"Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları" nın təsdiq edilməsi haqqında



Yüklə 326,6 Kb.
Pdf görüntüsü
səhifə3/11
tarix07.04.2018
ölçüsü326,6 Kb.
#36419
1   2   3   4   5   6   7   8   9   10   11

 

6.



 

Qəbul imtahanları və müsabiqə 

 

 

Doktoranturaya  qəbul  olmaq  istəyənlər  ixtisas  fənnindən,  xarici  dildən  (rus  dili  istisna 



olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) və fəlsəfədən ali təhsil pilləsinin 

magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları 

verirlər. 

 

Qəbul  imtahanlarını  keçirmək  məqsədi  ilə  ali  təhsil  müəssisələrində  və  elmi  təşkilatlarda 



müvafiq fənlər üzrə imtahan komissiyaları yaradılır. 

 

İxtisas  fənnindən  qəbul  imtahanını  doktoranturanın  fəaliyyət  göstərdiyi  ali  təhsil 



müəssisəsinin  və  elmi  təşkilatın  rəhbəri  tərəfindən  yaradılan  komissiya  həyata  keçirir. 

Komissiyanın  tərkibində  müvafiq  ixtisas  üzrə  ən  azı  iki  elmlər  doktoru  və  ya  professor 

olmalıdır.  Nəzərdə  tutulan  rəhbərlər  də  komissiyanın  üzvü  ola  bilərlər.  Komissiyanın 

sədri  ali  təhsil  müəssisəsinin  və  elmi  təşkilatın  rəhbəri,  yaxud  elmi  işlər  üzrə  müavini 

təyin  edilir.  Müstəsna  hallarda,  bəzi  ixtisaslar  üzrə  elmlər  doktorları  və  professorlar 

olmadıqda,  komissiyanın  tərkibinə  fəlsəfə  doktorları  (elmlər  namizədləri),  dosentlər, 

xarici  dil  üzrə  isə  elmi  (alimlik)  dərəcəsi  olmayan  təcrübəli  mütəxəssislər  daxil  edilə  

bilər. 


 

Bərabər ballar toplandığı halda, müsabiqədə ixtisas fənnindən daha  yüksək qiymət alan və 

çap edilmiş elmi əsərləri olan şəxslərə üstünlük verilir. 

 

Ali  təhsil  müəssisələrində  və  ya  elmi  təşkilatlarda  yaradılmış  qəbul  komissiyaları 



imtahanların nəticələri əsasında müvafiq qərar qəbul edirlər. 

 

Ali  təhsil  müəssisələri  və  elmi  təşkilatların  elmi  şuraları  doktorantların  dissertasiya 



mövzularını  və  elmi  rəhbərlərini  onların  qəbul  komissiyaları  tərəfindən  doktoranturaya 

qəbul  olunmaları  haqqında  qərar  qəbul  etdikləri  gündən  1  aydan  gec  olmamaq  şərtilə 

təsdiq edir. 

 

Ali  təhsil  müəssisəsinin və  elmi  təşkilatın  elmi  şurası  müvafiq  şöbə,  bölmə,  kafedra  və  ya 



laboratoriyanın  təqdimatı  əsasında  iddiaçının  dissertant  təhkim  olunması,  onun 

dissertasiya mövzusu,  fərdi iş  planı və elmi  rəhbəri (məsləhətçisi) haqqında qərar qəbul 

edir.  Elmi  şuranın  qərarı  əsasında  ali  təhsil  müəssisəsi  və  ya  elmi  təşkilatın  rəhbəri 

iddiaçının təhkim olunması haqqında əmr verir. 

 

7.

 

Elmi rəhbər 

 

 

Doktoranturaya  qəbul  haqqında  qərarda  (əmrdə)  doktorantın  dissertasiyasının  mövzusu, 



təhsil müddəti və rəhbəri (rəhbərləri) göstərilir və onlara bu haqda məlumat verilir. Bir 

qayda olaraq, doktorantın elmi rəhbəri elmlər doktoru və ya professor olur. 

 

Müstəsna  hallarda,  ali  təhsil  müəssisələrinin  və  elmi  təşkilatların  elmi  şuralarının  qərarı 



əsasında müvafiq ixtisasa malik fəlsəfə doktorları (elmlər namizədləri) da doktorantlara 

elmi rəhbərlik işinə cəlb oluna bilərlər. 

 

Müxtəlif ixtisasları əhatə edən mövzular üzrə elmi tədqiqatlar apararkən doktoranta iki elmi 



rəhbər,  yaxud  rəhbər  və  məsləhətçi  təyin  oluna  bilər.  Onlardan  biri  fəlsəfə  doktoru 

(elmlər namizədi) ola bilər. 

 

Elmi  rəhbər  doktoranta  elmi  iş  üzrə  məsləhətlər  verir,  doktorantın  təsdiq  edilmiş  fərdi  iş 



planına  (tədris  proqramına)  uyğun  fəaliyyətinə  rəhbərlik  edir  və  dissertasiya  işinin 

müəyyən olunmuş vaxtda keyfiyyətlə yerinə yetirilməsinə nəzarət edir. 

