31
Müslimdə keçən hədislərin birində peyğəmbər (s)
buyurur: “Mənim adımdan yalan olduğunu bilə-bilə bir hədis
danışan yalançılardan biridir”. (Müslimin müqəddiməsi 1/9
Đmam Nəvəvi “Müslimin şərhi” 1/65)
Muğira bin Şöbə peyğəmbərdən (s) belə eşitdiyini
rəvayət edir: “Mənim adımdan yalan danışmaq, başqası
adından yalan danışmaq kimi deyil. Mənim adımdan qəsdən
yalan danışan onun üçün oddan hazırlanmış yerini hazır
bilsin!” (Müslimin müqəddiməsi 1/11 Đmam Nəvəvi “Müslimin
şərhi” 1/65 Buxari 8/81)
Vasilə bin əl-Əsqadan (Allah ondan razı olsun!) rəvayət
olunur ki, rəsulullah (s) belə buyurur: “Böhtanların ən böyüyü
başqasının onun atası olduğunu iddia etmək, gözlərinin
görmədiyi bir şeyi görmüş kimi qələmə vermək və Allahın
rəsulunun demədiyi bir şeyi onun adından danışmaqdır”.
(“Fəthul Bari” 6/540)
Əbu Hureyrədən (Allah ondan razı olsun!) rəvayət
olunan hədisdə rəsulullah (s) buyurur: “Đnsanın hər eşitdiyini
danışması, onun yalan danışmasına kifayətdir”. (Müslimin
müqəddiməsi 1/10 Imam Nəvəvi “Müslimin şərhi” 1/65)
Abdulla bin Məsudun belə dediyi rəvayət olunur:
“Đnsanların ağıllarının dərk etmədiyi bir hədisi onlara danışma!
Əksinə, bu, bəzilərinin fitnəyə düşmələrinə səbəb olacaq”.
(Müslimin müqəddiməsi 1/11 Đmam Nəvəvi “Müslimin şərhi”
1/76)
Ömər bin əl-Xəttab (Allah ondan razı olsun!) buyurur:
“Bir insanın hər eşitdiyini danışması, onun yalan danışmağına
bəs edər”. (Müslimin müqəddiməsi 1/11 Đmam Nəvəvi
“Müslimin şərhi” 1/65)
Đbn Vahb deyir ki, Malik mənə belə buyurdu: “Bil ki, hər
eşitdiyini danışan insan salamat qalmaz. Ondan heç vaxt imam
olmaz”. (Müslimin müqəddiməsi 1/11 Đmam Nəvəvi “Müslimin
şərhi” 1/65)
32
Əbdurrəhman bin Mehdi deyir ki, bir kişi eşitdiklərinin
bəzisini tərk etmədikcə, ondan nümunə götürülən imam olmaz”.
(Müslimin müqəddiməsi 1/11 Đmam Nəvəvi “Müslimin şərhi”
1/65)
Peyğəmbərin (s) adından yalan danışmaq haramdır. Bu,
böyük günah və çirkin bir əməldir. Lakin, bunu etmək küfr
deyil. Onu halal hesab edənlər isə istisnadır. Bu icma alimlərinin
görüşüdür.
Başqa bir rəyə görə onu qəsdən etmək küfdür. Bu görüş
Şeyx Əbu Məhəmməd əl-Cuveyniyə məxsusdur. Lakin, onun
oğlu iki müqəddəs haramın imamı və ondan sonra gələnlər bu
fikri zəif hesab etdilər. Ibn Muneyr qeyd edir ki, peyğəmbərin
adından yalan danışmaq haram olan bir şeyin halal hesab
edilməsinə gətirib çıxarırsa, bu artıq küfrdür. Iki müqəddəs
haramın imamı əvvəldə qeyd olunmuş fikri yalnış hesab edir.
Imam Nəvəvi və Hafiz Đbn Həcər cumhur alimlərin fikrini
dəsdəkləyir. Bu fikir də ondan ibarətdir ki, bu əməli halal hesab
edənlərdən başqası küfr etmiş olmaz.
Imam Đbn Həcər deyir: “Peyğəmbərin adından yalan
danışmaq böyük, başqasının adından yalan danışmaq isə
nisbətən kiçik yalandır. Bunlar fərqlidir, bunları edənlər eyni
cəzaya layiq deyillər. Rəsulullahın (s) onun adından yalan
danışanlar barəsində “yerlərini hazır bilsinlər” kəlamı uzun
müddətli əzabın olacağından xəbər verir. Hədisə zahirən diqqət
verdikdə oradan çıxmayacaqları da başa düşülə bilər. Ancaq,
qəti dəlillər onu göstərir ki, cəhənnəmdə əbəbi qalmaq kafirlərə
xasdır. Peyğəmbər (s) onun adından yalan danışmaqla
başqasının adından yalan danışmağı bir-birindən fəqləndirdi:
“Mənim adımdan yalan danışmaq başqa birinin adından
yalan danışmaq kimi deyil”. (Buxari 2/81 Müslim 1/10 Bax
“əl-Lulu val Mərcan” 1/1) Hədislərin birində isə qeyd olunur ki,
peyğəmbərin (s) adından yalan danışmaq fasiqlikdir. (Bu mövzu
33
barəsində demək olar ki, əvvəldən axıradək Đmam Nəvəvinin
şərhindən və “Fəthul Bari”dən iqtibas gətirilmişdir.)
Rəsulullahın adından yalan danışmaq Allahın adından
yalan danışmaqdır. Çünki, Allah taala buyurur: “O, havadan
danışmır. Yalnız ona vəhy olunan vəhydir”. (ən-Nəcm, 3-4)
Peyğəmbərin (s) adından yalan danışmaq Allah taalanın bu
ayəsində
xatırlananlardır:
“De:
"Allaha
qarşı
yalan
uyduranlar, sözsüz ki, nicat tapmazlar”. (Yunus, 69)
YALAN
Yalan danışmağın hökmü. Imam Nəvəvi (Allah ona
rəhmət etsin!) buyurur: “Qurani-Kərim və peyğəmbərin (s)
sünnəsi bir cümlə ilə yalan danışmağın haram olmasınını aydın
şəkildə bəyan etdi. Bu, ən pis əməllərdən və ən çirkin
günahlardan biridir. Bütün müsəlman cəmiyyəti də varid olan
dini mətinlərə əsasən onun haram olmasını qəbul edir. (Đmam
Nəvəvi “Zikrlər” səh 324) Əbu Hureyrədən (Allah ondan razı
olsun!) rəvayət olunan səhih hədis yalandan uzaqlaşmağa
kifayət edər. Peyğəmbər (s) buyurur: “Münafiqin əlaməti
üçdür: Danışanda yalan danışar. Vəd edərkən vədinə xilaf
çıxar. Ona bir şey əmanət olunanda əmanətə xəyanət edər”.
(Buxari 1/14 Müslim 1/78)
Yalanın bütün formalarından çəkin! Allah taala buyurur:
“Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi
görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və
ürək-bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz
barəsində) sorğu-sual olunacaqdır”. (əl-Đsra, 36)
Abdullah bin Məsud peyğəmbərin (s) belə buyurduğunu
rəvayət edir: “Həqiqətən, doğruluq yaxşılığa, yaxşılıq da
Cənnətə aparır. Bir insan doğru danışa-danışa doğru insan
olur. Yalan isə pisliyə, pislik də oda aparır. Bir insan yalan
Dostları ilə paylaş: |