Dini torelantliq indd



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə40/52
tarix22.07.2018
ölçüsü0,8 Mb.
#57814
1   ...   36   37   38   39   40   41   42   43   ...   52

126
na, uşaq musiqi və incəsənət məktəbi, mədəniyyət evi, teatr 
binaları təmir olunmuş, parklarda yenidənqurma işləri apa-
rılmış, yeni mədəniyyət, dini ibadət obyektləri inşa edilmişdir.
Müxtəlif mədəniyyətlərin bir-birinə qarşılıqlı təsiri, mə-
də niyyətlərarası dialoqun ən uğurlu vasitə kimi qəbul olun-
duğu  müasir  qloballaşma  şəraitində  beynəlxalq  mədəni 
proseslərdə  ölkəmizin  nüfuzunun  artması  ilə  yanaşı,  Azər-
baycan beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinləra-
rası dialoqun məkanı kimi tanınmışdır.
Ötən  illər  ərzində  Azərbaycan  mədəniyyətinin  tətbiqi, 
təşviqi,  qorunması  və  elmi  tədqiqatların  inkişafı,  elm  və 
təhsil  sahəsində  beynəlxalq  əməkdaşlığın  genişləndirilmə-
si istiqamətində müəyyən işlər görülmüşdür. Məsələn buna 
misal  olaraq,  Mədəniyyət  və  Turizm  Nazirliyinin  Mədəniy-
yətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi yaradılmış, müstəqil 
Azərbaycanın tarixində ilk dəfə olaraq Kulturoloqların Milli 
Forumları, «Turizm-mədəniyyətlərarası dialoqu təmin edən 
amil kimi» kimi adlı Tələbələrin I Beynəlxalq Bakı Konfransı, 
«Mədəniyyətin  və  mədəni  dəyərlərin  təbliğində  kütləvi  in-
formasiya vasitələrinin rolu» adlı beynəlxalq təlim, Moskva 
şəhərində  Rusiya  Kulturologiya  İnstitutu  ilə  birgə  «Müasir 
kulturologiya:  nəzəriyyədən  təcrübəyə»  mövzusunda  bey-
nəlxalq elmi konfrans təşkil edilmişdir. Eyni zamanda «Müa-
sir  Azərbaycan  mədəniyyəti:  problemlər  və  perspektivlər” 
adlı ümumrespublika elmi məqalələr müsabiqəsi keçirilmiş, 
respublikanın tanınmış alimlərinin iştirakı ilə kulturologiya 
üzrə açıq mühazirələr, respublikanın şəhər və rayonlarında 
«Milli  mədəniyyət  və  müasir  mədəniyyət  siyasəti»  mövzu-
sunda açıq seminarlar təşkil edilmiş, elmi məqalələr toplusu 
nəşr edilmişdir.
Son illər ərzində uşaq musiqi məktəbi, incəsənət və rəs-
samlıq məktəblərinin, Bakı Xoreoqra iya Məktəbinin şagird 
və  tələbələri  Amerika  Birləşmiş  Ştatları,  Avstriya,  Belarus, 


127
Belçika, Bolqarıstan, Böyük Britaniya, Estoniya, Fransa, Gür-
cüstan, Qazağıstan, Qırğızıstan, Litva, Mərakeş, Misir, Nider-
land, Özbəkistan, Polşa, Rusiya, Suriya, Türkiyə, Türkmənis-
tan, Ukrayna, Yaponiya, Yunanıstan və s. ölkələrdə keçirilən 
müxtəlif beynəlxalq tədbirlərdə – festival, müsabiqə və sər-
gilərdə uğurla iştirak etmişlər.
Azərbaycan  Respublikasının  prezidenti  tərə indən 
«Azər  baycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılma-
sı barədə» 20 aprel 2007-ci il tarixli, «Azərbaycan Respub-
likasında  kitabxana-informasiya  sahəsinin  2008-2013-cü 
illərdə  inkişafı  üzrə  Dövlət  Proqramı»nın  təsdiq  edilməsi 
barədə 6 oktyabr 2008-ci il tarixli sərəncamlar imzalanmışdır.
Nazirliyin layihəsi əsasında, «Prezident İlham Əliyev və 
mədəniyyət  (2003-2008)»  ikicildlik  kitabın  elektron  versi-
yası  hazırlanmışdır.  Azərbaycanın  birinci  xanımı,  Heydər 
Əliyev Fondunun prezidenti, YUNESKO və ISESKO-nun xoş-
məramlı sə iri, millət vəkili Mehriban xanım Əliyevanın gör-
düyü işləri əks etdirən «Культура и культурные шедевры 
Азербайджана – уникальное послание будущим поколе-
ниям» kitabı nəşr edilmiş, kitabın elektron versiyası hazır-
lanmışdır.
Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması is-
tiqamətində həyata keçirilən islahatların davamı olaraq, na-
zirlik tərə indən «2010-2014-cü illər üçün xalq yaradıcılığı 
paytaxtları» proqramı təsdiq edilmişdir. 
Proqramın  icrası  ilə  əlaqədar  diyarşünaslıq,  folkor  və 
sənətkarlıq  nominasiyaları  üzrə  daxil  olmuş  təkli lər  mü-
va iq  namizəd  şəhərlərin  ümumi  hazırlığı,  tarixi  ənənələri 
və digər amillər nəzərə alınaraq təhlil edilmiş və 2010-cu il 
üçün Gəncə – Azərbaycanın Əfsanələr Paytaxtı, Şəki – Azər-
baycanın Sənətkarlıq Paytaxtı və Qazax – Azərbaycanın Fol-
kor Paytaxtı elan olunmuşdur.
Hazırda  «2011-2020-ci  illərdə  Azərbaycan  qeyri-mad-


128
di  mədəni  irsinin  qorunmasına  dair  Dövlət  Proqramı», 
«Azərbaycanın qeyri-maddi-mədəni irs konsepsiyası», və s. 
sahələrə həsr olunmuş veb-portalın yaradılması, digər kon-
septual proqram və layihələr üzərində işlər davam etdirilir.
Azərbaycan  Respublikasının  mədəniyyət  diplomatiyası 
beynəlxalq səviyyədə böyük uğurlar qazanmışdır. Məsələn, 
Avropa  Şurasının  Mədəni  Marşurutlar  Proqramı  çərçivə-
sində  «Aleksandr  Düma  Qafqazda»  və  «Şərab  Yolu»  («Vine 
Roots»)  layihələri  həyata  keçirilir.  «Avropada  mədəniyyət 
siyasəti:  əsas  təmayüllər  və  faktların  Kompendiumu»  bey-
nəlxalq layihəsi çərçivəsində Avropa Şurasının və Mədəniy-
yət siyasəti üzrə Müqayisəli Tədqiqatlar İnstitutunun (Bonn) 
birgə  veb-saytında  yerləşdirmək  məqsədilə  Azərbaycanın 
mədəniyyət siyasəti üzrə məruzə hazırlanmışdır.
2009-cu  ilin  noyabr  ayında  Azərbaycan  YUNESKO-nun 
«Mədəni  Özünüifadə  Müxtəli liyinin  Qorunması  və  Təş-
viqinə  dair  Konvensiyası»na  qoşulmuş  və  o,  2010-cu  il  15 
may  tarixindən  Azərbaycan  Respublikasına  münasibətdə 
qüv vəyə  minmişdir.  Bununla  da  ölkəmiz  bu  təşkilat  çərçi-
vəsində  mədəniyyət  və  turizm  sahəsində  həyata  keçirilən 
layihələrdə iştirak imkanlarını genişləndirmişdir. Konvensi-
ya çərçivəsində ölkəmizdə «Mədəni müxtəli liyimiz mədəni 
vəhdətimizdir» layihəsi həyata keçirilmişdir. 
Respublikamızda  mədəniyyətlə  və  dinlə  bağlı  keçirilən 
beynəlxalq tədbirlər mədəniyyətlərarası və dinlərarası dia-
loqla  bağlı  elmi  tədqiqatları  zəruri  etmişdir.  Bu  baxımdan 
buna misal olaraq, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq 
İnistitutunun «Dinşünaslıq və mədəniyyətin fəlsə i problem-
ləri»  şöbəsində  aparılan  elmi-tədqiqat  işlərində  əsas  elmi 
istiqamətlərdən  biri  də  dinlərarası  və  mədəniyyətlərarası 
dialoqdur. Bu sahədə aparılan tədqiqatlar aşağıdakı elmi is-
tiqamətləri əhatə edir: 
1.Müstəqil  Azərbaycanda  dini  tolerantlıq  mədəniyyəti-


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə