Dini torelantliq indd



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə51/52
tarix22.07.2018
ölçüsü0,8 Mb.
#57814
1   ...   44   45   46   47   48   49   50   51   52

161
günümüzün ən aktual problemlərindəndir.
Bu  konfransın  praktiki  əhəmiyyəti  ondan  ibarətdir  ki, 
həmin konfransın iştirakçıları dinlərarası dialoq və dini tole-
rantlıqla bağlı dünya ictimaiyyətinə müraciət qəbul etmişlər. 
Müraciətdə deyilirdi: 
–  Biz  –  islam,  xristian  və  iudaizm  dinlərinin  nümayən-
dələri, ayrı-ayrı sahələrdə çalışan insanlar belə bir xoş mə-
ramın  reallaşması  üçün  bəşəriyyəti  daim  zənginləşdirən 
tolerantlıq  mühitinin  dünyada  bərqərar  olması  ikrini  uca 
tutmağı və gündəlik həyatımızda buna nail olmağı çox vacib 
məqsəd hesab edirik;
– Bu gün Qafqazda, xüsusilə də Cənubi Qafqazda yaran-
mış problemlərin həllilndə beynəlxalq birliyin köməyinə et-
hiyac var. Biz, beynəlxalq təşkilatları, o cümlədən ictimai-dini 
təsisatları, müxtəlif din və konfessiya mənsublarını bu prob-
lemlərin həllində mümkün olan bütün vasitələrdən istifadə 
etməyə çağırırıq;
– Konfrans iştirakçıları Azərbaycanın müxtəlif konfessi-
yalarla sıx əməkdaşlığını diqqətə çatdırmaqla yanaşı, onun 
dünya dövlətləri ilə də əlaqələrinin daim yüksəldiyini böyük 
məmnunluqla qeyd edirlər;
– Biz, dünyanın müxtəlif elmi mərkəzlərinin, həm ənənə-
vi dinşünaslıqla bağlı, həm də müasir dövrdə aktuallıq qa-
zanmış xüsusi mövzular üzrə birgə tədqiqatların aparılması-
nı məqsədəuyğun hesab edirik;
– Konfrans iştirakçıları siyasi konyukturanı rədd edir və 
dünya ictimaiyyətini Qafqazda işğal altında qalmış qədim di-
ni-tarixi maddi-mədəniyyət abidələrinə qarşı törədilən van-
dalizmi qəti şəkildə pisləməyə çağırırlar;
–  Biz,  Azərbaycan  rəhbərliyinə  Beynəlxalq  konfransın 
yüksək səviyyədə keçirilməsinə göstərdiyi diqqət və qayğıya 
görə dərin minnətdarlığımızı bildirir və onun nəticələrinin 
dünya  ictimaiyyətinə  çatdırılması  üçün  zəruri  vasitələrdən 
istifadə olunacağını bəyan edirik;


162
NƏTİCƏ
Son illərin təcrübəsi bir daha sübut edir ki, görkəmli din 
xadimlərinin  beynəlxalq  səviyyədəki  nüfuzu,  rəhbərlik  et-
dikləri  qurumların  dinlərarası  dialoq  formatında,  eləcə  də 
şəxsi  dostluq  səviyyəsində  səmərəli  fəaliyyəti  olmasaydı, 
Şərqlə Qərb arasındakı bəzi qarşıdurmalar o qədər də sabit 
olmayan dünyamızı bir-birindən uzaqlaşdırar, ciddi gərgin-
lik mənbəyinə, hətta ağır münaqişələrə səbəb ola bilərdi. 
Araşdırmalar göstərir ki, XX əsrin sonu – XXI əsrin əvvəl-
lərində dünya ictimaiyyətini, bəşəriyyəti ən çox düşündürən 
qlobal məsələlərdən biri dinlərarası, mədəniyyətlərarası, si-
vilizasiyalararası dialoq məsələsidir. Bu problem son illərdə 
bir çox beynəlxalq forum və konfransların əsas mövzusuna 
çevrilmişdir. Bu mövzu ilə bağlı keçirilən hər hansı bir bey-
nəlxalq tədbir özlüyündə ayrı-ayrı ölkələri təmsil edən nü-
mayəndələr arasında dialoq mahiyyəti daşıyır. Çünki bu cür 
konfranslar müxtəlif ölkələrin və müxtəlif mədəniyyətlərin 
təmsilçilərini bir araya gətirir və onların bir-birini tanıması-
na xidmət edir. 
Hazırkı  şəraitdə  dinlərarası,  mədəniyyətlərarası  və  si-
vilizasiyalararası  dialoqun  əhəmiyyətini  yüksək  qiymət-
ləndirən  Azərbaycan  Respublikasının  prezidenti  İ.Əliyev 
müxtəlif  xalqların  qarşılıqlı  anlaşma  şəraitində  yaşaması-
nın  vacibliyini  vurğulayaraq  ölkəmizin  sivilizasiyalararası 
dialoqa töhfə verdiyini demişdir: “Sivilizasiyalar arasında 
dialoq indiki vaxtda çox geniş müzakirə olunur. Dünya-
nın müxtəlif guşələrində yaşayan insanlar çətinlikləri 
aradan qaldırmaq və özlərinin həyatını daha təhlükəsiz 
etmək üçün bir-birini daha yaxşı anlamalı, əməkdaşlıq 
etməli və bir-birinə kömək etməlidirlər. Bu mövzunun 
çox müzakirə olunmasına baxmayaraq, əfsuslar olsun 
ki, reallıqda bəzən biz dünyanın müxtəlif yerlərində, ay-
rı-ayrı ölkələrdə müəyyən gərginliyi müşahidə edirik. 


163
Milli və dini mənsubiyyəti fərqli olan insanlar arasında 
gərginlik özünü biruzə verir. Bu, bütün dünya üçün çox 
təhlükəlidir. Azərbaycanda biz sivilizasiyalararası dia-
loqa töhfə verilməsinə çalışırıq.”(146) 
Son illərdə dinlərarası, mədəniyyətlərarası, sivilizasiya-
lararası  dialoqla  bağlı  Azərbaycanda  keçirilən  beynəlxalq 
tədbirlərin  miqyası  və  bu  məqsədlə  respublikamıza  gələn 
tanınmış ictimai xadimlər, dini rəhbərlər və görkəmli alim-
lərin  ikirləri Azərbaycanda dini tolerantlıq mədəniyyətinin 
yüksək olduğunu bir daha sübut edir.
Mövcud monoqra iyada aparılan araşdırmalar aşağıdakı 
elmi nəticələrin irəli sürülməsinə imkan yaradır: 
1.  İslam dinində tolerantlığın əsası Qurani-Kərimin surə 
və ayələrində irəli sürülmüş və Məhəmməd (s) Peyğəmbərlə 
bağlı hədislərdə öz ifadəsini tapmışdır (Bax: Əl-Bəqərə, 256; 
Ənam, 108 və s.). Digər tərəfdən tarixi mənbələrə görə, İs-
lam dininin Azərbaycanda yayıldığı dövrdə müsəlmanlar bu 
ərazidə yaşayan yəhudilik, xristianlıq və zərdüştlüyün tərəf-
darlarına qarşı ehtiram və dözümlülük göstərmişlər. 
2.  Tarixi araşdırmalar göstərir ki, Azərbaycan ərazisin-
də  yaşayan  çoxsaylı  etnik  və  dini  qruplar  arasında  həmişə 
yüksək tolerantlıq mühiti hökm sürmüş, heç vaxt milli və dini 
zəmində qarşıdurma olmamışdır. Azərbaycan ərazisində ya-
şayan xalqlar arasında tolerant münasibətlərin formalaşma-
sında onların tale ümumiliyi amili də mühüm rol oynamışdır. 
Belə  ki,  tarix boyu  Azərbaycanda  yaşayan  xalqlar  dəfələrlə 
böyük dövlətlərdən asılı vəziyyətə düşmüş və yaranmış və-
ziyyət  milli-dini  fərqlərinə  baxmayaraq  onları  bir-birinə 
yaxınlaşmağa vadar etmişdir. Lakin Azərbaycanda milli-dini 
tolerantlığa  təhlükə  yaradan  erməni  şovinistləri  olmuşdur. 
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsi dini zəmində baş 
verməsə də, Erməni-Qriqoryan kilsəsi azərbaycanlılara qar-
şı  tarixən  düşmənçilik  toxumu  səpən  dini-ideoloji  mərkəz 


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə