120
dir. Əsasən 2000-ci ildən sonra müxtəlif ölkələrdə keçirilən
Azərbaycan mədəniyyət günlərinin sayı çoxalmış, coğra iya-
sı isə genişlənmişdir. Mədəniyyət günləri həm Qərb, həm də
Şərq ölkələrində keçirilmişdir.
Məsələn, 2010-cu ilin 30 noyabrından dekabrın 2-dək
İordaniyada keçirilən Azərbaycan mədəniyyət günləri mil-
li mədəniyyətimizin təbliği sahəsində çox uğurlu olmuş-
dur. Mədəniyyət günləri çərçivəsində İordaniyanın Əmman
və Zərka şəhərlərində bir çox tədbirlər keçirilmiş, Əmma-
nın Kral Mədəniyyət Mərkəzində yerləşən sərgi salonunda
«Azərbaycan ənənə və müasirliyin qovuşuğunda» adlı
fotosərgi açılmışdır. Tədbirin açılışında iştirak edən respub-
likamızın Mədəniyyət və Turizm naziri Ə.Qarayev ölkəmizin
mədəniyyəti, incəsənəti, muğamlarımız, eyni zamanda işğal
olunmuş ərazilərimizdə erməni vandalistləri tərə indən da-
ğıdılmış tarixi və mədəni abidələr haqqında məlumat ver-
mişdir. (100)
Azərbaycan qərb ölkələri ilə də öz mədəni əlaqələrini hə-
mişə genişləndirməyə çalışmışdır ki, bu da Qərbin Azərbay-
can mədəniyyətinə marağının getdikcə artması ilə şərtlənir.
2009-cu ilin 17-19 noyabr tarixində Macarıstanın paytaxtı
Budapeşt şəhərində «Azərbaycan-Macarıstan: mədəniyyət-
lərin dialoqu» mövzusunda IV elmi konfrans keçirilmişdir.
Konfrans Azərbaycan Respublikasının Macarstandakı sə-
irliyinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsi-
nin dəstəyi ilə keçirilmişdir. Konfransın işində tarix, iqtisa-
diyyat, hüquq, siyasət, etnoqra iya, ədəbiyyat və s. sahələr
üzrə AMEA-nın tanınmış alimləri iştirak etmişlər. Konfrans
iştirakçılarına təbrik məktubu göndərən Macarıstanın
xarici
işlər naziri P.Balayin Azərbaycanla mədəni əlaqələrin əhə-
miyyətindən bəhs edərək konfransa göndərdiyi məktubda
bildirmişdir: «Azərbaycan mədəniyyətinin nadir dəyərlərini,
o cümlədən onun memarlığını, ədəbiyyatını, xalq musiqisini,
122
lıq üzrə birinci Azərbaycan-Rusiya Forumunun açılışındakı
çıxışında bu əlaqələrin mahiyyətindən bəhs edərək demiş-
dir: «Azərbaycan-Rusiya münasibətlərinin tarixinə humani-
tar əməkdaşlıq baxımından nəzər salmağa cəhd göstərsək,
bu münasibətlərə hətta ekskurs belə çoxillik tədqiqatlar
aparılmasını tələb edərdi. Burada biz Rusiya maarifçilərini,
Sankt-Peterburq və Kazan universitetlərinin professoru Mir-
zə Kazımbəyin
fəaliyyətini,
Lermontovun Azərbaycan dasta-
nının motivləri əsasında yaratdığı gözəl «Aşıq Qərib» əsərini,
Yeseninin Bakı haqqında ürəkdən gələn sətirlərini və ümumi
tariximizin iki əsrdən çox dövrünə aid bir çox əlamətdar ha-
disələri və təzahürləri xatırlaya bilərik.»(103)
Azərbaycan və Rusiya xalqları arasında qarşılıqlı sosi-
al-humanitar və mədəni əlaqələr müstəqillik dövründə də
davam etmiş və genişlənmişdir. Məsələn, müstəqillik döv-
ründə Azərbaycan və Rusiya xalqları arasında humanitar
və mədəni əməkdaşlığın inkişafından danışan akademik R.
Mehdiyev mədəni əlaqələrin yeni müstəviyə keçməsindən
bəhs edərək demişdir: “2001-ci il oktyabrın 12-də Bakıda
Rus poeziyasının dahisi A.S.Puşkinin və 2002-ci il iyunun
9-da Sankt-Peterburqda dahi Azərbaycan şairi və mütəfək-
kiri Nizami Gəncəvinin abidəsinin açılışı əməkdaşlığımızın
tamamilə yeni müstəviyə keçməsinin əlaməti olmuşdur. Bu
əslində Azərbaycan-Rusiya strateji əməkdaşlıq proqramının
başlanğıcı idi.»(104)
Buradan göründüyü kimi, müstəqillik dövründə hər iki
xalq arasında mədəni əməkdaşlıq sahəsində geniş əlaqələr
qurulmuş və mədəniyyət sahəsində hər iki xalqın qarşılıqlı
şəkildə bir-birindən faydalanması genişlənmişdir.
Müasir qloballaşma şəraitində dünya prosesində mühüm
rol oynayan amillərdən biri mədəniyyətlərarası dialoqun ge-
nişlənməsi məsələsidir. Başqa sahələrdə olduğu kimi, ölkə-
miz dinlərarası və mədəniyyətlərarası dialoq sahəsində