Dini torelantliq indd



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə43/52
tarix22.07.2018
ölçüsü0,8 Mb.
#57814
1   ...   39   40   41   42   43   44   45   46   ...   52

136
rulmasında, respublikada dini əmin-amanlığın və sabitliyin 
yaranmasında H.Əliyevin mühüm rol oynadığını vurğulayan 
Moskva  və  Ümumrusiya  sabiq  Patriarxı  mərhum  II  Aleksi 
Azərbaycanın bu sahədə nümunə olması ilə bağlı öz  ikirləri-
ni aşağdakı kimi şərh edərək demişdir: “Azərbaycan qədim 
dini ənənələrə və mədəniyyətə malik bir ölkədir. Bu gün 
Azərbaycan dini əmin-amanlığa və sabitliyə ilham verən 
örnəkdir. Bunun əsası Azərbaycan prezidenti H.Əliyevin 
müdrik siyasəti sayəsində qoyulmuşdur. Dünyəvi haki-
miyyət və ənənəvi dini icmaların konstruktiv fəaliyyəti 
və qarşılıqlı ünsiyyəti nəticəsində yaranmış dövlət-din 
münasibətlərinin nadir modeli Azərbaycan Respublika-
sında öz əksini tapmışdır. Belə zənn edirəm ki, bu sahə-
də Azərbaycanda toplanmış  təcrübə diqqətlə öyrənil-
məli və təhlil olunmalıdır.”(116,s.10)
Buradan göründüyü kimi, dövlət-din siyasətinin forma-
laşmasında  Azərbaycan  modelini  nümunə  kimi  göstərən  II 
Aleksi  bu  siyasətin  yaradılmasında  H.Əliyevin  rolunu  önə 
çəkmiş  və  bu  sahədə  Azərbaycanda  toplanmış  təcrübənin 
öyrənilməsini tövsiyə etmişdir.
Xalqımızın  dini  cəhətdən  tolerant  olduğunu  respubli-
ka mıza səfərə gələn tanınmış dünya dini liderləri də təsdiq 
edirlər. Qeyd edək ki, 2010-cu ilin 26-27 aprel tarixində Ba-
kıda  keçirilən  Dünya  dini  liderlərinin  sammitində  iştirak 
edən qonaqlar da bunun şahidi olmuşlar. Sammitdə iştirak 
etmək  üçün  Bakıya  gələn  Moskva  və  bütün  Rusiyanın  Pat-
riarxı  Kirill  Azərbaycan  Respublikasının  prezidenti  İlham 
Əliyevlə  görüşərkən  ona  müraciət  edərək  Azərbaycanda 
din lərarası münasibətlərin yaxşı olduğunu və bu işdə İ.Əliye-
vin rolunu xüsusi vurğulayaraq demişdir: “Mən dinlərarası 
münasibətlərdə sizin rolunuzu xüsusi vurğulamaq istərdim. 
Azərbaycan  dövlətində  insanların  əksəriyyəti  İslam  dininə 
etiqad  edir.  Lakin  burada  pravoslav  və  yəhudi  icmaları  da 
ənənəvi olaraq mövcuddur və Azərbaycanda heç vaxt dinlə-


137
rarası münaqişələr olmamışdır. Müasir terminalogiyadan is-
tifadə etsək, bu gün tolerantlığın yüksək səviyyədə olduğunu 
deyərdik.”(117) 
Azərbaycanda  dini  tolerantlığın  formalaşmasında  Hey-
dər  Əliyevin  xidmətini  dəyərləndirən  Ümumgürcüstan 
Katalikos  Patriarxı  II  İlya  Azərbaycanda  mövcud  olan  dini 
tolerantlıqdan və bu sahədə də Heydər Əliyevin və onun da-
vamçılarının  xidmətindən  bəhs  edərək  demişdir:  “Bu gün 
Azərbaycanda mövcud olan tolerant mühitin formalaş-
masında Heydər  Əlirza oğlu  Əliyevin xidməti böyük-
dür. Azərbaycanın öz ənənəvi dəyərlərini qoruyub sax-
lamaqla müasir dünyanın çağırışlarına ləyaqətli cavab 
verə bilməsi şəxsən onun və onun davamçılarının müd-
rik və uzaqgörən siyasətinin nəticəsidir.” (118,s.13)
Bütün Qafqazın şeyxi Şeyxülislam Allahşükür Paşazadə 
Azərbaycanda  dini  tolerantlıq  siyasətinin  formalaşmasında 
Heydər Əliyevin rolunu izah edərək göstərmişdir: “Tolerant-
lığın bir dövlət strategiyası olaraq əsasını Ümummilli 
liderimiz Heydər Əliyev qoymuş və bu zəngin ənənə ha-
zırda İlham Əliyev həzrətləri tərə indən böyük ləyaqətlə 
davam etdirilir. Ölkəmizdə demokratik-hüquqi prinsip-
lərin, din və vicdan azadlığının ardıcıl həyata keçirilmə-
sinin təminatçısı olan möhtərəm dövlət başçımızın qayğı 
və diqqəti sayəsində dini baxışından asılı olmayaraq bü-
tün vətəndaşlara bərabər münasibət bəslənilir, ayrı-seç-
kiliyə yol verilmir, insanlara dini ayinləri sərbəst yerinə 
yetirmək üçün şərait yaradılır. Məhz Azərbaycanda dini 
sahəyə münasibətdə yürüdülən müdrik siyasətin nəti-
cəsidir ki, dünya ictimaiyyəti, o cümlədən nüfuzlu bey-
nəlxalq təşkilatlar, habelə dünya miqyasında tanınmış 
dini liderlər ölkəmizin sülhpərvərliyini, tolerantlığını, 
başqa dinlərə dialoqa hazırlıq ruhunu etiraf edir, bunu 
yüksək dəyər kimi qiymətləndirirlər.” (119, s.27-28)


138
4.2.Dini tolerantlıq mədəniyyətinin inkişafında 
Qafqaz Müsəlmanları İdarəsinin rolu
Azərbaycanın dini rəhbəri bizim müsəlman di-
nimizi nəinki Azərbaycanda, bütün Qafqazda təmsil 
edən  ən yüksək vəzifəli  şəxsdir.  Əgər Azərbaycanın 
dini rəhbəri bütün Qafqaz müsəlmanlarının  Şeyxü-
lislamı adını alıbsa, demək, bu, bizim üçün böyük 
vəzifədə... xalqa sədaqətlə xidmət edir, Azərbaycanın 
xarici siyasətində özünəməxsus imkanlardan istifa-
də edərək iştirak edir və Azərbaycanın dövlətçiliyinə 
xidmət edir.
   
 
 
 
 
Heydər Əliyev
Respublikamızda  dinlərarası  dialoqun  və  dini  tolerant-
lıq mədəniyyətinin inkişafında Qafqaz Müsəlmanları İdarəsi 
(QMİ) də tarixən özünəməxsus rol oynamış, dini konfessiya-
lar arasında dözümlülüyün təbliğ edilməsində müəyyən fəa-
liyyət  göstərmiş  və  göstərməkdədir.  Qafqaz  Müsəlmanları 
İdarəsi yarandığı gündən cəmiyyətin sosial-mənəvi həyatın-
da müəyyən rol oynamış, bu qurumun rəhbərləri isə dindar-
lar arasında yüksək hörmət və ehtiram qazanmış, bütövlük-
də cəmiyyətdə müəyyən nüfuza malik olmuşlar.
Qafqaz Müsəlmanları İdarəsi islam dini və başqa dinlə-
rin dini rəhbərləri ilə daim müxtəlif görüşlər keçirir və bey-
nəlxalq dini konfranslarda fəal iştirak edir. 
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) yaranması Azər-
baycanın  Çar  Rusiyası  tərə indən  işğalından  sonrakı  dövrə 
təsadüf edir. Qeyd edək ki, 1823-cü ildə Qafqazda (Zaqafqa-
ziyada) yaşayan şiə məzhəbli dindarlara başçılıq etmək üçün 
çar Rusiyası Ti lis şəhərində şeyxülislam vəzifəsi, Qafqazda 
yaşayan sünni məzhəbli dindarlara rəhbərlik etmək üçün isə 


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə