Dini torelantliq indd


tində özünəməxsus imkanlardan istifadə edərək iştirak



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə47/52
tarix22.07.2018
ölçüsü0,8 Mb.
#57814
1   ...   44   45   46   47   48   49   50   51   52

149
tində özünəməxsus imkanlardan istifadə edərək iştirak 
edir və Azərbaycanın dövlətçiliyinə xidmət edir.»(128)
2009-cu il 6-7 noyabr tarixində «Dinlərarası dialoq: qar-
şılıqlı  anlaşmadan  birgə  əməkdaşlığa  doğru»  mövzusunda 
Bakıda keçirilən Beynəlxalq konfransda Moskvanın və Bütün 
Rusiyanın Patriarxı Kirill də iştirak etmişdir. Beynəlxalq kon-
fransda çıxış edən Patriarx Kirill dinlərarası dialoqda Qafqaz 
Müsəlmanları  İdarəsinin  mühüm  rol  oynamasından  bəhs 
edərək  QMİ-nin  sədri  Şeyxülislam  Allahşükür  Paşazadəyə 
müraciətlə demişdir: «1944-cü ildə yaradılmış Zaqafqaziya 
Müsəlmanları  Ruhani  İdarəsinin  hüquqi  varisi  olmuş  Sizin 
dini idarə öz sərhədlərini nəinki qoruyub saxlamış, postsovet 
məkanında yeganə dövlətlərarası islam strukturu kimi qal-
mışdır. Buna görə də sizin şəxsiyyətinizlə əlaqədar uğurların 
əksəriyyəti çox cəhətdən xidmətlərinizin nəticəsidir. Qafqaz 
müsəlman icmasının qardaşlıq münasibətləri zəminində di-
namik inkişafını davam etdirməsini görmək xoşdur.2004-cü 
ildə Sizin fəal iştirakınızla yaradılmış MDB Dinlərarası Şura-
sı postsovet məkanında ən iri dinlərarası quruma çevrilmiş-
dir.”(129) 
Azərbaycan  Respublikasının  prezidenti  İlham  Əliyev 
Respublikada  dini  tolerantlıq  mədəniyyətinin  inkişafında 
mühüm rol oynayan Şeyxülislam Hacı Allahşükür Paşazadə-
nin  çoxşaxəli  fəaliyyətini  yüksək  qiymətləndirərək  demiş-
dir: “Şeyx həzrətlərinin Azərbaycanda dini tolerantlığın 
inkişafında çox böyük əməyi, çox böyük xidmətləri var. 
Bunu biz bilirik, başqa dinlərin nümayəndələri də bilir.. 
Bütün dünyada Şeyx həzrətlərinə çox böyük hörmət, 
çox böyük inam var. Başqa dinlərin başçılarının, Qafqaz 
xalqlarının dini nümayəndələrinin Azərbaycana səfərlə-
ri zamanı və beynəlxalq tədbirlərdə mən şəxsən bunun 
şahidi olmuşam. Əlbəttə ki, bu, bütövlükdə Azərbaycana 
olan hörmətin böyük nümunəsidir.»(130) 


150
Buradan  göründüyü  kimi,  prezident  İ.Əliyevin  mühüm 
bir regionun dini lideri kimi A.Paşazadənin uzun illik fəaliy-
yətinə verdiyi yüksək qiyməti, həm də Qafqaz Müsəlmanları 
İdarəsinin fəaliyyətinə verilən qiymət kimi dəyərləndirmək 
olar.
4.3 Müstəqillik dövründə dini tolerantlıq 
sahəsində Azərbaycanın yeri və rolu
Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. 
Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə 
mənsub olan vətəndaşlar da yaşayır. Azərbaycan 
müs təqil, demokratiya prinsiplərinə  mənsub olan 
bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara
bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi 
mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriy-
yət imkanları verir.
Heydər Əliyev
Azərbaycanda  tarixən  dini  tolerantlıq  mədəniyyətinin 
yüksək olduğunu dəfələrlə, həm dinşünas alimlər, həm də di-
gər dinlərin nümayəndələri etiraf etmişlər. Belə ki, dinləra-
rası dialoqla bağlı Bakıda keçirilən beynəlxalq konfransların 
birində iştirak edən Moskvanın və bütün Rusiyanın Patriarxı 
Kirill öz çıxışında tarixdən misal gətirərək Azərbaycanda bü-
tün dinlərin nümayəndələrinə, eləcə də pravoslavlara qarşı 
heç  vaxt  ayrı-seçkilik  edilmədiyini  qeyd  edərək  demişdir: 
“Azərbaycanda provaslav xristianlar heç vaxt təqib edilmə-
mişdir. Buradakı ruslar heç vaxt həyati təhlükə ilə üzləşib öz 
evlərini  tərk  etməmişlər.  Tarixi  vərəqləyəndə  məlum  olur 
ki,  əcdadlarımız  ümumi  təhlükələrə  qarşı  çiyin-çiyinə  vu-
ruşmuşlar.  1905-ci  ildə  müsəlman  və  provaslav  ruhaniləri 


151
millətlərarası və dinlərarası ayrı-seçkiliyin qızışdırılmasına 
qarşı birgə çıxış etmişdilər.”(131,s.36)
Azərbaycanın  tarixən  tolerant  bir  ölkə  olduğunu  ölkə-
mizdə yaşayan başqa dinin rəhbərləri də dəfələrlə qeyd et-
mişlər. Məsələn, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı 
Yeparxiyasının  yepiskopu  Aleksandr  İşein  Bakıda  keçirilən 
beynəlxalq  konfransların  birində  1913-cü  ildə  Bakı  şəhə-
rində  yaşayan  əhalinin  statistikasına  əsaslanaraq,  onların 
dini tərkibindən bəhs edərək demişdir: “Bu dövrdə bu yer-
də  (1913-cü  ildə  Bakı  şəhəri  nəzərdə  tutulur-H.S.)  76  965 
– müsəlman, 76 927 – xristian, 9592 – yəhudi, 3801 – lüte-
ran,  2902  –  katolik,  4496  –  sektant,  262  –  köhnə  təriqətçi 
yaşayırdı. Həmin illərdə Azərbaycanda məscidlər, pravoslav 
baş  kilsələri,  kiçik  kilsələr,  kirxa  və  sinaqoqlar,  məbədlər 
fəaliyyət göstərmişlər. Məhz həmin illərdə Roma katolik, lü-
teran və bir sıra protestant cəmiyyətləri formalaşmışdı. Bu 
göstərir ki, Azərbaycan hələ bu dövrlərdən başlayaraq çox-
konfessiyalı bir ölkə idi. Maraqlıdır ki, bu dövrdə tolerantlıq 
prinsipinə nəinki riayət olunurdu, hətta bu prinsip Azərbay-
canda inkişaf edirdi.”(132,s.44) Burada qeyd olunan faktlara 
nəzər saldıqda, 1913-cü ildə Bakıda yaşayan müxtəlif dinlərə 
etiqad edən insanların say tərkibi müəyyən maraq doğurur 
və Azərbaycanın Qafqazda hələ XX əsrin əvvəllərində çox to-
lerant bir ölkə olduğunu göstərir.
Qafqaz  bölgəsində  sülhün  və  əmin-amanlığın  təmin 
olunması, ayrı-ayrı xalqların bir-birinin milli-mənəvi dəyər-
lərinə  daim  hörmətlə  yanaşmasının  vacibliyini  vurğulayan 
Gürcüstan Patriarx Katalikosu II İlya konfransda çıxış edərək 
xalqlararası  və  dinlərarası  dostluğu  əks  etdirən  faktlardan 
danışaraq demişdir: “Mən elə bir ailədə böyümüşəm ki, bi-
zim ən çox qonağımız məhz müsəlmanlar olurdu. Məhz öz 
uşaqlıq illərimi yada salıb onların bizə təşrif buyurduqlarını 
xatırlayıram. Bizim böyüklərimiz dost müsəlmanlar üçün ən 


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə