Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 2,92 Mb.
səhifə18/20
tarix15.03.2018
ölçüsü2,92 Mb.
#32094
1   ...   12   13   14   15   16   17   18   19   20

Həyat alını


Məcid Əxəvan

Abdullah batalyonu düşmən xəttinin qənimi kimi məşhurlaşmışdı. Hətta bir əməliyyatda da dəstəkçi, yaxud ehtiyat qüvvə kimi iştirak etməmişdik, hamısında hücumda idik. Yadımdadır, o zaman diviziyada dağıdıcı bölüyün komandiri idim. Hacı Burunsi yanıma gəlib deyirdi: «Əxəvan, mənə elə uşaqlar ver ki, sona qədər gedə bilsinlər».

– Niyə ki?

– Çünki mənim batalyonum düşmən mövqelərini yaran Abdullah batalyonudur.

Doğru deyirdi. Əməliyyatlarda ən uzaq, ən çətin yolları onun batalyonuna verirdilər. Buna görə də, Burunsi həm özümüzünkülərin yanında məşhurlaşmışdı, həm də düşmən tərəfdə. Dəfələrlə İraq radiosundan qəzəblə adını çəkib təhqir edirdilər. Şəhid Kavə kimi onun da başına mükafat təyin etmişdilər.

Əməliyyatların birində Abdullah batalyonundan düşmənin əlinə dörd-beş şəhid və yaralı keçmişdi. Axşam hacının özü ilə İraq radiosunu dinlədik. Xəbərlərin əvvəlində diktor həvəslə deyirdi: «Bruslinin komandirlik etdiyi Abdullah briqadası məhv edildi!»

Bunu eşidən kimi ikimiz də gülməyə başladıq. Xəbərin davamında Bruslini öldürdüklərini deyir və digər yalanlar uydururdular. Hacı ucadan gülürdü. Ona dedim: «Deyim, sənə halva bişirsinlər, yasını keçirək».

Gülüb dedi: «Mən də gərək diviziya komandirimə deyim ki, mən batalyon komandiri deyiləm, briqada komandiriyəm».

Bir az sonra radionu söndürdü, ciddi görkəm alıb yavaşca dedi: «Əxəvan, bir güllənin üstünə «Burunsi» yazılıb, yalnız o güllə mənim həyat alnıma vurulacaq. Başqa heç bir güllə gəlməyəcək, tam əminəm».

Xəndək dördyolu


Abbas Teymuri

Burunsi özündən keçmiş şəxslərdən idi. Mübaliğəsiz deyirəm ki, hətta ağır döyüşçülük təcrübəsini də məsum Əhli-beytə (ə) təvəssüllə əldə etmişdi. Onlarla qəribə mənəvi əlaqəsi vardı.

Yadımdadır, Ramazan əməliyyatından öncə ona qoşuldum. O vaxtlar ondan bir xatirə dillər əzbəri olmuşdu. Bu, mənim üçün çox düşündürücü idi. Həmin xatirə müharibənin tarixində qeyd olunmuşdur. Öz-özümə düşünürdüm: Adamda nə qədər eşq və ixlas olmalıdır ki, Allahın izni və məsum imamların (ə) duası ilə savaşın ortasında uşaqlara minalanmış sahədən keçmələrini əmr etsin.

Batalyonunda qaldıqca ona sevgi və hörmətim də artırdı. Döyüşçüləri əxlaqı və hörməti ilə ovsunlayırdı. O, briqada komandirinin müavini və sonra briqada komandiri olana qədər ondan ayrılmadım.

Bədr əməliyyatından öncəki günlər heç vaxt yadımdan çıxmaz. Səhər düzülüşündəki çıxışlarında bir neçə dəfə öz qulaqlarımla belə dediyini eşitdim: «Daha bu dünyada qalmağa taqətim çatmır, mənə bəsdir».

Bir dəfə hətta xüsusi bir çevrədə belə deyirdi: «Əgər bu əməliyyatda şəhid olmasam, müsəlmanlığıma şübhə edərəm».

Mən o zaman Vəliyyullah batalyonunun üçüncü bölüyünün komandiri idim. Bədr əməliyyatı ərəfəsində 77-ci Xorasan diviziyasının birinci briqadasının qərargahında ordu və Sepah nümayəndələrinin birgə iclası vardı. Briqada komandirinin adı yadımda deyil. Biz bir neçə nəfər Hacı Əbdülhüseynlə birgə getmişdik. Həmin briqadanın komandiri divardan asılmış böyük bir xəritəyə yaxınlaşıb əməliyyat bölgəsi haqda danışmağa başladı: Biz belə atəş açacağıq, belə edəcəyik, arxadan dəstəyimiz belə olacaq və s.

Sözləri bitəndən sonra briqadanın kəşfiyyat komandiri danışmağa başladı. Hələ çox qızışmamış birdən Burunsi onun sözünü kəsdi.

– Bağışlayın, bir sözüm var.

Yerindən qalxıb xəritəyə yaxınlaşdı. Hamı kimi mən də təəccüblə baxırdım. Hələ onun növbəsi çatmamışdı.

Birinci briqadanın komandirinə üzünü tutub dedi: «General, siz yaxşı sözlər dediniz, amma canlı qüvvəni haradan idarə edəcəyinizi söyləmədiniz».

Briqada komandiri anteni xəritənin üzərində bir nöqtəyə qoydu.

– Mən batalyonları buradan idarə edəcəyəm.

– Bu, düzgün deyil.

Briqada komandiri təəccübləndi.

– Nə üçün?

– Çünki buradan canlı qüvvəni idarə edə bilməzsiniz.

Bir qədər müzakirə getdi, sonda briqada komandiri nə deyəcəyini bilmədi. Birdən soruşdu: «Bağışlayın, ağa Burunsi, siz döyüşçülərinizi haradan idarə etmək istəyirsiniz?»

Dəqiq yadımdadır ki, onun nə cavab verəcəyinə diqqət kəsdim. Anteni generaldan alıb düz Xəndək dördyolunun üstünə qoydu.

– Mən burada olacağam.

Briqada komandirinin təəccübü bir yana, bizim hamımızın gözlərimiz bərəldi. Əməliyyat İmam Rza (ə) yolundan başlayıb təxminən Bəsrə-Əl-Umarə magistralında bitirdi. Xəndək dördyolu əməliyyatın orta bölgəsinə düşürdü və ondan bir neçə km. aralıdakı mövqelər düşmənin əlində idi. Briqada komandiri dedi: «Mən baş açmıram».

Hacı soyuqqanlılıqla dedi: «Nə üçün?»

– Çünki siz canlı qüvvə ilə hərəkət edəcəksinizsə, əməliyyatın əvvəlində olmalısınız, Xəndək dördyolu isə ortadadır.

– Hər halda, mən bu nöqtədə olacağam.

Həmin gün iclas bitəndə hələ də ağa Burunsinin sözləri haqda düşünürdüm. Nə üçün məhz Xəndək dördyolu?

Əməliyyat günü səhər tezdən ağa Burunsinin əmri ilə bölgəyə girən üçüncü, yaxud dördüncü batalyon biz idik. Uşaqlar yaxşı irəliləmişdilər. Vəliəsr diviziyası bizim solumuzda, İmam Hüseyn (ə) diviziyası da sağımızda idi. Ortada da bizim Nəsr diviziyası yerləşirdi.

İşin xırdalıqlarını görəndən sonra bildik ki, bütün irəliləyişlər Xəndək dördyolunda dayanır. Düşmən bütün qüvvəsini orada mərkəzləşdirmişdi və güclü müqavimət göstərirdi. Dördyolda Burunsini görəndə beynimdən bir fikir keçdi. Həmin iclası və onun sözünü xatırladım. O, canlı qüvvəni dördyoldan idarə edirdi. Aramızda 15-20 metr məsafə vardı. Düşmən güclü atəş yağdırırdı. Yavaş-yavaş müdafiə halından çıxdı və artıq bir neçənci əks-hücuma başladı. Uşaqlar fədakarcasına müqavimət göstərirdilər.

Üç-dörd saat ötdü. Silah-sursatımız tükənirdi. Bir neçə dəfə ratsiya ilə sursat istədik, lakin elə güclü atəş altında göndərə bilmədilər. Düşmən piyadaları bizim 10-15 metrliyimizə çatmışdılar. Biz onlara doğru əl qumbarası atırdıq. Vəziyyət hər an ağırlaşırdı. Nəhayət, geri çəkilmək əmri verildi.

Döyüş qaydalarına uyğun şəkildə geri çəkildik. Son anlarda uşaqların biri qışqırdı: «Vay! Hacı Burunsi!»

Durbinlə baxıb gördük ki, qan içində hərəkətsiz halda yerə yıxılıb.

Dedim ki, nə olur-olsun, gedib cənazəni gətirməliyik. Yalnız mən yox, çoxları belə düşünürdülər. Lakin komandir icazə verməyib dedi: «Vəziyyət çox pisdir, yaxınlaşsanız, siz də şəhid olacaqsınız».

Bəlkə də müharibə boyu mənə ən ağır anlar həmin anlar idi. Bir dünya həsrət və kədərlə geri çəkildik.

Şəhid Burunsinin cənazəsi orada qalsa da, pak qanı azad edilmiş digər bölgələrdə mövqelərimizi bərkitməmizə həqiqətən, təsir etdi. Uşaqlar onun şəhidliyindən ruhlanıb çox vəhşiləşmiş düşmənin burnunu ovdular. 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə