115
konfransda Avropa Şurasının üzvü olan ölkələrdən başqa,
İslam ölkələrinin (İSESKO və ALESKO-nun) yüksək rütbəli
rəsmiləri, müxtəlif beynəlxalq qeyri-hökümət təşkilatlarının
təmsilçiləri o cümlədən, 16 nazir, 18 nazir müavini, 10 bey-
nəlxalq təşkilatın rəhbəri iştirak etmişdir. (94)
Konfransda Azərbaycan Respublikasının prezidenti İl-
ham Əliyev, Avropa Şurasının sabiq Baş katibi Terri Devis,
İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri,
ALESKO-nun baş direktoru Mondi Busnina, YUNESKO-nun
Mədəniyyət siyasəti və beynəlxalq dialoq bölməsinin direk-
toru xanım Katerina Stenou, Avropa Şurasının beynəlxalq
mədəniyyətlərarası əlaqələndiricisi xanım Qabriella Batte-
ni-Draqoni, BMT-nin sivilizasiyaların ittifaqı o isinin direk-
toru Mark Şuer və başqalarının çıxışları maraqla qarşılan-
mışdır.
Qeyd edək ki, müzakirə olunan mövzuların mahiyyətinə,
iştirakçıların tərkibi, əhatə olunan regionların miqyasına
görə Bakıda keçirilən bu konfransı Avropa və İslam ölkələ-
rinin tarixində mədəniyyətlərarası dialoq mövzusunda ilk
beynəlxalq tədbir kimi dəyərləndirmək olar. Konfransda
müzakirə olunan mövzular, əsasən, iki istiqaməti əhatə et-
mişdir. Bunlar aşağıdakılardan ibarətdir:
– Mədəniyyət siyasəti və mədəniyyətlərarası dialoq:
müxtəlif mədəniyyətlərin idarə edilməsinə dair yeni kon-
sepsiya;
– İrs və mədəniyyətlərarası dialoq: hamımız birgə milli
irsdən
dünyəvi irsə doğru;
Bu mövzuları müzakirə edən konfrans iştirakçıları belə
qərara gəlmişlər ki, millətlərarası dialoqa və regionların da-
vamlı inkişafına təkan verən amillərdən biri millətlərin bü-
tün dəyərlərini göstərən milli irsdir. Milli irsin qorunub sax-
lanılması isə hər bir millətin və xalqın prinsipial məsələsidir.
Konfransda fəal iştirak edən Azərbaycan Respublikası-
116
nın prezidenti İlham Əliyev mədəniyyətlərarası dialoq, milli
və dini tolerantlığın möhkəmlənməsində Azərbaycanın təc-
rübəsindən danışaraq demişdir:
«Azərbaycan öz dövlət
müstəqilliyini bərpa etdikdən sonra əlbəttə, millətlə-
rarası münasibətlərə, milli və dini tolerantlığın möh-
kəmlənməsi işinə çox böyük diqqət verilmişdir. Bu gün
Azərbaycan sözün əsl mənasında dostluq, qardaşlıq mə-
kanıdır. Burada bütün xalqlar,dinlərin nümayəndələri
bir ailə kimi yaşayırlar. Mən əminəm ki, Azərbaycanın
bu istiqamətdə əldə etdiyi təcrübə çox önəmlidir. Şübhə
etmirəm ki, konfrans zamanı bu barədə geniş söhbət
açılacaqdır.»(95)
Şərqlə Qərb arasında körpü rolu oynayan Azərbaycanın
mədəniyyətlərin dialoqunda
mühüm əhəmiyyət kəsb etdiyi-
ni vurğulayan AŞ-nın sabiq baş katibi T.Devis konfransdakı
çıxışında demişdir: «Bakı, Azərbaycan qeyri-adi bir mə-
kandır. Bura tarix boyu müxtəlif mədəniyyətlərin qovuşma
nöqtəsi, Şərq və Qərb, Şimal və Cənub arasında
təbii bir kör-
püdür.»(96)
Tarixi reallıq göstərir ki, hər hansı bir xalq, hər hansı
bir millət o halda mövcud olub inkişaf edə bilir ki, həmin
millət və xalqlar öz mədəniyyətinin özünəməxsusluğunu
itirmədən, öz mədəni identikliyini qoruyub saxlamaqdadır.
Bu baxımdan bütün xalq və millətlər öz mədəni sərvətləri-
ni başqa xalqlarla mübadilə edərək qarşılıqlı fəaliyyət əsa-
sında ömür sürürlər. Buradan belə çıxır ki, tarixdə ayrı-ayrı
ölkələr, xalqlar, sosiumlar və ayrı-ayrı şəxslər bəşəriyyətin
mədəniyyətlə bağlı olan dialoq fəaliyyətinin konsepsiyası-
nı hazırlamağa və onu həyata keçirməyə həmişə israrla səy
göstərmişlər.
Tarixi inkişaf prosesində kulturoloji nəzəriyyələrin, bü-
tövlükdə müxtəlif mədəniyyətlərin biri-birinə təsirində di-
aloq amili mühüm rol oynamışdır. Məhz dialoq vasitəsilə