Dini torelantliq indd



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə46/52
tarix22.07.2018
ölçüsü0,8 Mb.
#57814
1   ...   42   43   44   45   46   47   48   49   ...   52

146
on gün və ya Əfqanıstandakı kimi on il davam edə bilər, la-
kin  haqq-ədalət  əvvəl-axır  qələbə  çalacaqdır.  Nə  olursa  ol-
sun, Allah-Təalanın köməyi ilə ədalət Azərbaycanda da zəfər 
çalacaqdır, xalqımızın sovet əsgərlərinin gülləsinə tuş gəlib 
həlak olmuş oğlan və qızları da öz həyatlarını bunun naminə 
qurban vermişlər.»(126)
Qeyd edək ki, həmin dövrdə SSRİ kimi böyük bir dövlətin 
başçısını ittiham edən və onu bütün dünyada nüfuzdan sa-
lan bu məktubu yazmaq cəsarət tələb edirdi. Digər tərəfdən 
sərt informasiya blokadasına salınmış Azərbaycanda xalqı-
mızın 20 Yanvar faciəsinin dünya ölkələrinə çatdırılmasında 
bu  məktub  böyük  əks-səda  vermişdir.  Bu  məktubun  mətni 
müxtəlif dillərə tərcümə edilib Bakının küçələrinə yapışdı-
rılmış və çox çətinliklə bir çox beynəlxalq informasiya kanal-
larına göndərilmişdir. Bu baxımdan M.Qarbaçova ünvanlan-
mış  həmin  məktubu  Azərbaycan  xalqının  Sovet  rəhbərinə 
qarşı etiraz və nifrət bəyanatı kimi dəyərləndirmək olar.
Bundan başqa Şeyxülislam Hacı Allahşükür Paşazadə Xo-
calı və 31 mart soyqırımlarının ildönümləri ilə bağlı dəfələr-
lə  Beynəlxalq  Təşkilatların  rəhbərlərinə,  dünya  ölkələrinin 
dövlət başçılarına, parlamentlərinə, dini rəhbərlərinə müra-
ciətlər ünvanlayaraq onları Ermənistanın Azərbaycana qarşı 
həyata keçirdiyi işğalçılıq fəaliyyətinə ədalətli və hüquqi qiy-
mət verməyə çağırmışdır.
Şeyxülislam Hacı Allahşükür Paşazadənin fəaliyyəti, tək-
cə  Azərbaycanın  hüdudları  ilə  məhdudlaşmır.  Şeyxülislam 
regionda  və  dünyada  müsəlmanların  mənafeyinə  təhlükə 
yaradan hər hansı bir hərəkətə qarşı çıxaraq bununla əlaqə-
dar  həmişə  müxtəlif  informasiya  kanallarında  bəyanatlar 
vermişdir. Məsələn, 1999-cu ildə Rusiya Federasiyasının sa-
biq prezidenti B. Yeltsinə ünvanladığı məktubda rəsmi Mos-
kvanın bölgədə yürütdüyü siyasətin çeçen xalqının məhvinə 
yönəldiyini vurğulayaraq bunu qətiyyətlə pisləmiş və terro-


147
rizmlə mübarizə adı altında bütöv bir xalqın terrorist, eks-
tremist, cinayətkar adlandırılmasına qəti etirazını bildirmiş-
dir. Şeyxülislam Hacı A. Paşazadə Əfqanıstan və İraqda hərbi 
qarşıdurmalar  zamanı  müsəlmanların,  ümumiyyətlə,  dinc 
əhalinin öldürülməsi, vətənindən didərgin salınması faktla-
rına qarşı kəskin etirazını bildirərək bəyanatlar vermişdir.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev in-
formasiya  mübarizəsində  mühüm  rol  oynayan,  Azərbayca-
nın ağır günlərində baş verən hadisələri cəsarətlə müxtəlif 
informasiya kanalları vasitəsilə dünya ictimaiyyətinə çatdı-
ran  Qafqaz  Müsəlmanları  İdarəsinin  sədri  Şeyxülislam  Pa-
şazadənin  fəaliyyətini  yüksək  qiymətləndirərək  demişdir: 
«Şeyx həzrətləri 30 ildir ki, bu böyük vəzifədə Azərbay-
canın naminə çalışır, həm Sovet İttifaqı zamanında, həm 
müstəqil Azərbaycanda. Əlbəttə ki, bu dövrlərin arasın-
da çox böyük fərq vardır. Amma buna baxmayaraq, şeyx 
həzrətləri hətta çox çətin ideoloji çərçivələr içində hə-
mişə öz ədalətli sözünü demişdir. Ölkəmiz üçün ən çə-
tin anlarında o, birinci sıralarda idi. Müstəqilliyimizin 
ərəfəsində Azərbaycanda yaşanan çox ağır hadisələr 
zamanı şeyx həzrətlərinin müdrik sözü, onun vətəndaş 
mövqeyi Azərbaycanı daha böyük bəlalardan qurtara 
bilmişdir.»(127)
QMİ-nin  sədri  A.Paşazadə  nəinki  Azərbaycan,  həm  də 
bütün  Qafqaz  regionunda  baş  verən  hadisələrin  real  mən-
zərəsini dünya ictimaiyyətinə çatdırılması məqsədilə təşəb-
büs göstərərək «Qafqazinform» agentliyinin açılmasına nail 
olmuşdur.  Qeyd  edək  ki,  «Qafqazinform»  agentliyi  Qafqaz 
regionunda  radikal  qüvvələrin  etnik  qarşıdurma  yaratmaq 
kimi çirkin niyyətlərinin qarşısının alınmasında və Qafqazda 
baş verən hadisələrin informasiya kanallarında obyektiv şə-
kildə işıqlandırılmasında əhəmiyyətli rol oynamışdır.
A.Paşazadə  beynəlxalq  aləmdə  həm  dini  lider,  həm  də 


148
ictimai  xadim  kimi  öz  fəaliyyətini  davam  etdirməklə  Azər-
baycanı  xaricdə  ləyaqətlə  təmsil  edir.  Bir  çox  beynəlxalq 
təşkilatlar  onun  böyük  din  alimi  olduğunu  və  şəxsiyyəti-
ni  nəzərə  alaraq  dünyanın  mötəbər  təşkilatlarının  rəyasət 
heyətinə  üzv  seçmişlər.  Buna  misal  olaraq,  A.Paşazadənin 
üzv  olduğu  beynəlxalq  təşkilatlara  –  Ümumdünya  İslam 
Konqresi,  Ümumdünya  Xalq  Rəhbərliyi,  Ümumdünya  Sülh 
Şurası, «Vicdana çağırış» Beynəlxalq Fondu və s. beynəlxalq 
təşkilatları göstərmək olar. 2009-cu ilin iyun ayından isə A. 
Paşazadə  Müstəqil  Dövlətlər  Birliyi  müsəlman  dini  lider-
lərinin  Məşvərət  Şuarsının  sədri  seçilmişdir.  O,  son  illərdə 
bir çox beynəlxalq dini-elmi konfransların təşəbbüskarı və 
təşkilatçısı olmuş, bu konfranslarda Qafqazı və Azərbaycanı 
təmsil etmişdir. Məsələn, A.Paşazadə 1998-ci ildə «Müasirlik 
və dini-mənəvi dəyərlər», 2003-cü ildə «Allahın lütfü, xalqın 
xilaskarı», 2004-cü ildə «Qloballaşma və islam», 2005-ci ildə 
«Qloballaşan dünyada islam», 2006-cı ildə «İslamda dözüm-
lülük, tolerantlıq» mövzularında keçirilən beynəlxalq konf-
ransların  birbaşa  təşkilatçısı  olmuşdur.  A.Paşazadə  Qafqaz 
regionunda  və  beynəlxalq  miqyasda  dini  lider  və  ictimai 
xadim kimi göstərdiyi sülhməramlı fəaliyyətinə görə bir çox 
dövlətlərin, beynəlxalq elmi-dini təşkilatların bir sıra orden 
və medalları ilə təltif edilmişdir.
Ümumiyyətlə,  Qafqaz  Müsəlmanları  İdarəsinin  rəhbəri 
Hacı A.Paşazadənin Azərbaycanın dini rəhbəri kimi rolunu 
və  onun  Azərbaycan  dövlətçiliyinin  inkişafındakı  rolunu 
Ümummilli  lider  Heydər  Əliyev  aşağıdakı  kimi  qiymətlən-
dirmişdir:  «Azərbaycanın dini rəhbəri bizim müsəlman 
dinimizi nəinki Azərbaycanda, bütün Qafqazda təmsil 
edən ən yüksək vəzifəli şəxsdir. Əgər Azərbaycanın dini 
rəhbəri bütün Qafqaz müsəlmanlarının  Şeyxülislamı 
adını alıbsa, demək, bu, bizim üçün böyük vəzifədə... 
xalqa sədaqətlə xidmət edir, Azərbaycanın xarici siyasə-


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə