"Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları" nın təsdiq edilməsi haqqında


FƏLSƏFƏ DOKTORU HAZIRLIĞI ÜZRƏ YADDAġ



Yüklə 326,6 Kb.
Pdf görüntüsü
səhifə2/11
tarix07.04.2018
ölçüsü326,6 Kb.
#36419
1   2   3   4   5   6   7   8   9   10   11

 

FƏLSƏFƏ DOKTORU HAZIRLIĞI ÜZRƏ YADDAġ 



 

1.

 

Ümumi müddəalar 

 

 

Azərbaycan  Respublikasında  yüksək  ixtisaslı  elmi  və  elmi-pedaqoji  kadrların 



hazırlanması  ali  təhsilin  ən  yüksək  səviyyəsi  olan  doktorantura  yolu  ilə  həyata 

keçirilir və müvafiq elmi dərəcələrin (elm sahələri göstərilməklə, fəlsəfə doktoru və 

elmlər doktoru) verilməsi ilə başa çatır. 

 

Doktoranturada  təhsil  fəlsəfə  doktoru  və  elmlər  doktoru  proqramları  üzrə  həyata 



keçirilir. 

 

Doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan 



ayrılmamaqla) formalar üzrə həyata keçirilir. 

 

Doktorantura təhsilini həyata keçirən ali təhsil müəssisələri və elmi təşkilatlar elmi 



və elmi-pedaqoji kadr hazırlığını dissertantlıq (dissertantura) yolu ilə də reallaşdırır. 

 

Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, dissertantlıq 



yolu ilə 4 ildir. 

 

Müstəsna hallarda bütün təhsil formaları üzrə təhsil müddəti uzadıla bilər. 



 

Doktoranturada  və  dissertantlıq  yolu  ilə  təhsilini  başa  çatdırmış  məzunlara  təhsil 

aldıqları  müəssisənin  müvafiq  arayışı  və  imtahanların  verilməsi  haqqında  vəsiqə 

verilir. 

 

2.

 

Fəlsəfə doktoru hazırlığı üzrə doktorantura 

 

 

Fəlsəfə  doktoru  proqramı  üzrə  doktoranturaya  ali  təhsili  olan  (ali  təhsil  pilləsinin 



magistratura  səviyyəsini  bitirən,  yaxud  təhsili  ona  bərabər  tutulan  Azərbaycan 

Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar. 

 

Doktoranturanın (keçmiş aspiranturanın) tam kursunu bitirən şəxs eyni ixtisas üzrə təkrarən 



doktoranturaya qəbul oluna bilməz. 

 

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir: 



 

ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin 



adına); 

 



kadrların şəxsi-qeydiyyat vərəqi

 



tərcümeyi-hal; 

 



2 ədəd fotoşəkil (3x4 sm ölçüdə); 

 



iş yerindən xasiyyətnamə; 

 



iş stajı olanlar üçün əmək kitabçasından çıxarış; 

 



çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat

 



ali  təhsil  müəssisəsini  bitirmək  haqqında  diplomun  müvafiq  qaydada  təsdiq  edilmiş 

surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil 

haqqında sənədlərin tanınması haqqında şəhadətnamə); 

 



şəxsiyyəti təsdiq edən sənədin surəti. 

 

3.



 

Fəlsəfə doktoru hazırlığı üzrə dissertantura 

 

 

Dissertantlıq yolu ilə yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması ali təhsil 



müəssisələrində,  elmi  və  digər  təşkilatlarda  çalışan  mütəxəssislərin  istehsalatdan 

ayrılmamaqla, elmi dərəcənin alınması üçün təhkim olunmaqla, dissertasiya işinin yerinə 

yetirilməsini təmin edir. 

 

Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq hüququna ali təhsilli (ali təhsil  



pilləsinin  magistratura  səviyyəsini  bitirən,  yaxud  təhsili  ona  bərabər     tutulan


 

müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan ali təhsil müəssisələrinin, elmi və 



digər təşkilatların elmi və elmi-pedaqoji kadrları malikdirlər. 

 

Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant 



olmaq hüququna malik deyillər. 

 

Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, bir qayda olaraq, elmi və elmi-pedaqoji iş 



stajına malik olmalıdırlar. 

 

Fəlsəfə  doktoru  hazırlığı  üzrə  dissertantlıq  yolu  ilə  təhsil  almaq  üçün  aşağıdakı  sənədlər 



təqdim edilir: 

 



ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin 

adına); 


 

kadrların şəxsi-qeydiyyat vərəqi; 



 

tərcümeyi-hal; 



 

2 ədəd fotoşəkil (3x4 sm ölçüdə); 



 

iş yerindən xasiyyətnamə; 



 

əmək kitabçasından çıxarış; 



 

çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat; 



 

ali  təhsil  müəssisəsini  bitirmək  haqqında  diplomun  müvafiq  qaydada  təsdiq  edilmiş 



surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil 

haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə); 

 

şəxsiyyəti təsdiq edən sənədin surəti. 



 

Qeyd: 1. Dissertanturaya 2 illik staja malik olan şəxslər qəbul oluna bilərlər. 

2. İddiaçılar dissertanturaya müsahibə yolu ilə qəbul olunurlar. 

 

4.

 

Sənədlərin qəbulu 

 

 

Sənədlərin  qəbulu  forması,  qaydaları,  qəbul  planı  və  imtahanların  keçirilmə  müddəti 



haqqında  kütləvi  informasiya  vasitələrində  qəbulu  həyata  keçirən  müəssisə  tərəfindən 

müvafiq elan verilir. 

 

Sənədlərin qəbulu üçün doktoranturanın fəaliyyət göstərdiyi ali təhsil müəssisəsinin və elmi 



təşkilatın  rəhbərinin  (və  ya  elmi  işlər  üzrə  müavininin)  sədrliyi  ilə  qəbul  komissiyası 

yaradılır.  Qəbul  komissiyası  fakültə,  kafedra,  şöbə,  bölmə,  laboratoriya  rəhbərlərindən, 

aparıcı əməkdaşlardan və bir qayda olaraq, doktorantların nəzərdə tutulan rəhbərlərindən 

təşkil olunmalıdır. 

 

5.

 

Ġxtisas uyğunluğu 

 

 

Doktoranturaya  qəbul  olmaq  istəyən  şəxslərin  ixtisas  uyğunluğu  qəbul  komissiyası 



tərəfindən müəyyən edilir. 

 

Doktoranturaya qəbul olmaq istəyən şəxslə nəzərdə tutulan elmi rəhbər müsahibə keçirir və 



rəhbərliyi  həyata  keçirmək  barədə  razılıq  və  ya  imtina  qərarını  yazılı  surətdə  qəbul 

komissiyasına təqdim edir. İmtina olunduğu halda digər elmi rəhbər təklif edilir. 

 

Qəbul  komissiyası  nəzərdə  tutulan  rəhbərin  rəyi  və  təqdim  edilən  digər  sənədlər  əsasında 



imtahanlara  buraxılmaq  haqqında  qərar  qəbul  edir  və  bu  barədə  bir  həftədən  gec 

olmayaraq  iddiaçıya  bildiriş  göndərir.  Bildiriş  doktoranturanın  fəaliyyət  göstərdiyi  ali 

təhsil müəssisəsi və elmi təşkilat rəhbərləri tərəfindən imzalanır və bu bildiriş iş yerindən 

məzuniyyət almaq hüququ verir. 




Yüklə 326,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə