Dilin Törətdiyi Bəlalar



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə11/23
tarix15.04.2018
ölçüsü0,56 Mb.
#38540
1   ...   7   8   9   10   11   12   13   14   ...   23

 

34 


danışa-danışa  Allah  qatında  yalançı  tanınır”.  (Buxari  7/95 

Müslim 4/2012 Bax; “əl-Lulu val Mərcan” 3/198) 

 

Müslimdə  keçən  digər  bir  hədisdə  isə  peyğəmbər  (s) 



buyurur:  “Doğru  olun!  Doğruluq  yaxşılığa,  yaxşılıq  da 

Cənnətə  aparır.  Insan  doğru  danışdıqca,  Allah  qatında 

doğru  insan  kimi  tanınır.  Yalandan  çəkinin!  Yalan  pisliyə, 

pislik  də  oda  aparır.  Insan  yalan  danışdıqca,  Allah  qatında 

yalançı kimi tanınır”. (Müslim 4/2013)  

 

Imam  Buxari  özünün  “Səhih”  əsərində  fəsillərin  birini 



“Yalan  və  gizlətməyin  alış-verişi  məhv  etməsi”  adlandırır  və 

arxasınca  Həkim  bin  Hizamın  (Allah  ondan  razı  olsun!) 

peyğəmbərdən  (s)  rəvayət  etdiyi  hədisi  misal  çəkir:  “Alış-

verişdə  hər  iki  tərəf  ayrılana  kimi  bir-biriləri  ilə  xeyirli 

olsunlar!  Bu  müddət  ərzində  doğru  və  heç  nə  gizlətməsələr, 

alış-verişləri  bərəkətli  olar.  Yalançı  olsalar  və  nələrisə 

gizlətsələr,  alış-verişlərindəki  bərəkət  itər”.  (Buxari  3/11 

“Fəthul Bari” 4/313)  

 

Bəhz bin Həkim atasından, o da öz atasından rəsulullahın 



(s)  belə  buyurduğunu  eşitmişdir:  “Vay  o  kəsin  halına  ki, 

camaatı güldürmək üçün söhbət edər və yalan danışar. Yenə 

də vay olsun onun halına, vay!” (Tirmizi 4/557)  

 

Sumra  bin  Cundubdan  rəvayət  olunan  uzun  hədislərin 



birində peyğəmbər (s) öz röyasını danışır: “Gecə gördüm ki, iki 

kişi gəldi, əlimdən tutdu və  məni  müqəddəs torpağa apardı. 

Bir  kişi  gördüm  əlində  dəmirdən  qarmaq  var  idi.  Onu 

çənəsindən salır və başının arxasına kimi uzadırdı. Və bunu 

təkrarən edirdi. Mən soruşdum ki, bu nədir? Mənə dedilər: 

Get!  …”  Hədisin  sonunda  peyğəmbər  (s)  buyurur:  “Mən 

dedim:  Bütün  gecəni  məni  dolaşdırdınız.  Indi  mənə 

gördüklərim  barədə  xəbər  verin!  Dedilər:  “Bəli,  sənin 

gördüyün çənəsin yaran insan yalan danışan idi. O, o qədər 

yalan  danışmışdır  ki,  yalanı  üfüqlərə  çatmışdır.  O,  sənin 

gördüyün  bu  hərəkəti  ta  qiyamətədək  edəcək…”  (Buxari 



 

35 


2/104  “Fəthul  Bari”  3/251)  Buxaridə  olan  rəvayətdə  isə 

peyğəmbərə  (s)  belə  deyilir:  “Sənin,  çənəsini,  burnunu  və 

gözlərini  başının  arxa  tərəfinə  dartan  gördüyün  insan  o 

kəsdir  ki,  evindən  çıxandan  yalan  danışmağa  başlayar. 

Hətta, o qədər yalan danışar ki, yalanı üfüqlərə kimi çatar”. 

(“Fəthul Bari” 12/439) 

 

Əbu  Hureyrənin  rəvayət  etdiyi  hədisdə  peyğəmbər  (s) 



buyurur:  “Munafiqin  əlaməti  üçdür:  Danışanda,  yalan 

danışar. Vəd etdikdə, vədinə xilaf çıxar. Ona bir şey əmanət 

olunduqda,  əmanətə  xəyanət  edər”.  (Buxari  7/95,  1/14 

Müslim 1/78 Bax; “əl-Lulu val Mərcan” 1/12)  

 

Ibn  Abbasdan  (Allah  ondan  və  atasından  razı  olsun!) 



rəvayət  olunan  hədisdə  peyğəmbər  (s)  buyurur:  “Kim 

görmədiyi  yuxunu  danışarsa,  o,  iki  arpa  dənəsini 

birləşdirməyə  məcbur  edilər.  Ancaq,  bunu  bacarmayacaq. 

Kim  başqalarinin  söhbətinə  onların  istəmədikləri  halda 

qulaq  asarsa,  onun  qulağından  qiyamət  günü  qurğuşun 

tökəcəklər.  Kim  bir  surət  şəkli  çəkərsə,  ona  əzab  olunar  və 

ona  ruh  üfürməsi  məcbur  edilər.  Lakin,  o  bunu  edə 

bilməyəcəkdir”. (“Fəthul Bari”12/427)  

 

Nə  zaman  yalan  danışmağa  icazə  verilir.  Ummu 



Kulsum  bint  Uqbə  peyğəmbərdən  (s)  belə  eşitdiyini  rəvayət 

edir:  “Insanlar  arasında  mehribanlıq  yaratmaq,  xeyir 

toxumlarını əkmək və xeyr söyləyən yalançı olmaz”. (Buxari 

3/166 Müslim 4/2011 Bax; “əl-Lulu val Mərcan” 3/198)  

 

Ummu 


Kulsumun 

rəvayətində 

qeyd 

olunur 


ki, 

peyğəmbər (s) insanlanların danışığında üç formada yalana icazə 

verir.  Həmçinin,  Đbn  Şihab  rəvayət  edir  ki,  peyğəmbər  (s) 

insanların danışığında yalana üç şəkildə icazə verir: müharibədə, 

insanlar  arasını  düzəltməkdə  və  ərin  arvada,  arvadın  da  ərinə 

olan söhbətində. (Müslim 4/2011 Bax; Nəvəvinin “Zikrlər” 324 

Burada, ağlı düşündürən bir çox faydalı məlumatlar var.)  



 

36 


 

Imam  Nəvəvi  (Allah  ona  rəhmət  etsin!)  buyurur:  “Bu 

hədis xeyirxahlıq üçün danışılan bəzi yalanların icazəli olmasına 

açıq  dəlildir.  Alimlər  ona  bəzi  qaydalar  çərçivəsində  icazə 

vermişlər.  Bu barədə  ən  gözəl rəy  Đmam Əbu  Həmid Qazalinin 

(Allah  ona  rəhmət  etsin!)  fikirləridir:  “Söz  məqsədlər  üçün 

vasitədir.  Bütün  məqsədlərə  doğruluq  və  yalanla  çatmaq 

mümkündür.  Burada,  yalan  ehtiyac  duyulmadan  haramdır. 

Məqsədə  yalnız  yalanla  çatmaq  mümkündürsə,  orada  doğru 

danışmağın  yeri  olmaz.  Məqsədə  çatmaq  bəyənilən  bir 

əməldirsə, orada yalan danışmaq daha yaxşıdır. Məqsədə çatmaq 

vacibdirsə, orada yalan danışmaq vacibdir.  

 

Müsəlman  başqa  bir  müsəlmanı  zalımın  zülmündən 



gizlətməlidir. Ondan müsəlmanın yerini soruşduqda, burada onu 

gizlətmək üçün yalan danışması vacibdir. Həmçinin, onda və ya 

bir  başqasında  mal  olduğunu  zalımın  onu  qəsb  edəcəyindən 

qorxaraq  gizlətməsi  vacibdir.  Əgər  ondan  and  içməsini  tələb 

etsələr,  and  içsin  və  doğru  danışdığı  görüntüsü  yaratsın! 

Buradakı  məqsədə  çatmaq  üçün  yalnız  yalan  danışmaq 

gərəkirsə,  yalan  danışsın!  O,  əslində  yalan  danışmaq  istəmir, 

zalımın  zülmündən  məzlumu  gizlədir.  Zahirən  danışdığı  yalan 

olsa  da,  o  bundan  günah  qazanmaz.  Belə  şəraitdə  yalan 

danışmaq  haram  sayılmaz.  Əgər  bir  yerdə  ki,  doğru  danışmaq 

fitnə-fəsadın  yaranmasına  gətirib  çıxaracaqsa,  orada  yalan 

danışmaq  üzürlüdür.  Lakin,  orada  ki,  doğru  danışmaq 

keçərlidirsə, yalana ehtiyac yoxdursa, yalan danışmaq haramdır. 

(Nəvəvi “Zikrlər” 326)  

 

Ibn Qeyyim (Allah ona rəhmət etsin!) qeyd edir ki, bəzi 



sələflər  bu  cür  açıqlamalar  sayəsində  zülmdən  xilas  ola 

bilmişlər.  

 

Ömər  bin  əl-Xəttabın  belə  buyurduğu  rəvayət  edilir: 



“Đnsanların  nələrisə  açıqlamalarında  bəzən  yalana  ehtiyac 

duyulur”. (“Đğasətul Ləhəfən” 1/381)  




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə