Dini torelantliq indd



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə50/52
tarix22.07.2018
ölçüsü0,8 Mb.
#57814
1   ...   44   45   46   47   48   49   50   51   52

158
sında  dialoqu  möhkəmləndirməyə  xidmət  etməklə  yanaşı 
sivilizasiyalararası  dialoqu  dəstəkləyən  ölkə  kimi  respubli-
kamızın  beynəlxalq  nüfuzuna  müsbət  təsir  etmişdir.  Prezi-
dent  İ.Əliyevin  rəhbərliyi  ilə  respublikamızda  keçirilən  bu 
tipli beynəlxalq tədbirlər mədəniyyətlərarası və dinlərarası 
dialoqun səmərəli inkişafına böyük töhfələr verməkdədir.
Belə bir konfransın Bakıda keçirilməsinin mühüm əhə-
miyyət  kəsb  etdiyini  vurğulayan  Azərbaycan  Respublikası-
nın Prezidenti İ.Əliyev öz çıxışında demişdir: «Biz buna da 
çox sevinirik və çox şadıq ki, bu gün Şərqlə Qərbin kəsiş-
diyi yerdə, Bakıda müxtəlif ölkələrdən müxtəlif dinlərin 
nümayəndələri iştirak edirlər. Biz buna çox böyük önəm 
veririk. Bunun çox böyük əhəmiyyəti var. Çünki indiki 
zamanda bir çox hallarda sivilizasiyalararası, mədəniy-
yətlərarası dialoqdan danışılır, ancaq bununla bərabər, 
dünyada gedən proseslər, əfsuslar olsun ki, bəzi hallarda 
gərginliyin artmasına gətirib çıxarır. Mən çox istəyirəm 
ki, bu gün Azərbaycanda başlayan Bakı prossesi mədə-
niyyətlər arasında olan dialoqun, dostluğun, qarşılıqlı 
anlaşmanın möhkəmlənməsinə öz dəyərli töhfəsini ver-
sin.»(142)
Qeyd  edək  ki,  Ermənistanın  Azərbaycana  qarşı  təcavü-
zü  sosial-iqtisadi  sahələrlə  yanaşı  mədəni  irsimizə  də  çox 
böyük  ziyan  vurmuşdur.  Bu  faktı  beynəlxalq  təşkilatlar  da 
artıq təsdiq etməkdədirlər. Erməni işğalçılarının Azərbayca-
nın mədəni abidələrini məhv etməsindən bəhs edən Prezi-
dent İ.Əliyev bununla əlaqədar müəyyən faktları açıqlayaraq 
demişdir:  «2005-ci ildə ATƏT-in faktaraşdırıcı missiya-
sı Azərbaycanın Ermənistan tərə indən işğal olunmuş 
bölgələrində monitorinq keçirilmişdir. Bu monitorinq 
əsasında məruzə hazırlanmış və təqdim edilmişdir. Mə-
ruzədə göstərilir ki, orada hər şey dağıdılıb, bir dənə sa-
lamat bina qalmamışdır. Bütün bunlar, bütün tarixi abi-


159
dələr Ermənistan tərə indən dağıdılıbdır. Mədəniyyət 
ocaqları dağıdılıbdır, bizim muzeylərimizdə nümayiş 
etdirilmiş bütün eksponatlar oğurlanıb, muzeylər talan 
edilibdir. Əcdadlarımızın qəbirləri, bizim məsçidlərimiz 
dağıdılıbdıq. Bütün bunları Ermənistan dövləti edibdir. 
ATƏT-in faktaraşdırıcı missiyası bütün bunları təsdiqlə-
yib və öz məruzəsində göstəribdir.»(143)
Prezident  İ.Əliyev  burada  işğalçı  ermənilərin  mədəni 
müxtəli liyə  (multikulturalizmə)  qarşı  düşmən  mövqeyin-
də olduğunu konkret faktlar əsasında şərh etmişdir. Mədəni 
müxtəli liyə qarşı çıxmağı isə, bəşəri dəyərlərə qarşı çıxmaq 
kimi dəyərləndirmək olar. Bu baxımdan mədəni müxtəli li-
yin bəşəriyyət üçün mühüm əhəmiyyəti və vacibliyi haqqın-
da Avropa Şurasının keçmiş Baş katibi Terri Devisin Bakıda 
keçirilən  beynəlxalq  konfransdakı  çıxışında  söylədiyi  ikir-
lərə  diqqət  yetirək:  «Biz  burada  təcrübə  mübadiləsi  apar-
maq və birgə irəliləyişə nail olmaq üçün bir araya gəlmişik. 
Biz hamımız çoxmillətli cəmiyyətlərdə bu və ya digər yolla, 
mədəniyyətin müxtəli liyinə daha da meyilliyik. Bir çox hal-
larda təbii müxtəli lik ətraf mühit üçün nə qədər vacibdirsə, 
mədəniyyət müxtəli liyi də bəşəriyyət üçün bir o qədər va-
cibdir. Lakin biz hələ də bəzi hallarda milli, etnik, linqvistik 
stereotiplər haqqında düşünürük.»(144)
Son  dövrlərdə  regional  münaqişələrdə  din  amilinin 
mühüm  rol  oynadığını  nəzərə  alan  Azərbaycan  rəhbərliyi 
müxtəlif dinlər arasında qarşılıqlı anlaşmanın əhəmiyyətini 
önə çəkərək bu sahədə bir çox tədbirlər həyata keçirmişdir. 
Bu  tədbirlərədən  biri  əvvəlki  bölmələrdə  qeyd  etdiyimiz 
kimi «Dinlərarası dialoq : qarşılıqlı anlaşmadan birgə əmək-
daşlığa doğru» mövzusunda Beynəlxalq konfransın 6 noyabr 
2009-cu ildə Bakıda keçirilməsidir. 
Ümumiyyətlə, «Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan 
birgə  əməkdaşlığa  doğru»  mövzusunda  Beynəlxalq  konf-


160
ransın iştirakçıları, dünyanın müxtəlif dövlət institutlarının, 
dini, ictimai qurumların nümayəndələri müasir dövrdə din-
lərarası dialoqu müxtəlif sivilizasiyaların yaxınlaşmasına tə-
kan verən səmərəli fəaliyyət forması kimi çox yüksək dəyər-
ləndirmişlər. 
Bu konfransın Bakıda keçirilməsi Azərbaycanın dini və 
milli  cəhətdən  tolerant  ölkə  olduğunu  bir  daha  beynəlxalq 
konfransın  iştirkçılarının  nəzərinə  çatdırdı.  Azərbaycanın 
tarixən  yüksək  dini  tolerantlıq  mədəniyyətinə  malik  bir 
ölkə olduğunu konfrans iştirakçılarına bəyan edən Azərbay-
can Respublikasının prezidenti İ.Əliyev bu haqda demişdir: 
«Azərbaycan  əsrlər boyu dinlərarası münasibətlərin 
inkişafında öz rolunu oynamışdır. İctimai-siyasi qurluş-
dan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycanda dini 
və milli dözümlülük, tolerantlıq çox yüksək səviyyədə 
olub. Bu, Azərbaycan xalqının duyğularıdır, eyni zaman-
da, müstəqil Azərbaycan dövlətinin siyasətidir və Azər-
baycanda fəaliyyət göstərən dini qurumların əməyinin 
praktiki nəticəsidir.»(145,s.30)
Çağdaş  dünyada  dinlərarası  əməkdaşlığa  ehtiyac  art-
maqdadır.  Tolerantlığın  ən  kamil,  mədəni  və  işgüzar  ifadə 
forması olan dinlərarası dialoq isə Şərqlə-Qərb arasında ən 
etibarlı ünsiyyət amilinə çevrilmişdir. Konfrans iştirakçıları 
bu konteksdə «Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan bir-
gə əməkdaşlığa doğru» mövzusundakı Beynəlxalq konfran-
sın  Azərbaycanda  keçirilməsini  basqa  ölkələr  üçün  yüksək 
tolerantlıq  örnəyi  kimi  qiymətləndirmişlər.  Konfrans  işti-
rakçıları  belə  bəşəri  dəyərlərə  bağlılıqlarını  etiraf  etməklə 
yanaşı, bildirmişlər ki, dinlərarası tarixi-ənənəvi əlaqələrin 
gələcəkdə daha da inkişaf etdirilməsi, dövlət və din müna-
sibətlərinin  ancaq  humanist  meyarlarla  cilalanması,  ötən 
əsrlərdə  pozulmuş,  yaxud  çox  ciddi  şəkildə  deformasiyaya 
uğramış  milli-dini  münasibətlərin  yenidən  bərpa  olunması 


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə