1
dos .N.Z.Çələbiyev
II MÖVZU: Fəaliyyət və ünsiyyətin psixoloji səciyyəsi.
Plan:
1.
Psixologiyada fəaliyyət haqqında anlayış. Fəaliyyət insanın dərk olunmuş məqsədi ilə tənzim
olunan fəallığı kimi.
2.
Fəaliyyət və fəallıq. Tələbatlar fəallığın mənbəyi kimi.
3.
Fəaliyyətin strukturu. İş və hərəkətlər. Vərdişlər, bacarıqlar və adətlər. Fəaliyyətin əsas növləri:
oyun, təlim, əmək.
4.
Ünsiyyət haqqında anlayış.Ünsiyyətin məzmunu, məqsədi, vasitələri və növləri.
5.
Ünsiyyətin funksiyaları.
6.
Qarşılıqlı anlama prosesində sosial persepsiyanın rolu
Ədəbiyyat:
1.
Ümumi psixologiya ( V.A.Petrovskinin red. Ilə). B., “Maarif”, 1982
2.
Ə.S.Bayramov, Ə.Ə.Əlizadə. Psixologiya. B. “Çinar-çap”, 2002
3.
A.N.Leontyev. Деятельность, Сознание, Личность. М., 1975
4.
В.А.Крутецкий. Психология. М., Просвещение; 1981
5.
А.Н.Леонтьев. Проблемы развития психики. М., 1981.
6.
R.İ.Əliyev. Psixologiya. B., “Nərgiz”, 2008
Canlı orqanizmlər öz həyatını təmin etmək üçün müxtəlif fəallıq formalarına malik olurlar. Biososial
varlıq olmaq etibarilə insan da istisna təşkil etmir. İstər təbii və mədəni, istər maddi və mənəvi, şəxsi və ya
ictimai münasibətlər sistemində və istehsalatda bir orqanizm, fərd və şəxsiyyət kimi təşəkkülünü, yaşamasını
təmin edən müxtəlif fəallıq formalarını doğurur. Qeyd etmək lazımdır ki, insanların tələbatlara münasibəti lap
əvvəldən heyvanlarınkından fərqlənir. Heyvanların davranışı həmişə bu və ya dicər tələbatın ödənilməsinə
yönəlir. İnsan da isə bu tamamilə başqa cür təşkil olunmuşdur. Artıq stulda oturub qaşıqla yemək yeyən uşağın
hərəkətlərini bütövlükdə heyvanların təbii tələbatları ilə bir sıraya qoymaq olmaz. Burada qaşıq və stul təlabatı
ödəmək üçün kafi deyil, lakin zəruridir. Uşağın bu yolla mənimsədiyi mədəni davranış formaları cəmiyyətdə
insanların istifadə etdiyi fəaliyyət üsullarıdır. Valideyinlər və tərbiyəçilər yaxşı bilirlər ki, uşaqlarda belə
mədəni davranış formalarını yaratmaq heç də asan olmur. Uşaq hələlik əşyalarla mədəni davranmağı, onlarla
insana məxsustərzdə rəftar etməyi bacarmır.
Heyvanların davranışı bütövlükdə ətraf mühitlə, insanalrın davranışı isə lap kiçik yaşlarından bütün
bəşəriyyətin təcrübəsi və cəmiyyətin tələbləri ilə şərtlənir.
İnsanlarda davranışın bu tipi o qədər özünəməxsus cəhətlərə malikdir ki, psixologiyada onu ifadə etmək
üçün xüsusi bir termindən- fəaliyyət anlayışından istifadə olunur.
Psixologiyada fəaliyyətə belə bir tərif verilir:
“İnsanın dərk olunmuş məqsədi ilə tənzim olunan xarici (fiziki) və daxili ( psixi) fəallığı fəaliyyət adlanır.
Fəaliyyətin bir sıra fərqləndirici əlamətləri vardır.
2
1.
Fəaliyyətin məzmunu bütövlükdə onu doğuran tələbatlarla müəyyən edilir. Bu zaman motiv rolunu
oynayan tələbat fəaliyyətə təkan verir, ona stimul yaradır.
2.
Fəaliyyətin məzmunu bütövlükdə tələbatlarla deyil, məqsəd və istəklə müəyyən edilir.
Deməli tələbatlar fəallığın, əsas mənbəyidir. İnsanların hərəkətlərini, fəallıq formalarını ixtiyari və
qeyri-ixtiyari olmaqla iki əsas qrupa ayırmaq olar.
İxtiyari hərəkətlər kifayət qədər dərk olunmuş, düşüncəli və məqsədəyönəlmiş hərəkətlərdir. Qeyri-
ixtiyari hərəkətlər isə kifayət qədər dərk olunmamış nəticəsi əvvəlcədən təsəvvür edilməyən impulsiv
hərəkətlərdir. Fəaliyyətin dərkolunma səviyyəsindən asılı olaraq məqsədin dərk olunması əsas məsələdir.
Həmin əlamət mövcud olmadıqda, insana məxsus fəaliyyətdə mövcud ola bilməz.
Fəaliyyətdən fərqli olaraq impulsiv hərəkətlər bilavasitə təlabatlar və emosiyalarla idarə olunur. Belə
davranış çox vaxt fərdin affektlərini və həvəslərini ifadə edir, ona görə də çox vaxt cəmiyyətə zidd eqoistik
xarakter daşıyır. Məsələn gözlərini qəzəb tutmuş adamın impulsiv hərəkətlərini buna misal göstərmək olar.
Qeyd etmək lazımdır ki, impulsiv davranış heç də şuursuz davranış deyildir. Sadəcə olaraq burada davranış
ictimai motivlə deyil, şəxsi motivlə tənzim edilir.
Fəaliyyət gercəkliyə, ətraf xarici aləmə elə fəal yanaşma formasıdır ki, onun vasitəsilə insanda onu əhatə
edən aləm arasında real əlaqə yaranır. Fəaliyyət vasitəsilə insan təbiətə, şeylərə başqa adamlara təsir göstərir.
Fəaliyyətin mürəkkəb daxili strukturu vardır. Onun strukturunda iş və hərəkətlər, əməliyyatlar mühüm yer tutur.
İstənilən fəaliyyət növü hərəkətlərlə bağlıdır. Hərəkət canlı orqanizmlərin fizioloji funksiyalarından biridir.
Hərəki və ya motor funksiya insanda çox erkən meydana gəlir. İlk hərəkətlər rüşeymin bənddaxili inkişaf
mərhələsində müşahidə olunur. Çağa dünyaya gələn andan qışqırırəlləri və ya ayaqları ilə xaotik hərəkətlər edir,
ilk şərtsiz reflekslər özünü göstərir.
Fəaliyyət əsasən hərəkətlər sistemi, əşyavi əməliyyatlar və işdən ibarətdir. Onlar vahid kompleksdə
birləşərək insanın əmək fəaliyyətinin əsasını və zəruri şərtini təşkil edirlər. Fəaliyyət yalnız psixologiyada deyil,
fəlsəfədə siyasi iqtisadda, sosiologiya, tarix, texnologiya və s. kimi elm sahələri tərəfindən də öyrənilir.
Psixologiyada fəaliyyət kateqoriyası geniş və fundamental məzmun kəsb edir: insanın həyat yolu bilavasitə
fəaliyyətlə sıx bağlıdır və o, psixikanın şüurun formalaşmasında müstəsna rola və təsirə malikdir.
İş fəaliyyətin nisbətən bitkin və tamamlanmış xarakter kəsb edən mühüm ünsürüdür.
Fəaliyyətin cari bir məsələnin həllinə yönəldilmiş nisbətən bitkin elementi iş adlanır. Daşın ağırlığını
onu qaldırmaqla, paraşütünetibarlığını onunla tullanmaqla deməli, iş görməklə müəyyənləşdirmək olar.
Fəaliyyət zamanı həmişə real praktik iş ön planda dayanır. Bu zaman insan təcrübəyə sahib olur və təcrübə ona
nəyi etmək lazım gəldiyini nəyi bitdiyini və bitmədiyini müəyyənləşdirmək imkan verir. Hər cür maddi; əməli
iş müəyyən hərəkətlərdən yaranır. İnsanın əşyavi hərəkətlərinin təhlili göstərir ki, zahirən müxtəlif olmalarına
baxmayaraq, bir qayda olaraq həmin hərəkətlərin hamıs üç sadə elementdən – cövdənin, başın, aşağı və yuxarı
ətrafların əsas və ya yardımçı hərəkətlərindən ibarətdir. Müxtəlif hətrəkət növlərində bu elementlərin
trayektoriyaları fərqlidir. Onların özlərinin müddətinə, gücünə, surətinə, tempinə ( təkrarlanma tezliyinə) görə
bir-birindən fərqlənir. Fəaliyyət prosesi yalnız maddi, əşyavi deyil, həm də kommunikativ məzmunlu
hərəkətlərlə də bağlıdır. Burada jestlər, mimika, pantomimika, nitq hərəkətləri də iştirak edir. Maddi və əşyavi
3
işlər hərəkətlərin müəyyən sistem üzrə, yerinə yetirilməsindən ibarətdir. Məsələn gələni tutmaq üçün tələb
olunan hərəkətlərlə bir-birindən fərqlənir. Məsələn tavana mıx vurmaq üçün tələb olunan hərəkətlər, döşəməyə
mıx vurmaq üçün tələb olunan hərəkətlərdən fərqlənir.
Fəaliyyət prosesində hərəkətlərin icrası daim və fasiləsiz olaraq nəzarət altında saxlanılır, yol verilən
səhvlər təshih edilir, aradan qaldırılır. Bu cür nəzarət bacarığı olmayan xəstə adamlar iş zamanı xətaya yol
verir, qəza törədirlər. Onlar stulda oturmaq istərkən yıxılır, çörək doğrayarkən əllərini kəsir, sətir boyu xətt
çəkməyi bacarmırlar. Belə adamlarda sensor ( hiss üzvlərinin) nəzarət funksiyası pozulmuş olur.
Əşyavi hərəkətlərin yerinə yetirilməsi yalnəz müəyyən hərəkətlər sisteminin yerinə yetirilməsi ilə
məhdudlaşır. Hərəkətlər üzərində cari nəzarətin ilkin forması məhz sensor nəzarətdir. Dəmirçi çəkicin zərbə
gücünü közərdilmiş dəmirin rəngini nəzərə almaqla müəyyən edilir. Qaldırıcı kran maşinisti görmənin nəzarəti
altında əllərin və ayaqların hərəkətlərini müvafiq olaraq uzlaşdırmaqla icra edir.
Deməli işlərin icrası, bütövlükdə işlə bağlı hərəkətlər birbaşa olaraq onların məqsədilə idarə və tənzim
olunur. Məqsəd fəaliyyətin gələcək nəticəsinin beyində dinamik modelidir. Su içmək zamanı icra olunan
hərəkətlər arzu olunan nəticənin ( susuzluğu yatırmaq) modeli ilə idarə olunur. Qarşıda duran işin ( hərəkətlər
proqramının) və onun irəlicədən beyin verdiyi nəticələrin ( məqsədlər proqramı) həmin modelini fizioloqlar “ iş
aspektoru” və “ qabaqlayıcı inikası” (P.K.Anoxin) adlandırmışlar.
Ətraf aləmdəki müxtəlif hadisələr bir-biri ilə daimi əlaqələrlə bağlıdır. Elə əşyalar var ki, onlar daimi
xassələrə malikdir. Od həmişə yandırır; buz həmişə soyuqdur, gecədən sonra gündüz gəlir; toplananların yerini
dəyişdikdə cəm dəyişmir. Fəaliyyət prosesində insan işin məqsədi və xarakterindən asılı olaraq xarici (real)
işdən daxili (psixi) isə keçirməli, əvəzləməli olur.
Xarici (real) işdən daxili ( psixi) işə belə keçid interiorizasiya, əksinə proses isə eksteriorizasiya
adlanır. İnsanın fəaliyyətinin xarici və daxili tərəfləri əslində bir biri ilə şərti ayrıla bilər, onlar vəhdət təşkil
edirlər.
Hər bir işin daxili məzmununda meter (hərəki) sensor (hissi) və mərkəzi tənzimedici komponentlər
vardır. Fəaliyyətin gedişi prosesin də insanın işləri icra, nəzarət və tənzim etmək üçün istifadə etdiyi yollar
həminfəaliyyətin priyomları adlanır.
Sözləri tələffüz edərkən qırtlağın hərəkət sistemi insan tərəfindən dərk olunur. Lakin insan ifadə etmək istədiyi
ibarələrin qrammatik forma və məzmunu daim qabaqcadan şüurlu olaraq düşünülür. Fəaliyyət zamanı işin son
məqsədi və onun ümumi xarakteri daim dərk olunur. Məsələn, insan velosiped sürmək vərdişinə nə qədər
yüksək səviyyədə yiyələnsə də, hər halda o, tamamilə şüursuz halda velosipeddə gedə bilməz. Elə hərəkətlər
vardır ki, onların icrasında şüur amilinin rolu bir qədər zəifdir. Çünki onun icra etdiyi hərəkətlər artıq
avtomatlaşmışdır. İnsanda məqsədəuyğun hərəkətlərin icra və tənzim olunmasının məhz bu cür qismən
avtomatlaşması vərdiş adlanır.
Avtomatlaşmanın səviyyəsindən asılı olaraq vərdişlərin strukturunda aşağıdakı dəyişikliklər baş
verir.
4
1.
Hərəkətlərin icra üsulları dəyişir. (ayrı-ayrılıqda icra olunan hərəkətlər vahid bir akt şəklində
birləşir.) Məsələn. Şacirdin və təcrübəli sürücünün sürəti dəyişməsi; I sinfə gedən uşağın yazı
təliminə alışması və s. Artıq hərəkətlər ixtisar olunur.
2.
İş üzərində sensor nəzarət üsulları dəyişir. (Görmə nəzarəti əzələ nəzarəti ilə əvəz olunur
(təcrübəli maçinaçı, sürücünün hərəkətləri)
3.
İşin mərkəzi tənzimetmə üsulları dəyişir. (məsələn, sürücü avtomobildəki yükün ağırlığını
mühərrikin səsindən qavrayır və sürəti dəyişir). Müəyyən iş və fəaliyyət növünü mənimsəmək
məqsədilə onları anlamaya istinad edən, şüurlu nəzarət altında dəfələrlə icra olunan hərəkətlər
mümarizə adlanır.
Əgər mümarizələrin sayından asılı olaraq, işin hər hansı bir əlamətinin necə dəyişdiyini ölçsək, onda
həmin işin mənimsənilməsi prosesini kəmiyyətcə təsvir edə bilərik. Sınaqların miqdarı üfiqi xətt (absis), işin
yoxlanılan əlaməti isə şaquli xətt (ordinant) üzrə qeyd olunur. Qrafikdə öyrənmə əyrisi adlanır. O, təşəkkül
tapmış vərdişlərin inkişaf yolunu xarakterizə edir.
Mümarisə əyriləri iki tipə ayrılır:
a)
mənfi sürətli əyrilər; (əvvəl sürəltə, daha sonra yavaş)
b)
müsbət sürətli əyrilər (əvvəl yavaş, daha sonra sürətli)
Birinci tip əyrilər öyrənmənin səhv və sınaq yolu ilə getməsi üstünlük təşkil edən proseslər üçün
xarakterikdir. (məsələn, insanin naməlum labirintdən keçməsi).
İkinci tip ayrılar işin düzgün yerinə yetirilməsində anlamanın üstünlüyü tələb olunan məsələlər üçün
xarakterikdir.
Yeni şəraitdə yeni obyektlərə münasibətdə hər bir davarnış əməliyyatların keçirilməsinə əsaslanır.
Obyektlər nə qədər çox mürəkkəb dəyişikliyə malikdirsə, keçirilməsinin müvəffəqiyyətlə baş verməsini təmin
edən aralıq intellektual fəaliyyət də bir o qədər geniş olur. Bütün hallarda fəaliyyətin bu cür keçirilməsinə
bacarıq kimi daha doğrusu, qarşıya qoyulmuş məqsədə müvafiq olaraq iş priyomlarının seçilməsi və həyata
keçirilməsi üçün mövcud bilik və vərdişlərdən istifadə olunması kimi baxmaq olar. Bacarıq eksteriorizasiay,
yəni biliyin praktik işlərəd canlandırılmasını tələb edir. Müəllim şagirdlərin əldə edilmiş bilikləri tətbiq etmək
yolu isə onlarda bacarıqların formalaşdırılması prosesini idarə edir.
Şəxsiyyət fəal varlıqdır, onun fəaliyyəti isə şüurlu xarakter daşıyır. Fəaliyyər öz növbəsində şüurun
təşəkkülü və inkişafı üçün mühüm rola və təsirə malikdir. İnsanın şəxsiyyəti fəaliyyətdə ifadə olunur və eyni
zamanda fəaliyyət onun şəxsiyyətini formalaşdırır.
İnsanda müxtəlif fəaliyyət növlərinin meydana gəlməsi və inkişafı mürəkkəb və uzun sürən bir
prosesdir. Uşağın fəallığı inkişaf prosesində tərbiyənin və təlimin təsiri altında yalnıztədricən şüurlu və
məqsədəyönəlmiş fəaliyyət forması alır. Həyatın erkən dövrlərində körpənin tədqiqatçılıq – manipulyativ
fəaliyyəti erkən yaşlarda (1-3 yaş) praktik əşyavi fəaliyyətlə əvəz olunmağa başlayır. Bunun köməyi ilə uşaq
əşyaların həqiqi xassələrini dərk edir, əşyaların ictimai praktikadakı əhəmiyyətini dərk edir. (çarpayıda yatmaq,
stulda oturmaq, topla oynamaq, qələmlə şəkil çəkmək və s.)
5
Fəallığın bu formaları ilə birlikdə uşağın öz tələbatlarını, istək və arzularını ödəməsi, ictimai tələbləri və
məlumatları mənimsəməsi üçün əsas olan kommunikativ davranışın inkişafına yol açır. Bu əvvəlcə
nitqəqədərki formalarda (qışqırıq, çığırtı, mimika, əl-qolhərəkətləri), 7-8 aylıqdan başlayaraq əvvəlcə passiv,
daha sonra aktiv nitq- verbal ünsiyyət vasitəsilə həyata keçirilir. Nitq davranışı uşağın məlumat mübadiləsinin
əsas vasitələrinə çevrilir.
Psixoloji tədqiqatlar göstərir ki, inkişafın hər bir mərhələsində bu və ya dicər fəaliyyət növü üstün
əhəmiyyət kəsb edir. Konkret inkişaf mərhələsində üstünlük təşkil edən fəaliyyət növü aparıcı fəaliyyət
adlanır. Bu anlayışı psixologiya elminə rus psixoloqu A.N.Leontyev 1994 cü- ildə gətirmişdir.
Körpəlik dövründə vasitəsiz emosional ünsiyyət, erkən uşaqlıq dövründə əşyavi oyunlar, məktəbəqədər
yaşda rollu- sujetli oyunlar, kiçik məktəb yaşında təlim, yeniyetmə yaşı dövründə təlim və şəxsi intim ünsiyyəti
erkən gənclik dövründə tədris- peşə fəaliyyəti aparıcı fəaliyyət rolunda çıxış edir.
Şəxsiyyətin formalaşmasında istər aparıcı, istərsədə köməkçi fəaliyyət növlərinin özünəməxsus
üstünlükləri və əhəmiyyəti vardır.
Şəxsiyyət fəaliyyət və ünsiyyət prosesində formalaşır və inkişaf edir. Bu baxımdan ünsiyyət fəaliyyətin
tərkib hissəsi kimi də nəzərdə keçirilə bilər. Ünsiyyət insan psixikasının mühüm xarakteristikalarından biridir.
Ünsiyyət prosesində şəxsiyyət emosional və intelektual baxımdan inkişaf edir, hissələrə, mədəni və mənəvi
dəyərlərə sahib olur, ictimai-tarixi təcrübəni mənimsəyir.
İnsanda fəaliyyətin oyun, təlim, və əmək olmaqla üç əsas növü fərqləndirilir.
Həyatın ilkin mərhələsindən başlayaraq uşaqda fəaliyyətin sadə forması olan oyun fəaliyyəti təşəkkül
tapmağa başlayır.
Məlumdur ki, oyun xarakterli davranış forması heyvan balalarında da müşahidə olunur. Hər cür
vurnuxmaq, dalaşmağı yamsılamaq, atılıb-düşmək, oynaqlamaq körpə heyvanlarda diqqəti cəlb edir. Məsələn
pişik balası yumaqla oynayır, kiçik əski parçasını döşəmədə sürüyür, onu didişdirir.
Bütün bunlara onların orqanizminin fəallıq tələbatına ödənilməsi, toplanmış enerjinin sərf olunması
kimi baxmaq olar.
Uşaqlarda oyun fəaliyyəti fəallığın təmin edilməsi formasıdır. O, funksional həzz olmanın əsas
vasitəsidir. Sonralar oyun uşaqların fəaliyyətində praktik əməli davranış kimi özünü göstərir.Bu dövrdə
oyuncaqlar həqiqi əşyaların obrazı kimi özünü göstərir. Uşaqlarda əvvəlcə əşyavi daha sonra rolla- sujetli
oyunlar onların psixi inkişafının zəruri amili rolunda çıxış edir. Böyük məktəbəqədər və kiçik məktəbyaşı
dövründə qaydalı oyunlar ictimai məzmun kəsb etməyə başlayır və əmək elementləri ilə birləşmiş olur.
Uşağın davranış və fəaliyyətində öyrənmə məzmunu kəsb edən fəaliyyət növü kimi təlimin xüsusi rolu
və əhəmiyyəti vardır.
Təlim sosial təcrübənin mənimsənilməsinin ən mühüm vasitələrindən biridir. Təlim vasitəsilə subyekt
aşağıdakıları mənimsəyir.
1.
Ətraf aləmin zəruri və mühüm xüsusiyyətləri barədə məlumatların (biliklərin) mənimsənilməsi.
2.
Qarşıda duran məqsədə düzgün nail olmaq üçün müvafiq yol və vasitələrin seçilməsi və onlardan
istifadə qaydalarının (bacarıqlar) mənimsənilməsi.
6
3.
fəaliyyət (növlərini) təşkil edən yolların və əməliyyatların mənimsənilməsi.
Təlim bir fəaliyyət növü kimi müəyyən bilik, bacarıq və vərdişlərə yiyələnmək üçün insanın fəaliyyətinin
şüurlu məqsədlərlə idarə olunduğu yerdə mümkündür.
Təlim fəaliyyəti insanı yalnız müxtəlif ictimai-faydalı fəallıq növləri ilə silahlandırmır, eyni zamanda
özünün psixi proses idarə etmək, həll ediləcək məsələ ilə əlaqədar özünün işlərini və əməliyyatlarını,
vərdişlərini və təcrübəsini seçmək, təşkil etmək və istiqamətləndirmək bacarığını inkişaf etdirir. Bununla da
təlim insanı əməyə hazırlayır.
İnsana məxsus fəaliyyət növləri içərisində əmək xüsusi yer tutur. O, müəyyən ictimai faydalı, maddi və
ya ideal məhsullar istehsalına yönəlmiş fəaliyyətidir.
Əmək fəaliyyətinin məqsədi insanlar tərəfindən istehlak edilən şeylərinin istehsal vasitələrinin məlumat
mənbələrinin hazırlanmasından ibarətdir.
İnsana məxsus fəaliyyət növləri içərisində pedaqoji fəaliyyət xüssusi yer tutur. Pedaqoji peşə fəaliyyəti
“insan-insan” münasibətləri sistemində həyata keçirilən mürəkkəb fəaliyyət sahəsidir. Pedaqoji fəaliyyət bir-
biri ilə sıx qarşılıqlı əlaqədə olan bir sıra struktur komponentdən ibarətdir.
1.
konstruktiv; kommunikativ; təşkilatçılıq.
1.
Konstruktiv komponent müəllimin peşə fəaliyyətində dərsin təşkili, dərs üçün materialların seçilməsi,
sinifdənxaric tədbirlərin təşkili, metodik vəsaitlərlə işi əhatə edir. Konstruktiv fəaliyyət öz əksini müəllimin
geniş, dərs planında tapır. Buraya məzmun, məqsəd, sistem, ardıcıllıq nəticə daxildir.
2.
Kommunikativ komponent müəllimin şagirdlər, valideynlər, məktəb rəhbəri və müəllimlərlə qarşılıqlı
münasibətləri əhatə edir.
3.
Təşkilatçılıq komponenti dərsdə, təlim və tərbiyə prosesində təşkilatçılıq məsələlərini əks etdirir. 1)
Şərh və izahın təşkili, 2) Dərsdə davranışın təşkili, 3) dərsdə şagirdlərin aktiv fəaliyyətinin təşkili.
Pedaqoji fəaliyyətdə müəllimdən bir sıra bacarıq və vərdişlər tələb olunur:
1)
Təşkiledici; 2) məlumatverici; 3) səfərbəredici; 4) qiymətləndirici.
Müəllim peşəsinə bir sıra psixoloji tələblər verilir ki, bunlara da pedaqoji qabiliyyətlər deyilir.
1. Nitq qabiliyyəti. 2. Avtoritar qabiliyyətlər. 3. Akademik qabiliyyətlər. 4. Kommunikativ qabiliyyətlər. 5.
Subyektiv qabiliyyətlər. 6.Perseptiv qabiliyyətlər. 7. Pedaqoji təxəyyül.
Məlumdur ki, heyvanlar həyat şəraitinə instinklər və fərdi qazanılmış təcrübə, yəni davranış formaları
əsasında uyğunlaşır və müəyyən şərti reflekslər əsasında öz mövcud- luqlarını qoruyub saxlamağa çalışırlar. Bu
cəhətdən qeyd etmək olar ki, heyvanlar öz əvvəlki nəsillərinin həyat təcrübəsini mənimsəməyə qadir deyillər.
İnsanlar isə əksinə dünyaya göz açdıqdan sonra olduqca qısa müddət ərzində təbiət qüvvələrini dərk etmək,
onlara sahib çıxmaq yolu ilə nəinki şəxsi təcrübə əldə edir, həm də əvvəlki nəsillərin yaratdığı ictimai - tarixi
təcrübəni mənimsəyir. Onun şəxsi təcrübəsi və fəaliyyəti ümumbəşəri təcrübə ilə şərtlənir. Bu prosesdə danışıq
işarələri sisteminə əsaslanan və ünsiyyətin əsasını təşkil edən dil mühüm rol oynayır. Dil, yəni danışıq işarələri
olan sözlər bizim düşüncəmizin sərhədlərini aşaraq onun gerçəkləşməsini təmin edir. Məsələn, “stul” deməklə
biz başqalarına müəyyən faydalı məlumat veririk. Bu halda “stul” sözü şəxsi mənadan kənara çıxaraq ictimai
əhəmiyyətli başqaları üçün əhəmiyyətli sözə çevrilir.
7
Hər bir insanın fəaliyyət və davranışında ünsiyyət prosesinin müstəsna rolu və təsiri vardır. İnsanı nitqə
və ünsiyyət bacarıqlarına yiyələnməsi o qədər də asan olmayan mürəkkəb bir prosesdir. Dünyaya yenicə gəlmiş
körpə uşaq gerçəkliyi ətraf xarici aləmi müstəqil dərk etmək iqtidarında deyildir. 2-3 yaşlarından başlayaraq
uşaq valideyn- lərinə suallar verir və belə sualların sayı 4-5 yaşlarında ən yüksək həddə çatmış olur. Rus
psixoloqu V.A.Krutetskinin fikrincə, 5 yaşlı uşaq gün ərzində ətrafdakılara təxmi- nən 400-dən artıq sual verir.
Ətrafdakılardan aldığı cavablarla uşaq özünün gələcək fəaliyyətində istifadə edəcəyi ümumi biliklərin
zərrəciklərini əldə edir. Bu zərrəciklər isə dil vasitəsilə, danışıq sisteminin köməyi ilə əldə edilir. Eyni hal
uşağın məktəb təhsili illərində daha geniş formada baş verir. Burada dilin mühüm funksiyalarından biri olan
ictimai – tarixi təcrübəni yaşatmaq, ötürmək və mənimsəmək vasitəsi olması özünü göstərir.
Dilin ikinci mühüm funksiyası kommunikasiya (ünsiyyət) vasitəsidir. Məsələn, mən yeməkxanaya
tərəf yönəlirəm. Qarşıdan gələn yoldaşım: “Yeməkxana təmir üçün bağlıdır”- deyir.Bu məlumat heç bir məktəb
dərsliyində, heç bir ali məktəb dərsliyində öyrədilmir.
Dilin digər, üçüncü funksiyası onun şəxsi təcrübəyə əsaslanan xüsusiyyətində özü- nü göstərir. Bu
müəyyən mənada heyvanların fərdi qazanılmış davranış formasını xatırladır (məsələn, əlini şamın alovunda
yandıran uşaq bir daha əlini həmin alova uzatmır). Bununla belə, qeyd etmək lazımdır ki, insan üçün bütün tipik
situasiyaların özləri belə problemli situasiyadır. Bu elə bir situasiyadır ki, təkcə şəxsi təcrübədən istifadə
etməklə onu həll etmək mümkün deyil. Bu zaman həm də başqa adamların, bütövlükdə cəmiyyətin
təcrübəsindən istifadə etmək lazım gəlir. Problemin bu cür qoyuluşu və həlli prosesi intellektual akt adlanır.
İntellektual akt üç əsas fazadan ibarət- dir: 1) fəaliyyətin planlaşdırılması 2) onun həyata keçirilməsi 3) əldə
edilmiş nəticənin qarşıya qoyulmuş məqsədlə müqayisəsi . Burada dilin intellektual fəaliyyət funksiyası özünü
biruzə verir. İntellektual fəaliyyətdə psixi idrak prosesləri vasitəsilə həyata keçirilir.
Bəs ünsiyyət nədir?
Uzun illər boyu alimlər bu anlayışa dəqiq elmi tərif verməkdə çətinliklərlə qarşılaşmışlar. 1969-cu ilədək
çap olunmuş ingilis dilli psixoloji ədəbiyyatlarda bu anlayışın 96 tərifi vardır.
Hal – hazırda ünsiyyətə verilimiş aşağıdakı tərif əsas qəbul edilmişdir.
İki və daha çox adamın öz münasibətlərini aydınlaşdırmaq və ümumi nəticə əldə et- mək məqsədilə
səylərini əlaqələndirməyə yönəldilmiş qarşılıqlı təsir prosesi ünsiyyət adlanır.
İnsanlar nəyin naminə bir – biri ilə ünsiyyətə girirlər? Ünsiyyətin motivləri nədən ibarətdir?
Məlumdur ki, hər bir fəaliyyətin motivi onun predmetinə uyğun gəlir. Ünsiyyətin motivləri də belədir:
onun motivləri də başqa adamla əlaqədardır. Lakin ünsiyyətin motivləri xeyli mürəkkəb və çox cəhətlidir.
Hələ 1760- cı ildə ispan yepiskoplarından biri öz gündəliyində yazmışdı ki, yetim evində uşaqlar kədərli olur və
onların bir çoxu kədər çəkdiyi üçün ölür. Çünki onların ünsiyyətə olan təlabatı təmin olunmur.
XIX əsrin sonu XX əsrin əvvələrində dünyanın bir çox ölkələrində xüsusi və dövlət tipli yetim evlərinin
şəbəkəsi surətlə genişlənir və bu fakt öz təsdiqini qəti şəkildə tapmış olur. Kiçikyaşlı yetim uşaqlar
arasındaölüm halları daha çox idi. Sağ qalan uşaqlar isə özlərinin fiziki və psixi inkişafı baxımından öz
həmyaşıdlarından geri qalır, 3 yaşında onlar demək olar ki, danışmır, tərbiyəçilərin sözünə baxmır, özlərini
hədsiz dərəcədə passiv və ya aqressiv aparırdılar.
8
Sonralar pediatrlar və uşaq psixiatrları belə halı elmi cəhətdən izah edərək ona “qospitalizm” adını
vermişdilər. Qospitalizm dedikdə, eytim uşaqların, eləcədə vali- deynlərindən ayrılıqda xəstəxanada müalicə
edilən uşaqların fiziki və psixi inkişafında özünü göstərən xüsusiyyətlər nəzərdə tutulur. Alimlər
qospitalizmin kökünü ünsiyyət defisitində - yəni ünsiyyət çatışmazlığında görürlər. Müəyyən edilmişdir ki,
ünsiyyət çatışmazlığı şəraitində uşaqların ünsiyyət çatışmazlığı və azlığı dramatik olaraq ağır nəticələrə səbəb
olur.
İnsanlar arasında ünsiyyət fəaliyyətinin reallaşmasının ən mühüm vasitəsi dildir. Dil vasitəsilə həyata
keçirilən ünsiyyət sözlü (verbal) ünsiyyət adlanır. Dil insanlar ara- sında ən mühüm ünsiyyət vasitəsi olsa da,
yeganə ünsiyyət vasitəsi deyildir. Nitq vasitə- silə əsaslanan ünsiyyət mülahizə, sual, cavab, replika və s. kimi
vasitələrlə həyata keçi- rilir. Bununla belə, ünsiyyətin qeyri – verbal vasitələri də mövcuddur. Bunların içərisin-
də təbəssüm, mimika, əl və bədənin ifadəli hərəkətləri, vokal mimikası və s. mühüm yer tutur. Bu vasitələr
həm ayrılıqda, həm də verbal ünsiyyətlə birgə ünsiyyət prosesin- də iştirak edir. Ünsiyyətin belə vasitələri
ekspressiv – mimik vasitələr adlanır. Ünsiyyət prosesində əşyavi – hərəki vasitələrində özünəməxsus yeri
vardır. Onların sırasına aşağıdakılar daxildir:
a) lokomotor və əşyavi hərəkətlər, poza
b) başqasına yaxınlaşma, uzaqlaşma, cəlbetmə və ya özündən kənaretmə, itələmə c) etiraz
Hər bir baxış və ya təbəssüm öz – özlüyündə deyil, ancaq kommunikativ funksiya daşıdıqda ünsiyyət
vasitəsinə çevrilir. Aşıq Ələsgərin “Düşdü” rədifli qoşmasında ünsiyyətin ekspressiv – mimik vasitələrinə aid
gözəl nümunələr vardır.
Ən ümumi şəkildə ünsiyyət situasiyasının iki əsas tipini fərqləndirmək mümküdür 1) birgə fəaliyyətdə
ünsiyyət ; 2) şəxsi ünsiyyət .
Ünsiyyət fəaliyyətlə ayrılmaz vəhdət təşkil edir və onun tərkib hissəsidir. Həm oyunda, həm təlimdə, həm
də əmək prosesində ünsiyyət fəaliyyətin qeyd olunan növlərinin ayrılmaz hissəsi kimi özünü göstərir. Adətən
fəaliyyəti S – O (subyekt - obyekt) , ünsiyyəti isə S – S (subyekt - subyekt) formulu ilə ifadə edilir.
Əslində isə ünsiyyətlə fəaliyyətin qarşılıqlı əlaqəsini düsturu ilə ifadə etmək doğru olardı.
Ünsiyyət prosesində tutaq ki, A adlı şəxs nə isə barəsində B adlı şəxsə nə isə barəsində məlumat verir. Bu
halda məlumat verən şəxs A - kommunikator, B-resipient adlanır.Müasir psixologiyada ünsiyyətin üç əsas tipi,
daha doğrusu cəhəti fərqləndirirlər:
1) kommunikativ 2) interaktiv 3) persektiv. Bu baxımdan ünsiyyət informasiya mübadiləsi vasitəsi rolunda
çıxış edir. Ünsiyyət qarşılıqlı təsir prosesi kimi özünü göstərir, ünsiyyət insanların bir – birini qavraması
vasitəsi rolunda çıxış edir.
Hər bir fəaliyyət subyekt və obyektinə və özünün məzmununa görə bir – birindən fərqlənir. Məhsuldar
əmək fəaliyyəti prosesində obyekt bizi əhatə edən maddi predmetlər, əşyalardır. Əmək fəaliyyəti məqsədə
yönəlmiş bir fəaliyyətdir: biz gili yandırır, ondan kərpic alırıq, bu kərpiclərdən ev tikirik, metalı dəzgahda
yonaraq onları detallara çeviririk.
9
Ünsiyyət fəaliyyətində obyekt başqa adamlardır: onların şüuru, motivlər sistemi, emosional aləmi, onların
yönəlişliyi (ustanovkaları) və sərvətləridir. Bu cəhətdən öz psixoloji məzmununa görə ünsiyyətin müxtəlif
növlərini fərqləndirmək mümkündür:
1)
Şəxsiyyətlərarası ünsiyyət
2)
Qrup ünsiyyəti
3)
Maddi ünsiyyət
4)
İşarə ünsiyyəti
Ünsiyyət hər hansı adama və ya başqa adamlara bu və ya digər münasibəti ifadə etmək tərzidir.
Artıq qeyd olunduğu kimi, nitq prosesi ünsiyyət fəaliyyətində mühüm yer tutur. Nitq insanın ünsiyyət üçün
dildən istifadə etməsi prosesidir. Lakin dildən istifadəyə əsaslanan hər cür proses nitq hesab edilə bilməz. Belə
ki, dilin köməyi ilə yadda- saxlamanı təşkil etmək və ya mürəkkəb fikri məsələni həll etmək mümkündür. Belə
hallarda fikri, mimik və s. fəaliyyətlərə daxil olan əməliyyat kimi nitq haqqında danışmaq doğru olardı. Dilin
nitq fəaliyyətindəki funksiyalarını daha dərin şəkildə linqivistika elmi öyrənir.
Nitq fəaliyyətinin aşağıdakı fazaları vardır:
İlkin bələdləşmə;
1) Planlaşdırma;
2) İcra;
3) Nəzarət;
Artıq xeyli vaxtır ki, nitq fəaliyyətinin həyata keçirilməsi mexanizmini öyrənməyə yönəlmiş qovuşuq fənn
– psixolinqivistika elmi inkişaf etməkdədir.
1861-ci ildə P.Broka müəyyən etmişdir ki, beyinin müəyyən sahəsinin (sol yarımkürənin alın
qırışlarının arxa üçdə biri) zədələnməsi zamanı insanlarda nitqin (tələffüzün) pozulması halı baş verir. Broka
müəyyən etmişdir ki, beyinin həmin sahəsi “sözlərin motor surətləri mərkəzidir”. Həmin surətlər məhs burada
lokallaşır. Bir qədər Vernike sol yarımkürələrin yuxarı gicgah qırışlarının arxa hissəsinin üçdə birinin
zədələnməsi zamanı insanda nitq anlamının pozulması halları baş verir. Onun fikrincə, burada “sözlərin sensor
surətləri”lokallaşır. Sonralar alimlər nitq mexanizmlərinin daha mürəkkəb və çox səviyyəli struktura malik
olması fikrinə gəldilər. N.İ.Jinkinin tədqiqatları sübut etdi ki, ifadə qurmaq üçün biz ilk növbədə xüsusi
kodların (əşyavi- təsviri kodların, təsəvvür və sxemlərin) köməyi ilə onun skeletini qururuq. Bundan sonra
planlaşdırma, nəhayət nitq səslərini seçmək və motor proqramdan onun səslərlə doldurmağa keçmək
mexanizmi işə başlayır.
Nitqin qavranılması bir növ qavranılan nitqin mərhələ - mərhələ məna koduna keçirilməsidir. Nitqin
anlaşılması bu cür keçirmə prosesinin yekun mərhələsidir.
Müasir psixoloji tədqiqatlarda insan beyninin lokal mərkəzlərinin zədələnməsi afaziyaya səbəb olduğu
sübut olnmuşdur. Afaziyalar yaralanma, şiş və digər üzvü pozulmalar nəticəsində yaranır. Bu sahədəki
tədiqatlarda rus psixoloqu A.R.Luriyanın xidmətləri olduqca böyük olmuşdur.
Afaziyanın bir neçə növü vardır:
Dinamik afaziya- cümlələrlə danışmaq bacarıqlarının pozulması. Onun iki
10
forması özünü göstərir:
1)
fikrin proqlaşdırılmasının pozulması;
2)
nitqin qrammatik – sintaktik təşkili mexanizmlərinin pozulması;
Efferent motor afaziya – ayrı – ayrı sözlər tələffüz edilsədə, ifadənin qrammatik quruluşunun
pozulmasıdır. Onda nitqin yaranma ardıcıllığının pozulması baş verir.
Afferent motor afaziya - nitq artikulyasiyasının aydınlıq dərəcəsinin pozulmasıdır. Bu zaman xəstə söz
yaratmaq üçün lazım olan səsləri seçməkdə çətinlik çəkir, lazımi səsi “tapa” bilmir.
Semantik afaziya – zamanı xəstə sözlər arasında semantik (məna) əlaqələrini tapmaqda çətinlik çəkir.
Məsələn, xəstə “ata” və “qardaş” sözlərini anlasada, “aatmın qardaşı” ifadəsinin mənasını anlaya bilmir.
Sensor afaziya – nitqin qavranılması üçün zəruri olan fonematik eşitmənin pozulmasında, daha doğrusu, sözün
səs tərkibinin pozulmasında özünü göstərir.
Nitq fəaliyyətinin daha ağır pozğunluqları şizofreniya xəstəliyi zamanı özünü göstərir. Nitqin bir sıra
əlamətlərə əsasən qruplaşdırılan çoxsaylı növləri vardır: 1) Mürəkkəblik dərəcəsinə görə:
Xor nitqi, ekoloji nitq ( sadə təkrarlama), adlandırma nitqi, kommunikativ nitq.
Kommunikativ nitqin aktiv və reaktiv olmaqla iki əsas növü fərqləndirilir. Kommunikativ aktiv nitqin ən tipik
forması monoloji (şifahi və yazılı) nitqdir. Kommunikativ reaktiv nitq forması isə dioloji nitq adlanır.
2)Planlaşdırmanın roluna görə: aktiv və reaktiv nitq.
3)
Sərbəstlik dərəcəsinə görə: monloji, dioloji.
4)
Eksteriorizasiya və interiorizasiyaya görə daxili və xarici nitq.
Yeni doğulan körpə nitqə malik deyil. Onun nitqi mənimsəməsi ən azı 1-1,5 il davam edir, 3 yaşında
əsasən başa çatır.
Rus psixoloqu A.N.Leontyev uşaqların nitqə yiyələnməsini üç əsas mərhələyə ayırmışdır.
1)
Nitqə qədərki mərhələ - 2 aylıqdan – 11 aylığa qədər olan dövr;
2)
Dilin ilkin mənimsənilməsi dövrü (11 aylıqdan 1 il 7 ayadək olan dövr)
3)
Dilin qrammatik quruluşunun mənimsənilməsi dövrü (1yaş 7 aylıqdan 3 yaşadək olan dövr)
3 yaşdan sonra uşağın nitqi əsaslı dəyişikliklərə uğramır, lüğət fondunun və qrammatik
konstruksiyaların mürəkkəbləşməsi baş verir.
Nitq inkişafında birinci mərhələ olan nitqəqədərki dövr şərti olaraq iki mərhələyə ayrılır:
1)
Qığıldama (təxminən 5 ayadək olan dövr)
2)
Ayrı – ayrı hecaları işlətmə (kəkələmə)
Altıncı aya yaxın uşaqların nitqində yalançı söz meydana gəlir. Belə sözlər sosial mahiyyət daşımır.
Jarqon xarakteri kəsb edir. Uşaqlar əşyaları müxtəlif sözlərlə adlandırır: maşın – “məhmi”, “dığın - dığın”,
kəpənək – “üjjə”, it – “ən”, konfet – “qaqa”, çörək – “apşı” və s.
Bir yaşdan sonra tədricən uşaqların nitqində aktiv lüğət fəal surətdə genişlənir. Bu dövr həm də
“sintakmatik fonetika” adlandırılan hadisə ilə müşayət olunur. Belə ki, sözün səs quruluşu tələffüz edilsədə,
eyni mövqedə dayanan səslər bir – birinə qarşı qoyulmur. Məsələn, uşaq “batareya” sözü əvəzinə “deeya”
sözünü işlədir. “Banan” “bamam” sözü kimi, “kitab” sözünü “tifat” kimi tələffüz edir.
11
İki yaş tamam olanadək uşaq cümlədəki sözləri əlaqələndirmək üçün heç bir qrammatik vasitələrdən
istifadə etmir, ona lazım olan sözləri sadəcə olaraq bir – birinin ardına düzür. Məsələn, uşaq “ata otur”, “ata
oturdu” deyir. Bu dövr “sintakmatik qrammatika” adlanır.
Böyük məktəbəqədər və kiçik məktəb yaşı dövründə uşağın nitqi nisbətən mürəkkəb qrammatik
konstruksiyaların meydana gəlməsi, cümlələrin mürəkkəbləşməsi və genişlənməsi, sinonim artımı, üslub
“hissinin” inkişafı ilə səciyyələnir.
Uşaq yaşı dövründə nitq funksiyalarının inkişafı mühüm problemlərdən biridir. O, əsaslı dəyişməyə
məruz qalıb. Uşaq nitqi əvvəlcə həddən artıq sitnativ (yaşlı uşağın nitqini o halda başa düşür ki, onun danışdığı
situasiyanın, eləcədə uşağın jestlərini, hərəkətlərini və mimikasını, intonasiyasını və s. nəzərə alsın) və sonra
mahiyyət etibarı ilə nitqdən kənar davranışdan ayrılmadan, yəni kontekstli olur, yəni konteksti bildikdə
aydınlaşır.
Uşaq nitqinin xüsusiyyətləri sırasında eqosentrik nitq (İ.Piaje) ,yəni uşağın özü üçün nitqin mövcudluğu
da sübut edilmişdir. Uşaq hər hansı işi təklikdə görərkən belə öz – özünə danışır. Bu nitq sonralar sosiallaşma
yoluna qədəm qoyaraq başqaları üçün nitqə çevrilir.
Qeyd olunduğu kimi dilin və nitqin insan həyatında çox mühüm rolu və əhəmiyyəti vardır. Dil əslində
gerçəkləşmiş şüurdur. Dilin həmin rolu onun və ya nitqin insanın ali psixi finksiyalarının fəaliyyətində
müstəsna əhəmiyyətə malikdir.
Dil təfəkkürlə sıx bağlıdır, lakin onlar arasında paralellik əlaqələri axtarmaq doğru olmazdı. Təfəkkür
öz təbiəti etibarı ilə dillə bağlıdır. Dil isə təfəkkür alətidir.
Dillə hafizə, qavrayış, təxəyyül və s. kimi psixi proseslər arasında da daxili məna əlaqələri və
asılılıqları mövcuddur. İnsanların qarşılıqlı şəxsiyyətlərarası münasibətləri də ünsiyyət üzərində qurulur və
onun vasitəsi ilə reallaşır. Ünsiyyət situasiyasında ən azı iki nəfərin iştirak etməsi faktının özü də insanlar
arasındakı qarşılıqlı münasibətlərin olmasını təsvir edir. Şəxsiyyətlərarası qarşılıqlı münasibətlər ünsiyyət
vasitəsi ilə həyata keçdiyi kimi, həm də onun vasitəsi ilə formalaşır. İnsanlar arasında qarşılıqlı münasibət
müxtəlifdir. Funksional baxımdan onların aşağıdakı tipləri fərqləndirilir:
a)
formal, (və ya rəsmi);
b)
qeyri – formal (və ya qeyri – rəsmi);
Formal qarşılıqlı münasibətlər hər bir fərdin müfaviq konkret qrupda onun rəsmi statusu (mövqeyi) ilə
şərtlənən münasibətlərin məcmuyudur. Belə münasibətlər müəyyən qaydada tənzim edilən işgüzar
münasibətlərdə ifadə olunur. Rəsmi münasibətlər səviyyəsində kollektiv üzvləri arasında fəaliyyətin məzmunu
və təşkilat vasitələrinə uyğun olaraq funksional – struktur asılılıq, məsul asılılıq münasibətləri sistemi bərqərar
olur.
Məktəbdə “direktor – müəllim”, “müəllim – müəllim”, tipli münasibətlər formal qarşılıqlı
münasibətlərə misal ola bilər. Onlar arasındakı qarşılıqlı münasibətlər rəsmi xarakter daşıyır və müvafiq
inzibati – hüquqi qaydalarla tənzim olunur.
Bununla belə, sosial qruplarda insanlar arasında formal qarşılıqlı münasibətlərlə yanaşı, qeyri – formal
münasibətlər də əmələ gəlir.
12
Məsələn, tutaq ki, hər hansı bir məktəbdə 80 nəfər müəllim işləyir. Onlar arasındakı bütün münasibətləri
heç də formal (rəsmi) münasibətlər kimi nəzərdən keçirmək olmaz. Onların hər biri kiçik qruplar (3-5 nəfərlik)
şəklində bir – birləri ilə yaxınlıq edir, ad günündə, asudə vaxtlarını birgə keçirərkən bir yerdə olurlar, xəstə
olarkən bir – birlərinə baş çəkir, yaxın ailəvi dostluq edirlər.
Formal qarşılıqlı münasibətlərlə yanaşı sosial qruplarda qeyri – formal qarşılıqlı münasibətlərdə mövcud
olur. Belə münasibətlər ictimai funksiyanı deyil, şəxsi münasibətləri əks etdirir. Qeyri – formal qarşılıqlı
münasibətlər heç kim tərəfindən müəyyən edilmir, psixoloji cəhətdən əlverişli şərait olduqda öz – özünə
yaranır. Belə münasibətlər qrup və kollektivdə psixoloji iqlimi yaradır. Belə münasibətlər şəxsiyyətlərarası
simpatik və asimpatik münasibətlərin yaranması ilə müşayət olunur. Belə münasibətlərə bütövlükdə dostluq,
yoldaşlıq, sevgi, məhəbbət və ya əksinə, nifrət, düşmənçilik, rəqabət, paxıllıq və s. aid edilir. Ünsiyyət
mədəniyyəti şəxsiyyətlərarası münasibətlərin qurulmasında mühüm şərtdir. Nəzakətlilik, təmkinlilik,
səmimiyyət, mehribançılıq, başqalarının fikirlərinə hörmətlə yanaşmaq, başqasının sevinc və kədərini anlamaq,
dərdinə şərik olmaq və s. ünsiyyət mədəniyyətinin əsasıdır.
İnsanlar arasında qarşılıqlı münasibətlər zəminində formalaşan ünsiyyət prosesində bir sıra çətinliklər
müşahidə olunur. Bunlara kommunikativ çətinliklər deyilir.
Müxtəlif sosial qruplara mənsub olan adamlar arasında sosial, dini, peşə və s. fərqləri kəskin şəkildə
özünü göstərdikdə, onlar situasiyanın eyni dərəcədə dərk edib qiymətləndirə bilmir, anlayışları müxtəlif
mənalarda işlədir, hadisələrə fərqli mövqedən yanaşır. Şübhəsiz ki, belə əncəllərin olması heç də
kommunikasiya prosesinin dayanması demək deyildir. Hətta hərbi düşmənlər arasında belə, danışıqlar mümkün
olur.
Kommunikativ manelərin yaranmasının səbəbləri içərisində utancaqlıq, qaraqabaqlıq, qapalılıq və s.
ibarətdir.
Sosial psixologiyada kommunikativ manelərin yaranması ünsiyyət çətinliklərinin əsas səbəbidir. Onların
aradan qaldırılması üçün bir sıra materiallardan istifadə olunur. Bunlardan biri sosial – psixoloji treninqlərdən
ibarətdir. Treninq – ingiliscə “öyrənmək”, “hazırlamaq”, “məşq etmək” deməkdir. Bu cür treninq “T qruplar”
adlanır. Bu metod ilk dəfə amerikan psixoloqu və psixiatrı K.Rocers tərəfindən 1947-ci ildə tətbiq edilib.
Treninq qruplar vasitəsilə müxtəlif peşə sahiblərində - rəhbər işçilərdə, pedaqoqlarda, tibb işçilərində,
idman məşqçilərində və s. xüsusi kommunikativ vərdişlər aşılanır.
Sosail – psixoloji treninqlərdən daha çox humanistik psixologiyadageniş tətbiq edilir.
Müasir psixologiyada ər –arvad konfliktlərinin övlad–valideyn münasibətlərində yaranan konfliktlərinin
aradan qaldırılmasında, “çətin” yeniyetmələr arasındakı münasibətlərin yaxşılaşdırılmasında “T”qrup
materiallarından geniş istifadə olunur.
İnsanların bir-birinə qavramaları və qiymətləndirmələrində kauzal atribusiya vacib rol oynayır. Kauzal
atribusiya şəxsiyyətlərarası qavrayış, davranışın motivləri və səbəblərini müəyyənləşdirir. Kauzal atribusiya
prosesində insanların bir-birini anlamalarına təsir göstərən aşağıdakı qanunauyğunluqlar mövcuddur:
1.
Tez-tez təkrar olunan hadisələrin adətən əvvəlcədən mümkün səbəb kimi nəzərə alınması.
13
2.
Əgər qeyri-adi hadisə baş verir və insan əvvəllərdə ona bənzər hadisələrlə üzıəşibsə, real
vəziyyətdə keçmiş təcrübəni nəzərə alır.
3.
Müxtəlif, fərli variantların seçilməsi mümükn olduqda və ya ehtimal edildikdə, hər kəs özünə
sərf edən varianta üstünlük verir.
Psixoloji ədəbiyyatda intim sözü dərin şəxsi, məhrəm, ruhi yaxınlıq mənasında işlədilir. Buna
görə də hər hansı insani münasibətlər, o cümlədən gizli mənfi münasibətlər də intim münasibətlər hesab
edilir. Məsələn, düşmənçilik, dərin məna kəsb edən tənhalığın özü də intim münasibətlərə daxildir.
Çünki insan bu “sirləri” başqalarına etibar etmir, güzli saxlayır. Müasir dövrdə insan həyatı elədir ki,
müsbət qarşılıqlı münasibətlərlə yanaşı, elə o qədər də mənfi qarşılıqlı münasibətlərlə yanaşı, elə o qədər
də mənfi münasibətlər mövcuddur.
Dostları ilə paylaş: |