 

8.

 

Fərdi iĢ planı 

 

 

Doktoranturada  təhsil  müddətində  doktorant  (dissertant)  ali  təhsil  müəssisəsinin  və  elmi 



təşkilatın  elmi  şurası  tərəfindən  təsdiq  edilmiş  fərdi  iş  planı  (Bax:  doktorantlar  üçün 

Əlavə 1 və dissertantlar üçün Əlavə 2) əsasında fəaliyyət göstərir. 




 

 



Doktorant təhsil müddətində: 

 



peşə biliklərinə dərindən yiyələnməli

 



müstəqil elmi tədqiqat işi aparmaq vərdişləri əldə etməli

 



elmi tədqiqatlar aparmaq metodologiyasını mənimsəməli; 

 



fərdi iş planını tam yerinə yetirməli; 

 



nəzərdə tutulan doktorluq imtahanlarını verməli; 

 



elmi tədqiqatlarının nəticələrini əks etdirən məqalələr dərc etdirməli

 



elmi tədqiqatlarının nəticələrini aprobasiya etdirməli; 

 



elmi tədqiqat işini bitirməlidir. 

 

Doktorant  fərdi  iş  planının  yerinə  yetirilməsi  barədə  vaxtaşırı  şöbə,  bölmə,  kafedra, 



laboratoriya iclaslarında hesabat verir. 

 

9.



 

Attestasiya 

 

 

Doktorantlar ildə bir dəfədən az olmamaq şərtilə, ali təhsil müəssisələri və elmi  təşkilatlar 



tərəfindən təsdiq olunmuş attestasiya haqqında əsasnamələrə uyğun olaraq, attestasiyadan 

keçməlidirlər  (Əlavə  3).  Attestasiyanın  keçirilmə  müddəti  ali  təhsil  müəssisəsi  və  elmi 

təşkilatların  rəhbərləri  tərəfindən  müəyyən  edilir.  Doktorantın  növbəti  tədris  ilində 

təhsilini davam etdirməsi attestasiyanın nəticəsinə əsasən müəyyən edilir. 

 

Ali  təhsil  müəssisələrinin  və  elmi  təşkilatların  elmi  şuralarında  doktorantların  elmi 



rəhbərlərinin vaxtaşırı hesabatları dinlənilir. 

 

Doktoranturada  fərdi  iş  planını  yerinə  yetirən  və  elmi  tədqiqat  işini  bitirən    şəxslər 



«Fəlsəfə doktoru» elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsinə buraxılırlar. 

 

Qeyd:  Doktorantların  attestasiyası  adətən  hər  il  dekabr  ayında  keçirilir.  Attestasiya 

doktorantın  təhkim  olunduğu  kafedrada  keçirilir.  Doktorant  və  onun  elmi  rəhbəri  cari  il 

üçün nəzərdə tutulan planın yerinə yetirilməsi haqqında hesabat verirlər və növbəti il üçün 

nəzərdə  tutulan  iş  haqqında  iclas  iştirakçılarına  məlumat  verirlər.  Attestasiyanın  nəticəsi 

kafedranın iclas protokolunda əksini tapmalıdır. Kafedranın iclas protokolundan çıxarış və 

doktorantın hesabatı Magistratura və doktorantura şöbəsinə təqdim olunmalıdır. 

Üzürsüz səbəblərə görə fərdi iş planını yerinə yetirməyən, təhkim olunduğu kafedra 

ilə əlaqə saxlamayan şəxs attestasiyadan keçməmiş hesab olunur və doktoranturadan xaric 

olunur. 


 

10.

 

Doktorluq imtahanları 

 

 

Fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorantlar - ixtisas fənnindən  (həmçinin ixtisas 



uyğunluğu  nəzərə  alınmaqla,  digər  fəndən),  informatikadan  və  xarici  dildən  doktorluq 

imtahanları verməlidirlər; 

 

«Fəlsəfə  doktoru»  elmi  dərəcəsi  üzrə  dissertantlıq  yolu  ilə  təhsil  alan  şəxslər  müəyyən 



olunmuş qaydada ixtisas fənnindən, fəlsəfə, informatika və xarici dildən, həmçinin ixtisas 

uyğunluğu nəzərə alınmaqla, digər fəndən də doktorluq imtahanları verirlər. 

 

Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  fəlsəfə  doktoru  üzrə  doktoranturada  və 



dissertantlıq  yolu  ilə  təhsil  müddətində  «Azərbaycan  dili»  fənnindən  əlavə  doktorluq 

imtahanı verirlər. 

 

Qeyd: 

1.

 



Xarici  dil,  fəlsəfə  və  Azərbaycan  dili  üzrə  doktorluq  imtahanları  Odlar 

Yurdu universitetində keçirilir. 

2.

 

“İnformatika”  fənni  doktorluq  imtahanı  AMEA  İnformasiya  Texnologiyaları 



İnstitutunda  keçirilir.  Buna  görə  də  doktorant  və dissertantlar  AMEA  İnformasiya 


Yüklə 326,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə