18
onun ardı bərabərlik (=) və ya plyus (+), minus (-), vurma (x), bölmə (:)
işarələrindən sonra yeni sətrə keçirilə bilər.
Biblioqrafik istinadlar
Dissertasiyanın mətnində istinad olunmuş mənbələr ədəbiyyat siyahısında əlifba
sırası ilə yazılmalı və nömrələnməlidir. İstinad olunmuş mənbənin ədəbiyyat
siyahısındakı nömrəsi mətndəki istinaddan sonra kvadrat və ya adi mötərizədə
göstərilir. Məsələn: [115] və ya (115).
Dissertasiyanın mətnində böyük həcmli kitab(lar)ın müxtəlif səhifələrinə bir neçə
dəfə istinad olunduğu halda ədəbiyyat siyahısında bu mənbə yalnız bir dəfə
göstərilir, lakin mətndəki istinaddan sonra əsərin siyahıdakı nömrəsi, cild(çoxcildli
əsərlər üçün) və müvafiq səhifə(lər) göstərilir. Məsələn: [39, 250-252], [153, s.
2,106] və mətnin digər bir yerində [39,156], [153, c.1, 86-91] və s.
Mətnin altında sətiraltı istinadlar məqsədəuyğun deyildir.
Üz vərəqi
Üz vərəqi dissertasiyanın birinci səhifəsidir, nömrələnmir və “Dissertasiya şuraları
haqqında” əsasnamədəki əlavə 1.5-ə uyğun olaraq tərtib edilir (Bax: Əlavə 5).
Mündəricat
Mündəricatda bütün fəsillər, yarımfəsillərin və bəndlərin başlıqlarının dissertasiyanın
hansı səhifəsindən başlandığı göstərilir.
ġərti iĢarələr, simvollar, vahidlər və terminlər siyahısı
Əgər dissertasiyada spesifik terminologiya, həmçinin geniş yayılmamış ixtisarlar,
yeni simvollar, işarələr və s. istifadə edilirsə, onların siyahısı “İxtisarların siyahısı”
başlığı altında ayrıca vərəqdə dissertasiyanın əvvəlində verilməlidir.
Siyahı sütun şəkildə yazılır, sütunun sol tərəfində (əlifba sırası ilə) ixtisarlar, sağ
tərəfində isə onun dəqiq açılışı verilir.
Əgər dissertasiyada xüsusi terminlər, ixtisarlar, simvollar, işarələr üç dəfədən az
təkrar edilirsə, onda siyahı tərtib edilmir, bunların açılışı isə mətndə onların birinci
dəfə adı çəkilən kimi verilir.
Ġstifadə edilmiĢ ədəbiyyat
Dissertasiya işində istifadə edilmiş mənbələr çap olunduqları dillərdə (əvvəlcə
Azərbaycan, sonra türk, rus, ingilis, fransız, ərəb və s.) əlifba sırası ilə, ardıcıl
nömrələnərək siyahıda göstərilir.
İstifadə edilmiş ədəbiyyat siyahısında son 5-10 ilin ədəbiyyatına üstünlük
verilməlidir.
Dissertasiyada istifadə olunan mənbələrin biblioqrafik təsvirində aşağıdakı şərti
işarələrdən istifadə edilir:
. nöqtə
, vergül
: iki nöqtə
/ çəpəki xətt
// qoşa çəpəki xətt
( ), [] mötərizə
İstinad olunan mənbənin biblioqrafik təsviri onun növündən asılı olaraq
verilməlidir. Siyahıya daxil olan mənbələr haqqında məlumat aşağıdakı kimi
göstərilir.
19
Kitabların (monoqrafiyaların, dərsliklərin və s.) biblioqrafik
təsviri müəllifin və ya
kitabın adı ilə tərtib edilir, müəlliflər dörd nəfərədək olduqda müəllifin və ya
müəlliflərin soyadı və inisialları ilə verilir. Məsələn: Qeybullayev Q.Ə.
Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı: Azərnəşr, 1994, 284 s.
Мамедов М.Г., Кребс Р.И. Иммуноферментный анализ: теория и практика.
М.: Кристалл, 1999, 109 с.
Прихожан А.М. Психологический справочник, или как обрести уверенность
в себе: Кн. Для учащихся. М.: Просвещение, 1994, 191 с.
Fremel H. History of agriculture development in Europe. Berlin: Springer Verlaq,
2000, 242 p.
Müəllifi göstərilməyən və ya dörddən çox müəllifi olan kitablar (kollektiv
monoqrafiyalar və ya dərsliklər) kitabın adı ilə verilir. Məsələn: Kriminalistika:
Ali məktəblər üçün dərslik / K.Q. Sarıcalinskayanın redaktəsi ilə. Bakı: Hüquq
ədəbiyyatı, 1999, 715 s.
Умственное воспитание дошкольника / Под ред. Поддьякова. М.:
Педагогика, 1972, 288 с.
Оперативно-розыскная деятельность: Учебник / Под ред. К.К. Горяинова,
В.С. Овчинского, А.Ю. Шумилова. М.: Инфра-М, 2001, 794 с.
Çoxcildli nəşrə aşağıdakı kimi istinad edilir: Azərbaycan tarixi: 7 cilddə, IV c.,
Bakı: Elm, 2000, 456 s.
Годфура Ж. Что такое психология: В 2-х т. Т.1, М.: Мир, 1992, 496 с.
Məqalələrin biblioqrafik təsviri iki hissədən ibarət olur. 1. Məqalə haqqında
məlumat; 2. Məqalənin dərc edildiyi nəşr orqanı haqqında məlumat. Bu hissələr
bir-birindən qoşa çəpəki xətlə -“//” ayrılır ki, ondan əvvəl və sonra bir interval
qoyulur.
Dördədək müəllifi olan məqalələrdə müəlliflərin hamısının soyadları və inisialları
verilir. Azərbaycan və rus dilində olan istinadlarda müəlliflərin hər iki inisialı,
Qərbi Avropa dillərində olan mənbələrdə isə adlarının yalnız birinci hərfi
göstərilir. Məsələn:
Vəlixanlı N.M. X əsrin ikinci yarısı-XI əsrdə Azərbaycan feodal dövlətlərinin
qarşılıqlı münasibətləri və bir daha “Naxçıvanşahlıq” haqqında // AMEA-nın
Xəbərləri. Tarix, fəlsəfə, hüquq seriyası, 2001, №3, s. 120-129.
Baxşəliyeva V.B., Qədirzadə Q.Y. Gəmiqaya rəsmlərində Ön Asiya motivlərinin
izləri // Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri, 2002, №9, s. 37-40.
Rəhmani S.Ə., Əhmədov M.A., Həmişəyev U.Ş., Babaşova N.M. Plazmoferez
zamanı hemoreoloji göstəricilərin dinamikası // Azərbaycan Tibb Jurnalı, 1993,
№9-10, s. 30-33.
Краснопольский В.И., Буянова С.Н., Иоселиани М.Н., Петрова В.Д.
Диагностика и выбор хирургической коррекции недержания мочи при
пролапсе гениталий у женщин // Акушерство и гинекология, 2000, №1, с.29-
32.
Liang C., Kriman S. An JR-spectroscopic studi of the effect of imozing irradiation
on the struciture of polyutadilne (akrilonitrill) // Polym. Sci., 1999, v. 31, No 123,
p. 51-60.
Dörddən çox müəllifi olan məqalələrdə ilk üç müəllifin soyadları və inisialları,
sonra isə aşağıdakılar ixtisarlardan biri verilir:
-
“və b.” - Azərbaycan dilində olan nəşrlərdə;
-
“и др.” - rus dilində olan nəşrlərdə;
-
“et al” - Qərbi Avropa dillərində olan nəşrlərdə. Məsələn:
Məmmədov F.X., Mahmudov T.Q., Sadıxova Z.İ. və b. Armourianum növü və
onun seleksiya əhəmiyyəti // Azərbaycan Aqrar elmi, 2003, №1-3, s. 78.