117
ayrı-ayrı xalqların mədəniyyətləri öz milli xüsusiyyətlərini
saxlamaq şərtilə biri-birini zənginləşdirmiş və inkişaf etdir-
mişdir.
Dialoq anlayışının fəlsə i mahiyyətini şərh etmək üçün,
hər şeydən əvvəl monoloq və poliloq anlayışına diqqət ye-
tirmək lazımdır. Monoloq dedikdə bir nəfərin müəyyən i-
kir irəli sürməsi, yaxud fərdin özünə, ya da ki bir qrup din-
ləyicilərə müraciəti başa düşülür. Poliloq – iki nəfərdən çox
tərə lərin müəyyən ünsiyyət prosesində iştirakıdır. Dialoq
ünsiyyət prosesində iki, yaxud daha çox fərdlərin bir-biri ilə
fakir mübadiləsinə deyilir.
Rus alimi f.e.d., professor V.M.Pivoyev dialoqu fəlsə i an-
lamda şərh edərək yazır ki, dialoqda
ünsiyyətin iki subyekti,
iki «şüuru» iştirak edir və onlar öz ikirlərini ifadə etmək,
bir-birini başa düşmək və anlamağa nail olmağa çalışırlar.
Hər bir dialoq iştirakçısı üçün vacib şərt birincisi, öz ikrinin
başqası tərə indən eşidilməsi, sonra isə başqasını düzgün
anlamaq arzusudur. Dialoq «özünün» və «özgənin» şüuru-
nun dialektik ziddiyyətidir. Dialoq – hər biri ayrı-ayrılıqda
mövcud olan, biri-digərindən asılı olmayan «özgəni» anla-
mağa və onun ikrini mənimsəməyə, «özünün ikrinin suve-
renliyini saxlamağa cəhd edən prosesdir. (97,s.130) Biz dia-
loq anlayışını əgər mədəniyyətə tətbiq etsək V.M.Pivoyevin
yuxardakı ikri ilə razılaşmamaq mümkün deyildir.
Tarixi təkamül prosesində bütün mədəniyyətlər qarşı-
lıqlı təsir nəticəsində bir-birini zənginləşdirmişdir. Bu qarşı-
lıqlı təsir prosesi eyni regionda
yerləşən və bir-birinə qonşu
olan xalqların mədəniyyətində daha çox özünü göstərmişdir.
Məsələn, Qərbin və Şərqin təsiri ilə formalaşan Rusiya mə-
dəniyyətinin inkişafını buna misal göstərmək olar. Bu ikri
Azərbaycan mədəniyyətinə də aid etmək olar. Belə ki, Şərq
və Qərbin qovuşuğunda yerləşən Azərbaycanın mədəniyyə-
tinin formalaşması və inkişafında həm Şərq, həm də Qərbin
118
təsiri tarixən özünü göstərmişdir.
Tarixən həm Şərq, həm də Qərb sivilizasiyası ilə bağlı
olan Azərbaycan indiki dövrdə də, həm Qərb, həm də Şərq
mədəniyyətinin daşıyıcısı kimi çıxış edir. Bu ikri əsaslandır-
maq üçün prezident İ.Əliyevin 7-9 aprel 2011-ci il tarixin-
də Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumundakı çıxışında söylədiyi ikirlərə diqqət yetirək. Fo-
rumdakı çıxışında Azərbaycanın İslam dünyasının, Şərq mə-
dəniyyətinin tərkib hissəsi olduğunu vurğulayan prezident
İ.Əliyev bu haqda demişdir:
«Azərbaycan İslam dünyasının
tərkib hissəsidir. İslam dəyərləri, milli dəyərlər bizim
üçün çox əzizdir. Müstəqillik dövründə Azərbaycan çox
böyük və uğurlu yol keçmişdir. Müstəqillikdən əvvəlki
dövrdə milli mənsubiyyətimizi, milli xarakterimizi qo-
ruyub saxlamaq üçün bizim tariximiz, mədəniyyətimiz,
dilimiz, dinimiz müstəsna rol oynamışdır.» (98)
Azərbaycanın İslam ölkələri ilə siyasi-iqtisadi və mədəni
əlaqələrinin hazırki şəraitdə çox geniş olduğunu qeyd edən
İ.Əliyev Azərbaycan mədəniyyətinin Şərq mədəniyyətinin
tərkib hissəsi olmaqla yanaşı, həm də Qərb mədəniyyətinə
çox yaxın olduğunu vurğulayaraq demişdir:
«Azərbaycan
İslam Konfransı Təşkilatının üzvüdür və müsəlman
ölkələri ilə bizim çox sıx əlaqələrimiz vardır. 2009-cu
ildə Bakı İslam mədəniyyətinin paytaxtı elan edilmişdir.
2018-ci il üçün isə bu şərə li ada Azərbaycanın qədim
şəhəri Naxçıvan layiq görülmüşdür. Eyni zamanda, Azər-
baycan bütün dövrlərdə Qərb dünyasına da çox bağlı,
çox yaxın olubdur. Müsəlman şərqində ilk demokratik
respublika 1918-ci ildə Azərbaycanda yaradılmışdır. İlk
teatr məhz Azərbaycanda yaranmış, ilk opera burada
səhnəyə qoyulmuşdur. Qadınların səs vermək hüququ
müsəlman aləmində ilk dəfə məhz Azərbaycanda təmin
edilmişdir.”(99)