149
tində özünəməxsus imkanlardan istifadə edərək iştirak
edir və Azərbaycanın dövlətçiliyinə xidmət edir.»(128)
2009-cu il 6-7 noyabr tarixində «Dinlərarası dialoq: qar-
şılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru» mövzusunda
Bakıda keçirilən Beynəlxalq konfransda Moskvanın və Bütün
Rusiyanın Patriarxı Kirill də iştirak etmişdir. Beynəlxalq kon-
fransda çıxış edən Patriarx Kirill dinlərarası dialoqda Qafqaz
Müsəlmanları İdarəsinin mühüm rol oynamasından bəhs
edərək QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadəyə
müraciətlə demişdir: «1944-cü ildə yaradılmış Zaqafqaziya
Müsəlmanları Ruhani İdarəsinin hüquqi varisi olmuş Sizin
dini idarə öz sərhədlərini nəinki qoruyub saxlamış, postsovet
məkanında yeganə dövlətlərarası islam strukturu kimi qal-
mışdır. Buna görə də sizin şəxsiyyətinizlə əlaqədar uğurların
əksəriyyəti çox cəhətdən xidmətlərinizin nəticəsidir. Qafqaz
müsəlman icmasının qardaşlıq münasibətləri zəminində di-
namik inkişafını davam etdirməsini görmək xoşdur.2004-cü
ildə Sizin fəal iştirakınızla yaradılmış MDB Dinlərarası Şura-
sı postsovet məkanında ən iri dinlərarası quruma çevrilmiş-
dir.”(129)
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev
Respublikada dini tolerantlıq mədəniyyətinin inkişafında
mühüm rol oynayan Şeyxülislam Hacı Allahşükür Paşazadə-
nin çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirərək demiş-
dir:
“Şeyx həzrətlərinin Azərbaycanda dini tolerantlığın
inkişafında çox böyük əməyi, çox böyük xidmətləri var.
Bunu biz bilirik, başqa dinlərin nümayəndələri də bilir..
Bütün dünyada Şeyx həzrətlərinə çox böyük hörmət,
çox böyük inam var. Başqa dinlərin başçılarının, Qafqaz
xalqlarının dini nümayəndələrinin Azərbaycana səfərlə-
ri zamanı və beynəlxalq tədbirlərdə mən şəxsən bunun
şahidi olmuşam. Əlbəttə
ki, bu, bütövlükdə Azərbaycana
olan hörmətin böyük nümunəsidir.»(130)
150
Buradan göründüyü kimi, prezident İ.Əliyevin mühüm
bir regionun dini lideri kimi A.Paşazadənin uzun illik fəaliy-
yətinə verdiyi yüksək qiyməti, həm də Qafqaz Müsəlmanları
İdarəsinin fəaliyyətinə verilən qiymət kimi dəyərləndirmək
olar.
4.3 Müstəqillik dövründə dini tolerantlıq
sahəsində Azərbaycanın yeri və rolu
Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir.
Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə
mənsub olan vətəndaşlar da yaşayır. Azərbaycan
müs təqil, demokratiya prinsiplərinə mənsub olan
bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara,
bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi
mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriy-
yət imkanları verir.
Heydər Əliyev
Azərbaycanda tarixən dini tolerantlıq mədəniyyətinin
yüksək olduğunu dəfələrlə, həm dinşünas alimlər, həm də di-
gər dinlərin nümayəndələri etiraf etmişlər. Belə ki, dinləra-
rası dialoqla bağlı Bakıda keçirilən beynəlxalq konfransların
birində iştirak edən Moskvanın və bütün Rusiyanın Patriarxı
Kirill öz çıxışında tarixdən misal gətirərək Azərbaycanda bü-
tün dinlərin nümayəndələrinə, eləcə də pravoslavlara qarşı
heç vaxt ayrı-seçkilik edilmədiyini qeyd edərək demişdir:
“Azərbaycanda provaslav xristianlar heç vaxt təqib edilmə-
mişdir. Buradakı ruslar heç vaxt həyati
təhlükə ilə üzləşib öz
evlərini tərk etməmişlər. Tarixi vərəqləyəndə məlum olur
ki, əcdadlarımız ümumi təhlükələrə qarşı çiyin-çiyinə vu-
ruşmuşlar. 1905-ci ildə müsəlman və provaslav ruhaniləri
151
millətlərarası və dinlərarası ayrı-seçkiliyin qızışdırılmasına
qarşı birgə çıxış etmişdilər.”(131,s.36)
Azərbaycanın tarixən tolerant bir ölkə olduğunu ölkə-
mizdə yaşayan başqa dinin rəhbərləri də dəfələrlə qeyd et-
mişlər. Məsələn, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı
Yeparxiyasının yepiskopu Aleksandr İşein Bakıda keçirilən
beynəlxalq konfransların birində 1913-cü ildə Bakı şəhə-
rində yaşayan əhalinin statistikasına əsaslanaraq, onların
dini tərkibindən bəhs edərək demişdir: “Bu dövrdə bu yer-
də (1913-cü ildə Bakı şəhəri nəzərdə tutulur-H.S.) 76 965
– müsəlman, 76 927 – xristian, 9592 – yəhudi, 3801 – lüte-
ran, 2902 – katolik, 4496 – sektant, 262 – köhnə təriqətçi
yaşayırdı. Həmin illərdə Azərbaycanda məscidlər, pravoslav
baş kilsələri, kiçik kilsələr, kirxa və sinaqoqlar, məbədlər
fəaliyyət göstərmişlər. Məhz həmin illərdə Roma katolik, lü-
teran və bir sıra protestant cəmiyyətləri formalaşmışdı. Bu
göstərir ki, Azərbaycan hələ bu dövrlərdən başlayaraq çox-
konfessiyalı bir ölkə idi. Maraqlıdır ki, bu dövrdə tolerantlıq
prinsipinə nəinki riayət olunurdu,
hətta bu prinsip Azərbay-
canda inkişaf edirdi.”(132,s.44) Burada qeyd olunan faktlara
nəzər saldıqda, 1913-cü ildə Bakıda yaşayan müxtəlif dinlərə
etiqad edən insanların say tərkibi müəyyən maraq doğurur
və Azərbaycanın Qafqazda hələ XX əsrin əvvəllərində çox to-
lerant bir ölkə olduğunu göstərir.
Qafqaz bölgəsində sülhün və əmin-amanlığın təmin
olunması, ayrı-ayrı xalqların bir-birinin milli-mənəvi dəyər-
lərinə daim hörmətlə yanaşmasının vacibliyini vurğulayan
Gürcüstan Patriarx Katalikosu II İlya konfransda çıxış edərək
xalqlararası və dinlərarası dostluğu əks etdirən faktlardan
danışaraq demişdir: “Mən elə bir ailədə böyümüşəm ki, bi-
zim ən çox qonağımız məhz müsəlmanlar olurdu. Məhz öz
uşaqlıq illərimi yada salıb onların bizə təşrif buyurduqlarını
xatırlayıram. Bizim böyüklərimiz
dost müsəlmanlar üçün ən