini, meyllərini və istiqamətlərini, forma və nəticələrini bildirir. «inkar» terminini fəlsəfəyə ilk dəfə Hegel gətirmiş, «inkar inkarı» bir ümumi dialektik qanun şəklində də Hegel işlətmişdir. İnkarı inkar qanununu səciyyələndirən əsas anlayışlar bunlardır: inkar, varislik və inkişaf. İnkarın anlaşılmasında əsasən iki münasibət – dialektik və metafizik mövqe fərqləndirilməlidir.
İnkarı inkar – gerçəkliyin bütün sahələrində (təbiətdə, cəmiyyətdə, idrakda) fəaliyyət təsirinə malik olan, inkişafın qarşısıalınmazlıq və varisliyini vəhdət halında əks etdirən, köhnənin bir çox cəhətlərinin yenidən təkrarlandığını ifadə edən bir çox cəhətlərinin yenidən təkrarlandığını ifadə edən ümumi qanundur.
Yüklə 16,76 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə