12
Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yazılan dissertasiyalar üzrə iki nəfər
opponent təyin edilir. Onlardan biri elmlər doktoru olmalıdır, ikincisi isə elmlər
namizədi də ola bilər. Dissertasiya şuraları opponentləri təyin edə bilmədiyi hallarda
opponentlər Komissiya tərəfindən təyin edilir.
Komissiyanın rəyasət heyətinin və ekspert şuralarının sədrləri, Komissiya aparatının
əməkdaşları, dissertasiya şuralarının sədrləri və sədr müavinləri, elmi katibləri,
iddiaçıların elmi rəhbərləri, elmi məsləhətçiləri, onun elmi əsərlərinin
həmmüəllifləri, həmçinin dissertasiyanın yerinə yetirildiyi və ya iddiaçıların
işlədikləri kafedra, laboratoriya, şöbənin əməkdaşları, müəssisələrin rəhbərləri
opponent ola bilməzlər.
Opponentlər müxtəlif təşkilatların əməkdaşları olmalıdırlar.
Opponentlərin əməyinin ödənilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada
həyata keçirilir.
Opponent dissertasiyanı və onun mövzusu üzrə dərc olunmuş elmi işləri araşdıraraq
dissertasiya şurasına yazılı rəy təqdim edir. Həmin rəydə seçilmiş mövzunun
aktuallığı, nəticələrin yeniliyi və dissertasiyanın bu Əsasnamə ilə müəyyən edilmiş
tələblərə cavab verməsi öz əksini tapmalıdır.
Opponentlərin yazılı rəylərinin surətləri müdafiəyə azı on gün qalmış dissertasiya
şurasına və iddiaçıya təqdim edilməlidir.
Dissertasiya şurası bu Əsasnamə ilə müəyyən edilmiş tələbləri yerinə yetirmədikdə
opponenti dəyişə və ya bu Əsasnamə ilə müəyyən edilmiş tələblərə cavab
vermədikdə onun hazırladığı rəyi yenidən işləmək üçün opponentə qaytara bilər.
Apariıcı təĢkilat
Dissertasiya şuraları müvafiq elm sahələrinin inkişafında görkəmli yer tutan
təşkilatları dissertasiyalar üzrə aparıcı təşkilatlar kimi təyin edirlər.
Aparıcı təşkilatın rəyində dissertasiya müəllifinin əldə etdiyi nəlicələrin elm və
istehsalat üçün əhəmiyyəti əks olunur. Tətbiqi xarakterli dissertasiya haqqında rəydə
isə həmçinin onun nəticələrindən istifadə edilməsinə dair tövsiyələr olmalıdır.
Aparıcı təşkilatın rəyi onun rəhbəri və ya rəhbərin müavini tərəfindən təsdiq edilir.
Aparıcı təşkilatın rəyinin surəti dissertasiyanın müdafiəyəsinə ən azı on gün qalmış
dissertasiya şurasına və iddiaçıya təqdim edilir.
Dissertasiya şurası aparıcı təşkilatı müəyyən edilmiş tələbləri yerinə yetirmədikdə
dəyişə və ya onun hazırladığı rəyi müəyyən edilmiş tələblərə cavab vermədikdə
yenidən işləmək üçün aparıcı təşkilata qaytara bilər.
Avtoreferat
Dissertasiyalar müdafiəyə qəbul olunduqda dissertasiya şurasının icazəsi ilə fəlsəfə
doktoru elmi dərəcəsi üzrə dissertasiyalar üçün bir çap vərəqi həcmində avtoreferat
nəşr olunur.
Avtoreferatda dissertasiyanın əsas ideyaları və nəticələri şərh olunmalı, onun yenilik
dərəcəsi və tədqiqatın nəticələrinin elmi və praktiki əhəmiyyəti, aparılan
tədqiqatlarda müəllifin şəxsi töhfəsi göstərilməlidir. Dissertasiyanın avtoreferatı
dissertasiya şurasının müəyyən etdiyi miqdarda mətbəə üsulu ilə və ya çoxaldıcı
aparatlarda çap edilir.
Avtoreferat dissertasiyanın müdafiəsinə azı bir ay qalmış dissertasiya şurasının
üzvlərinə, əlaqədar idarələrə və təşkilatlara göndərilir. Avtoreferatların mütləq
qaydada göndərilməli olduğu təşkilatların siyahısı "Dissertasiya şuraları haqqında"
Əsasnamə ilə, avtoreferatın göndəriləcəyi digər ünvanların siyahısı dissertasiya
şurası tərəfindən müəyyən edilir.
Avtoreferat dissertasiyanın yazıldığı dildə olmalıdır.
13
Dissertasiya və avtoreferatin kitabxanaya verilməsi
Müdafiəyə təqdim olunan dissertasiyanın bir nüsxəsi və avtoreferatın iki nüsxəsi müdafiəyə ən
azı bir ay qalmış şuranın mövcud olduğu müəssisənin (birliyin, təşkilatın) kitabxanasına verilir
və orada əlyazma hüququnda saxlanılır.
Dissertasiya Ģurasınıın iclası
Dissertasiya şurasının iclası onun üzvlərinin üçdə iki hissəsi iclasda iştirak etdikdə
səlahiyyətli sayılır.
Dissertasiya şurasının iclasında ixtisas üzrə iştirak edən mütəxəssislərin sayı fəlsəfə
doktoru elmi dərəcəsi almaq üçün yazılan dissertasiyaların müdafiəsi zamanı iki
elmlər doktoru və bir elmlər namizədindən az olmamalıdır.
Dissertasiya şurasının iclasında iştirak edən şura üzvlərinin ən azı üçdə iki hissəsi
elmi dərəcənin verilməsinə səs verdikdə, şuranın qərarı qəbul olunmuş hesab edilir.
Dissertasiyanın müdafiəsi elmi müzakirə xarakteri daşımalı, yüksək tələbkarlıq,
prinsipiallıq və elmi etikaya riayət edilməsi şəraitində keçirilməlidir. Dissertasiyada
olan bütün nəlicələrin, elmi və praktiki xarakterli təkliflərin dürüstlüyü və
əsaslandırılması hərtərəfli müzakirə edilməlidir.
Opponentlər dissertasiyanın müdafiəsində iştirak etməyə borcludurlar. Müsbət rəy
vermiş yalnız bir opponentin üzürlü səbəbə görə müdafiədə iştirak etməməsinə icazə
verilir. Bu halda dissertasiya şurasının iclasında həmin opponentin rəyi oxunur.
Dissertasiyanın müdafiəsi, bir qayda olaraq, Azərbaycan dilində keçirilir.
Dissertasiya şurası üzvlərinin və opponentlərin yarıdan çoxunun razılığına əsasən
dissertasiyanın müdafiəsi başqa dildə də keçirilə bilər.
Dissertasiya şurasının fəaliyyəti ilə əlaqədar kargüzarlıq işləri Azərbaycan dilində
aparılır. Avtoreferat başqa dildə yazıldıqda, onun Azərbaycan dilində xülasəsi
verilir. Avtoreferat Azərbaycan dilində yazıldıqda, iddiaçının seçimi ilə onun rus,
ingilis, fransız və ya alman dillərindən birində xülasəsi verilməlidir.
Dissertasiyanın müdafiəsi qurtardıqdan sonra dissertasiya şurası gizli səsvermə
keçirir.
Gizli səsvermənin keçirilməsi üçün açıq səsvermə əsasında sadə səs çoxluğu ilə
iclasda iştirak edən dissertasiya şurası üzvlərindən üç nəfərdən az olmamaqla
hesablama komissiyası yaradılır.
Hesablama komissiyasının prolokolu iclasda iştirak edən dissertasiya şurası
üzvlərinin sadə səs çoxluğu əsasında açıq səsvermə yolu ilə təsdiq edilir.
Dissertasiyanın müdafiəsi zamanı dissertasiya şurasının iclaslarının keçirilməsi
proseduru, o cümlədən gizli səsvermənin və hesablama komissiyasının işinin təşkili
qaydaları "Dissertasiya şuraları haqqında" Əsasnamə ilə müəyyən edilir.
Elmi dərəcənin verilməsinə dair gizli səsvermənin nəticələri müsbət olduqda
dissertasiya şurası dissertasiya haqqında açıq səsvermə əsasında sadə səs çoxluğu ilə
yekun rəy qəbul edir. Dissertasiya şurasının yekun rəyində dissertasiyanın müəllif
tərəfindən alınmış mühüm elmi nəticələri göstərilir, onların dürüstlüyü, yeniliyi,
nəzəriyyə və praktika üçün əhəmiyyəti qiymətləndirilir, dissertasiyanın nəticələrinin
istifadəsi haqqında tövsiyələr verilir.
Dissertasiya şurası dissertasiyanın müdafiəsi haqqında müsbət qərar qəbul
edildikdən sonra otuz gün müddətində iddiaçının attestasiya işini və dissertasiyanın
iki nüsxəsini Komissiyaya göndərir.