Dini torelantliq indd



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə48/52
tarix22.07.2018
ölçüsü0,8 Mb.
#57814
1   ...   44   45   46   47   48   49   50   51   52

152
gözəl  otaqlarını  hazırlayırdılar.  Orada  xalçalar  döşəyirdilər 
ki, qonaqlar burada öz müsəlman qaydaları ilə ibadətlərini 
etsinlər.”(133,s.37)
Dini  liderlərin  bu  çıxışlarından  göründüyü  kimi,  Azər-
baycan tarixən qonşu xalqlarla və başqa dinə mənsub olan 
insanlarla dostluq münasibətlərində və sülh şəraitində yaşa-
mış, heç bir dini ayrı-seçkiliyə yol verməmişdir.
Azərbaycanda qonaq olan Rusiya Federasiyası Dağıstan 
Respublikasının sabiq Prezidenti Muxu Əliyev də Azərbayca-
nın yüksək tolerantlıq mədəniyyətinə malik bir ölkə olduğu-
nu  vurğulayaraq  bu  ənənənin  davam  etdirilməsində  prezi-
dent İ.Əliyevin və Şeyxülislam A. Paşazadənin rolunu xüsusi 
qeyd edərək demişdir: “Hörmətli İlham Heydər oğlu, əsasən, 
Sizin və Şeyxülislamın səyləri sayəsində Azərbaycan bu gün 
dünyaya  sivilizasiyalararası,  konfessiyalararası  razılığın, 
tolerantlığın  ictimai  həyatın  adı  vəziyyətinə  çevrildiyi  ölkə 
kimi qəbul olunur. Hesab edirik ki, Bakı İslam Konfransı Təş-
kilatı tərə indən haqlı olaraq 2009-cu ilin İslam mədəniyyəti 
paytaxtı elan olunmuşdur və bu işdə Sizin xidmətləriniz bö-
yükdür.”(134,s.41)
Azərbaycanda  dini  tolerantlıq  mədəniyyətinin  yüksək 
olduğunu H.Əliyev Fondunun prezidenti, YUNESKO və İSES-
KO-nun xoşməramlı sə iri Mehriban xanım Əliyeva da bey-
nəlxalq tədbirlərdə yüksək tribunalardan həmişə xarici ölkə 
nümayəndələrinin diqqətinə çatdırmışdır. Məsələn, 10 iyun 
2008-ci il tarixində “Mədəniyyətlərarası dialoqda qadınların 
rolunun  genişləndirilməsi”  mövzusunda  Bakıda  keçirilən 
beynəlxalq  Forumda  çıxış  edən  Mehriban  xanım  Əliyeva 
Azərbaycan  xalqının  tarixən  ta  qədimdən  dini  tolerantlıq 
mədəniyyətinə  malik  olan  bir  xalq  olduğunu  vurğulayaraq 
demişdir:  “Azərbaycan  Böyük  İpək  Yolu  üzərində  yerləşən 
ölkə kimi tarix boyu yüksək tolerantlıq mühitini yaratmışdır. 
Bu,  həm  mədəniyyətimizdə,  həm  də  cəmiyyətimizdə  dərin 


153
iz qoymuşdur. Indi də bizim cəmiyyətdə belə bir tolerantlıq 
ab-havası hökm sürür. Bakı unikal şəhərdir. Artıq uzun müd-
dətdir ki, burada müsəlman məscidi və atəşpərəst məbədi, 
katolok kilsəsi və sinaqoq, pravoslav məbədi və kirxa yanaşı 
mövcuddur. Onların coğra i yaxınlığı faktı belə, yüksək tole-
rantlıq şəraitində birgə fəaliyyətin mümkünlüyünü nümayiş 
etdirir və hər bir dinin əsas dəyərlərinin ümumbəşəri dəyər-
lərlə üst-üstə düşdüyünü təsdiq edir.”(135)
Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olma-
sı respublikamıza gələn müxtəlif peşə adamlarının diqqətini 
cəlb edir. Məsələn, 2011-ci ilin iyul ayında Avropa Şurası Par-
lament Assambleyasındakı Avropa Xalq Partiyası qrupunun 
nümayəndə  heyəti  respublikamızda  səfərdə  olmuşdur.  Nü-
mayəndə heyətinin üzvləri iyul ayının 21-də Dini Qurumlarla 
İş üzrə Dövlət Komitəsində olmuş və burada “Azərbaycanda 
vətəndaş cəmiyyətinin inkişafına töhfə verə biləcək dinləra-
rası dialoq və ya Avropa dəyərlərinə dair” mövzusunda ke-
çirilən “Dəyirmi masa”da iştirak etmişlər. “Dəyirmi masa”da 
müzakirələrə qoşulan nümayəndə heyətinin üzvü - Avropa 
Xalq Parlament Assambleyasındakı Avropa Xalq Partiyasının 
sədri Luka Volente Azərbaycanda tolerantlıq ənənəsinin qə-
dimliyini və müasirliyini xüsusi vurğulayaraq, onun bu gün 
bütün dünya, xüsusilə də Avropa üçün örnək ola biləcək sə-
viyyəsindən danışaraq qeyd etmişdir ki: “Dinlərarası dialoq 
bu gün yaxşı düsturdur və onun üzərində müntəzəm işləmək 
lazımdır. Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlərdən 
öyrənmək  lazımdır.  Azərbaycan  tolerantlığının  ən  böyük 
dəyəri isə ondadır ki, o, siyasi qərar deyil, xalqın təbii həyat 
tərzidir.”(136,s.28)
“Dəyirmi masa”dakı çıxışında dini tolerantlıq sahəsində 
Azərbaycanın başqa müsəlman ölkələrinə nümunə ola bilə-
cəyini vurğulayan Luka Volante bu məsələdə ölkəmizi hətta 
Avropa məkanı ilə müqayisə edərək demişdir: “Tolerantlığın 


154
Azərbaycan modeli bizim üçün çox maraqlıdır. Bu model bir 
çox ölkələrə, o cümlədən müsəlman ümmətinə də örnək ola 
bilər. Biz Avropada görmək istədiklərimizi Azərbaycanda gö-
rürük.”(137,s.31)
Müstəqillik  dövründə  respublikamızda  dini  tolerantlı-
ğın  real  şəkildə  həyata  keçirilməsində  ölkə  rəhbərliyinin, 
o  cümlədən  prezident  İlham  Əliyevin  ölkədə  tolerantlığın 
və dini etiqad azadlığının təminatçısı olduğu xüsusi olaraq 
qeyd edilməlidir. Məlumdur ki, Azərbaycan çox konfessiyalı 
bir  ölkədir  və  burada  tarixən  müxtəlif  dini  və  mədəni  abi-
dələr mövcuddur. Bu dini abidələrdən biri də Oğuz kəndinin 
Nic kəndində yerləşən və udinlərə məxsus olan Müqəddəs 
Yelisey (Çotari) kilsəsidir. Qeyd edək ki, alban-udin dini abi-
dələrindən olan Müqədds Yelisey kilsəsi 1723-cü ildə tikilib 
və udinlərin əsas ibadət məbədi kimi fəaliyyət göstərmişdir. 
Lakin 1836-cı ildən bu kilsə “Rusiya müqəddəs Sinodu”nun 
xüsusi  qərarı  ilə  erməni  qriqoryan  kilsəsinin  sərəncamına 
verilib. Həmin vaxtdan udinlər bu qərara etiraz əlaməti ola-
raq kilsəyə getməyiblər və o vaxtdan istifadəsiz qalan kilsə 
dağılmaq səviyyəsinə düşmüşdür.
Lakin ölkə prezidenti İlham Əliyev 2005-ci ildə Nic kən-
dində  sakinlərlə  görüşdükdən  sonra  Alban  tarixi-dini  abi-
dələrinin  bərpa  edilməsinə  aid  göstəriş  vermişdir.  Məhz 
prezidentin  bu  göstərişindən  sonra  Alban  dini-tarixi  abi-
dələrinin bərpası başlanmış və udinlərin dini mədəni irslə-
rinin bərpasına şərait yaradılmışdır. Abadlaşdırılan və bərpa 
edilən bu cür abidələrdən biri də Qafqazda, eləcə də dünyada 
ən qədim xristianlıq məbədlərindən sayılan, vaxtilə Şəkinin 
Kiş kəndində inşa edilən alban kilsə-muzeyidir. Tarixən bi-
zim eranın IV-V əsrlərinə aid olan bu kilsənin təmirinə 2000-
ci ildə başlanmış, 2003-cü ildə isə bu dini-tarixi abidə əsaslı 
şəkildə  bərpa  olunaraq  istifadəyə  verilmişdir.  Eyni  zaman-
da, Nic kəndində və Oğuz rayonunun digər kəndlərində Al-


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə