Diaqnostika və texniki xiDMƏT


Mexaniki yeyilmə barəsində “Avadanlıqların yeyilməsinin əsas növləri” mövzusunda məlumat verilmişdir



Yüklə 4,01 Mb.
səhifə38/52
tarix26.05.2022
ölçüsü4,01 Mb.
#88064
1   ...   34   35   36   37   38   39   40   41   ...   52
diaqnostika və texniki xidmət (1) (1)

Mexaniki yeyilmə barəsində “Avadanlıqların yeyilməsinin əsas növləri” mövzusunda məlumat verilmişdir.

Eroziya zədələnmələri –metalda (yəni hissənin işçi səthlərinin təsiri zamanı) yüksək sürətlə hərəkət edən maye və ya qaz axını təsiri zamanı baş verir. Hər iki halda eroziya axında olan bərk (abraziv) hissəciklər yeyilmə və oksidləşmə örtüyünün (kimyəvi və elektro-kimyəvi proseslər nəticəsində yaranan) dağılmasına və səthlərin yeyilməsinin dərinləşməsinə səbəb olur.

Kavitasiya-maye axınının fasiləsizliyinin (arası kəsilmədən axınının) pozulması nəticəsində baş verir. Bu zaman əmələ gələn oşluqlar buxar və ya hava ilə dolurlar. Bu boşluqlar (qovuqlar) metalın səthinə yaxın sahədə örtüləndə (çırpılanda) təzyiqin dəfələrlə yüksəlməsi nəticəsində metalın tyədricən dağılmasına (zədələnməsinə) səbəb olur. Bu boşluqlar kavitasiya qovuqları adlanır.

Kavitasiya-maye axınının fasiləsizliyinin (arası kəsilmədən axınının) pozulması nəticəsində baş verir. Bu zaman əmələ gələn oşluqlar buxar və ya hava ilə dolurlar. Bu boşluqlar (qovuqlar) metalın səthinə yaxın sahədə örtüləndə (çırpılanda) təzyiqin dəfələrlə yüksəlməsi nəticəsində metalın tyədricən dağılmasına (zədələnməsinə) səbəb olur. Bu boşluqlar kavitasiya qovuqları adlanır.

Korroziya zədələnmələri- avadanlıqların korroziya yeyilməsi (zədələnməsi) kimyəvi aqressiv neft və neft məhsullaarı və ya su ilə təmasda baş verir. Metalın zədələnməsi onun səthindən başlanır. Mayenin səthində metal oksidi örtükləri əmələ gəlir və bu örtükdə bir-birini əvəz edən korroziya növbəti metal qatına keçir və get-gedə dərinləşərək səthin zədələnməsinə səbəb olur.

Korroziya mexaniki yeyilmə barəsində “Avadanlıqların yeyilməsinin əsas növləri” mövzusunda məlumat verilmişdir.

Mövzu 12.Texnoloji avadanlıqların hissə və düyünlərinin yeyiməyə qarşı davamlılığını artırma üsulları.

Avadanlıqların uzunömürlülüyü əhəmiyyətli dərəcədə onun hissələrinin iş resurslarından (xidmət müddətindən) asılıdır. Maşın hissələri ən böyük yüklənmələri (qüvvələri) işçi sahəsinin səth qatı ilə qəbul edirlər. Abraziv yeyilmə və korroziya hissənin səthindən başlayır. Yorulma dağılması işçi səthlərində çatların əmələ gəlməsindən başlayır və tədricən səthin dərin qatlarına nüfuz edir. Sürtünmə zamanı yeyilməyə məruz qalan işçi səth olur. Buna görə də maşın hissələrinin işçi səthlərinin möhkəmləndirilməsi hissələrin hazırlanması və təmiri zamanı geniş tətbiq olunur.


Yüklə 4,01 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə