10
Əbu Hureyrədən (Allah ondan razı olsun!) rəvayət
olunan başqa bir hədisdə rəsulullah (s) buyurur: “Bir-birinizə
həsəd aparmayın, bir-birinizlə düşmənçilik aparmayın, bir-
birinizə arxa çevirməyin! Biriniz digərinizin ticarətinə mane
olmasın!
Allahın
qardaş
qulları
olun!
Müsəlman
müsəlmanın qardaşıdır, ona zülm etməz, dönük çıxmaz,
təhqir etməz. Təqva məhz buradadır”. (Müslim 4/1986
Tirmizi 4/325)
Şübhə yoxdur ki, ölmüş müsəlmanın qeybətini etmək
diri olan müsəlmanın qeybətini etməkdən daha çirkin və daha
günahdır. Çünki, qeybətin etdiyin diri insan bağışlaya və halallıq
verə bilər, ölü isə yox. (Bax: Əbu Davudun “Sünən”inin şərhi
“Övnul Məbud” 13/224) Aişədən rəvayət olunan hədisdə
peyğəmbər (s) buyurur: “Ölünüz öldükdə onun üçün dua
edin, qeybətin etməyin!” (Əbu Davud 4/275 bax: “Səhih əl-
Cami” 1/279 Albaninin “Səhih hədislər toplusu” 285)
Əbu Bərza əl-Əsləmidən (Allah ondan razı olsun!)
rəvayət olunan hədisdə rəsulullah (s) buyurur: “Ey dili ilə iman
gətirib lakin, qəlbinə iman daxil olmayan kimsələr!
Müsəlmanların qeybətini etməyin, onların qüsurlarını
axtarmayın! Kim onların qüsurlarını axtarmağa çalışsa
Allah onun qüsurunu aşkara çıxarar. Allah qüsurun aşkara
çıxardığı kimsəni isə evində rusvay edər”. (Əbu Davud 4/270
Əhməd 4/421,424 bax: Albaninin “Səhih əl-Cami” 6/308 rəqəm
3549)
Qeyd olunan hədisdə vurğulanır ki, müsəlmanın
qeybətini etmək möminə yaraşmayan hərəkət, münafiqin isə
şüarıdır. Həmçinin, hədisdə bildirilir ki, müsəlmanların
eyiblərini axtaran insanların eyiblərini Allah aşkara çıxarar və
eyibləri ailəsində ona göstərər. (Əbu Davudun “Sünən”inin şərhi
“Övnul Məbud” 13/224) Həqiqətən də, güc və qüvvət Allaha
məxsusdur.
11
Mustəvrad bin Şəddad (Allah ondan razı olsun!) rəvayət
edir ki, peyğəmbər (s) buyurur: “Kim müsəlmandan bir parça
yesə, Allah taala Cəhənnəmdə o kəsə yediyinə oşxar bir şey
yedizdirər. Kim müsəlmanda olan palrarı geyinsə, Allah
taala Cəhənnəmdə o kəsə geyindiyinə oxşar geyim geydirər.
Kim başqasına eşitdirmə və göstərmə məqsədi güdərək bir
şey edərsə, Allah Qiyamət günü o kəsə etdiyinə oxşar
münasibət göstərər”. (Əbu Davud 4/270 Əhməd 4/229 Hakim
onu səhih hesab etmişdir. Bax; “Səhih hədislər toplusu” 2/643
rəqəm 934) Bu hədisdə müsəlmanın qeybətini etməklə onun
ətini yeyən, ona xəyanət etməklə paltarını geyinən insanlara
Allah taala cəhənnəmdə oddan yedizdirər, geyindirər. Çünki, hər
bir əməlin cəzası etdiyi əməl müqabilindədir. (Bax; “Övnul
Məbud” 13/225) Allah hər şeyin ən yaxşı bilənidir.
Usəmə bin Şureyk (Allah ondan razı olsun!) rəvayət edir
ki, bədəvilər heç bir günah olmayan şeylər barəsində
peyğəmbərin (s) yanına gəlib “bunu etməkdə bizim üçün günah
varmı?” deyirdilər. Peyğəmbər (s) isə onlara belə cavab verdi:
“Ey Allahın qulları, Allah taala günahı müsəlman
qardaşının namusuna toxunan insanın boynuna yazar. Bu,
günah və həlaka uğramaqdır”. (Əhməd 4/278 Hakim 4/199,
4/499 Đbn Macə 2/1137 Əbu Davud 2/211 Albani hədisin səhih
olduğunu qeyd etmişdir. Bax; “Səhih əl-Cami” 6/294)
Səid bin Zeyd rəvayət edir ki, peyğəmbər (s) buyurur:
“Sələmin ən pisi haqsız olaraq müsəlmanın şərəfinə dil
uzatmaqdır”. (Əbu Davud 4/269 Əhməd 1/190 bax; “Səhih əl-
Cami” 2/442)
Peyğəmbər (s) bəyan etdi ki, sələmin ən pisi müsəlmanı
təhqir etmək, alçaltmaq, söymək və sairlə onun şərəfinə dil
uzatmaqdır. Çünki, şərəf, ləyaqət və namus insana mal-
dövlətdən daha əziz və qiymətlidir.
Rəsulullah (s) sələmi iki növə bölür: birincisi, borclu
olan tərəfdən malın artıq hissəsini almaqdır. Ikincisi isə, haqsız
12
olaraq müsəlmanın şərəfinə, namusuna dil uzatmaqdır ki, bu da
daha böyük günah və daha zərərli bir əməldir. (Bax “Övnul
Məbud” 13/222) Haqlı olaraq danışmağa gəldikdə isə, elm
əhlinin qeyd etdiyi şərtlər olarsa bu, caizdir. Qeybətin caiz olan
hissəsini inşallah qeyd edəcəyik.
Əbu Hureyrənin rəvayətində bildirilir ki, rəsulullahın (s)
yanına bir nəfər gəlir və ondan (s) zinadan təmizlənməyi istəyir.
Istədiyini dörd dəfə təkrar etdikdən sonra rəsulullah (s) ondan
soruşur: “Sən zina etdin?” O cavabında “bəli” deyir. Rəsulullah
işi dəqiq öyrəndikdən sonra həmin adamın daşqalaq edilməsini
əmr edir. Daha sonra rəsulullah (s) iki kişinin söhbətini eşidir.
Biri digərinə deyir: “Gördünmü, o adamın etdiklərini? Sonra da
onu iti daşqalaq edən kimi daşqalaq etdilər”. Peyğəmbər (s)
yaxınlıqda olan uzunqulağı görür və deyir: “Fılankəs və
fılankəs haradadır? Gedin, o uzunqulağı kəsin yeyin!” Onlar
dedilər: Ey Allahın rəsulu, Allah səni bağışlasın, bunun əti
yeyilərmi? Rəsulullah (s) buyurdu: “Haqqında danışdığınız
qardaşınızın qeybətin etmək onu yeməkdən daha şiddətlidir.
Nəfsim əlində olana and olsun ki, o, indi Cənnət çaylarında
yuyunur”. (Əbu Davud 4/148 ,Beyhəqi 8/227, Đbn Kəsir 4/216)
Cundub bin Abdulla (Allah ondan razı olsun!) buyurur
ki, rəsulullahın (s) belə dediyini eşitdim: “Kim eşitdirmək
məqsədi güdərsə, Allah Qiyamət günü ona eşitdirər”.
Həmçinin, rəsulullah (s) buyurur: “Kim özünü yararsa, Allah
Qiyamət günü onu yarar”. Səhabələr dedilər: “Bizə tövsiyə
et!” Rəsulullah buyurdu: “Insanda çürüyən ilk şey onun
qarnıdır. Kim yalnız gözəl olan şey yeməyi bacarırsa, onu
etsin!” (Buxari “Fəth” 13/128) Hədisdə müsəlmalara böhtan
atmaq, onların barəsində pis sözlər işlətmək, onların eyiblərin
axtarmaq onlara əllə və dillə əziyyət vermək və bu kimi
əməllərin qadağan edilməsi nəzərdə tutulur. (“Fəthul Bari”
13/130)
Dostları ilə paylaş: |