Dini torelantliq indd



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə42/52
tarix22.07.2018
ölçüsü0,8 Mb.
#57814
1   ...   38   39   40   41   42   43   44   45   ...   52

133
diyi bu konfransda terrorizmə və ekstremizmə qarşı müba-
rizədə  dinin  və  əqidənin  rolu  haqqında  məsələlər,  habelə 
Böyük İpək yolu məkanında dinlərarası və mədəniyyətləra-
rası dialoqun əhəmiyyəti və s. məsələlər müzakirə edilmiş-
dir. Konfransda çıxış edən Ulu öndər H.Əliyev münaqişələrin 
aradan qaldırılmasında dinlərarası dialoqun rolundan bəhs 
edərək demişdir: «Qloballaşan dünyada hamımız bir-bi-
rimizə daha yaxın olmuşuq. Xalqlararası, mədəniyyət-
lərarası, dinlərarası dialoqun bu gün dərin məna kəsb 
etməsi də  məhz bununla bağlıdır. Bu dialoqu inkişaf 
etdirərək, bu dialoqa dəstək verərək biz müəyyən mə-
nada terrorizmin formalaşmasına xidmət edən bütün 
qaynaqları araşdırıb onu kökündən məhv etməyə can 
atmalıyıq.»(111)
Buradan göründüyü kimi, qloballaşan dünyamızda din-
lərarası  dialoqun  mühüm  əhəmiyyət  kəsb  etməsini  şərh 
edən  ulu  öndər  terrorizmə  qarşı  mübarizə  aparılmasında, 
münaqişələrin  aradan  qaldırılmasında  bu  dialoqun  roluna 
yüksək  qiymət  vermişdir.  Hazırda  dünyada  terrorçuluqla 
bağlı baş verən hadisələr, regional dini münaqişələr Heydər 
Əliyevin uzaqgörən siyasətçi olduğunu bir daha sübut etmiş-
dir.
Heydər Əliyev müsəlman ölkələri arasında həmrəyliyin 
və  əməkdaşlığın  gücləndirilməsinə  həmişə  önəm  verirdi. 
Xüsusən, Azərbaycan torpaqlarının erməni işğalından azad 
edilməsi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll 
edilməsində müsəlman ölkələrinin, o cümlədən İslam Konf-
ransı Təşkilatının səylərini artırmasını diqqətə çəkirdi. Ulu 
öndər  işğalçı  Ermənistanın  bəzi  ölkələrdən  dəstək  aldığını 
qeyd edərək 1997-ci il 10 dekabrda İslam Konfransı Təşki-
latının üzvü olan ölklərin rəhbərlərinin VIII zirvə görüşün-
dəki nitqində bu məsələdən bəhs edərək demişdir: “İşğalçı 
Ermənistan öz diasporlarının köməyi ilə həm Amerika-
dan, həm Avropadan, ələlxüsus Rusiyadan mənəvi, siya-


134
si, iqtisadi, hərbi dəstək alır. 1993-1996-cı illərə Rusiya 
Ermənistana qeyri-qanuni, gizli bir milyard dəyərində 
silah-sursat və hərbi texnika göndəribdir. Bundan əlavə
bu il (1997-ci il nəzərdə tutulur – H.S.) avqust ayının 29-
da Rusiya ilə Ermənistan arasında güclü hərbi əməkdaş-
lıq bəndləri olan müqavilə bağlanmışdır.” (112, s.32-33)
Heydər Əliyev Ermənistan kimi təcavüzkar ölkələrə qar-
şı  mübarizə  aparmaq,  müsəlman  ölkələrində  təhlükəsizli-
yin bərqərar edilməsi, müsəlman icmalarının hüquqlarının 
qorunması naminə İslam Konfransı Təşkilatına üzv ölkələri 
birliyə və əməkdaşlığa çağıraraq öz nitqində demişdir: “Er-
mənistan Respublikasının təcavüzünə  məruz qalmış 
Azərbaycan xalqı bütün müsəlman xalqları kimi Əfqanıs-
tanda, Somalidə, Bosniya-Hersoqovinyada, başqa döv-
lətlərdə mövcud olan vəziyyətdən olduqca narahatdır. 
Müsəlman xalqlarının təhlükəsizliyini və ölkələrimizin 
ərazi bütövlüyünü təmin etmək, müsəlman icmalarının 
hüquqlarını qorumaq, müsəlman aləminin sabit inkişa-
fını  təmin etmək bizim müqəddəs vəzifəmizdir. Böyük 
nüfuza malik olan İslam Konfransı Təşkilatı səylərimizi 
birləşdirməyə və əlaqələndirməyə hər cür imkanlar ya-
ratmalıdır. Əminəm ki, bizim bu zirvə görüşümüz bunu 
üçün öz töhfəsini verəcəkdir.” (113, s.31)
Dini  dözümlülüyü,  tolerantlığı  daima  dəstəkləyən  Hey-
dər  Əliyev  gənclərimizin  bu  ruhda  tərbiyə  olunmasını  hə-
mişə tövsiyə edirdi. Yeniyetmə və gənclərimizin başqa din-
lərə  qarşı  dözümlülük  ruhunda  tərbiyə  edilməsinin  vacib 
məsələ  olduğunu  vurğulayan  Heydər  Əliyev,  eyni  zamanda 
bu işin mürəkkəb və çətin olduğunu da qeyd edirdi. Ulu ön-
dər  gənclərdə  tolerantlıq  mədəniyyətinin  uşaqlıqdan  tər-
biyə  edilməsini  diqqətə  çəkərək  ünsiyyət  mədəniyyətinin 
formalaşdırılması və Azərbaycan gənclərində bu xüsusiyyət-
lərin tərbiyə edilməsinin vacib şərt olduğunu bizlərə tövsiyə 
etmişdir.


135
Ulu öndər bu məsələlərdən bəhs edərək demişdir: “Mə-
lumdur ki, yüksək tolerantlıq ilk növbədə yüksək mə-
dəniyyətin təzahürüdür.  İnsanlarda belə bir mədəniy-
yətin formalaşdırılmasını  uşaqlıq illərindən başlamaq 
lazımdır. Ölkəmizdə yetişməkdə olan nəslin təhsillən-
məsində müasir elmi-pedaqoji konfranslar daxilində 
biz ünsiyyət mədəniyyətini, dini dözümlülük və  əmək-
daşlıq mədəniyyətini formalaşdırmağa cəhd göstəririk 
və ümumən desək, buna nail oluruq. Bunu demək çox 
asandır, lakin gerçəkləşdirmək kifayət qədər mürəkkəb 
bir prosesdir.”(114)
Azərbaycanda dini tolerantlıq mədəniyyəti və başqa mil-
lətlərə qarşı milli dözümlülük tarixən çox yüksək səviyyədə 
olmuşdur. Qeyd edək ki, müstəqillik dövründə H.Əliyev başqa 
dinə mənsub olan insanların öz dini mərasimlərinin keçiril-
məsinə qayğı ilə yanaşmışdır. Məsələn, xristianların milad və 
pasxa bayramının keçirilməsini ulu öndər dövlət səviyyəsin-
də  dəstəkləmişdir.  Rus  Pravoslav  Kilsəsinin  Bakı  və  Xəzər-
yanı  Yeparxiyasının  yepiskopu  Aleksandr  İşein  H.Əliyevin 
pravaslavlara qarşı göstərdiyi bu qayğıdan bəhs edərək de-
mişdir: “H.Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan-
da həyatın stabilləşməsinə doğru istiqamət formalaşdı. 
O, stabilliyin möhkəmlənməsi işində tolerantlığı strateji 
cəhətdən mühüm istiqamətlərdən birinə çevirdi. 1994-
95-ci illərdə H. Əliyev bizə öz mərasimlərimizi kilsələri-
mizdən xaricdə daha geniş şəkildə keçirməyimiz təkli i 
ilə müraciət etdi. O vaxt bizə çox qəribə görünürdü, çün-
ki iqtisadi və siyasi böhran dövründə belə  mərasimlə-
rin keçirilməsi bizim üçün çox çətin idi. Lakin H.Əliyevin 
yardımı ilə biz bu tədbirləri keçirdik. Get-gedə bu təd-
birlər bizdə ənənəvi hal aldı və hər il keçirilməkdədir. 
Milad və Pasxa bayramları rəhbər dairələrin dəstəyi ilə 
artıq Azərbaycanda geniş şəkildə keçirilir.”(115,s.46)
Azərbaycanda  dövlət-din  münasibətlərinin  düzgün  qu-


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə