Dilin Törətdiyi Bəlalar



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə12/23
tarix15.04.2018
ölçüsü0,56 Mb.
#38540
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

 

37 


 

Bəzi  sələf  alimlər  buyurur  ki,  özlərini  əzablardan  və 

bəlalardan qorumaq üçün doğru olmayan bəzi ifadələr işlədirlər. 

(“Đğasətul  Ləhəfən”  1/381)  Rəsulullah  (s)  bir  neçə  səhabəsi  ilə 

olarkən  müşriklərin  dəstəsi  ilə  qarşılaşır.  Onlar  soruşurlar:  Siz 

kimlərdənsiniz?  Peyğəmbər  (s)  cavab  verir:  “Biz  sudanıq”. 

Müşriklər  bir-birilərinə  baxıb:  “Bunlar  yəqin  Yəmən  əhlidir. 

Onlar  burada  çoxdurlar”  dedilər  və  getdilər.  (Đbn  Hişam 

“Peyğəmbər həyatı” 2/255)  

Peyğəmbər (s) “biz sudanıq” deməklə Allah taalanın bu 

ayəsinə istinad edirdi: “Axan sudan yaradıldı”. (ət-Tariq, 6)  

Həmmadın  (Allah  ona  rəhmət  etsin!)  yanına  onunla 

oturmaq istəmədiyi biri gələndə əlini dişinə tutub: dişim! dişim! 

deyərdi.  

Əhməddən Mərvazinin harada olmasını soruşdular. O da 

Əhmədin  yanında  idi.  Lakin,  çölə  çıxmaq  istəmədi.  Əhməd 

barmağını  ovucunun  içinə  qoydu  və  gələnlərə  dedi:  Mərvazi 

burada  deyil.  O,  burada  nə  edə  bilər…?  Əhməd  bu  cür  hiylə 

işlətməyi üç növə ayırmışdır:  

1)  Yaxınlaşmaq  və  itaət  üçün.  Bu,  Allah  qatında  ən 

fəzilətli əməllərdəndir.  

2)  Caiz və bəyənilən  əməllərdə bunu  yerinə  yetirən və 

ya  tərk  edən  günah  qazanmaz.  Lakin,  yerinə 

yetirmək  tərk  etməkdən  daha  yaxşıdır.  Və  ya 

şəraitdən asılı olaraq tərk etmək də olar. 

3)  Haram  olan.  Bu  Allaha  və  onun  rəsuluna  (s)  qarşı 

yalan  danışmaqdır.  Allahın  vacib  etdiyini  dəyərsiz 

hesab  etmək,  dindən  hesab  etdiyini  batil  saymaq, 

haram  etdiyini  halal  saymaq,  sələfləri,  imamları  və 

hədis  alimlərini  inkar  etmək  bu  növə  aiddir. 

(“Đğasətul Ləhəfən min Məsaidiş Şeytan” 1/384)  

 

 



 


 

38 


     YALAN ŞAHĐDLĐK 

 

Uca  Allah  mömin  qullarını  vəsf  edərkən  onların 



yalandan şahidlik etmədiklərini buyurur. 

 

Ey  Allahın  qulları,  yalan  yerə  şahidlik  etməkdən  çəkin! 



Allah taala buyurur: “Ey  iman  gətirənlər!  (Şahidliyiniz)  sizin 

özünüzün,  ata-ananızın,  yaxın  qohumlarınızın  əleyhinə  olsa 

belə,  ədalətdən  möhkəm  yapışan  Allah  şahidi  olun! 

(Əleyhinə  şahidlik  edəcəyiniz  şəxs)  istər  dövlətli,  istər  kasıb 

olsun,  hər  halda  Allah  onların  hər  ikisinə  (sizdən)  daha 

yaxındır.  Nəfsinizin  istəyinə  uyub  haqdan  üz  çevirməyin! 

Əgər dilinizi əyib büzsəniz və ya (doğru şəhadət verməkdən, 

yaxud  ümumən  şahidlikdən)  boyun  qaçırsanız,  (bilin  ki) 

Allah etdiyiniz işlərdən xəbərdardır”. (ən-Nisə, 135)  

 

“Ey  iman  gətirənlər!  Allah  qarşısında  (borcunuzu 



yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər 

hansı  bir  camaata  qarşı  olan  kininiz  sizi  ədalətsizliyə  sövq 

etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan 

qorxun. Allah etdiklərinizdən xəbərdardır”. (əl-Maidə, 8) 

 

Həmçinin, Allah taala buyurur: “



O  kəslər  ki,  düzgün 

şəhadət  verərlər.  Və  o  kəslər  ki,  namazlarını  (layiqincə) 

hifz  edərlər.  Məhz  onlar  cənnətlərdə  ehtiram  olunacaq 

(əzizlənəcək) kimsələrdir”. (əl-Məaric, 33-35) 

 

“O  kəslər  ki,  yalan  yerə  şahidlik  etməz,  faydasız  bir 



şeylə  rastlaşdıqları  (lağlağı  bir  söhbət  eşitdikləri)  zaman 

onlardan üz çevirib vüqarla keçər”. (əl-Furqan, 72) 

 

Allah  taala  buyurur:  “Səfərdə  olub  katib  tapmasanız, 



girov  saxlayın.  Əgər  bir-birinizə  e’tibar  edirsinizsə,  e’tibar 

olunmuş şəxs əmanəti geri qaytarsın və Rəbbi olan Allahdan 

qorxsun! Şahidliyi (şahidi olduğunuz şeyi) gizlətməyin! Onu 

gizlədən  şəxsin  qəlbi  günahkardır.  Allah  etdiyiniz  əməlləri 

biləndir”. (əl-Bəqərə, 283) 



 

39 


“Yoxsa  siz  Đbrahimin,  Đshaqın,  Yə’qubun  və  onun 

övladının (nəslinin) yəhudi və ya xaçpərəst olduqlarını iddia 

edirsiniz?  Allah  sizin  nə  etdiklərinizdən  xəbərsiz  deyildir”. 

(əl-Bəqərə, 140) 

“Bunların  (bu  qadınların)  gözləmə  müddəti  başa 

çatdıqda  (barışmaq  istəsəniz)  onları  yaxşılıqla  (mehrlərini 

verib)  yola  salın.  (Sonradan  aranızda  ixtilaf  olmasın  deyə) 

içərinizdən  iki  ədalətli  şahid  tutun.  (Siz  də  ey  şahidlər!) 

Allah  üçün  (doğru)  şahidlik  edin!  Bununla  Allaha  və  axirət 

gününə iman gətirənlərə öyüd-nəsihət verilir. Kim Allahdan 

qorxsa,  Allah  ona  (hər  çətinlikdən)  bir  çıxış  yolu  əta  edər”. 

(ət-Talaq, 2) 

“(Ey  insanlar!  Həccin  sizə  vacib  olan  əməli)  budur. 

Və  hər  kəs  (ihramda  ikən)  Allahın  haram  buyurduqlarına 

hörmət  (riayət)  etsə,  bu,  Rəbbi  yanında  onun  üçün  xeyirli 

olar.  (Haram  olduğu  "Maidə"  surəsində)  sizə  deyilənlərdən 

başqa,  qalan  heyvanlar  (onların  ətini  yemək)  sizə  halal 

edilmişdir.  Belə  olduğu  təqdirdə,  murdar  (başdan-ayağa 

murdarlıq olan) bütlərdən qaçın, yalan sözlərdən də (Allaha 

şərik qoşmaqdan da) çəkinin!” (əl-Həcc, 30) 

“Bilmədiyin  bir  şeyin  ardınca  getmə  (bacarmadığın 

bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qular, göz 

və  ürək-bunların  hamısı  (sahibinin  etdiyi  əməl,  dediyi  söz 

barəsində) sorğu-sual olunacaqdır.” (əl-Đsra, 36) 

Allah  taala  buyurur:  “De:  "Rəbbim  yalnız  aşkar  və 

gizli  alçaq  işləri  (zana  etmək,  lüt  gəzmək  və  s.),  hər  cür 

günahı,  haqsız  zülmü,  Allahın  haqqında  heç  bir  dəlil  nazil 

etmədiyi hər hansı bir şeyi Ona şərik qoşmağınızı və Allaha 

qarşı bilmədiyiniz şeyləri deməyinizi haram buyurmuşdur”. 

(əl-Əraf, 33) 

Imam  Əbdürrəhman  bin  əl-Cövzi  (Allah  ona  rəhmət 

etsin!)  Allah  taalanın  bu  ayəsi  barəsində  deyir:  “Bu  ayə  dində 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə