Dini torelantliq indd



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə44/52
tarix22.07.2018
ölçüsü0,8 Mb.
#57814
1   ...   40   41   42   43   44   45   46   47   ...   52

139
1832-ci ildə müfti vəzifəsi təsis etmişdir. Göstərilən illərdə 
şeyxülislam və müfti vəzifələrinin təsis edilməsi hələ Qafqaz 
Ruhani  İdarəsinin  yaranması  demək  deyildir.  Zaqafqaziya 
müsəlmanlarının Ruhani İdarəsi 5 aprel 1872-ci il tarixli ça-
rın fərmanı ilə yaradılmış və bu qurum 1917-ci ilin fevralına 
qədər  fəaliyyət  göstərmişdir.(120)  Qeyd  edək  ki,  Şeyxülis-
lam  və  müfti  çarın  Qafqaz  canişini  tərə indən  təyin  edildi-
yinə görə onların fəaliyyətinə də canişin özü nəzarət etmək 
hüququna malik idi. 
Azərbaycan Demokratik Respublikası yaranana (1918-ci 
il 28 may) qədər Cənubi Qafqaz müsəlmanlarının dini işləri 
Zaqafqaziya Ruhani İdarəsi tərə indən tənzimlənirdi. 1918-
ci il dekabrın 11-də şeyxülislam M.Pişnamazzadə vəzifəsin-
dən istefa verdi. Şeyxülislam M.Pişnamazzadə vəzifəsindən 
istefa verdikdən sonra Azərbaycan Demokratik Respublikası 
Sosial Təminat və Dini Etiqad İşləri naziri Musa Rə ibəyovun 
əmri ilə həmin vəzifəyə Axund Ağa Əlizadə təyin edildi.(121)
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  Şeyxülislam  və  müftini 
çarın  Qafqaz  canişini  təyin  edirdi.  Ruhani  idarələr  dövlət 
idarəsinin bir qolu sayılırdı, ruhanilər isə çar məmurlarına 
bərabər tutulurdu. Çarizm Qafqaz şiə və sünni ruhanilərinin 
idarə olunması haqqında xüsusi nizamnamə də elan etmişdi. 
Həmin nizamnaməyə görə, idarələrə şiəlikdə şeyxülislamlar, 
qazilər  və  axundlar,  sünnilikdə  isə  müftilər,  imam-xətiblər, 
əfəndilər, habelə hər iki cərəyana daxil olan sıravi mollalar, 
müəzzinlər, seyidlər, mürşidlər və başqaları daxil idi.
1920-ci  ilə  qədər  Qafqazda,  o  cümlədən  Azərbaycanda 
müsəlman  ruhaniləri  iki  dərəcəyə  bölünürdü:  şeyxülislam, 
müfti,  şiə  və  sünni  ruhani  idarələrinin,  quberniya  ruhani 
məclislərinin  üzvləri;  məscid  mollaları.  Ruhanilər  dini  ide-
ologiya,  ehkam  və  əməli  həyat  məsələlərini  həll  etmək  və 
onlara  dini,  ictimai  qiymət  vermək  səlahiyyəti  baxımından 
üç zümrəyə aid edilirdi. Ali zümrəyə Qafqaz ruhani idarələ-


140
rinin başçıları – şeyxülislam və müftilər; orta zümrəyə qu-
berniya məscidlərinin üzvləri və qazilər; aşağı zümrəyə isə 
yerli məscid mollaları (axundlar, imam-xətiblər, müəzzinlər, 
mükəbbirlər), əməleyi-movtlar (yas mərasimini aparanlar) 
və s. daxil idi.(122)
1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduq-
dan sonra mayın 15-də Dini Etiqad İşləri nazirliyi və Şeyxü-
lislam  təsisatı  buraxıldı.  Bundan  sonra  Azərbaycanda  din 
xadimləri  bolşevik  təqiblərinə  məruz  qaldı.  Ölkədə  ateizm 
təbliğatı genişləndi, məscidlərin əksəriyyəti bağlandı. 
Lakin  1943-cü  ildə  faşist  Almaniyasına  qarşı  müba-
rizədə dinin imkanlarından istifadə məqsədilə Zaqafqaziya 
müsəlmanlarının  dini  qurumunun  yaradılması  dövlət  tərə-
indən məqsədəuyğun hesab edildi. Bu məqsədlə 25-28 may 
1944-cü ildə Bakı şəhərində Zaqafqaziya müsəlmanlarının I 
qurultayı keçirilmişdir. Qurultayın qərarı ilə mərkəzi Bakıda 
olmaqla  Zaqafqaziya  Müsəlmanları  Ruhani  İdarəsi  yaradıl-
mışdır və Axund Ağa Əlizadə Zaqafqaziya Müsəlmanları Ru-
hani İdarəsinin Şeyxülislamı seçilmişdir. Ona qədər şeyxülis-
lamlar dövlət tərə indən təyin edilirdilər. 
Beləliklə, 1944-cü ildən sonra Cənubi Qafqazda müsəl-
manların dini təşkilatlanmasında ikili idarəetmə sistemi ara-
dan qalxır. Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi vahid 
dini  mərkəz  olur,  bu  mərkəz  şeyxülislam  tərə indən  idarə 
olunur,  müfti  isə  idarə  sədrinin  birinci  müavini  sayılır  və 
sünni  məzhəbli  müsəlmanların  şəriətlə  bağlı  məsələlərini 
tənzim edirdi. Müstəqillik dövründə bu idarə Qafqaz Müsəl-
manları İdarəsi (QMİ) adı ilə Ədliyyə Nazirliyində qeydiyyat-
dan keçərək ictimai təşkilat kimi fəaliyyət göstərir və İslam 
təmayüllü digər dini icmaların tarixi mərkəzi hesab olunur. 


141
Ümumiyyətlə 1823-cü ildən indiyə kimi Qafqazda 
12 Şeyxülislam və 11 müfti fəaliyyət göstərmişdir. (123) 
Bunlar aşağdakılardır: 


142
1980-ci  ildə  Axund  Allahşükür  Paşazadə  Qafqaz 
(Zaqafqaziya)  Müsəlmanları  İdarəsinin  sədri  vəzifəsinə 
seçilmiş  və  ona  “Şeyxülislam”  ali-dini  rütbəsi  verilmişdir. 
Beynəlxalq  dini  qurumlarla  əməkdaşlıq  sahəsində  Qafqaz 
Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşa-
zadənin fəaliyyətini xüsusi qeyd etmək lazımdır.
Dinlərarası dialoq və dini tolerantlığın inkişafı sahəsində 
Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti geniş və çoxcəhət-
lidir. Bu baxımdan Qafqaz Müsəlmanları İdarəsinin təşəbbü-
sü ilə 2009-cu ilin iyul ayında Moskva şəhərində «Müstəqil 
Dövlətlər Birliyi müsəlmanları konfessiyalararası və millət-
lərarası  həmrəylik  uğrunda»  mövzusunda  Beynəlxalq  el-
mi-praktik konfrans keçirilmişdir. Konfransda 8 MDB ölkələ-
rinin 40 müsəlman dini liderləri, Türkiyə, İran, Küveyt və s. 
İslam  ölkələrinin  nümayəndələri,  diplomatik  korpusların 
rəhbərləri iştirak etmişdir. Qeyd edək ki, bu konfransa səd-
rliyi  Qafqaz  Müsəlmanları  İdarəsinin  sədri  şeyxülislam  Al-
lahşükür Paşazadə etmişdir. Konfransın mühüm əhəmiyyət 
kəsb etməsini göstərən faktlardan biri ondan ibarətdir ki, bu 
konfrans SSRİ dağıldıqdan sonra keçən 18 il ərzində müsəl-
man liderlərinin keçirdiyi ən genişmiqyaslı konfrans hesab 
olunur. Konfransı dəyərləndirən digər fakt Rusiya Federasi-
yasının sabiq prezidenti D.Medvedev və Azərbaycan Respub-
likasının  prezidenti  İ.Əliyevin  konfrans  iştirakçılarına  gön-
dərdikləri təbrik məktubu olmuşdur. Hər iki dövlət başçısı 
konfrans  iştirakçılarına  göndərdikləri  təbrik  məktubunda 
dinlərarası və millətlərarası həmrəyliyə dəstək verdiklərini 
vurğulamış, və bu konfransın MDB məkanında müsəlman və 
digər konfessiyalar arasında dialoqun genişlənməsinə müs-
bət təsir edəcəyini bildirmişlər.
Azərbaycan  Respublikasının  prezidenti  konfrans  işti-
rakçılarına göndərdiyi təbrik məktubunda dinlərin dialoqu 
ilə bağlı məsələlərə toxunmuş, bu sahədə keçmişin müsbət 


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə