Dissertasiyasinin iŞLƏNMƏSİ texnologiyasi üZRƏ TÖVSİYYƏLƏr dos. Verdiyeva Mirvari



Yüklə 161,54 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix08.04.2022
ölçüsü161,54 Kb.
#85183
  1   2   3   4   5   6   7   8
Elmi tədqiqat-Ardıcıllıq



 

DİSSERTASİYASININ İŞLƏNMƏSİ TEXNOLOGİYASI ÜZRƏ 



TÖVSİYYƏLƏR 

 

Dos.Verdiyeva Mirvari  

Dissertasiya  işinin  tədqiqinə,  təhsilə  (və  ya  dövlət  sənədləri)  aid  sənədlərin 

araşdırılması ilə başlanmalıdır. Bu araşdırma imkan verir ki, tədqiqatçı seçdiyi mövzunun 

nə dərəcədə 

aktual

 olduğunu dərk etsin. Çünki sənədlərin araşdırılması təhsilin qarşısında 

qoyulmuş  müasir  tələbləri  öyrənmək  üçün  tədqiqatçıya  situmul  verəcəkdir.  Təhsilin 

təşkili,  məzmunu,  forması,  iş  prinsipləri,  yeni  yanaşmalara  aid  bilikləri  mənimsəyən 

tədqiqatçıya  inkan  verəcək  ki,  təhsil  prosesində  mövzusuna  uyğun  problemi  asanlıqla 

“görə”  bilsin  və  onun  aradan  qaldırılmasının  yollarını  axtarmağa  cəhd  etsin.  Nəticədə, 

tədqiqatçı  yeni  ideya  və  fikirlər  düşünüb  tapır,  səmərəli  metodlar  üzərində  çalışır, 

problemin  həlli  yollarını  müəyyənləşdirir.  İşin  sonunda    mövzusunun  nə dərəcədə aktual 

olduğunu və araşdırmasının müasir tələblər nöqteyi-nəzərindən  qarşıya çıxan problemin 

həllinə yönəldiyini əsaslandırmağı bacarır.   

Mövzusunun  aktuallığını  mövcud  tələblər  nöqteyi-nəzərindən  əsaslandırdıqdan 

sonra, tədqiqatçı tədqiq edəcəyi obyekti və predmeti müəyyənləşdirməyi hədəf seçməlidir. 

Tədqiq edəcəyi obyekti və predmeti müəyyən etmədən tədqiqatın ardıcıllığına-alqoritminə 

əməl edə bilməz. Ona görə də tədqiqatçı obyektini və predmetini təyin etməlidir. 



Obyekt

 

yalnız konkret elm  üçün  səciyyəvi  olub, həmin  elmə  məxsus nəzəriyyə  ilə  ona xas  olan 



nöqteyi-nəzərindən  araşdırılan  konkret  istinad  sahəsidir. 

Predmet

  isə  konkret  elm 

tərəfindən öyrənilən, dəqiq sərhədlərə malik olan obyektdir. Bu səbəbdən tədqiqatçı tədqiq 

edəcəyi  obyekti  və  predmeti  yüksək  dərəcədə  dəqiqliklə  təyin  etməyi  bacarmalıdır.  Belə 

ki,  təhsilin  keyfiyyətinin  yüksəlməsinə  mane  olan  problem  araşdırılmağa  eytiyacı  olan 

konkret  obyekt,  mövcud  problemin  yaratdığı  və  şəxsiyyətin  formalaşmasına  mane  olan 

amillər  isə  tədqiqatın  predmeti  olacaqdır.  Tədqiqatçı  da  asanlıqla  seçdiyi  mövzu  üzrə 

araşdırmalı  olduğu  konkret  obyekti  və  predmeti  çətinlik  çəkmədən  müəyyən  etməyi 

bacaracaqdır.  



 

Tədqiq edəcəyi konkret obyektini və predmetini müəyyən edən tədqiqatçı qarşısına 



hansı  məqsədi qoymalı olduğunu təyin edəcəkdir. Çünki, obyekt və predmetin müəyyən 

edilməsi  özlüyündə  hansı  məqsədə  nail  olunacağını  düşünməyə  imkan  verir.  Tədqiqatçı 

araşdırma  aparmaqla  nəyə  nail  olmağa  can  atdığını  daha  aydın  dərk  edir  və 


Yüklə 161,54 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə