28
ĐKĐNCĐ FƏSĐL
ALLAH ADINDAN ELMSĐZ DANIŞMAQ
Allah və rəsulu adından yalan danışmaq. Imam
Nəvəvi (Allah ona rəhmət etsin!) deyir: “Əhli sünnə və
Camaatın rəyinə görə yalan, bilməyərəkdən və ya qəsdən bir
şeyi olduğu kimi deyil, onun əksi barəsində xəbər verməkdir.
Lakin, bilməyərəkdən yalan danışmaq günah sayılmaz. Yalnız
bilərəkdən və qəsdən danışılan yalan günahdır”. (Nəvəvinin
“Zikrlər” 326)
Allah və rəsulu adından yalan danışmaqdan çəkin! Şübhə
yoxdur ki, Allah və rəsulu adından yalan danışmaq başqaları
adından yalan danışmaqdan daha böyük günah və daha çirkin
əməldir. Allah taala buyurur: “(Həmçinin erkək və dişi
olmaqla) bir cüt dəvə və bir cüt inək. De: "(Allah) iki erkəyi,
yoxsa iki dişini, yaxud da iki (müxtəlif cinsli) dişinin
qarınlarındakı balaları haram buyurdu? Yoxsa Allah bunu
(iddia etdiyinizi) sizə tövsiyə etdiyi zaman (orada) şahid
idiniz? Heç bir biliyi olmadan insanları (haqq yoldan)
azdırmaq üçün Allaha qarşı yalan uyduran şəxsdən daha
zalım kim ola bilər? Həqiqətən, Allah zalım tayfanı doğru
yola salmaz”. (əl-Ənam, 144)
Başqa bir ayədə Allah taala buyurur: “De: "Bunu
(haram saydıqlarınızı) Allah haram buyurmuşdur deyə,
şəhadət verəcək şahidlərinizi gətirin!" Şayəd onlar
(yalandan) şahidlik etsələr, sən onlarla birlikdə şahidlik
etmə, ayələrimizi yalan hesab edənlərin və axirətə
inanmayanların nəfslərinin istəklərinə uyma. Onlar (bütləri)
öz Rəbbinə tay tutarlar”. (əl-Ənam, 150)
Allah
taala
buyurur:
“
Ey
iman
gətirənlər!
Etməyəcəyiniz
bir
şeyi
niyə
deyirsiniz?
(Bə’zi
müsəlmanlar: "Hansı əməllərin Allaha daha xoş
29
getdiyini bilsəydik, onları edər, malımızı və canımızı
onların yolunda qoyardıq!" - deyirdilər. Lakin cihad
əmri nazil olduqda bu, bir çöx mö’minlərin xoşuna
gəlmədi). Etməyəcəyiniz bir şeyi demək Allah yanında
böyük qəzəbə səbəb olar”. (əs-Saf, 2-3)
Uca Allah buyurur: “Allaha iftira yaxan və Onun
ayələrini yalan hesab edən kəsdən daha zalım kim ola bilər?!
Şübhəsiz ki, zalımlar nicat tapmazlar”. (əl-Ənam, 21)
Allah taala buyurur: “Və ya: "Əgər bizə də kitab nazil
edilsəydi, onlardan daha artıq düz yolda olardıq", -
söyləməməyiniz üçün (göndərdik). Artıq Rəbbinizdən sizə
açıq-aşkar bir dəlil, hidayət və mərhəmət gəlmişdir. Allahın
ayələrini yalan hesab edib onlardan üz çevirəndən daha
zalım kim ola bilər?! Ayələrimizdən üz çevirənləri üz
çevirdiklərinə görə ən pis cəza ilə cazalandıracağıq”. (əl-
Ənam, 157)
Allah taala buyurur: “De: "Allaha qarşı yalan
uyduranlar, sözsüz ki, nicat tapmazlar”. (Yunus, 69)
Başqa bir ayədə: “Yalanı ancaq Allahın ayələrinə
inanmayanlar uydururlar. Onlar əsl yalançıdırlar”. (ən-
Nəhl, 105) “Diliniz (bizə belə əmr edildiyi deyə) yalana
vərdiş etdiyi üçün (dəlilsiz-sübutsuz): "Bu halaldır,o
haramdır!" - deməyin, çünki (bununla) Allaha iftira yaxmış
olursunuz. Allaha iftira yaxanlar (axirət əzabından) nicat
tapmazlar”. (ən-Nəhl, 116)
Allah taala buyurur: “Allaha iftira yaxan, özünə heç
bir vəhy olunmadığı halda: "Mənə də vəhy olunmuşdur,
mən də Allahın nazil etdiyi (Qur’an) kimi bir kitab
endirəcəyəm", - deyən şəxsdən daha zalım kim ola bilər?
Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də
(bu zaman) əllərini uzadıb: "Çıxarın canlarınızı! Siz bu gün
Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə
30
təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalan-
dırılacaqsınız!" - dediklərini görəydin”. (əl-Ənam, 93)
Başqa bir ayədə isə Uca Allah buyurur: “De: "Rəbbim
yalnız aşkar və gizli alçaq işləri (zana etmək, lüt gəzmək və
s.), hər cür günahı, haqsız zülmü, Allahın haqqında heç bir
dəlil nazil etmədiyi hər hansı bir şeyi Ona şərik qoşmağınızı
və Allaha qarşı bilmədiyiniz şeyləri deməyinizi haram
buyurmuşdur”. (əl-Əraf, 33)
Əlidən (Allah ondan razı olsun!) rəvayət olunan hədisdə
peyğəmbər (s) buyurur: “Mənim adımdan yalan danışmayın!
Mənim adımdan yalan danışan oda girəcəkdir”. (Buxari 1/35
Müslim 1/9 Bax; “əl-Lulu val Mərcan” 1/1)
Abdullah bin Zubeyr atasından rəvayət edir ki, mən
Zubeyrə dedim: Mən sənin fılankəslər kimi rəsulullahdan (s)
hədis rəvayət etdiyini eşitmirəm”. O dedi: “Mən onu tərk
etməmişəm. Lakin, onun (s) belə buyurduğunu eşitmişəm: “Kim
mənim adımdan yalan danışarsa, oddan hazırlanmış yerini
hazır bilsin!” (Buxari 1/35 “Fəthul Bari” 1/200)
Ənəs buyurur ki, peyğəmbərin (s) “kim mənim
adımdan bilərəkdən yalan danışarsa, onun üçün oddan
hazırlanmış yerini hazır bilsin!” kəlamı məni sizə çoxlu hədis
söyləməkdən çəkindirir”. (Buxari 1/35 “Fəthul Bari” 1/201
Müslim 1/10)
Əbu Hureyrə rəsulullahın (s) belə buyurduğunu rəvayət
edir: “Məni öz adımla adlandırın! Kunyəmlə mənim adımı
çəkməyin! Məni yuxusunda görən, deməli məni görmüşdür.
Çünki, şeytan mənim surətimə girə bilməz. Və kim mənim
adımdan yalan danışsa, onun üçün oddan hazırlanmış yerini
hazır bilsin!” (Buxari 1/36 “Fəthul Bari 1/202)
Sələmə bin Əkva peyğəmbərdən (s) belə eşitdiyini
rəvayət edir: “Kim mənim demədiyim bir şeyi mənim
adımdan desə, onun üçün oddan hazırlanmış yeri hazır
bilsin!” (Buxari 1/35 “Fəthul Bari” 1/201)
Dostları ilə paylaş: |