Dini torelantliq indd



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə45/52
tarix22.07.2018
ölçüsü0,8 Mb.
#57814
1   ...   41   42   43   44   45   46   47   48   ...   52

143
təcrübəsini yada salmış, eyni zamanda hazırki şəraitdə dini 
dözümsüzlüyün  inkişafının  insanlarda  narahatçılıq  yarat-
dığını  vurğulamışdır.  Prezident  İlham  Əliyev  bu  məsələlər-
dən bəhs edərək yazmışdır: «Bir çox nəsillər dünyanın bir 
çox dinlərinə dərin ehtiram şəraitində və ümumbəşəri 
dəyərlərə möhkəm sadiqlik ruhunda tərbiyə edilmiş-
dir. Bizim üçün mədəniyyətlərin və dinlərin dialoqu 
cəmiyyətimizin və yaradıcı mühitin atributuna çevrilə 
bilmişdir. Biz eyni vaxtda narahatlıq hissi keçiririk ki
mədəniyyətlərin və sivilizasiyaların dialoqu barədə ça-
ğırışlara baxmayaraq, dünyada ksenofobiya, dini və irqi 
dözümsüzlük inkişaf edir, müsəlmanların mən i imi-
cinin yaradılması  ətrafında vəziyyət gərginləşdirilir».
 
(124)
Məlumdur ki, son illərdə dünyanın müxtəlif regionların-
da,  eyni  zamanda  MDB  məkanında  lokal  münaqişələrin 
sən giməməsi,  dini  don  geyindirilmiş  terror  aktlarının  baş 
verməsi,  ekstremizmin  və  separatçılığın  artması  dünya  ic-
timaiyyətini narahat etməkdədir. Məhz, bu cür mən i meyl-
ləri aradan qaldırmaq dini liderlərin qarşısında duran va cib 
məsələlərdən biridir. Bu cür mürəkkəb məsələlərin həll edil-
məsi dinlərarası və millətlərarası həmrəyliyin yaradılmasını 
zəruri edir. Bütün bu məsələlərə diqqət yetirən Azərbaycan 
respublikasınin  prezidenti  İlham  Əliyev  Moskva  konfransı-
nın  iştirakçılarına  göndərdiyi  məktubda  dini  liderlərə  mü-
raciət  edərək  yazmışdır:  «...Tariximizin bu mürəkkəb 
dövründə sizin konfessiyalararası  və millətlərarası 
həmrəylik məsələlərini müzakirə etməyiniz olduqca 
aktual və vaxtında görülmüş tədbirdir. Əminəm ki, sizin 
konfrans bu mürəkkəb problemlərin həll edilməsinə 
layiqli töhfəsini verəcək və konstruktiv dialoqa kömək 
göstərəcəkdir.» (125)
Konfransda  çıxış  edən  Qafqaz  Müsəlmanları  İdarəsinin 


144
sədri Şeyxülislam Allahşükür Paşazadə dinlərarası dialoqun 
və  millətlərarası  həmrəyliyin  indiki  dövrdə  mühüm  bəşəri 
bir məsələ olduğunu bildirmişdir. A.Paşazadə qeyd etmişdir 
ki, biz din xadimlərinin, dini icmaların səylərinin bütün dün-
yada  dialoqa,  sülhə,  həmrəyliyə  nail  olunması  işinə  səfər-
bər  edilməsinin  vacibliyinə  inanırıq.  Qafqaz  Müsəlmanları 
İdarəsinin  sədri  bildirmişdir  ki,  tolerantlığın  dövlət  səviy-
yəsinə  qaldırıldığı  Azərbaycan  başqa  dövlətlərə  bu  məna-
da nümunə ola bilər. Bu müdrik kursun banisi Azərbaycan 
xalqının  ümummilli  lideri  Heydər  Əliyevdir.  Azərbaycan 
prezidenti İlham Əliyev dini tolerantlılıqla bağlı olan həmin 
kursa sadiqdir ki, bu da Azərbaycanın bugünkü və gələcək 
nailiyyətlərinin əsasını təşkil edir.
Qeyd edək ki, beynəlxalq konfransda iştirak edən müsəl-
man  dini  liderləri  dini  icmaların  qarşısında  duran  ümumi 
problemlərin və vəzifələrin yerinə yetirilməsi məsələlərini, 
MDB  ölkələri  məkanında  yaşayan  müsəlmanların  mənəvi 
həmrəylik yollarını, müxtəlif dinlərarası dialoq və dini tole-
rantlıq məsələlərini müzakirə etmişlər. 
Dinlərarası dialoq və dini tolerantlıqla bağlı Bakıda Bey-
nəlxalq konfransların keçirilməsində də Qafqaz Müsəlman-
ları  İdarəsi  çox  fəallıq  göstərmiş,  şeyxülislam  Allahşükür 
Paşazadə isə konfransın səmərəli təşkil olunmasında öz nü-
fuzundan  istifadə  etmişdir.  Məsələn,  Qafqaz  Müsəlmanları 
İdarəsinin təşəbbüsü və Azərbaycan Respublikasının prezi-
denti  İ.Əliyevin  dəstəyi  ilə  6-7  noyabr  2009-cu  il  tarixində 
«Dinlərarası  dialoq:  qarşılıqlı  anlaşmadan  birgə  əməkdaş-
lığa doğru» mövzusunda Bakıda keçirilən Beynəlxalq konf-
rans şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 
60, Qafqaz Müsəlmanları İdarəsinin sədri kimi fəaliyyətinin 
30 illiyinə həsr edilmişdir. 
Qafqaz Müsəlmanları İdarəsi həmişə islam dəyərlərinin 
geniş təbliğ olunması, müsəlmanların dini-mənəvi birliyinin 


145
möhkəmləndirilməsi, onların cəmiyyətdə fəallığının artırıl-
ması və başqa dinlərə qarşı dözümlülüyün genişləndirilməsi 
işində böyük rol oynamışdır.
Ümumiyyətlə,  tarixən  informasiya  mübarizəsində  din 
amilindən  müxtəlif  məqsədlər  üçün  istifadə  edilmişdir. 
Təəssüf ki, bəzi ölkələr sülh, haqq-ədalət uğrunda, bəziləri 
isə işğalçılıq və yeni torpaqlar zəbt etmək üçün dindən isti-
fadə etmişlər. Məsələn, Erməni Qriqoryan kilsəsinin rəhbər-
liyi  türklərə  və  azərbaycanlılara  qarşı  həmişə  düşmənçilik 
siyasəti apararaq informasiya müharibəsində din amilindən 
istifadə etmişdir. Lakin bunun əksinə olaraq, 1988-ci ildən 
başlayaraq  A.Paşazadə  erməni  kilsəsinin  rəhbərliyini  Qa-
rabağ məsələsi ilə bağlı konstruktiv dialoqa dəvət etmiş və 
bu məqsədlə dəfələrlə görüşlər keçirərək münaqişənin dini 
müstəviyə keçməsinə imkan verməməyə çağırmışdır.
Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbəri Şeyxülis-
lam Hacı Allahşükür Paşazadənin Azərbaycan həqiqətlərinin 
dünyaya  yayılmasında  rolu  xalqımızın  ən  ağır  günlərində, 
xüsusən, 1990-cı il 20 yanvar qırğınında özünü göstərmiş-
dir.  Belə  ki,  Şeyxülislam  Hacı  Allahşükür  Paşazadə  1990-cı 
il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya daxil olan Sovet 
qoşunlarının  Azərbaycan  xalqına  qarşı  həyata  keçirdikləri 
vandalizm hərəkətlərini pisləmiş bununla əlaqədar o dövr-
də  Sov.İKP  MK-nın  Baş  katibi  olmuş  M.  Qarbaçova  məktub 
ünvanlayaraq  onun  rəhbərliyi  altında  həyata  keçirilmiş  bu 
qırğını  kəskin  tənqid  etmişdir.  Məktubda  deyilirdi:  «Dinc, 
namuslu,  hamıya  dost  münasibəti  bəsləyən  Azərbaycan 
xalqını  kimlərinsə  xatirinə  qırmaq  nə  dövlət  rəhbərinə,  nə 
də adi bir insana yaraşan hərəkət deyil. Bizi qırmaq olar, əz-
mək  olar,  amma  sındırmaq  olmaz.  Mən  bütün  Azərbaycan 
xalqının  iradəsini  ifadə  edərək  qoşunların  Bakıdan  təxirə 
salınmadan  çıxarılmasını  tələb  edirəm.  Heç  bir  xalq  ilə,  o 
cümlədən Azərbaycan xalqı ilə silahla danışmaq olmaz. Bu, 


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə