16
Onuncu səbəb: Qəlbi qara və pis fikirli insanlar bəzən
gülmək, əylənmək və şənlənmək üçün başqalarını araya qoyub
onların qeybətini aparırlar. Belə söhbətdən guya həzz alır,
şənlənirlər. Söhbət artdıqca, yalan da artır, günah da artır.
Rəsulullahın (s) aşağıda qeyd olunan hədisi bu cür insanlar
barəsindədir: “Vay o kimsənin halına ki, camaati güldürmək
məqsədi ilə söhbət edər. Vay onun halına, vay!” (Tirmizi
4/557 bax; “Səhih Tirmizi” 2/268)
On birinci səbəb: Đnsanların qınaq hədəfinə çevirmək
üçün günah olan bir əməli başqasına aid edərək ona böhtan
atmaq qeybətin ən zərərli əlamətlərindəndir. (Bax; Əhməd bin
Mühəmməd bin Həcər əl-Heysəminin “Qeybət çirkinliyinin
eyiblərindən təmizlənmə” kitabı, Đbn Teymiyyənin “Fitvalar”ı
28/236-238, 28/222-238)
Qeybətin əlaci. Qeybətdən yaxa qurtarmağın iki çarəsi
var:
Birinci çarə ondan ibarətdir ki, insan qeybət etdikdə
Allahın taalanın qəzəbinə tuş olduğunu bilməlidir. Bu barədə
qeyd etdiyimiz hədislər və qeyd etmədiyimiz digər səhih
hədislər buna dəlildir. Peyğəmbər (s) buyurur: “Sizlərdən
biriniz Allahın razılığını qazandıracaq bir söz danışanda,
onunla görüşəcəyi günədək ona öz razılığını əta edər.
Sizlərdən biriniz Allahın qəzəbini qazandıracaq bir söz
danışarsa, onunla görüşəcəyi günədək onu öz qəzəbinə düçar
edər”. (Tirmizi 4/559 Đbn Macə 2/1312 Malik “Muvatta” 2/985
Əhməd 3/469 Bax “Səhih Tirmizi” 2/269 “Səhih Đbn Macə
2/358 “Səhih əl-Cami” 2/63)
Insanın yaxşılıqları Qiyamət günü qeybət etdiyinin əvəzi
olaraq əlindən alınar. Əgər onun yaxşılıqları olmayıbsa, qeybət
etdiyi insanın günahlarından ona gələr. Ola bilsin ki, tərəzinin
günahlar olan gözü ağır gəlsin və həmin insan Cəhənnəmə daxil
olsun! Deməli, qeybət Qiyamət günü ya yaxşılıqların getməsinə,
17
ya da əlavə günahlarla yüklənməyə səbəb olur. Sorğu-sualın,
hesaba çəkilməyin isə buna heç bir qatışacağı yoxdur. Həqiqətən
də, Allahdan başqa güc və qüvvət sahibi yoxdur!
Müsəlman olan insan qeybət barəsində varid olan
mətinləri oxuyub iman gətirdikdə və əməl etdikdə, dilinə heç
vaxt qeybət gəlməz. Həmin insan öz əməllərinə, öz eyib və
qüsurlarına diqqət yetirər ki, bu da başalarının eyiblərini
axtarmağa və danışmağa rəvac verməz. Özündə qüsur və
nöqsanlar olan kəs, bunları başqalarında necə axtara bilər? Bu
sifət Allahdan həya edənlərə aid edilə bilməz. Allahdan həya
edənlər də qeybətə yol verməz!
Ikinci çarə: Qeybətə yol verən insan qeybətin yaranma
səbəbinə baxmalıdır. Qeybətin yaranma səbəbini həll etmək
onun yenidən yaranmasının qarşısını alar. Qeybətin yaranma
səbəbi qəzəbdirsə, onda qeybət edən kəs “mən qəzəbimə görə
bunu etdimsə, buna görə də Allah taala öz qəzəbini mənə tərəf
yönəldər. Allah bunu qadağan etdiyi halda mən asi oldum və
ona önəm vermədim” kimi ifadə işlədib peşmançılıq hissi
keçirməlidir.
Əgər qeybətin səbəbi başqalarının xoşuna gəlməsi və
razılığını qazanması üçündürsə, onda həmin şəxs bilməlidir ki,
məxluqun razılığını qazanmaq uğrunda Xaliqin qəzəbinə önəm
verməyən kimsənin üzərindən Allah öz qəzəbini əksik etməz!
Insan necə razı ola bilər ki, heç bir xeyir və ya zərər verə
bilməyən yaradılmışların razılığını qazanmaq üçün Allahın
qəzəbinə düçar olsun!
Əgər qeybətin səbəbi özünü təmizə çıxarıb başqalarının
üzərinə günah atmağa görədirsə, insan bilməlidir ki, Allahın
qəzəbinə düçar olmaq insan qəzəbinə tuş gəlməkdən daha
şiddətlidir. Insan başqalarının qeybətini etməklə Allahın bu
qəzəbini qazanmış olur. Həmçinin, bilmək olmaz ki, özünü
insanların
qəzəbindən
qurtara
biləcək,
yoxsa
qurtara
bilməyəcək. Həmçinin, o da ola bilər ki, Allahın qəzəbinə
18
baxmayaraq insanların razılığını qazanmaq üçün etdiyi bu əməl
həm Allahın, həm də insanların özlərinin qəzəbinə səbəb
olsun…!
Əgər qeybətin səbəbi özünü təmizə çıxarıb daha çox
fəzilət sahibi olduğunu nümayiş etdirmək istəyidirsə, insan
bilməlidir ki, belə etməklə Allah yanında olan fəzilətini,
hörmətini zay etmiş olar. Başqasını ləkələməklə insanlarda onda
olan pis xüsusiyyətin səndə olmadığı görüntüsünü yaratmaq
məqsədi güdmək qiymət və dəyərin itməsinə səbəb olar. Ola
bilsin ki, insan olan hörmətini bu yolla insanların gözündə
artırmaq istəsin. Lakin, əksinə olaraq həm Allah yanındakı
fəzilətini, həmdə insanların gözündə dəyər-qiymətini yox etmiş
olar. Çünki, insanların qəlbləri Allahın əlindədir. Bu qəlbləri
istədiyi səmtə dəyişər. Ona görə də insan əməllərinə həssas
yanaşmalı, onların görünən tərəfləri ilə qürrələnməməlidir.
Qeybətin yaranma səbəbi həsəd və paxıllıq olduqda iki
əzabı özündə cəm edər. Çünki, insan dünya nemətinə paxıllıq
etdikdə həsəd əzabına düçar olar. Paxıl olan kimsə isə dərd,
kədər və sıxıntı hissi duyar. Belə ki, əzabın bir qismini qazanar.
Buna qane olmadıqda isə Qiyamət günü olacaq digər bir əzab
birinciyə əlavə olunar. Deməli, qəlbində həsəd və paxıllıq olan
insan özündə həm dünya, həm də axirət xəsarətini cəm edər. O,
həqiqətdə, həsəd apardığı insanın dostu, özünün isə düşmənidir.
Çünki, o, qazandıqları savabları həsəd apardığı insanın
savablarına əlavə edər. Savabları olmadıqda isə həsəd apardığı
insanın günahları ilə yüklənər. O, həsəd apardığı insana qeybətlə
və həsədlə ziyan və zərər vura bilməz. Əksinə, onun hörmətinin
daha da artmasına səbəb ola bilər.
Qeybətin yaranma səbəbi başqasını lağa və məsxərəyə
qoymaqdırsa, həsəd aparan kəs bilməlidir ki, o, başqasını
insanların gözü özündə məsxərəyə qoymaqla özünü həm
Allahın, həm də insanların yanında rüsvay etmiş olur. Qeybət
edən kimsə öz qeybəti ilə başqasının halına acıdığını zənn
Dostları ilə paylaş: |