25
törətdiyi fəsadı sehrbaz bir ildə törədə bilmir”. Söz gəzdirmək
də sehrin bir növüdür. Çünki, o insanlar arasında təfriqəçilik
salmaqla, sevgi ilə birləşən qəlbləri ayırmaqla sehrlə eyni
xüsusiyyətlər daşıyır. (Bax; “Fəthul Məcid” “Tövhid kitabı”nın
şərhi səh; 325)
Söz çatdırılan insan nə etməlidir. Đmam Nəvəvi
buyurur: Hər hansısa bir şəxs gəlib “Fılankəs sənin barəndə belə
danışır” və ya “belə hərəkət edir” deməklə söz gəzdirirsə,
mömin ona qarşı aşağıda qeyd olunan altı formada reyaksiya
göstərməlidir:
Birincisi, onu təsdiq etməməlidir. Çünki, söz gəzdirən
fitnəkar olur.
Ikincisi, onu bu əməldən çəkindirməli, ona tövsiyə
etməli və əməlini pisləməlidir.
Üçüncüsü, Allah yolunda ona qəzəblənməlidır. Çünki,
Allah taalanın qəzəbinə səbəb olanlar barəsində qəzəblənmək
möminə yaraşan vacib əməldir.
Dördüncüsü, yanında olmayan qardaşı barəsində pis
fikirləşməməlidir.
Beşincisi, ona fitnə törətmək niyyəti ilə danışılan şey
barəsində pis fikirlərə düşməməlidir.
Altıncısı, söz gəzdirən insana qadağan etdiyi bir şeyi
özünə rəva bilməməlidir. Çünki, ona danışılanı başqasına
danışmaqla onun özü də söz gəzdirənə çevrilir… (Đmam Nəvəvi
bunları “Müslim”i şərh edərkən Đmam Qəzalidən nəql edərək
qeyd edir. 2/113 “Fəthul Bari” 10/473 Nəvəvinin “Zikrlər” səh
299)
Ikiüzlülük. Əbu Hüreyrədən rəvayət olunan hədisdə
peyğəmbər (s) buyurur: “Insanların ən şərlisi birinin yanında
bu cür, digərinin yanında başqa cür olan ikiüzlü
adamlardır”. (Buxari 13/170, 6/526, 10/474 Müslim 4/2511)
26
Đbn Həcər qeyd edir ki, bu, bir sözlə sözgəzdirən insanın
sifətidir. Insanların ən şərlisi onların ikiüzlü olanlarıdır. Çünki,
ikiüzlü insan münafiqin daşıdığı sifətləri özündə cəm edir.
Ikiüzlü insan batini batil və yalanlarla dolu olmasına, insanlar
arasında fitnə-fəsad törətmək istəməsinə baxmayaraq, özünü
zahirdə təmasda olduğu insanları sevən biri kimi göstərər. Bu da
özündə nifaq, yalan və yaltaqlıq sifətlərini birləşdirən və
insanlar arasında qarşıdurma yaradan çirkin bir əməldir. Lakin,
yaxşı məqsədlər üçün insanlar arasında onların xeyirləri
barəsində danışmaq, birindən digərinə xoş sözlər çatdırmaq
bəyənilən bir əməldir. (Bax; “Fəthul Bari” 10/475)
Ammardan (Allah ondan razı olsun!) rəvayət olunan
hədisdə peyğəmbər (s) buyurur: “Dünyada iki üzü olan
kimsənin Qiyamət günü oddan iki dili olar”. (Əbu Davud
4/268 Albani bu hədisi səhih hesab etmişdir. Bax; “Səhih əl-
Cami” 6372, 5/346 “Səhih hədislər toplusu” 889)
Adamlar
arasında
söz
gəzdirməyin
yaranma
səbəbləri. Şək yoxdur ki, adamlar arasında söz gəzdirməyin
yaranma səbəbləri qeybətin yaranma səbəbləri ilə eynidir. Lakin,
bu səbəblərə bir neçə əlavələr də mövcuddur. Adamlar arasında
söz gəzdirməklə məşğul olan insan fitnəkar olar, xəbər çatdırdığı
insana yaxınlaşmaq məqsədi güdər. Sönməkdə olan atəşi
yenidən alovlandırar, fitnə-fəsad törədər, toplumda ayrılıq
toxumu səpər, insanların qəlblərində nifrət hissi yayar.
Adamlar arasında söz gəzdirməyin çarəsi, ondan xilas
olmağın yolları qeybətin çarəsi ilə eynidir. Əvvəlki səhifələrdə
bu barədə geniş söhbət açdıq.
Söz çatdırmağın icazə verildiyi hallar. Imam Nəvəvi
(Allah ona rəhmət etsin!) buyurur: “Buna ehtiyac duyularsa,
edilməsində qəbahət olmaz. Əgər biri başqa birisinə onu
öldürəcəkləri, ailəsinə və malına ziyan vuracaqları ilə
27
xəbərdarlıq etsə, yaxud imamın və ya əmr sahibinin fitnədən
qorunmaq üçün kimsə barəsində göstəriş verməsi icazə verilən
hallardır. Əmr sahibinin belə halları aşkara çıxarması və aradan
götürməsi vacibdir. Bu və buna oxşar əməllər haram deyil.
Əksinə, bəzi hallarda bu əməlin yerinə yetirilməsi vacib, bəzi
hallarda isə müstəhəbdir. Allah ən gözəl biləndir. (Bax;
Nəvəvinin “Müslimin şərhi” 2/113)
Imam Buxari (Allah ona rəhmət etsin!) “Öz dostuna
onun haqqında deyilənlər barəsində xəbər verməsi fəsli”ində Đbn
Məsudun belə rəvayət etdiyini xəbər verir: “Bir kişi: Vallahi,
Məhəmməd bu əməli Allahın razılığını qazanmaq üçün etməyib”
dedi. Mən də bunu gəlib rəsulullaha (s) xəbər verdim. Onun üzü
qızardı. Sonra dedi: “Allah Musaya rəhmət etsin! Ona
bundan daha artıq əziyyət vermələrinə baxmayaraq, o, səbr
etdi”. (“Səhih Buxari” 7/87 “Fəthul Bari” 10/475)
Burada bizim tənqid etdimiz və qınadığımız, fəsad
törətmək məqsədi güdərək xəbərçilik etməkdir. Lakin, tövsiyə,
xeyirxahlıq xarakteri daşıyan və insanlar arasında çətinliyi,
düşmənçiliyi aradan qaldırıb yerinə sevgi və sevinc gətirmək
məqsədi güdməklə birindən digərinə xəbərsiz olaraq söz
çatdırmaq şəriətimizin bəyəndiyi əməllərdən biridir. (Bax
“Fəthul Bari” 10/476)