Dini torelantliq indd



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə49/52
tarix22.07.2018
ölçüsü0,8 Mb.
#57814
1   ...   44   45   46   47   48   49   50   51   52

155
ban-Udin dini icmaları yaradılmışdır. Bütün bunlar Azərbay-
can Respublikasında dini tolerantlıq mədəniyyətinin yüksək 
səviyyədə olduğunu göstərən faktdır.
Bütün bu tədbirlərin həyata keçirilməsi erməni KİV-lə-
rinin irəli sürdüyü guya Azərbaycanda xristianların, o cüm-
lədən  udilərin  sıxışdırılması  və  assimiliyasıyası  haqqında 
böhtan və cəfəngiyyata zərbə vurdu. Qeyd edək ki, Azərbay-
canda  Alban-Udin  Xristian  İcmasının  dirçəldilməsi  və  dini 
məbədlərin bərpası, təkcə Azərbaycan tarixində deyil, həm 
də  bütün  dünya  tarixində  mühüm  əhəmiyyət  kəsb  edir  və 
ölkəmizin bir daha dini tolerantlıq mədəniyyətinin səviyyə-
sini bütün dünyaya göstərdi.
2011-ci ildə Dini qurumlarla İş üzrə Dövlət Komitəsin-
də dinlərarası dialoqla bağlı təşkil edilmiş “Dəyirmi masa”da 
çıxış edən Alban-Udin xristian icmasının sədri Robert Mobi-
li Azərbaycanın tolerantlığın vətəni olduğunu vurğulayaraq 
demişdir: «...tolerantlıq fransız sözü olsa da, onun vətəninin 
Azərbaycan  olduğunu  hesab  etmək  mümkündür.  Ölkəmiz-
də elə bir məkan var ki, cəmisi 100 kvadratmetirlik balaca 
bir sahədə (hazırki Oğuz rayonunun Nic kəndi nəzərdə tu-
tulur-H.S.) üç dinə -iudaizm, xristianlıq və islam dininə aid 
məbədlər yanaşı inşa edilmişdir, belə bir fakta dünyada çox 
az halda şahid ola bilərsiniz.»(138,s.30)
Öz çıxışında R.Mobili 1836-cı ildə Çar Rusiyası tərə indən 
Alban kilsəsinin erməni Eçmiədzin kilsəsinə tabe edilməsini 
və  bundan  sonra  alban-udinlərin  qriqoryanlaşdırılması  və 
erməniləşdirilməsi  prosesini  vurğulayaraq  tədbirdə  iştirak 
edən  Avropa  Parlament  Asambleyasının  nümayəndələrinə 
müraciət edərək demişdir: «Amma mən qədim Azərbaycan 
mədəniyyətinin  varisi  olan  bir  xalqın  nümayəndəsi  kimi 
avropalı  deputatların  diqqətinə  çatdırmaq  istərdim  ki,  bu 
ölkənin  yerli  xalqı  bizik,  ermənilər  deyil,  bu  gün  malik  ol-
duğumuz milli-dini dözümlülük key iyyəti Azərbaycan ger-


156
çəkliyini əsr lər boyu öz mənəvi dəyərlərində yaşayan alban-
udin lərin yaşayış tərzindədir.»(139,s.30)
Son  illərdə  respublikamızda  dinlərarası  dialoqa  həsr 
edilmiş  beynəlxalq  miqyaslı  bir  çox  tədbirlər  keçirilmişdir. 
Bu beynəlxalq miqyaslı tədbirlərdən biri də 2010-cu ilin 26 
aprelində dünya dini liderlərinin «Qloballaşma, din, ənənəvi 
dəyərlər» mövzusunda Bakıda keçirilən sammitidir. Bu sam-
mitdə dünyanın 33 ölkəsindən ənənəvi dünya dinlərini təm-
sil edən 200-dən çox nümayəndə iştirak etmişdir. Dünya dini 
liderlərini bir araya toplayan bu cür mötəbər bir sammitin 
Bakıda  keçirilməsini  Azərbaycan  Respublikasının  regionda 
və  dünyada  beynəlxalq  nüfuzunun  artdığını  göstərən  ha-
disə kimi dəyərləndirmək olar. Son illər bu kimi beynəlxalq 
tədbirlərin  Bakıda  keçirilməsinin  böyük  siyasi  əhəmiyyət 
kəsb  etdiyini  qeyd  edən  Azərbaycan  respublikasının  pre-
zidenti  İ.Əliyev  sammitdəki  çıxışında  dinlərarası  dialoqa 
Azərbaycanın töhfə verəçəyini vurğulayaraq bu məsələdən 
bəhs edərək demişdir: «Mən şübhə etmirəm ki, bu gözəl 
görüşün çox gözəl nəticələri olacaq, dinlər, millətlər və 
ölkələr arasında daha da yaxşı anlaşmanın əldə edilmə-
sinə xidmət göstərəcəkdir. Buna böyük ehtiyac vardır. 
Bir daha vurğulamaq istəyirəm ki, biz Bakının, Azər-
baycanın dinlərarası dialoqun bir növ mərkəzinə çev-
rilməsinə də çox böyük ümidlərlə baxırıq. Bir tərəfdən, 
bunu Azərbaycanda dini və milli zəmində vəziyyətin çox 
yaxşı olmasının təzahürü kimi qiymətləndiririk. Bu, bi-
zim üçün böyük şərəfdir. Digər tərəfdən, dinlərarası di-
aloqun praktiki nöqteyi-nəzərdən gücləndirilməsi işinə 
Azərbaycan öz töhfəsini verə bilər, verir və verməyə da-
vam edəcəkdir.»(140)
Buradan göründüyü kimi, prezident İ.Əliyev son illərdə 
Azərbaycanın  dinlərarası  dialoqun  mərkəzinə  çevrilməsini 
iki amillə şərh etmişdir: birincisi, bu məsələni İ.Əliyev «Azər-


157
baycanda dini və milli zəmində vəziyyətin çox yaxşı olması-
nın təzahürü kimi» şərtləndirmiş, ikincisi isə, regionda «din-
lərarası dialoqun praktiki nöqteyi-nəzərdən gücləndirilməsi 
işinə Azərbaycanın öz töhfəsini verməsi» kimi dəyərləndir-
mişdir. Prezident İ.Əliyev Azərbaycanda dini və milli zəmin-
də vəziyyətin yaxşı olmasını öz çıxışında məntiqi cəhətdən 
aşağdakı kimi əsaslandırmişdır: «Qeyd etdiyim kimi, əsr-
lər boyu Azərbaycanda bütün millətlərin, bütün dinlə-
rin nümayəndələri bir ailə kimi yaşamışlar, ölkəmizin 
inkişafına öz dəyərli töhfələrini vermişlər. Bu gün də bu 
proses uğurla davam edir. Azərbaycanda bütün azadlıq-
lar mövcud olduğu kimi, dini azadlıqlar da tam şəkildə 
təmin edilir. Azərbaycanda gündəlik fəaliyyət göstərən 
mindən çox məscid mövcuddur. On bir kilsə, altı sinaqoq 
və digər dini məbədlər fəaliyyət göstərir.»(141)
 Avropa Şurasına (AŞ) üzv olan dövlətlərin mədəniyyət 
nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qon-
şu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” möv-
zusunda Bakıda keçirilən konfransda 250-dən çox nümayən-
də,  o  cümlədən  16  nazir,  18  nazir  müavini,  10  beynəlxalq 
təşkilatın  rəhbəri,  alimlər  QHT  və  media  nümayəndələri 
iştirak etmişlər. Konfransda AŞ-nın üzvü olan ölkələrin, Av-
ropa Mədəniyyət Konvensiyasını imzalayan dövlətlərin, YU-
NESKO-nun təmsilçiləri ilə yanaşı islam ölkələri Elm, Təhsil 
və Mədəniyyət Təşkilatının (İSESKO), Ərəb Dövlətləri Liqası 
ölkələrinin  Elm,  Mədəniyyət  və  Təhsil  Təşkilatının  (ALES-
KO) yüksək rütbəli nümayəndələrinin iştirak etməsi bu təd-
birin beynəlxalq əhəmiyyət daşıdığını göstərir. Bu baxımdan 
Şərq və Qərb mədəniyyətlərini təmsil edən rəsmi nümayən-
dələrin iştirak etdiyi Bakı konfransını nəinki, Azərbaycanın 
və Qərbin, eyni zamanda, Şərqin mədəni həyatında mühüm 
hadisə hesab etmək olar. Avropa Şurası ilə Azərbaycanın bir-
gə təşkil etdiyi bu konfrans müxtəlif xalqlar və dövlətlər ara-


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə