19
edirsə, yanılır. Çünki, bu cür düşüncə tərzi fəsada aparır. Çünki,
o başqasının halına acıdığı halda, haram olan qeybətə yol vermiş
olur. Əgər o, həqiqətən də mərhəmət nümayiş etdirirsə, bunu
qeybət etmədən, tövsiyə, doğru yola yönəltmə və bu kimi
bəyənilən üsullarla edə bilər.
Qeybətin yaranma səbəbi əyləndirmək və gülüş
doğurmaqdırsa, qeybət edən bilməlidir ki, başqasının qeybəti ilə,
başqasının dünya və axirətinə ləkə gətirib ona gülməklə özünü
həlak edir. O, dünyada olarkən əzaba düçar olar. O, başqasının
eyiblərini aşkara çıxarıb ona güldüyünə görə, Allah da onun
eyiblərini dünya və axirətdə göz önünə sərər. Bundan daha
biabırçı bir hal ola bilərmi?
Həqiqətən, aqil olan insan qeybətin yaranma səbəbləri və
onun çarəsi baərsində fikirləşdikdə, burada qeyd olunan
formalardan istifadə edərək onu həll etmək uğrunda çalışsa,
inşallah qeybətin zərər-ziyanından əmində olar və dili yalnız
xeyirli, faydalı sözlərin məskəninə çevrilər. Beləliklə də, həmin
şəxs dünya və axirət xeyir-bərəkəti ilə mükafatlanar. Allahdan
Onun gözəl ad və sifətləri ilə diləyirəm ki, bizim hamımızı sevib
razı qaldığı, haqqı deyib ona ən çox əməl edən insanlardan etsin!
Qeybət etməyə tövbə. Müsəlmanın qeybətini edən kəs
tövbə etmək üçün qeybət etdiyi insandan halallıq almalı,
bağışlanma diləməlidir. Bu hal qeybətin fitnəyə gətirib
çıxarmadığı təqdirdə edilir. Əgər qeybət ədavətə, xoşagəlməz
başqa bir əməlin yaranmasına gətirib çıxarıbsa, qeybət edən
qeybət etdiyi məclisdə və qeybət etdiyi insanlar arasında
əleyhinə danışdığı insan barəsində yaxşı sözlər işlətməli,
qeybətindən dolayı təssüfləndiyini bildirməlidir. Həmçinin,
tövbə etmək istəyən insan tövbənin digər şərtlərini də yerinə
yetirməlidir ki, tövbəsi tam və mükəmməl olsun! (Bax; “Qeybət
çirkinliyinin eyiblərindən təmizlənmə” səh 62)
20
Qeybətin icazə verildiyi məqamlar.
Allah taala buyurur: “Allah pis sözün açıq (ucadan)
deyilməsini sevməz. Yalnız zülm olunmuş şəxslər müstəs-
nadır. Allah (hər şeyi) eşıdəndir, biləndir”. (ən-Nisə, 148)
Aişə (Allah ondan razı olsun!) buyurur ki, Müaviyənin
anası Hind rəsulullaha dedi: “Əbu Süfyan paxıl insandır. Mən
onun malından gizlincə götürsəm mənim üçün günah olarmı?”
Rəsulullah (s) buyurdu: “Sən və övladların lazım olan şeyi
aşkarda götürün!” (Buxari 3/36 “Fəthul Bari” 4/405)
Fatimə bint Qeys rəvayət edir ki, Əbu Amr bin Hifs
yanında olmadan onu qəti surətdə boşadı. Və ona öz elçisini
göndərdi. O dedi: “Vallahi, bizim üzərimizdə sənin bir şeyin
qalmayıb”. Qadın isə rəsulullahın (s) yanına gələrək olanları
danışdı. Rəsulullah (s) isə “Sənin onun üzərində heç bir şeyin
qalmayıb” dedi və onun iddə vaxtını keçirmək üçün Ummu
Şureykin evində qalmasını əmr etsə də sonradan dedi: “O, elə
bir qadındır ki, səhabələrim ondan ehtiyat edir. Ona görə də
Đbn Ummu Məktumun evində qal! O kor kişidir, üst
paltarını rahatca çıxara bilərsən”. Qadın buyurdu ki, ona (s)
Müaviyə bin Əbu Süfyanın və Əbu Cəhmin mənə evlənmə təklif
etdiyini dedim. Rəsulullah (s) buyurdu: “Əbu Cəhmə gəlincə, o
əsasın çiynindən yerə qoymur. (burada iki yozum var:
birincisi, belə başa düşülür ki, həyatını səfərlərdə keçirir.
Ikincisi isə onun qadınları çox vurmasına işarədir. Bu da, ən
doğru yozumdur. Bax; Đmam Nəvəvinin “Müslimin şərhi”)
Müaviyə isə kasıbdır, imakanı yoxdur. Usəmə bin Zeydlə
evlən!” Qadın qeyd edir ki, mən onu istəmədikdə rəsulullah (s)
Usəmə ilə evlənməyimi məsləhət gördü. Mən onunla evləndim.
Allah da bizə xeyir-bərəkət əta etdi”. (Müslim 2/1114)
Urva bin Zubeyr rəvayət edir ki, Aişənin bunları dediyini
eşitdim: “Bir kişi rəsulullahın (s) yanına daxil olmaq üçün izn
istədi. Rəsulullah buyurdu: “Đcazə verin! Yerlipərəs nə pis
insandır.” Kişi daxil olduqda isə onunla yumşaq danışdı. Sonra
21
mən dedim: “Ya rəsulullah, dediklərini dedin, sonra onunla
yumşaq danışdın.” Rəsulullah (s) buyurdu: “Ey Aişə,
insanların ən şərlisi o kəsdir ki, günahı ucbatından insanlar
onu tərk edər”. (“Səhih Buxari” 7/86 “Səhih Müslim” 4/2002
“Fəthul Bari” 10/471)
Buxari kitabının fəsillərindən birini “Đnsanlar barəsində
“uzun”, “gödək” kimi ifadələr işlətməyin icazəli olması” fəsli
adlandıdır. Həmçinin, qeyd edir ki, rəsulullah (s) birinə “iki əlli”
deməklə, onun pisliyini istəmirdi. (“Səhih Buxari” 7/85 “Fəth”
10/468)
Imam Nəvəvi qeyd edir ki, qeybətin dini məqsədlər üçün
edilməsi altı səbəbdən caizdir:
Birincisi: Zülm olunarkən. Məzlum ona olunmuş zülmə
görə sultana, qaziyə və ya rəhbər vəzifəsi olan insana şikayət
edə bilər.
Ikincisi: Münkər bir əməli dəyişdirmək və günahkarı
doğu yola qaytarmaq üçün kömək istəyərkən. Məsələn, kiminsə
hər hansı bir günah etdiyini görərək imkanı olan şəxsdən
“fılankəs belə bir günah edir, onu bu günahdan çəkindir” kimi
sözlərlə kömək istəməsi dinin icazə verdiyi danışıq formasıdır.
Üçüncüsü: Fitva istəyərkən. Məsələn, müftinin yanına
gələrək “fılankəs, yaxud atam və yaxud da qardaşım mənə qarşı
bu cür zülm etmişdir. Mən ondan xilas olmaq üçün nə
etməliyəm? Bu zülmü necə dəf edə bilərəm?” kimi ifadələr
işlətməsi caizdir. Lakin, yaxşı olar ki, “bir kişi”, “bir ər”, “bir
ata”, “bir övlad” kimi ifadələr işlətməklə müəyyən adamın adı
çəkilməsin! Buna baxmayaraq hədisdə “Əbu Süfyan xəsis
kişidir” kimi keçməsi müəyyən adamın adının da qeyd
olunmasına icazə verir.
Dördüncüsü: Müsəlmanları şərdən çəkindirərkən. Bu bir
neçə yöndən izah olunur:
a) Ravilərin, yazarların tənqidi, icma alimlərin rəyinə
görə caiz, şəriəti qorumaq üçün isə vacibdir.
Dostları ilə paylaş: |