Dini qruplar və onun növləri plan: Dini qruplar nədir? Onların növləri və xüsusiyyətləri



Yüklə 64,23 Kb.
səhifə4/7
tarix22.12.2023
ölçüsü64,23 Kb.
#154259
1   2   3   4   5   6   7
Dini qruplar və onun növləri

Gizli cəmiyyətlər
Dini qrupların xüsusi növü olan gizli cəmiyyətlərə daha çox primitiv cəmiyyətlərdə təsadüf edilir. Gizli cəmiyyətlərə dini-məsləki qrupları, təriqətləri, fəlsəfi və siyasi məqsədlə yaradılan bəzi dəməkləri daxil etmək olar. Misal olaraq, Amerika yerli xalqlarından Vinnebaqolarda qohum-əqrəba qruplarının xaricində, xüsusi ruhani təcrübə ətrafında birləşən sırf dini qruplar gizli cəmiyyətlərdən hesab edilir. Qədim Romada da, milliyət və məslək qruplarından başqa dini və mistik təcrübə əsasında formalaşan gizli cəmiyyətlər olmuşdur.
Gizli cəmiyyətlər sırf dini təşkilatların inkişaf etməmiş şəklidir. Qrup üzvləri arasıda yaş və əqrəbalıq əlaqələri yoxdur. Bütün hallarda cəmiyyətin əsil yaranma səbəbi dini və mistikdir. Gizli cəmiyyətlərə üzv olmaq istəyə bağlı olmadığı kimi, hər kəsə açıq da deyildir. Qrupa daxil olma prosesi xüsusi seçim əsasında baş verir. Qrupun ənənə4 və ayinləri sadəcə üzvlər üçün keçərlidir. Gizli cəmiyyətin üzvləri öz aralarında çox güclü bir həmrəylik içərisindədirlər. Belə qrupların üzvləri özlərindən olmayanları yadlaşdırmaqda və başqalarını, özlərinə bərabər olmayan insanlar kimi görməyə meyillidirlər. Bəzi hallarda bu mövqe qmp xaricində olanları düşmən kimi görməyə qədər vara bilməkdədir.
Sirr cəmiyyətləri
Sirr cəmiyyətləri, sırf dini qrupların ikinci növünü təşkil edir. Sirr cəmiyyətləri dini qrupların xüsusi növüdür və bunlara hətta Polineziya kimi primitiv cəmiyyətlərdə də təsadüf edilir. Bu cəmiyyətin nümayəndələri, özlərinin nəsil cəhətdən mənşələrini ilahi varlıqlara bağlayır, ataların ruhlarına pərəstiş edir, cəmiyyətin mərasimlərində iştirak edərək, ölümdən sonrakı həyatın mistik təcrübələrini yaşayırlar. Amma bunlar müxtəlif mifik inanışlar, teoloji təlimlər, qrup fəaliyyətlərinin mənasını ifadə edən mürəkkəb ayin və mərasimlər, daha güclü həmrəylik və səmimi münasibətlər cəhətlərindən gizli cəmiyyətlərdən fərqlənirlər. Digər tərəfdən əfsanəvi bir qurucu liderə bağlılıq, gizli cəmiyyətlərdə hər zaman məcburi deyildir.1
Sirr cəmiyyətlərinə hər kəs üzv ola bilirdi. Amma qrupa giriş xüsusi seçim və giriş ayinlərinin müşayiəti ilə gerçəkləşir. Həmçinin, yeni üzvlər sirr cəmiyyətinin dəyərlər və inancları ilə yaxından tanış olmalıdır. Üzvlər qrup daxili gizli inanclar və ayinləri özlərindən başqaları arasıda yaymamalıdırlar. Sirr cəmiyyətlərinin inancları əsasən cəmiyyətin dünya görüşünün mifik təsvirləri, əxlaqi normalar və bəzi təmizlik əsaslarından ibarətdir. Yuxarıdakı xüsusiyyətəri daşıyan sirr cəmiyyətlərinə ilk dəfə Yunan-Roma dünyasında ortaya çıxmışdır. Bunlar da iki qismə bölünmüşdür. Birincisi mənşə etibarilə Yunanlı olan kult qruplarıdır. Eleusis, Dionysos, Orphisme və b. bunlara misal vermək olar. İkinci qismə isə, Hellenistik dövrdə Şərq mədəniyyətinin təsiri altında yaranmış Kibele, Attis, Osiris, Adonis, Mirta kimi kultları misal göstərmək olar.

Yüklə 64,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə