Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə29/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   25   26   27   28   29   30   31   32   ...   71

– Dorian, Dorain, nə olar, məni atmayın! Çox üzr istəyirəm bugünkü oyunuma 
görə! Mən yalnız sizin barənizdə düşünürdüm! Amma mən bundan sonra yaxşı 
oynamağa çalışacağam… Sevgi qəflətən qapımı döydü. Mən yenə çalışaram… 
Əlbəttə, yəqin ki, siz məni öpməsəydiniz, mən heç sevginin nə olduğunu da 
bilməzdim… Əzizim, məni bir də öpün! Getməyin, mən buna dözə bilmərəm! 
Ah, aman Allah, məni tərk etməyin! Mənim qardaşım… Ah, o, bu barədə heç 
düşünmür də… o, zarafat edirdi… Ah! Doğrudanmı, siz məni bağışlaya 
bilmirsiniz? Mən söz verirəm ki, bundan sonra daha çox məşq edib yaxşı 
oynayacağam! Mənə bu qədər amansız olmayın! Mən sizi dünyam qədər sevirəm! 
Axı mən, sadəcə, bir dəfə sizi qane etmədim… bircə dəfə… Əlbəttə, siz düz 
deyirsiniz, Dorian… Mən gərək unutmayaydım ki, aktrisayam. Bu axmaqlıq idi; 
lakin mən özümlə bacara bilmədim. Məni tərk eləməyin! Dorian, getməyin! 
Qız göz yaşları içində döşəməyə sərildi; elə bil, yaralanmış quş idi, yerə 
düşmüşdü. Dorian Qrey isə gözəl gözlərini qıza dikmişdi, təkəbbürlü istehza ilə 
dodaqlarını tərpədirdi. Adətən, sevilən, sonra da atılan adamların iztirabları 
hansısa gülünc bir şey təsiri bağışlayır. Və Sibil Veynin hərəkəti də Doriana 
mənasız melodramatik bir davranış kimi göründü və qızın göz yaşları və 
hönkürtüsü onu daha da qıcıqlandırdı. 
– Yaxşı, mən gedirəm, – nəhayət, oğlan sakitcə və uca səslə dilləndi. – Daşürəkli 
adam olmaq istəməzdim, lakin mən sizinlə bir daha görüşə bilmərəm. Siz məni 
peşman etdiniz… 
Qız səssizcə göz yaşı tökür, susurdu; o, sürünərək oğlana bir qədər də yaxınlaşdı. 
Onun balaca əlləri kor kimi irəli uzanıb, sanki, oğlanı axtarırdı; lakin Dorian 
üzünü çevirib otaqdan çıxdı. Bir azdan oğlan artıq teatr binasından aralanmışdı. 
Dorian hara getdiyini dəqiq bilmirdi. Sonralar dumanlı şəkildə yadına düşəcəkdi 
ki, o, teatrdan çıxıb yarımqaranlıq küçələrlə miskin görkəmdə olan evlərin 
yanından ötmüş, zülmət qaranlığın qoynuna aldığı hündür alaqapılardan keçib-
getmişdi; yüngül əxlaqlı qadınlar boğuq səslə, sərt gülüşlərlə onu arxadan 
çağırmışdı. Yanından səndirləyə-səndirləyə yekə meymunlara bənzəyən sərxoşlar 
söyüş söyə-söyə, ya da donquldana-donquldana ötüb-keçmişdilər. Dorian evlərin 
kandarında boynunu bükən donuq baxışlı səfil uşaqları görmüş, qaranlıq 
həyətlərdən gələn cingiltili qışqırıq və söyüşlər eşitmişdi. 
Dan yeri söküləndə o, Kovent Qardenə çatmışdı. Hava açılmaq üzrəydi; sanki, 
yerin başı üstünü ağarmış alovlu göy üzü almışdı; səma mirvari dənəsi kimi 
parıldayırdı. Kimsəsiz küçələrdə yavaş-yavaş zanbaqlarla dolu olan yük arabaları 
görünürdü. Hava güllərin ağır ətrinə bürünmüşdü və bu güllərin gözəlliyi onun 
qəlbinin ağrısını bir qədər azaldırdı. Dorian bazara girdi, yük arabalarını boşaldan 
adamlara tamaşa etdi; yükdaşıyanlardan biri ona albalı verdi, Dorian təşəkkür etdi 
və sonra təəccüb içində özünə sual verdi ki, görəsən, nə üçün yediyi albalıya görə 
yükdaşıyan ondan pul almadı. Albalılar gecənin yarısı dərilmişdi və hələ də aylı 


gecənin sərinliyi onların üstündə hopub qalmışdı. Dorianın yanından əllərində 
zolaqlı zanbaq, sarı və qırmızı qızılgül səbətləri tutmuş oğlanlar qalaq-qalaq 
yığılmış zərif tərəvəz topaları arasından dəstə-dəstə ötüb-keçirdilər; binalara 
yapışıq sütunlu eyvanların altında üstü-başı tökülmüş, sir-sifətləri günəşdən 
yanmış və başı qırxılmış qız uşaqları veyllənirdilər; onlardan bir qrupu isə 
meydandakı kafenin qapısı önündə durub boynunu bükmüşdü. Ağır yük atları 
sürüşür, ayaqlarını yerə döyəcləyir, bellərindəki yəhərlərini və yüklərini 
cingildədirdilər. Yükdaşıyanlardan bəzisi başını kisə topalarının üstünə qoyub 
mürgü vururdu. Sinəsi rəngli, çəhrayı ayaqlı göyərçinlər ətrafda dolanır, yerə 
düşmüş taxıl dənələrini dimdikləyirdilər. 
Nəhayət, Dorian arabaçılardan birini çağırdı və evə yollandı. Bir azdan o artıq 
evinin qapısı ağzındaydı; o, sükuta qərq olmuş həyətlərə, meydana, daha sonra isə 
pəncərələri kip bağlanmış evlərə baxdı. Göy üzü tərtəmiz idi; evlərin damları 
gümüş kimi parıldayırdı; qonşu evin bacasından tüstü qalxır, sədəfli havada 
tutqun lent kimi burulurdu. 
Hansısa dojun1 qondolasından2 gətirilmiş zərli, iri Venesiya fənərlərinin işıqları 
palıd panelli geniş hollun girəcəyindən görünür, tavandan asılmış qazla dolu üç 
jiklyör3 közərirdi: jiklyörlər ağ alovun dairəyə aldığı mavi nazik ləçəklər kimi 
sayrışırdı. Dorian onları üfürdü, şlyapasını və plaşını stolun üstünə tulladı; 
kitabxanadan keçib birinci mərtəbədə yerləşən iri yataq otağının qapısını açdı; o, 
buranı bu yaxında öz zövqünə uyğun yenidən qurmuş, daha dəbdəbəli etmiş, 
İntibah dövrünün nadir divar xalçaları ilə bəzəmişdi; Dorian bu xalçaları Selbi 
Royaldakı evinin çardağından tapıb çıxarmışdı. Yataq otağının qapısını açarkən 
gözü Bazil Holvardın çəkdiyi portretinə sataşdı. Dorian diksindi və geri çəkildi
sanki, nədənsə heyrətə gəldi, sonra otağa girdi. Lakin yaxasına taxdığı qönçəli 
sancağı çıxarıb dayandı; o, bir anlıq qərarsız vəziyyətdə durdu, görünür, onu nəsə 
karıxdırmış, təşvişə salmışdı. Nəhayət, o, geriyə, kitabxanaya qayıtdı və öz 
portretinə yaxınlaşaraq ona xeyli diqqətlə baxdı. Pəncərənin sarı ipək pərdələrinin 
kölgəsi altında və otağa düşən zəif işıqda portretdəki şəklin sifəti ona bir qədər 
qəribə göründü; sanki, şəklin üzü dəyişmişdi, cizgilər fərqli görünürdü; ağız 
büküşlərində qəddarlıq duyulurdu. Necə də qəribədir! 
O dönüb pəncərə qabağına gəldi; pərdələri araladı. Sübh şəfəqləri otağı işıqlatdı 
və künc-bucaqda gəzən qəmli kölgələri süpürüb apardı. Lakin portretin sifət 
cizgilərində nəsə qəribə bir dəyişiklik əmələ gəlmişdi; bu, açıq-aşkar görünürdü. 
Gün şüalarının işığında o, lap aydın gördü ki, ağız cizgilərində amansız büküşlər 
yaranıb və hətta bundan dərhal sonra Dorian güzgüdə özünə, sanki, cinayət 
törətmiş bir  adam kimi baxdı. O səksəndi; tələsik stolun üstündəki fil 
sümüyündən olan və mələklərin təsvirləri ilə bəzədilmiş çərçivəli dairəvi əl 
güzgüsünü (bu güzgü lord Henrinin ona verdiyi çoxsaylı hədiyyələrdən biri idi) 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə