Dosent S. Z. İSayev dosent S. Z



Yüklə 436,26 Kb.
səhifə4/4
tarix21.06.2018
ölçüsü436,26 Kb.
#50206
1   2   3   4

Tədiyyə balansının əsas bölmələrindən biri də kapitalın və  investisiyaların hərəkəti balansıdır. İqtisadi artımın stimullaşdırılması baxımından bu investisiyaların çox hissəsinin birbaşa formada olması müsbət haldır. Lakin bu investisiyaların strukturunda neft‐qaz sektorunun xüsusi çəkisinin 90 faizdən çox hissəni təşkil etməsi tədiyyə  balansının digər bölmələrində  olduğu kimi bu bölməsində də  neft asılılığının yüksək olduğunu göstərməkdədir. Azərbaycan Respublikasının tədiyyə balansını optimal səviyyəyə gətirmək üçün aşağıdakıların həyata keçirilməsi məqsədə müvafiq olardı:

1)  İstehsal təyinatlı məhsulların idxalı artırılmalı, ixrac yönümlü sahələr üçün dövlət stimullaşdırma tədbirləri daha da intensiv xarakter daşımalıdır.

2)  İdxal‐ixrac  əməliyyatlarında barter hesablaşmalarının xüsusi çəkisi azaldılmalı, valyuta ilə  aparılan  əməliyyatlara üstünlük verilməlidir.

3) Dövlət Gömrük Komitəsi və Dövlət Statistika Komitəsi tərəfindən gömrük yük bəyannamələrinin doldurulması və işlənib hazırlanmasında tədiyyə  balansının tərtibi baxımından şəffaflığa və beynəlxalq standartlara  əməl edilməsi məqsədəuyğun olardı.

4)Ölkənin daxili iqtisadi siyasəti ilə xarici iqtisadi siyasəti sistem  şəklində  ələ  alınmalı, pərakəndəliyə  yol verilməməlidir.

2.2 İqtisadi təhlükəsizlik fonunda davamlı iqtisadi inkişaf və onun

təmini mexanizmləri

Bildiyimiz kimi iqtisadiyyatın uzunmüddətli dava edən inkişaf tendensiyasına malik dövlətlər eyni zamanda həmin inkişafa təhdid hesab oluna biləcək hadisə və proseslərdən ölkəni qorunması mexanizmini formalaşdırırlarş Təbii ki bu mexanizmlər iqtisadi xarakter daşımalıdır ki, iqtisadi inkişafa mane olmasın. Haqqında söz etdiyimiz bu tədbirlər sisitemi özü iqtisadi təhlükəsizlik adı altında birləşir və vahid bir məqsədə xidmət edir. İqtisadi təhlükəsizlik nöqteyi nəzərindən bir çox tədbirlət görülür ki, bunlardan biri də iqtisadiyyatda davamlı inkişafı təmin edə bilməkdi. Qloballaşma şəraitində bu zərurət özünü daha qabarıq göstərməkdədir. Davamlı inkişaf konsepsiyasının əsas hədəfi yoxsulluqla mübarizədir ki, bu konsepsiyanın əsas məqsədi ölkə əhalisinin normal həyat fəaliyyətinin təmin olunması üçün lazım olan bütün resurslara minimum tələbatların ödənilməsi, habelə bu resursların dünya əhalisi səviyyəsində bərabər (ədalətli) bölüşdürülməsidir. Ümumiyyətlə isə davamlı inkişaf konsepsiyası məhz iqtisadi inkişaf modelinin dəyişilməsi problemləri, sosial siyasətin daha da yaxşılaşdırılması, o cümlədən dünyanın demoqrafiq vəziyyətindəki dəyişiklikləri və s. ilə əhatə olunmuş çoxşaxəli xarakter daşıyır. Əlbəttə ki, davamlı inkişaf səviyyəsini, o cümlədən insan sivilizasiyasını müəyyən edən əsas meyarlardan biri də ətraf aləmin mühafizəsidir. Buna görə ki, davamlı inkişaf məfhumunun mahiyyətinin öyrənilməsi sahəsində aparılan tədqiqatlar göstərir ki, davamlı inkişafın təmin olunması ekosistemlə, habelə təbii resurslardan istifadə ilə və b. ekoloji amillərlə sıx şəkildə əlaqədardır.

Tədqiqatçılar sırasında "davamlı inkişaf" anlayışının mənasının açılışının verilməsinin geniş müzakirəsi mövcuddur. Müxtəlif ədəbiyyatlarda davamlı inkişafın əksərən fəlsəfi xarakterə sahib olduğu vurğulansa da, bununla yanaşı onun iqtisadi izahına da rast gəlmək mümkündür. Davamlı inkişaf anlayışının iqtisadi izahı daha çox bununla əlaqədardır ki, ümumi kapital (insan və təbii kapital, habelə insanlar tərəfindən yaradılan və eləcə də sosial kapital) azalmadan bir nəsildən başqasına ötürülür. Beləliklə də, araşdırmalardan görünür ki, davamlı inkişaf yaxud davamlı iqtisadi inkişafın ən əsas səciyyəvi xüsusiyyətləri aşağıdakılardır:

- zaman ötdükcə, səmərəlilik və tələbat azalmır;

- bütün resurslardan elə istifadə edilir ki, zaman ötdükcə, sənaye istehsalının imkanları azalmır;

- təbii resurslar zaman ötdükcə, azalmır;

- resursların istifadəsindən qazanılan gəlirlər zaman ötdükcə, azalmır;

- zaman ötdükcə, ekosistemin stabilliyinin ən aşağı şərtləri təmin olunur.

Davamlı inkişafın bu formada təyinatı nəsillərarası, habelə bir nəsildə qarşıya qoyulmuş inkişaf mərhələsinə çatmaq məqsədilə resursların ədalətli şəkildə bölgüsünü nəzərdə tutur. Həmçinin, davamlılıq tələblərinə uyğun olaraq, iqtisadi, eləcə də sosial inkişaf tədbirləri əsas iqtisadi fəaliyyətin neqativ təsirlərinin getdikcə azaldılmasına xidmət etməklə yanaşı gələcək fəaliyyət üçün də heç bir çətinlik törətməməlidir. Əgər indiki nəslin iqtisadi fəaliyyəti gələcək nəslə, o cümlədən onun fəaliyyətinə hər hansı bir formada zərər vurarsa (məsələn, bərpaedilməyən ehtiyatlardan israfçılıqla istifadə edilməsi), bu zaman zərəri tam şəkildə kompensasiya etmək lazımdır.

Ümumiyyətlə XXI əsrin ilk illərinə olan məlumata görə, yoxsulluq dünya dövlətlərinin 2/3 hissəsini əhatə edən problem olmuşdur. ümumilikdə dünyada 1,2 milyarda yaxın insan yoxsulluqdan əziyyət çəkir, təqribən 2 milyard insanın gündəlik gəliri isə bir dollardan aşağıdır. Təbii ki, bütün bunlar dünya ölkələri üzrə gəlirlərin ədalətsiz bölgüsü ilə bağlıdır. Ona görə də, hazırda əksər dünya dövlətlərinin başlıca məqsədi olan davamlı inkişafa keçidin də əsas tələbi, məhz gəlirlərin ədalətli bölgüsünə nail olmaqdır. Statistik məlumatlardan aydın olur ki, dünya üzrə cəmi gəlirlərin 65 faizi Şimali Amerika, Qərbi Avropa ölkələri və Yaponiyanın payına düşür. Eyni konteksdən Azərbaycan Respublikasındakı vəziyyəti nəzərdən keçirdikdə məlum olur ki, ümumdaxili məhsulun qeyri-bərabər bölgüsü burada da mövcuddur və bu daha çox ictimai formasiyanın dəyişməsi ilə bağlıdır. Belə ki, müstəqilliyin ilk illərində son dərəcə qeyri-sabit, xaotik ictimai-siyasi və sosial-iqtisadi vəziyyət çoxsaylı problemlərlə məşğul olmağa imkan vermirdi. Məhz bu səbəbdən də, 1991-1994-cü illərdə əhalinin ağır olan həyat səviyyəsi, təqribən 3,7-4 dəfə aşağı düşdü. Respublikada əhalinin maddi və mənəvi tələbatının ödənilməsi səviyyəsinin müqayisəli təhlili göstərir ki, həm müxtəlif əhali kateqoriyaları, həm də ayrı-ayrı regionlar üzrə sosial-iqtisadi durum arasında kəskin disproporsiyalar mövcuddur. Bu isə yuxarıda qeyd olunduğu kimi, ümumdaxili məhsulun bölgü sisteminin yetkin olmaması ilə şərtlənən qeyri-harmonik (tarazlaşdırılmamış) inkişafın bariz nəticəsi idi. Təbii ki, zəngin yeraltı və yerüstü sərvətlərə malik olan Azərbaycanda belə vəziyyət uzun sürə bilməzdi və bütün bunlar təxirəsalınmadan genişmiqyaslı sosial-iqtisadi islahatlara başlanmasını zərurətə çevirmişdir. Məhz bu səbəbdəndir ki, 1994-cü ildən başlayaraq, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda əsas məqsədi ölkədə yoxsulluğun azaldılması və davamlı inkişafın təmin edilməsi olan çoxşaxəli islahatlar həyata keçirilməyə başladı.

Ümumiyyətlə XX əsrin 90-cı illərindən etibarən yoxsulluq və onun azaldılması dünyada ümumbəşəri bir problemə çevrilməklə, cəmiyyəti daha çox narahat etməyə başlamışdır. Ona görə ki, dünyanın bir çox ölkələrində yoxsulluq həddinin yüksək olması müəyyən yoluxucu xəstəliklərin və cəmiyyətin inkişafına mane olan digər halların yaranmasına səbəb olur. Bu səbəbdən də, inkişaf etmiş dünya dövlətləri 1992-ci il tarixində Rio-de-Janeyro şəhərində təşkil edilmiş ətraf mühit və inkişaf üzrə keçirilən ümumdünya Sammitində yoxsulluğun azaldılması probleminə xüsusi diqqətlə yanaşaraq, onu davamlı iqtisadi inkişafın həlledici amili və əsas məqsədi hesab etmişlər. Bu isə davamlı inkişafın təmin edilməsi və yoxsulluğun azaldılması promlemlərinin bir-biri ilə sıx bağlı olduğunu bir daha sübut edir. Belə ki, Rio Sammitində qəbul edilmiş "XXİ ərin Gündəliyi" sənədində sosial, iqtisadi və ekoloji davamlı inkişafa nail olmaq üçün yoxsulluqun azaldılması zərurəti xususi qeyd edilmişdir. Eyni zamanda, davamlı inkişafın təmin edilməsi də yoxsulluğun aradan qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Müasir dünyaya sürətli inteqrasiya edən, daimi beynəlxalq sənədlərin tələblərinə hörmətlə yanaşan və mütəmadi olaraq beynəlxalq təcrübədən yararlanan Azərbaycan Respublikasında da yoxsulluqla mübarizə iqtisadi islahatların əsas məqsədinə çevrilmişdir. Yoxsulluğun azaldılması istiqamətində görülən tədbirlər öz müsbət nəticələrini verməkdədi. İqtisadiyyatın diversifikasiyası ilə əlaqədar nəzərdə tutulmuş tədbirlərin bir-birilə sistemli, eləcə də ardıcıl reallaşdırılması üçün dövlət başçısının bu sahədə müvafiq fərman və sərəncamları vasitəsilə "Azərbaycan Respublikası iqtisadi rayonlarının 2009-2013-cü illər üçün sosial-iqtisadi inkişafı Dövlət Proqramı", o cümlədən "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun səviyyəsinin azaldılması, habelə davamlı inkişaf Dövlət Proqramı", həmçinin "2008-2015-ci illərdə Azərbaycan Respublikasında ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı şəkildə təminatına dair Dövlət Proqramı" və digər sahəvi inkişaf proqramlarının qəbul edilməsi bu məqsədə xidmət edir. Ölkənin iqtisadi rayonlarında mövcud olan iqtisadi potensialdan bütöv və səmərəli şəkildə istifadə edilməsini, sosial-iqtisadi vəziyyətin daha da yaxşılaşdırılmasını və iqtisadiyyatın balanslı inkişafının təmini məqsədilə icra olunan dövlət proqramları dövlətin iqtisadi inkişafa nail olmaq üçün həyata keçirdiyi tədbirlər planının bir hissəsidir. Bütün beynəlxalq sənədlərdə yoxsulluğun azaldılması irəli sürülərkən davamlı inkişafın sosial-iqtisadi təlimatı nəzərdə tutulur. Belə ki, cəmiyyətin layiqli və davamlı həyat səviyyəsinin təmin edilməsi ölkədə yoxsulluğun azaldılması və tamamilə ləğv edilməsi ilə əlaqədardır. Beləliklə, yoxsulluğun aradan qaldırılması geniş məna kəsb edir və çoxcəhətli sosial problemlərin həll edilməsindən asılıdır. Bu baxımdan da, yoxsulluğun azaldılması dedikdə, əhalinin istehsal ehtiyatlarından o cümlədən, torpaq və su ehtiyatlarından normal səviyyədə istifadə etməsi, məşğulluğun səmərəli təmini, maddi rifaha nail olunması, müasir səviyyədə təhsil alması, səhiyyə xidmətindən normal istifadə etməsi, kommunal və məişət xidmətlərinə olan ehtiyacın ödənilməsi, sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi və s. problemlərin həlli nəzərdə tutulur.

Yuxarıda qeyd olunduğu kimi, davamlı inkişafın təmin edilməsi, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması və yoxsulluğun azaldılması bir-birini tamamlayan ayrılmaz proseslərdir. Bütün bunları istər davamlı inkişafa, istərsə də yoxsulluğun azaldılmasına dair qəbul edilən beynəlxalq sənədlər də təsdiq edir.Əksər mənbələrdə davamlı inkişafa nail olmaq üçün şəxsiyyətin toxunulmazlığı, insanların təmiz su, sanitariya, müvafiq mənzil, enerji, tibbi xidmət və s. əsas tələbatlarının ödənilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, biomüxtəlifliyin müdafiəsi və daha səmərəli müasir texnologiyaların tətbiqi davamlı inkişafın əsas göstəriciləri kimi qeyd olunur.

Hazırda əksər dünya dövlətlərinin üzləşdiyi ən böyük qlobal məsələ olan yoxsulluğun aradan qaldırılması, inkişaf etməkdə olan ölkələr üçün vacib tələb olmaqla yanaşı, həm də davamlı inkişafın təmin edilməsi üçün zəruri şərtdir

Dünya təcrübəsi göstərir ki, sağlam milli iqtisadiyyatın formalaşması və onun qlobal dünya iqtisadi proseslərinə uyğunlaşmasının ən mühüm şərtlərindən biri də keçid mərhələsində investisiya-yığım və iqtisadi artım problemlərinin qarşılıqlı əlaqə və asılılıqda uzlaşdırılmış formada həll edilməsidir. Məlumdur ki, ikişaf etməkdə və keçid mərhələsində olan ölkələrdən fərqli olaraq postsənaye amillərinin kəmiyyəti ilə alınan son nəticə arasında birbaşa əlaqə müşahidə olunur. Həm də postsənaye ölkələrində istehsal olunnan əmtəə və xidmətlər tam rəqabət qabiliyyətli olduğuna görə yaradılan maddi nemətlər tam mənada iqtisadi tərəqqinin göstəricisi funksiyasını yerinə yetirir. Maddi istehsalın inkişafı bu gün ABŞ kimi ölkələrdə elə bir inkişaf səviyyəsinə çatmışdır ki, onun gələcək inkişafı ehtiyatları əsasən xidmət siferasındadır. Onu da qeyd edək ki, daha yüksək inkişafı biliklər və informasiya bölməsinin inkişafı ilə bağlıdır. Azərbaycanda bu gün belə bir inkişaf yoluna keçmək üçün onun nə maddi- texniki, nə də informasiya bilik bazası vardır. Ən başlıcası isə Azərbaycan bütün bunları həyata keçirmək üçün kifayət qədər investisiya və yığım imkanlarına malik deyildir. Lakin bu mütərəqqi meyllərin Azərbaycanda gec-tez belə bir inkişaf yoluna qədəm qoyacağı mümkündür. Belə ki, müstəqil Azərbaycan Respublikasının ümumi inkişaf istiqamətləri barədə inkişaf strategiyasının reallaşması üçün əvvəlki illərə nisbətən daha əlverişli şərait yaranmışdır. Bununla əlaqədar olaraq Azərbaycanın inkişafı strategiyasına əsaslanaraq yaşadığımız dövrün hər bir mərhələsi üçün vəzifələrin konkretləşdirilməsi, strategiya ilə taktikanın harmoniyasının təmin edilməsi vacib məsələdir.

“Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair” 24 noyabr 2003-cü il tarixli fərman ölkənin iqtisadi inkişafının bərabər sahələr üzrə təmin edilməsinə, həmçinin də iqtisadi təhlükəsizliyin təmin edilməsi prosesinin kütləvi xarakter almasına zəmin yaratdı. Bu fərman qarşıdakı bir neçə illər ərzində ölkəmizin sosial-iqtisadi inkişafının dinamikliyinə , iqtisadiyyatın keyfiyyətli inkişafına zəmin yaradır.

Qloballaşan dünyanın inkişafının müasir mərhələsində beynəlxalq aləmdə yeni qaydalar, standartlar, paradiqmalar formalaşır ki, bu da yeni təşəkkül tapan dünya strukturunda respublikamızın yeri və rolu, onun geosiyası, geoiqtisadi mövqeyi, hər şeydən əvvəl, onun zəngin neft-qaz yataqları və coğrafi mövqeyi ilə bağlı tranzit- nəqliyyat imkanları ilə müəyyən edilir. Ölkənin iqtisadi inkişaf knsepsiyasının praktiki baxımdan səmərəli reallaşdırılması həlledici dərəcədə fərqlənən inkişaf modelində ölkədaxili amillərlə yanaşı, bazara transformasiya şəraitində qloballaşan dünyamızda baş verən proseslərlə də əlaqələndirilməlidir.

2.3 İqtisadi təhlükəsizlik baxımından iqtisadiyyatın struktur elementləri

və onların fəaliyyətində hüquqi mexanizmlər

İqtisadi təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsi ölkənin milli iqtisadi təhlükəsizliyi anlayışının elə bir vəziyyətinin şərhinə əsaslanır ki, burada köklü dövlətçilik maraqlarına və ölkənin mövcudluğuna qarşı yönələn təhlükənin aradan qaldırılması, yaxud neytrallaşdırılması təmin olunur. O cümlədən, daxili və xarici səbəblərdən bu cür təhlükələr cəmiyyətin həyatının çoc müxtəlif sahələrində, habelə sferalarında özünü göstərə bilər. İqtisadiyyatın təhlükəsizliyinin prioritetlərinin müəyyənləşdirilməsi siyasi konyukturun maraqlarından, ideoloji təsəvvürlərdən, siyasi spekulyasiyalardan təcrid olmalıdır. Çünki bu məsələlər real problemlərin kəskinliyi, onların ölkənin mövcudluğu üçün əhəmiyyətini əks etdirməli, dövlətin iqtisadi siyasətində onların yerini əsaslandırmalıdır. Bu zaman sözü gedən prioritetlərin iqtisadi inkişafın bütün sferalarını əhatə etməsi vacib deyil.

İqtisadi təhlükəsizliyin təmin edilməsi baxımından struktur elementlərindən iqtisadi inkişafın və rəqabətliliyin yüksəldilməsi məqsədilə şəraitin yaradılması sahəsində bütöv tədbirlər sistemi və xüsusi olaraq aşağıda sadalananlar tələb olunur :

1.dövlətin ümumi mövqeyindən qarşıya qoyulan struktur siyasətinin, eləcə də milli iqtisadiyyatın prioritetlərinin müəyyənləşdirilməsi;

2. iqtisadiyyatda orta və kiçik müəssisələrin sayının nəzərə çarpacaq dərəcədə artırılması;

3. Ölkə əhalisindən yığımların stimullaşdırılması, o cümlədən investisiya layihələrinin həyata keçirilməsi məqsədi ilə vəsaitlərin toplanması, habelə yığım vasitəsi kimi iqtisadiyyatın qiymətli kağızlar bazarının daha da inkişaf etdirilməsi

4. maliyyə-bank sistemi idarələri,o cümlədən ticarət və sənaye və kənd təsərrüfatı sahələri rentabelliyi arasındakı fərqin və uyğunsuzluğun azaldılması.

Çağdaş dünyamızda iqtisadi təhlükəsizliyin təminindən də vacib, onun təhlili ən aktual problem olaraq qalır. Odur ki, hər bir cəmiyyətdə milli iqtisadi təhlükəsizlik strategiyası hazırlanarkən əsas iqtisadi təhlükə amillərinin müəyyən edilməsi və qiymətləndirilməsi tələb olunur. Bu da öz növbəsində xüsusi qabiliyyət və iqtisadi təhlükəsizlik probleminin dəqiq təhlilini, habelə onun spesifik xüsusiyyətlərinin tədqiq edilməsini tələb edir. Hər bir problemdən danışarkən ilk növbədə onun səbəb amillərinə diqqət yetirmək zərurəti yaranır. Praktikada da, bu belədir, hər hansı problem həll edilməzdən öncə onun səbəb amilləri tədqiq edilir. Həmin amillərin perspektiv dəyişiklik ehtimalları öyrənilir və proqnozlar hazırlanır. Məlumdur ki, maliyyə təhlükəsizlik iqtisadi təhlükədən sığortalanmaqdır. Bəs hansı hallar dövlət və ya sahibkarlıq üçün iqtisadi təhlükə hesab edilə bilər. Bir qayda olaraq aşağıdakı halların baş verməsi dövlət-cəmiyyət üçün iqtisadi təhlükə amili hesab olunur:

- ölkədəki geniş təkrar istehsalın tələb olunan səviyyədə olmaması, bunun nəticəsində daxili tələbatın get-gedə xaricdəki istehsalın nətiçələri hesabına qarşılanması;

- ölkə əhalisinin həyat səviyyəsinin aşağı düşməsi, işsizlər ordusunun və yoxsulların təbəqəsinin əmələ gəlməsi;

- ölkənin xarici ticarət dövriyyəsində tarazlığın pozulması, idxal üçün geniş imkanların əmələ gəlməsi;

- yoxsulluğun və dövlət nəzarətinin zəifləməsi nəticəsində iqtisadi cinayətkarlığın ümumi hala çevrilməsi;

- iqtisadiyatın strukuturunda sahələrarası balansın pozulması ilə ölkə iqtisadiyyatının birtərəfli formada inkişafı;

- investisiya siyasətinin lazımi tələblərə cavab verməməsi nəticəsində ölkə iqtisadiyatına xarici investorların mövcud nəzarətinin limitləri keçməsi;

- hökumətin apardığı pul-kredit siyasətinin qeyri-mükəmməlliyinin nəticəsi olaraq normadan yüksək investisiya təhlükəsinin reallaşması;

- Dövlətin pul-kredit siyasətinin qeyri-qənaətbəxşliyi sayəsində maliyyə piramidalarının fəaliyyəti üçün getdikcə geniş imkanların açılması;

- Ölkədə ərzaq məhsulları istehsalının tənəzzülü nəticəsində buna tələb olaraq tələbatın idxal hesabına qarşılanması;

- dövlət ehtiyat fondlarının yetərli səviyədə olmaması;

- dövlətin strateji iqtisadi sahələrdən əldə etdiyi gəlirin optimal, habelə lazımi ünvanlara düzgün şəkildə xərglənməməsi;

- struktur islahatlarının lazımi səviyyədə aparılmaması, bunun nəticəsi olaraq milli iqtisadiyyatın strukturunda tarazlığın pozulması və b. Bütün bu qeyd olunanlar dövlətin iqtisadi stabilliyin pohulmasına, ölkə əhalinin həyat səviyyəsinin kəskin şəkildə enməsinə, həmçinin maliyyə böhranına (inflyasiya və s.) və başqa xoşagəlməz ağır nəticələrə gətirib çıxara bilər.

Yuxarıda sadalanan bütün bu təhdidlərə qarşı dövlət xüsusi tədbirlər paketi hazırlayır və tədbirlər paketi dünyada baş verən ölkə iqtisadiyyatına təhdid hesab oluna biləcək bütün mümkün neqativləri nəzərə alır. Belə ki, iqtisadi təhülkəsizliyin başlıca təminatı kimi iqtisadiyyatın davamlı inkişaf probleminin çözülməsidir. Bu sahədə görülən tədbirlərin əsas hissəsi Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin üzərinə düşür. Çünki qlobal dünyada baş verən böhranlar, eləcə də dünyada son zamanlar kəskin enməkdə olan neftin qiyməti neft ölkəsi kimi tanın Azərbaycan Respublikasının iqtisadiyyatına əsas təhlükə hesab edilə bilər. Bu məqsədlə ölkənin qeyri-neft sektorunun inkişafına diqqət yönəldilir. Sənaye sahələrinin inkişafı , kənd təsərrüfatı sahələrinin modernləşdirilməsi hazırda ölkəmiz qarşısında prioritet məsələdir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycan Respublikasının iqtisadi siyasətini, iqtisadi və sosial proqnozlarını işləyib hazırlayan, iqtisadiyyatın ayrı-ayrı sahələrinin, eləcə də sənayenin inkişafı, ölkə iqtisadiyyatında struktur, habelə innovasiya, investisiya fəaliyyəti, investisiyaların cəlb olunması, qoyulması və təşviqi, sahibkarlığın inkişafı və sahibkarlığa dövlət dəstəyi, eləcə də rəqabətin qorunması, inkişafı və təşviqi, haqsız rəqabətin aradan qaldırılması ilə istehlakçıların hüquqlarının qorunması, daxili ticarət, xarici iqtisadi və ticarət əlaqələri, həmçinin regionların sosial-iqtisadi inkişafı və mənzil-kommunal təsərrüfatı sahələrində (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini, o cümlədən tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olmaqla bugünki gündə daha çıx ölkənin iqtisadi təhlükəsizliyi və davamlı inkişafı, iqtisadi maraqlarının qorunması istiqamətində tədbirlərin hazırlanmasını və həyata keçirilməsini aidiyyəti dövlət orqanları ilə birlikdə təmin edir.

İqtisadi təhlükəsizliyin təmin edilməsində dövlət siyasətinin əsas hissəsini təmin edən digər struktur vahid Azərbaycan Respublikası Maliyyə Nazirliyi Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 09 fevral tarixli 48 nömrəi Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir. 


Həmin Fərmanla Nazirliyin strukturu və onun strukturuna daxil olan yerli bölmələri və tabeliyində olan digər qurumlar Nazirliyin vahid sistemini təşkil edir. Bu adını sadaladığımız dövlət orqanları ümumilikdə dövlətin iqtisadi maraqlarına xidmət etməklə Azərbaycan Respublikasının makro-iqtisadi sabitliyini təmin etmək istiqamətində fəaliyyət göstərirlər.

Azərbaycan Respublikasında dövlət iqtisadiyyatın texnoloji proseslərinə qarışmır. O iqtisadi inkişafa hüquqi baza yaratmaqla mülkiyyətə antiinhisar, büdcə vergi, pul-kredit münasibətlərinə aid, habelə istehlakçıların hüquqlarını müdafiə edən qanunlar qəbul etməklə və müəyyən olunmuş qaydalar və prinsiplərə əməl olunmasını təmin etməklə stimullaşdırır. İqtisadiyyatın liberallaşdırılması, iqtisadi subyetklərin maliyyə təsərrüfat fəaliyyətini sərbəst icra etmələri bəzi hallarda qanun pozuntularına, sui-istifadə hallarına və korrupsiyaya əlverişli şərait yaradır. Bu meyllərə qarşı mübarizənin səmərəliliyini artırmaq məqsədilə dövlət daim öz mövcud qanunvericilik bazasını yeniləyir və çatışmazlıqların aradan qaldırılması yönündə tədbirlər görür. Bu gün Azərbaycan dövlətinin iqtisadi təhlükəsizlik fonunda davamlı iqitsadi inkişafı təmin etmək məqsədilə zəruri olan şərtlər kifayət qədərdir. Belə ki, Azərbaycanda olan aktivlərinin təqribən yarısına qədəri dövlətin sərəncamındadır. ÜDM gəlirlərinin 30% qədərini dövlət idarə edir. Dövlətin iqtisadiyyatın inkişafında rolunun xüsusi çəkisi, dövlət büdcəsinin gəlirləri və xərclərinin ÜDM-ə nisbəti ilə müəyyən edilməməlidir. Bu sadalananlar mühüm göstəricilər olsa da, iqtisadiyyatın inkişafında, o cümlədən dövlətin iqtisadi təhlükəsizliyinin təmin edilməsində dövlət və dövlət strukturlarının rolunun aşağıdakı klassik funksiyaları vardır:

- mülkiyyət hüququnun qorunması;

- sahibkarlıq fəaliyyətinin stimullaşdırılması;

- inhisarçılıq meyllərinə qarşı mübarizə aparılması;

- təsərrüfatçılıqda qanunçuluğa əməl edilməsinin təmin edilməsi;

- pul tədavülünün tənzimənməsi;

- milli valyutanın sabitliyinin möhkəmləndirilməsi;

- sahibkarlarla muzdlu işçilər arasında münasibətlərin tənzimlənməsi;

- xarici iqtisadi fəaliyyətə nəzarət;

- gömrük sisteminin səmərəli fəaliyyətinin təmin etmək;

- ölkədə sosial-siyasi sabitliyin təmin olunması;

- ekoloji vəziyyətin qorunması və həmçinin onun təhlükəli həddə çatmasının qarşısının alınması;

Ölkənin iqtisadi təhlükəsizliyini təmin etmək, Azərbaycan Respublikasının elmi-texniki asılılığını aradan götürmək, habelə elmi-texniki potensialı qoruyub saxlamaq, eləcə də inkişaf etdirmək məqsədilə dövlətin elmi-texniki siyasəti olmalıdır. Ölkə iqtisadiyyatında, xüsusilə də qeyri-neft sektorunda son illər ərzində iqtisadi yüksəlişlər bir tərəfdən Azərbaycan Respublikasının geniş inkişaf potensialını əks etdirir, digər tərəfdən isə bu potensialdan istifadə olunması məqsədilə əlavə tədbirlərin həyata keçirilməsi zərurətini ortaya qoyur. Dünyada baş verən iqtisadi böhranları nəzərə alaraq qeyd etməliyik ki, növbəti illərdə əsas iqtisadi məqsəd dünya iqtisadiyyatının qloballaşması fonunda Azərbaycan iqtisadiyyatınn neft amilindən asılılığını tamamilə azaldılması, qeyri-neft sektorunun inkişafının artırılmasına, yeni müəssisələrin, iş yerlərinin yaradılmasına, ölkə daxilində kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına, yoxsulluğun azaldılmasına nail olmaqdan ibarət olmalıdır.

Qloballaşan dünyada inteqrasiya mühitində hər bir ölkə kimi Azərbaycan da öz iqtisadi təhlükəsizliyini ön plana çəkərək onun dayaqlarını təmin etmək, daha da şaxələndirmək siyasətini yürüdür. Belə ki, müasir dünyada iqtisadi inkişafın əsas meyarı investisiya siyasətidir. İnvestisiya siyasəti kapital qoyuluşunun strukturunu, həcmini və iqtiqamətini özündə birləşdirir. Əsas fondların tənzimlənməsi, elmi-texniki tərəqqinin inkiafı, onun müsbət cəhətləri, eyni zamanda sosial-iqtisadi nəticələri, investisiya siyasətinin necə aparılması və həyata keçirilməsi Azərbaycanın iqtisadi təhlükəsizliyinə öz təsirini göstərəcək. İnvestisiya siyasəti məhsulun maksimum artmasına və hər vahid məsrəfə düşən gəlirin çoxalmasına xidmət etməlidir. Beləliklə, ölkənin həm milli, həm də iqtisadi təhlükəsizliyinin təmin edilməsində investisiya siyasəti həyati vacib xarakter daşmaqla aşağıdakı vəzifələri öhtəsinə götürməlidir:

-büdcəni inkişaf etdirmək fonunda dövlətin əsas maliyyə-kredit siyasətini iqtisadiyyatın vacib sahələrinə yönəltmək;

-iqtisadiyyatın birincilik təşkil edən sahələrinə kapital qoymağı gücləndirmək və bu istiqamətə yönəltmək məqsədi ilə dövlətin, cəmiyyətin, xüsusi və beynəlxalq təşkilatların fəaliyyətini əlaqələndirmək;

-iqtisadiyyatın həlledici sahələrini inkişaf etdirmək məqsədilə maliyyə, maddi və intellektual resursları təməzküzləşdirmək və onlardan səmərəli istifadə etməni təşkil etmək;

-iqtisadiyyatda əsas sahənin məhsullarına tələbat yaratmaq;

-müəssisələrin öz daxili kapital yığımı hesabına investisiya qoyuluşuna şərait yaratmaq və onları həvəsləndirmək;

-dövlətin və eləcə də xüsusi sahiblarların birgə investisiya qoyuluşunun yeni formalarını axtarıb tapmaq və onun reallaşma mexanizmini işləyib hazırlamaq;

-dövlət vergiqoyma vasitəsilə iri investorları kapital qoyuluşuna həvəsləndirməli;

Əsas məsələlərdən biri də bu sadaladığımız vəzifələrin yerinə yetirilməsinin hüquqi təminatıdır ki, xarici investorların mənafelərinin və təhlükəsizliyinin təmin edilməsinəyönəlik qanunların qəbul edilməsi və onların reallaşması, ölkədə siyasi sabitliyin olması, əlverişli investisiya mühitinin yaranması xarici investorları maraqlandıran əsas amillərdir.

III FƏSİL. AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİ TƏHLÜKƏSİZLİK

SİSTEMİNİN FƏALİYYƏTİNİN HÜQUQİ TƏMİNATININ

TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ


3.1 Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin təminatında

resurs potensialından istifadənin hüquqi bazasının

təkmilləşdirilməsi

Qloballaşan dünyada hər bir ölkənin daxili və xarici siyasətinin başlıca istiqaməti məhz iqtisadi təhlükəsizliyin təmin edilməsi imkanlarını artırmaqdan ibarətdir. Azərbaycan da bu mənada istisna deyil. Nəzərə alsaq ki, həm iqtisadi-coğrafi mövqeyinə görə , həm də təbii ehtiyatlarla zənginliyinə görə Azərbaycan Respublikası üstün mövqeyə malikdir. Beləliklə Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyini təmin etməkdən ötrü müxtəlif yollar mövcuddur. Dövlət bu ehtiyatlardan mövcud olan təsisatlar çərçivəsində istifadə edir. Ancaq fikirləşsək ki dünya durmadan inkişaf edir və iqtisadi inkişaf baxımından da dünya dövlətləri beynəlxalq inteqrasiya siyasətini yürüdür, o zaman mövcud resurslardan səmərəli istifadə edilməsi problemini çözmək zərurəti meydana çıxır. Bu mənada Azərbaycan Respublikası dövlət səviyyəsində həm daxili həm xarici siyasətini balanslaşdırır. Xarici şirkətlərin ölkəyə investisiya qoyuluşu etməyə stimullaşdırıcı adıımlar atır, ölkə daxilində resursların səmərəli istifadəsini təmin edən qanunlar qəbul edir və bu sahəyə nəzarəti həyata keçirəcək dövlət orqanlarını yaradır, hüquqi şəxsləri təsis edir. Aydırdır ki, hər bir ölkənin resurs ehtiyyatları və potensialı onun iqtisadi və sosial inkişafının mühüm qarantı kimi çıxış edir. Ölkə üçün təbii resurslar mövcudluğu milli iqtisadiyyatın sabit davamlı inkişafının təşkil və təmin edilməsinin, o cümlədən iqtisadi təhlükəsizliyinin mühüm amilidir. Azərbaycan Respublikası da həmçinin müstəqillik əldə etdiyi ilk zamanlarda öz resursları və ehtiyatları hesabına müstəqilliyinin əsas bazasını, bünövrəsini bərkitdi. Azərbaycan Respublikasında müstəqillik əldə edilən ilk vaxtlardan etibarən dünya dövlətlərinin Azərbaycana maraqlarının yaranmasında və formalaşmasında məhz əsas təbii ehtiyatı olan neft amili böyük əhəmiyyət daşımışdır. Ölkəmizə qarşı olan neft maraqları Azərbaycan Respublikasının istər daxili, istərsə də xarici siyasətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsində və o cümlədən reallaşdırılmasında əsas rol oynayır. Bu məqsədlə ölkənin neft strategiyası müəyyənləşdirilərkən, əsas transmilli şirkətlər və konkret neft müqavilələri bağlanarkən dövlətin iqtisadi təhlükəsizliyi, ölkə iqtisadiyyatının davamlı inkişaf məqsədləri əsas götürülür. Azərbaycanın dünya iqtisadiyyatına sürətlə inteqrasiya olduğu bir dövrdə neft amili iqtisadi müstəqilliyimizin, o cümlədən siyasi müstəqilliyimizin həlledici şərtinə və ümumən ölkədə sosial-iqtisadi inkişafının lokomotivinə çevrilir. Bütün bu qeyd edilənlər öz növbəsində neftdən gələn gəlirlərin şəffaf və eləcə də səmərəli istifadəsini zəruri edir.

Ölkənin İqtisadi təhlükəsizliyinin təmin edilməsində resurs potensialı məsələsindən danışarkən qeyd etmək yerinə düşər ki, ölkəmiz bu sahədə təkcə təbii ehtiyatlarından istifadə etməklə kifayətlənməməlidir. Beynəlxalq təcrübə göstərirki, təbii ehtiyyatlar sayrıdan kasıb dövlətlər öz inkişaf səviyyəsinə görə bir çoxu inkişaf etmiş ölkə (İEÖ) statusunu ala bilmişdir. Bütün bunlarında fonunda ölkə olaraq uzunmüddətli davamlı inkişaf istiqamətlərini tükənən ehtiyatlar üzərində yumşaldaraq digər resurslara yönəltməliyik. İstər enerji sahəsində, istər təhsil sahəsində, istərsə də beynəlxalq səviyyədə bunu təmin etməyin hüquqi bazasını yaratmaq əsəs ilkin məsələdir. İqtisadi inkişafın əsası kimi resurs potensialına daha çox dar mənada, ancaq təbii ehtiyatlar, əmək, maliyyə, elmi-texnoloji potensialların tərkib hissələrinin məcmusu kimi baxmaq olmaz. Məsələyə təkcə bu cür yanaşma ancaq miqdar tərəfdən düzgündür. Təkrar istehsalın intensiv formalarına əsaslı keçidi resurs potensialının bir tərəfli miqdar xarakteristikası özünü daha çox məhdud şəkildə göstərmişdir. Məsələn, əmək potensialının xüsusilə əmək qabiliyyətli və iqtisadi cəhətdən aktiv əhalinin miqdarı ilə müəyyən edilməsi onun səviyyəsi haqda heç də dolğun təsəvvür yaratmır. Daha çox keyfiyyət xarakteristikalarını da nəzərə almaq vacibdir: cins, yaş, təhsil, peşə hazırlığı, ixtisas və s. Ona görə də məsələyə geniş prizmadan baxmaq lazımdır. Resursların ən vacib xüsusiyyəti onların məhdudluğudur. Geniş şəkildə resurs potensialının tərkibində həm qeyri-məhdud (tükənməyən) resurslar da, məsələn, günəş enerjisi, atmosfer havası və s., həm də bərpa olunan – su, meşə və s. resurslar da vardır. Qeyd edək ki, planetin su resurslarının tərkibində şirin su olduqca kifayət qədər azdır. Dünya təsərrüfatı lazımi ehtiyaclar üçün su ehtiyatının təqribən 10%-ni sərf edir. Bununçün də rasional su istifadə prinsiplərinə riayət etdikdə adı keçən resurslara tükənməz kimi baxmaq olar. BU səbəbdən bərpa olunan resursların olması əsrin 70-ci illərdə SSRİ-də ekstensiv inkişafın əsasən ÜDM-in artımının həlledici amilinə çevrilməsi resursların effektiv və səmərəli istifadəsi problemini dövlət siyasətində ikinci plana keçirmişdi.

Elmi yazılarında resurs potensialı amilini diqqət mərkəzində tutaraq amerikan alimləri P.Samuelson və V.Nordxaus göstərirdilər ki, «dövlətin nə qədər varlı və ya kasıb olmasına baxmayaraq iqtisadi tərəqqinin maşını elə həmin dörd təkər üzərində hərəkət edəcəklər». [10, 122] Bu fikir heç də təsadüfi fikir deyil. Belə ki onlar da öz dövrlərində iqtisadi inkişafın dörd əsas amilini: insan resursları (əməyin təklifi, təhsil, intizam və motivasiya), eləcə də təbii resurslar (torpaq, minerallar, yanacaq, ətraf mühitin keyfiyyəti), həmçinin kapital (maşınlar, fabriklər, yollar) və texnologiyaya (elm, mühəndis bilikləri, idarəetmə) bilirdilər. Çağdaş dünyada resurs potensialı anlayışının əsas mahiyyətinin tam açıqlanması üçün iqtisadi inkişafın yuxarıda göstərilən amillərini informasiya, o cümlədən maliyyə kimi resurs növləri ilə tamamlamaq vacibliyi meydana çıxır. Bu ona söykənir ki, amil anlayışı altında (latınca faktor-eləyən, iş görən, istehsal edən) müəssisənin, həmçinin ümumilikdə iqtsadiyyatın istehsal fəaliyyətinin əsas vacib resurslarından biri olan (əmək, torpaq, kapital və s.), istehsal, iqtisadi fəaliyyətin nəticəsinə güclü təsir edən iqtisadi. istehsal proseslərin əsas hərəkətverici qüvvəsi olaraq nəzərdə tutulur. İstənilən resursun potensialı kankret nəticə vasitəsilə reallaşır. İstifadə edilən resursun nəticəsinin müəyyən olunması o resursun potensialının inkişaf dərəcəsi barədə fikir söyləməyə imkan yaradır. Buradan belə nəticəyə gəlinir ki, resursun tərkibi potensialın baza elementidir və onun reallaşmasının əsas nəticəsi isə potensialın qiymətləndirmə elementidir. Resurs və nəticə arasında çox sıx qarşılıqlı əlaqə vardır. Bu şəkildə resurs, eləcə də potensial özünün vahidliyində araşdırılan bütün resurslarım imkanını və qüvvəsini ortaya qoyur. İqtisadi inkişafın əsas elementlərindən hesab edilən resurs potensialı əsas etibarı ilə resurs potensialını özünün elementlərinin potensialı şəklində bir vahid formada araşdırılması vacibliyini göstərir.



Yaxın keçmişə nəzər salsaq görürük ki, müstəqillik əldə olunduğu ilk dövrlərdən Azərbaycan Respublikası öz milli və iqtisadi təhlükəsizliyini əsas resursu , yeraltı təbii ehtiyatı olan neft üzərində qurmuşdur. Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyev tərəfindən yürüdülən müdrik siyasət sayəsində 20 sentyabr 1994-cü il tarixində “Xəzərin Azərbaycana aid hissədə yerləşən Azəri, Çıraq və Günəşli (dərin hissəsi) yataqlarının (AÇG) işlənməsi və hasilatın pay bölgüsü” üzrə birinci saziş bağlandı. Sonralar bu saziş ”Əsrin müqaviləsi” adı ilə də tanındı. Bu müqavilə sayəsində xarici şirkətlər üçün Azərbaycanda yeni sazişlərin imzalanması baxımından geniş yol açdı. 1994-cü il tarixdən bu vaxta qədər ARDNŞ, eləcə də xarici neft şirkətləri arasında karbohidrogenlərin kəşfiyyatı, o cümlədən hasilatı və məhsulun pay bölgüsü prinsipinə dair 26 saziş imzalanmışdır. Bu kontraktlara əsasən Azərbaycanın neft resurslarının beynəlxalq bazarlara çıxarılması təmin edildi. Eləcə cə, “Bakı – Supsa” neft boru kəməri vasitəsilə Azərbaycan nefti dünya ölkələrinə ixrac edilir, “Bakı – Tbilisi – Ceyhan” kəmərinin perspektivləri olduqca geniş qiymətləndirilir.


BTC layihəsinin iştirakçıları

BP

Böyük Britaniya

30.1%

graph

data

AzBTC

Azərbaycan

25.0%

UNOCAL

ABŞ

8.9%

STATOİL

Norveç

8.71%

TPAO

Türkiyə

6.53%

Total

Fransa

5.0%

Agip

İtaliya

5.0%

Itochu

Yaponiya

3.4%

Conoco Phillips

ABŞ

2.5%

INPEX

Yaponiya

2.5%

Amerada Hess

Səudiyyə Ərəbistanı

2.36%

Ümummilli lider Heydər Əliyevin adını daşıyan “Bakı-Tbilisi-Ceyhan” Əsas İxrac Neft Boru Kəməri “Əsrin müqaviləsi” çərçivəsində Xəzər dənizinin Azərbaycan hissəsində hasil olunan xam neftin beynəlxalq bazarlara çıxışını təmin etmək məqsədilə inşa edilmiş mühüm əhəmiyyətə sahib boru kəməridir. Bu kəmərin uzunluğu 1767 kilometr olmaqla onun 443 km-i Azərbaycanın, 248 km-i Gürcüstanın, o cümlədən 1076 km-i isə Türkiyənin ərazisindən keçir. Həmin kəmərin istismar müddəti 40 il, həmçinin orta ötürücülük qabiliyyəti isə ildə 350 milyon barel nəzərdə tutulub.

Bu tarixi hadisə dolayısı ilə Azərbaycan Respublikasının milli və iqtisadi təhlükəsizliyinin təmin edilməsinin əsasını qoydu. Bu strategiya sayəsində ölkəmizin beynəlxalq əlaqələri genişləndi və artiq Azərbaycan Respublikasınn dövlət kimi dünyada söz sahibi olmağına şərait yaratdı. Bu əslində geniş prizmadan yanaşıldıqda çox böyük bir addım idi. Məhz bundan sonra Azərbaycan Respublikasının iqtisadiyyatının sonrakı inkişafı yeni müstəviyə keçdi. Dövlətin getdikcə artmaqda olan maliyyə imkanları hesabına ölkədə olduqca vacib investisiya, eləcə də regional proqramların, həmçinin infrastruktur layihələrin maliyyələşdirilməsinə əlverişli şərait yarandı. Əldə edilən gəlirlər hesabına təhsil, sosial, o cümlədən də digər obyektlərin inşası və yenidən bərpası uğurla davam etdirilir. Ölkə əhalisinin həyat səviyyəsinin , eləcə də sosial vəziyyətinin yaxşılaşdırılması hesabına sosial məsələlərin həlli və yoxsulluğun azaldılması istiqamətində olduqca mühüm işlər görülür ki, bu da ölkə iqtisadiyyatının inkişafı sahəsində mühüm əhəmiyyət kəsb edir.

Dünya təcrübəsinə nəzər salsaq əyani şəkildə görürük ki, elmi-texniki tərəqqinin təsiri ilə inkişaf etmiş ölkələrdə təbii resurs amillərinin iqtisadiyyatda rolu xeyli zəifləmişdir. Burada müxtəlif amillərin təsiri var. Belə ki, olduqca zəruri, faydalı qazıntılara malik olmayan Yaponiya kimi ölkə sürətlə, eləcə də dinamik inkişaf edir. Ancaq nəzərdən qaçırmaq olmaz ki, iqtisadi inkişafın potensialının həcminə və keyfiyyətinə təbii resurslarla bərabər, əmək resursları, intellektual potensial, iqtisadiyyatın optimal sahə,maliyyə potensialı, ərazi, təkrar istehsal strukturu və eləcə də milli mentalitetlə şərtlənən bir çox amillər güclü təsir edir. Buna görə də hər bir ölkənin milli iqtisadiyyatının resurslar balansından istifadə dərəcəsi nəzərə alınaraq həmin ölkənin malik olduğu resurs üstünlüklərindən optimal, həmçinin səmərəli istifadəyə imkan yaradan iqtisadi siyasətin formalaşdırılması, o cümlədən reallaşdırılması konsepsiyasının olması şərtdir. Danılmaz faktdır ki, bütün digər bərabər şərtlərdə təbii resursların (xüsusən, karbohidrogen) bolluğu yeni təşəkkül tapan, eləcə də inkişaf edən milli iqtisadiyyatlar üçün çox böyük başlanğıc potensial və təkan ola bilir.

İqtisadi təhlükəsizliyin təmin olunması naminə mövcud resurslardan səmərəli formada istifadə olunması, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması hər bir ölkənin iqtisadi sisteminin əsas iqtisadi məsələrinin həyata keçirilməsindən öncə gəlir. Lakin mövcud istehsal imkanları, eləcə də resurs təminatı və seçim şəratinin müxtəlifliyi göstərilən iqtisadi məsələlərin optimal həll edilməsinə imkan yaratmır. Torpaq, həmçinin faydalı qazıntılar və onlardan formalaşan kapital-texniki istehsal amilləri, intellekt, əmək resursları, eləcə də sahibkarlıq və idarəetmə qabiliyyəti lazımi iqtisadi təsərrüfat fəaliyyətinin reallaşmasından ötrü məhdud, həmçinin unikal nemətlər hesab olunurlar. Resursların məhdudluğu qanunu bütünlüklə bazar iqtisadiyyatının əsasını müəyyən edən qanunlardandır. Müxtəlif istehsal, həmçinin resurs və texnoloji şəraitdə təklif olunan əmtəə, o cümlədən xidmətlər bazarının tarazlığını qoruyub saxlamaq lazımdır. Milli iqtisadiyyatın resurs potensialının əsas strukturuna uyğun olaraq onun malik olduğu resurslar balansının qiymətləndirilməsi, elmi-texniki tərəqqinin təsiri, eləcə də iqtisadiyyatın strukturunda bazar konyukturasında baş verən dəyişikliklərin ölkənin əsas iqtisadi inkişaf strategiyasında nəzərə alınmasını vacib amilə çevirdi. Bütün bunlar öz növbəsində resurs potensialının düzgün istifadə ilə bağlı optimal qərarların qəbul edilməsi onun ayrı-ayrı ünsürlərinin makroiqtisadi xarakteristikasının verilməsini, eləcə də dəyərləndirilməsini tələb edir. Bir çox iqtisadi ədəbiyyatlarda bu məsələyə münasibət müəyyən dərəcədə fərqli olmaqla yanaşı, zənnimizcə təbii resurs potensialı ictimai istehsalın inkişafının olduqca vacib iqtisadi və siyasi amilidir. O, iqtisadi və texniki-texnoloji inkişafın, həmçinin də ərazinin öyrənilməsinin mövcud səviyyəsində, eləcə də indiki zamanda və perspektivdə insanın təsərrüfat və yaxud digər məqsədyönlü fəaliyyətində istifadə olunmaqla müəyyən ərazi ilə məhdudlaşdırılan təbii resursların müəyyən hissəsini ifadə edir.

Qloballaşma, inteqrasiya və informasiya əsri kimi xarakterizə edilən XXI əsrin fərqləndirici xüsusiyyətlərindən biri də xidmət sahələrinin istehsal sferasını üstələməsidir. Artıq, əksər inkişaf etmiş ölkələrin ÜDM-də xidmət sahələrinin xüsusi çəkisi 65-70%-i ötüb keçmişdir. Bu baxımdan Azərbaycan Respublikası əlverişli üstünlüyə malikdir. Belə ki resurs potensialından danışarkən ölkəmizdə mövcud olan turizm potensialını xüsusi qeyd etməliyik. Hansı ki bu sahəsinin inkişafı ölkənin iqtisadi qüdrətini artıra biləcək əsas istiqamətlərdəndir. Artıq qloballaşmanın inkişafı elə bir səviyyədədir ki, onun qarşısını kəsmək olduqca çətindir. Biz çağdaş dövrdə qlobal iqtisadiyyatın real olaraq hər bir sahəyə güclü təsirini nəzərə almasaq, bu çox böyük bağışlanılmaz səhv olardı. Elə götürək axirincı dünya qlobal maliyyə böhranının yaratdığı təsirlərinin neft ixrac edən dövlətlərin ölkə iqtisadiyyatının inkişafında yaratdığı əsas problemlər və bunlara diqqət edək. Belə ki, bu cür ölkələrin gəlirləri əksərən neftdən, neft gəlirləri də öz növbəsində dünya bazarında baş verən əsaslı qlobal transformasiyalardan birbaşa olaraq asılı vəziyyətdədir. Ölkə ərazisinə daxil olan valyuta resurslarının ciddi şəkildə azalması isə, ilk olaraq qeyri-neft sektoru sahələrinin birbaşa inkişaf tempinə və onun ixrac qabiliyyətinə mənfi təsir edir:

-Xarici və daxili investisiyaların ölkəyə cəlbində problemlər yaranır;

-Qeyri-neft sektorunun əsas sahələrinin inkişafı ilə bağlı layihələrin

maliyyələşdirilməsində problemlər yaşanır;

-Qeyri-neft sektorunun əsas ixrac təyinatlı mallarının beynəlxalq bazarlara çıxışı məhdudlaşır;

-Ölkənin ixrac potensialının stimullaşdırılması ilə bağlı ənənəvi dövlət mexanizmlərinin inkişaf etdirilməsi zərurəti özünü biruzə verir;

-İxracın stimullaşdırılması ilə bağlı əlavə dövlət dəstəyi mexanizmlərin yaradılması, qanunvericiliyin təkmilləşdirilməsi, ixrac sahələrinin strukturunun genişləndirilməsi məsələlərinin yeni şərtlər daxilində müəyyənləşdirilməsi vacibliyi yaranır və s.

Ölkəmizin dünya iqtisadi sisteminə olduqca sürətli inteqrasiyası, eləcə də bir çox inkişaf etmiş, həmçinin inkişaf etməkdə olan dövlətlərlə sıx iqtisadi əlaqələri, beynəlxalq maliyyə böhranının ölkə iqtisadiyyatına ciddi şəkildə mənfi təsirini qaçılmaz edir. Bütün neft istehsalçısı olan dövlətlər kimi Azərbaycan Respublikası dünya bazarında neftin qiymətinin ucuzlaşmasından ciddi şəkildə əziyyət çəkir. Neftin qiymətinin ucuzlaşması dövlət büdcəsinin də 75 %-nin neft sahəsinin gəlirləri hesabına formalaşdığı, o cümlədən ixracatının 97 %-dən çoxunu neft, eləcə də neft məhsullarının təşkil etməsi ölkə iqtisadiyyatının inkişafı adına bir çox problemləri də üzə çıxarmaqdadır. Belə bir vəziyyətdə neft gəlirlərindən asılılığın minimuma endirilməsi və qloballaşmanın təsirinə davamlılığı artırmaq məqsədilə qeyri-neft sektorunun əsaslı inkişafını təmin etməklə, bərabər iqtisadiyyatın istehsal sahələrinin müsbət artım templərinə hazırlanmasını, eləcə də qeyri-neft sahələri üzrə ixracın stimullaşdırılmasını təmin etmək zərurəti yaranır.

Bugün dünyada baş verən maliyyə böhranı hər bir ölkə kimi Azərbaycan Respublikasını da maksimum az itkilərlə çıxmaq barədə düşünməklə bərabər ,ölkənin sahib olduğu digər potenasil gəlir mənbələrinin əhəmiyyəti önə çıxardı. Bu mənada əlbəttə ki əsas diqqət turizmin üzərinə düşür. Təsadüfi deyil ki, müasir dünyada formalaşan ümummilli məhsulun təxminən 10%-i turizmin payına düşür. Ölkənin turizm və onunla sıx bağlı olan sahələrdə dünya üzrə əmək fəaliyyətli əhalinin 8,1%-i çalışır. Bütün bunlar turizm sektoruna dünya miqyasında iqtisadiyyatın mühüm bir sahə kimi yanaşıldığını göstərir. Aydındır ki, Azərbaycan Respublikası da turizmin müxtəlif növlərinin uzunmüddətli və dinamik inkişafı üçün əlverişli coğrafi-strateji 4 mövqeyə, münbit şəraitə və zəngin təbii-iqtisadi resurs ehtiyatlarına malikdir. Eyni zamanda, ölkəmizin Avropa və Asiya arasında strateji mövqedə olması, qədim İpək Yolunun üzərində yerləşməsi, 11 iqlim qurşağından 9-nun ölkədə mövcudluğu və s. kimi göstəricilər turizmin inkişafı üçün uzunmüddətli perspektivlər vəd edir. Turizm sektorunun inkişaf etdirilməsi həm də Azərbaycan hökumətinin daxili iqtisadi siyasətinin prioritet istiqaməti olan regional inkişaf baxımından da xüsusi aktuallıq kəsb edir. Azərbaycan Respublikasının Preidenti cənab İlham Əliyev 2013-cü il sentyabrın 10-da Naftalana içməli suyun verilməsi ilə bağlı keçirilən tədbirdə çıxış edərkən ölkəmizin turizm potensialının tükənməz olduğunu vurğulamış və gələcəkdə iqtisadiyyatımızda onun çəkisinin daha da artması istiqamətində görülən işlərə toxunmuşdur. Dövlət başçısı regionların inkişafında turizm potensialından istifadəni ön plana çəkmişdir: “Ölkəmizdə turizmin inkişafı üçün çox böyük potensial var. Azərbaycanın gözəl təbiəti, iqlimi, görməli yerləri turizm axını üçün münbit şərait yaradır. Artıq ölkəmizdə bir neçə turizm mərkəzləri formalaşıb. Əlbəttə ki, turist axını istənilən ölkənin iqtisadiyyatına qoyulan yatırımdır...”



Hazırda dünyada elə bölgələr var məhz burada iqtisadiyyatın başqa sahələrinin inkişafı üçün elədə çox şərait olmadığı bir halda turizm bu ərazinin insanlarının əsas məşğulluq problemlərinin həll olunması baxımından yeganə və əlçatan bir vasitə hesab edilir. Bu zaman turizm fəaliyyətinə təkcə səyahətlərin təşkil edilməsi üzrə xidmətlərin təklif edilməsi kimi deyil, eyni zamanda, iqtisadiyyatın yerdə qalan sektorlarının, dövlətin əsas gəlir mənbələri kimi baxılacaqdır. Bu sahələrin gəlirləri ənənəvi turizm sahələrindən (mehmanxana, restoran, eləcə də nəqliyyat və b. üzrə) daxilolmaların həcmini artqılamasilə üstələyir.

Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin təminatında resurs potensialından istifadənin hüquqi bazasının müəyyən edən müxtəlif sahələrə aid müxtəlif xarakterli normativ hüquqi aktlar hazırlanmışdır. “Azərbaycan Respublikasının regionlarının 2014-2018-ci illər arası sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq olunması haqqında Azərbaycan Respublikası Prezidenti Fərmanı” da bu qəbildəndir. Azərbaycan Respublikası regionlarının artan templə inkişafı ölkədə uğurla icra edilən davamlı sosial-iqtisadi inkişaf proqramı və eləcə də strategiyasının əsas tərkib hissəsidir. Regionların sürətli inkişafı sahəsində qəbul olunmuş və uğurla həyata keçirilmiş mühüm dövlət proqramlarında, o cümlədən regionların sosial-iqtisadi inkişafı barədə əlavə tədbirlərlə əlaqəli sərəncamlarda göstərilmiş vəzifələrin icrası ölkənin qeyri-neft sektorunun sabit davamlı inkişafına, dolayısı ilə iqtisadi təhlükəsizliyi təmin edəcək alternativ resurs potensialının müəyyən edilməsi və inkişayı istiqamətində fəaliyyətinə, regionlarda kommunal xidmətlərin, o cümlədən sosial infrastruktur təminatının mövcud keyfiyyətinin yüksəldilməsinə, habelə sahibkarlıq mühitinin yüksək səviyyədə yaxşılaşdırılmasına, həmçinin investisiya qoyuluşunun artmasına, bunun nəticəsində yeni müəssisələrin, həmçinin iş yerlərinin açılmasına və əhalinin məşğulluğunun artırılmasına, eləcə də yoxsulluq səviyyəsinin azaldılmasına böyük təkan vermişdir. Təbii ki bu sadalanan tədbirlər sistemli şəkildə həyata keçirilirməklə davamlı xarakter almalıdır. Bu sahədə sərəncam və fərmanlar ölkənin iqtisadi inkişafını neft üzərində götürüb qeyri- neft sektoru üzərində formalaşdırmaq mahiyyəti kəsb edir. Əsas hədəf kimi ölkəmizin sahib olduğu resurs potensialə götürürül. Resurs potensialının mahiyyətinin izahı hər hansı bir iqtisadi hadisənin və ya prosesin açıqlanması kimi, onu təşkil edən qarşılıqlı əlaqəli elementlərin təhlili əsasında baş verir. Bunların elementləri arasında münasibətlər sistemi müəyyən iqtisadi kateqoriya ilə-iqtisadi münasibətlərin konkret məcmusu ilə ifadə olunur. Bununla əlaqədar olaraq onu qeyd etmək lazımdır ki, resurs potensialı daha geniş, inteqral anlayış olan iqtisadi potensialın bir hissəsidir. Resurs potensialı hakim ictimai-iqtisadi, eləcə də sosial-siyasi münasibətlərin təsiri altında formalaşır və ayıca müstəqil iqtisadi kateqoriyaya ayrılmasını tələb edir. Potensial anlayışı (latınca potentia – qüvvə sözyndən) ilk əvvəl hansısa bir fiziki hərəkətin yerinə yetirilməsi üçün zərüri olan enerjini özündə əks etdirir. Iqtisadiyyatda bir şəxsin, şirkətin, regionun və ya tam şəkildə ölkənin müəyyən maraqlarında hər hansı bir planın, müəyyən məqsədin həyata keçirilməsi üçün səfərbər edilən, hərəkətə gətirilən vasitələrin, ehtiyatların, mənbələrin ifadə olunması üçün geniş istifadə olunur. Resurs potensialı anlayışının tədqiqi zamanı, hər bir nisbi müstəqilliyə və çoxfunksiyalılığa malik olan, hər bir mürəkkəb tamın qarşılıqlı əlaqəli hissələr sistemi kimi araşdırmağa imkan verən sistemlilik prinsipinə riayət etmək zəruridir.

Son onillikdə inkişaf etmiş ölkələrin (İEÖ) istehsalında «insan amilini» aktivləşməsi mexanizmində çox böyük irəliləyişə nail olmuşlar. Keçmiş Sovet İttifaqının təcrübəsi göstərdi ki, yüksək ixtisası və resurs potensialının olması onların avtomatik reallaşdırılmasını təmin etmir. Bu baxımdan milli iqtisadiyyatın resurs potensialının səmərəli hərəkətə gətirilməsində ölkədə sahibkarlıq potensialını əməli cəhətdən reallaşdırmağa imkan verən effektiv iqtisadi mexanizmin mühitin olması müstəsna əhəmiyyətə malikdir. Sahibkarlıq potensialı sahibkarlıq fəaliyyətinə qadir olan kadrların miqdarı və onların tam istifadə olunması şəraitində məcmu səmərəlili ilə (iqtisadi, sosial) xarakterizə olunur.

Sahibkarlığın bu funksional xüsusiyyəti onun təbiətini tədqiq edən və sahibkarlıq fəaliyyətini təkcə mənfəətin əldə olunması ilə deyil, həm də bütün istiqamətlərdə innovasiyaların tətbiq olunması ilə, resursların yeni kombinasiyasının əldə olunmasına əlaqələndirilməsinə istiqamətlənən fəaliyyətidir. İqtisadiyyatın inkişafının innovasiya tipinin təşəkkül tapmasında digər münasibətdə istehsal amillərindən istifadədə koordinasiyaedici, inteqrasiyaedici rol oynayaraq sahibkarlıq potensialı amillər sisteminin formalaşmasını onların optimal proporsional nisbətdə tətbiqinə imkan verir. Bu funksyianın yerinə yetirilməsi firmaların, şirkətlərin iqtisadi dayanıqlığının təmin etməklə yanaşı innovasiya - investisiya layihələrinin reallaşdırılmasında hər bir resursun istifadəsinin kəmiyyət və keyfiyyətcə optimallaşdırılmasını təmin edir.

Dünya təcrübəsi göstərir ki, sahibkarlıq potensialı təsərrüfat sistemlərinin innovasiya tipinin formalaşmasının mühüm amili olmaqla innovasiya məqsədlərilə (əmtəə və xidmətlər), innovasiya vasitələrilə (yeni texnika, yeni texnologiya, yeni ideyalar və s.) milli iqtisadiyyatın resurs potensialının həcminin və səmərəliliyinin yüksəldilməsində müstəsna əhəmiyyətə malikdir. Bütünlükdə ölkənin məcmu resurs potensiallarını müəyyən edən konkret istiqamətlərin normal, ahəngdar və səmərəli təkrar istehsal rejimində reallaşdırılması hər şeydən əvvəl sosial-iqtisadi proseslərin gəlirlərin formalaşdırılması və bölüşdürülməsinin effektiv dövlət tənzimlənməsi sisteminin yaradılması və reallaşdırılmasını tələb edir. Bunu nəzərə alsaq müəyyən edərik ki, müasir dövrdə dövlət tənzimlənməsi yolu ilə iqtisadiyyatın resurs potensialının formalaşdırılması və inkişafı və onun reallaşdırılmasının təmin edilməsi üçün əlverişli şərait yaratmadan bir ölkədə davamlı iqtisadi inkişafa nail olunması mümkün deyildir. Bunun Azərbaycan Respublikası üçün də əhəmiyyəti çox böyük və müstəsnadır. Resurs potensialının vahid tam kimi fəaliyyət göstərdiyini nəzərə alaraq, onun tərkib hissələri arasında proporsiyaların optimallaşdırılması məqsədilə onlar arasında nisbətlərin müəyyən olunmasına yanaşmaları araşdırmaq vacibdir. Lakin müasir dövrdə resurs potensialının vəziyyətinin təhlili və proqnozlaşdırılmasında resursların növlərinin ayrılıqda daha əsaslı və geniş araşdırılması daha məqsədəuyğundur. Bu mənada mövcud olan və tənzimləmə xarakteri daşıyan resurs potensialının artırılmasının hüquqi bazası daim təkmilləşdirilməsi və qlobal dünya ilə ayaqlaşmalıdır.

Ölkənin milli iqtisadiyyatın resurs potensialının strukturuna müvafiq olaraq onun malik olduğu resurslar balansının qiymətləndirilməsi, elmi-texniki tərəqqinin təsiri, həmçinin iqtisadiyyatın strukturunda bazar konyukturasında baş verən dəyişikliklərin ölkənin iqtisadi inkişaf strategiyasında hesaba alınmasını zərurətə çevirdi. Bunlar da öz növbəsində resurs potensialının daha səmərəli istifadə ilə bağlı optimal qərarların qəbul edilməsi onun ayrı-ayrı tərkib elementlərinin makroiqtisadi xarakteristikasının verilməsini, habelə dəyərləndirilməsini tələb edir. Müxtəlif iqtisadi ədəbiyyatlarda bu məsələyə münasibət müəyyən dərəcədə fərqli olmasına baxmayaraq, hesab edilir ki, təbii resurs potensialı ictimai istehsalın inkişafının olduqca vacib iqtisadi və siyasi amilidir. O, iqtisadi, eləcə də texniki-texnoloji inkişafın, habelə ərazinin öyrənilməsinin mövcud səviyyəsində, indiki zamanda və perspektivdə insanların təsərrüfat və digər məqsədyönlü fəaliyyətində istifadə edilə bilən müəyyən bir ərazi ilə məhdudlaşdırılan təbii resursların müəyyən hissəsini ifadə edir.

Bu nöqteyi nəzərdən milli iqtisadiyyatın resurs potensialının səmərəli şəkildə hərəkətə gətirilməsində ölkədə sahibkarlıq potensialını əməli cəhətdən reallaşdırmağa imkan yaradan effektiv iqtisadi mexanizmin mühitin olması xüsusi əhəmiyyətə malikdir. Sahibkarlıq potensialı sahibkarlıq fəaliyyətinə malik olan kadrların miqdarı, habelə onların tam istifadə olunması şəraitində məcmu səmərəliliyi ilə (iqtisadi, sosial) müəyyən olunur.

Sahibkarlığın bu funksional xüsusiyyəti onun təbiətini araşdıran və sahibkarlıq fəaliyyətini yalnız mənfəətin əldə olunması ilə deyil, həm də bütün istiqamətlərdə yeni innovasiyaların tətbiq olunması ilə, resursların yeni kombinasiyasının əldə edilməsinə və əlaqələndirilməsinə istiqamətlənən fəaliyyətidir. İnkişafın sahibkarlıq xarakterli innovasiya amilinin (yeni texnika-texnologiya, təşkiletmə və s.) üstün istifadəsilə əlaqədar olduğundan o nəinki ancaq yeni resursların yeni kombinasiyalarının əldə edilməsinə, həm də həmin proseslərin stabil təkrar istehsal əsasında formalaşmasını təmin etməyə istiqamətlənir.

3.2 Qloballaşma şəraitində milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyini

təmin edən sturuktr elementlərin hüquqi təminatının

təkmilləşdirilməsi istiqamətləri

Transformasiya dövrünü yaşayan ölkələrin inkişaf xarakterinin öyrənilməsi göstərirr ki, bir çox hallarda milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyi texnoloji-innovasion amillər hesabına deyil, hər şeydən əvvəl ucuz istehsal amilləri hesabına əldə olunur. İstehsal amillərinin kifayət qədər olması nisbətən ucuz qiyməti və habelə onlardan ekstensiv istifadə ancaq qısa müddətdə milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin artırılmasını təmin edə bilər. Belə bir vəziyyətdə çıxış yolu o ola bilər ki, bu mərhələdə əldə olunan yüksək gəlirlər milli iqtisadiyyatın texniki- texnoloji səviyyəsinin yüksəldilməsinə, onun strukturunun dəyişən tələbat və şəraitə uyğunlaşdırılmasına yönəldilsin. Müasir dövrdə milli iqtisadiyyatın qloballaşma prosesinə fəal qoşulması onun qərabət qabiliyyətliliyi və iqtisadi təhlükəsizliyin səviyyəsinə güclü təsir göstərir.Milli iqtisadiyyatın rəqabət qabiliyyətinin müxtəlif vasitələrlə və yollarla əldə olunmasına baxmayaraq, ümumi halda onları üç qrupa bölmək olar :

-Birincisi, resurs, yəni bu və ya digər resursların kifayət qədər olması;

-İkincisi, mövcud resurslardan istifadə dərəcəsi;

-Üçüncüsü, milli iqtisadiyyatın rəqabət üstünlüyünü reallaşdırmağa imkan verən proqram strategiyasının mövcudluğu; [10, 148]

İqtisadiyyatın qloballaşdığı bir dövrdə dünya dövlətləri öz iqtisadi siyasətində iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi məsələsini əməli fəaliyyətində nəzərə almağa çalışırlar. Bu məqsədlə 1985-ci ildə ABŞ-da rəqabət məsələləri ilə bağlı prezident yanında Komissiya yaradılmış və daha sonra 1986-cı ildə rəqabət qabiliyyətliliyi siyasəti üzrə Şura yaradılmışdır. 2001-ci ildə başlayaraq Avropa Şurası dünyada böyük sayda daha keyfiyyətli iş yerlərinin və daha yüksək səviyyəli sosial birliyin yaradılmasına qadir olan, iqtisadi biliklərə əsaslandırılmış və ən rəqabət qabiliyyətli ölkələrin inkişaf təcrübəsi öyrənilib geniş yayılmalıdır. Buna görə də beynəlxalq miqyasda ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin stabil inkişafı obyektiv, eləcə də subyektiv amillərin təsiri nəticəsində baş verməklə bir sıra mərhələlərdən keçməlidir. Bununla bağlı M.Porterin yanaşması xüsusi maraq doğurur. Onun fikrincə bütün inkişaf edən iqtisadiyyatlar rəqabətin müxtəlif üsulları ilə fərqlənən üç mərhələdən keçir :

- Hərəkətverici qüvvəsi istehsal amili olan iqtisadiyyat;

- Hərəkətverici qüvvəsi investisiyalar olan iqtisadiyyat;

- Hərəkətverici qüvvəsi innovasiyalar olan iqtisadiyyat;

Birinci mərhələdə rəqabət mübarizəsində fəaliyyət əsasən istehsal xərcləri ünsürlərinə qiymətin artması hesabına əldə olunur. İkinci mərhələdə inkişaf yolunda rəqabət üstünlüyü hər şeydən əvvəl istehsalın səmərəlilik göstəricilərini yüksəldilməsi hesabına əldə olunur. Sonuncu, üçüncü mərhələdə isə rəqabət üstünlüyü daha yüksək istehlak xassələrinə malik yeni məhsullar və texnologiyalar hesabına əldə olunur.

Müasir dünyada inteqrasiyanin geniş vüsət aldığı bir şəraitdə istənilən ölkənin həll etməli əsas problemlərdən biri və ən başlıcası iqtisadi təhlükəsizliyi təmin etməkdir. Qloballaşma hər bir ölkəyə olduğu kimi Azərbaycan Respublikasına da təsirsiz ötüşməyir. Buna görə də qloballaşma şəraitində ölkənin struktur probleminin iqtisadi təhlükəsizliyin təmin olunması aspektində həll olunması qarşıya qoyulan mühüm məsələlərdən birinə çevrilmişdir. Ölkənin struktur siyasətinin müəyyən edilməsi öz xarakteri etibarı ilə makroiqtisadi sabitliyə təminat verməklə yanaşı dünya iqtisadiyyatında baş verən əsas proseslərlə yanaşı milli iqtisadiyyatın sağlam rəqabət üstünlüklərinin reallaşdırılması ilə bağlı imkanları ilə, ən başlıcası isə istənilən ölkənin seçdiyi əsas milli iqtisadi inkişaf modelinin müəyyən edilməsinə təkan verir. Dünya təcrübəsi göstərir ki, milli iqtisadiyyatın rəqabətqabiliyyətinin təmin edilməsində ən vacib şərtlərdən biri düzgün iqtisadi strategiyanın seçilməsidir:

-Bu strateji planlar beynəlxalq miqyasda dəyişən şəraitə və tələbata uyğun olmaq üçün daima yeniləşməli və ən başlıcası isə çevik olmalıdır.

-Bu strategiya reallaşdırılarkən onun əməli cəhətdən düzgün reallaşdırılmasına çalışmaq lazımdır.

Digər mühüm cəhət rəqabət qabiliyyətliliyi ilə iqtisadiyyatın açıqlığının optimal həddinin gözlənilməsidir. Çünki milli iqtisadiyyatın, onun inkişaf səviyyəsinə uyğun olmayan dərəcədə açıqlığı daxili istehsalı məhdudlaşdırır, milli valyutanın məzənnəsini aşağı salır, bir sözlə onun onformasia texnologiyalarından istifadə dərəcəsi, iqtisadi artımda investisiya – innovasiya amillərinin xüsusi çəkisi və bütünlükdə səmərəlilik göstəricilərinin səviyyəsi, habelə keçid dövrünü yaşayan ölkələrdə milli iqtisadiyyatın rəqabət qabiliyyətini dəyərləndirərkən kölgəli iqtisadiyyatın xüsusi çəkisi, vergidən yayınmanın dərəcəsi, korrupsiyanın səviyyəsi, əhalinin gəlirinin diferensiallaşma dərəcəsi və s. nəzərə alınmalıdır. Müasir dövrdə milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə qlobal xarici amillər güclü təsir göstərir. Milli iqtisadiyyatın rəqabət üstünlükləri qloballaşma şəraitində:

əmtəə və kapital bazarının liberallaşdırılması ilə xarakterizə olunan daxili iqtisadi;

dövlət sərhədlərinin tarif gömrük hədlərinin aradan qaldırılmasına istiqamətlənmiş beynəlxalq aktların, müqavilələrin qəbulunu şərtləndirən xarici-iqtisadi proseslər, başqa sözlə, siyasi-hüquqi amillər;

elmi-texniki amillər;

etno-demokratik amillər və s. nəzərə alınmaqla istiqamətləndirilməlidir.

Milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin təmin edilməsinin əməli problemlərini tədqiq edərkən qeyd etmək lazımdır ki, dünya bazarına ixrac olunan məhsulların rəqabət qabiliyyətinin artırılmasının ümumi qanunauyğunluqlarından biri də məhsulların fərdi dəyərinin bazar dəyərində aşağı olması və ya tələb və təklif qanunlarının təsiri ilə dünya qiymətlərinin formalaşması ilə bağlıdır. Bunun özü isə onunla əlaqədardırki, hər bir ölkə o məhulları ixrac edir ki, onlarda həmin məhsulların istehsalı üçün tələb olanan istehsal amilləri başqa ölkələrə nisbətən çox və ya ucuzdur. Onların ixracı iqtisadi cəhətdən ölkə üçün daha səmərəli olduğundan ölkə həmin məhsulların ixracına şərait yaradır. Bunun əksinə olaraq dövlət o məhsulları idxal edir ki, həmin məhsulların istehsalı ölkə daxilində xarici bazarlardakı qiymətinə nisbətən daha yüksəkdir. Bununçün də əməli fəaliyyətdə ən vacib diqqət yetirilməli məqam iqtisadiyyatın sağlam rəqabət qabiliyyətini yüksəltmək məqsədilə ölkənin müvafiq istehsal vasitələri ilə yaxşı təmin olunduğu istiqamətlərin üsün inkişafına nail olmaqdır.



Ölkə iqtisadiyyatının rəqabətə davamlılıq səviyyəsini ölçən dünya iqtisadi forumu MDB ölkələri arasında rəqabətə davamlılıq səviyyəsini ölçən indeksini açıqlamışdır.
Cədvəl 3.1

Qlobal Rəqabət Qabiliyyəti İndeksi: Azərbaycanın və MDB [14]




2005

2006

2007

2008

2009

2010

2011

2012

2013

Azərbaycan

69

64

66

69

51

57

55

46

39

Belarus

-

-

-

-

-

-

-

-

-

Ermənistan

79

82

93

97

97

98

92

82

79

Qazaxıstan

61

56

61

66

67

72

72

51

50

Qırğızıstan

116

107

119

122

123

121

126

127

121

Moldova

82

86

97

95

-

94

93

87

89

Özbəkistan

-

-

62

-

-

-

-

-

-

Rusiya

75

62

58

51

63

63

66

67

64

Tacikistan

104

96

117

116

122

116

105

100

-

Türkmənistan

-

-

-

-

-

-

-

-

-

Ukrayna

84

78

73

72

82

89

82

73

84

Ölkələrin sayı

117

125

131

134

133

139

142

144

148

Sonuncu dəfə Dünya İqtisadi Forumu dünya ölkələrinin rəqabət qabiliyyətliliyi səviyyəsini xarakterizə edən növbəti «Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2014-2015» hesabatını dərc edib. Hesabatın hazırlanmasında statistik məlumatlardan və dünyanın 144 ölkəsində fəaliyyət göstərən iş adamları arasında sorğunun nəticələrindən istifadə olunub. Hesabata görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə əsasən tədqiqatın aparıldığı ölkələr arasında 38-ci yerdə qərarlaşıb. Beləliklə də son bir il ərzində Azərbaycan rəqabətqabiliyyətlilik indeksini daha da yaxşılaşdıraraq dünya sıralamasında irəliləyişə nail ola bilib. İqtisadiyyatın daha da inkişaf etməkdə davam etməsi, əhalinin sosial və maddi rifahının gedərək yaxşılaşması, sosial problemlərin həlli istiqamətində atılan addımlar və digər sahələr üzrə həyata keçirilən ciddi tədbirlər yaxın gələcəkdə Azərbaycanın rəqabət qabiliyətliliyinin daha da artacağına əsas verir. Dünya İqtisadi Forumu rəqabətqabiliyyətliliyin müəyyən olunması üçün 12 göstəricidən istifadə edir. Bunlar aşağıdakılardır :

-keyfiyyət;

-infrastruktur;

-makroiqtisadi sabitlik;

-sağlamlıq və ilkin təhsil;

-ali təhsil və peşəkar hazırlıq;

-əmtəə və xidmətlər bazarının səmərəliliyi;

-əmək bazarının səmərəliliyi;

-maliyyə bazarının inkişafı;

-texnoloji səviyyə;

-daxili bazarın həcmi;

-şirkətlərin rəqabət qabiliyyəti;

-innovasiya potensialı ;

Azərbaycan hesabatda bütün bu sadalanan göstəricilər üzrə yaxşı nəticələr əldə edib. Ölkəmizin iqtisadiyyatı rəqabət qabiliyyəti indeksinə əsasən, MDB ölkələri arasında birinci mövqeyini saxlayıb. 

Rəqabət qabiliyyətinin cari indeksi isə mikroiqtisadi institutların göstəricilər modelini, bazar quruluşunu və hazırki vəziyyətdə rifahın yüksək səviyyəsini təmin edən iqtisadi siyasətdə istifadə edilir. Azərbaycan Respublikasının dünya iqtisadiyyatına inteqrasiyası dərinləşdikcə milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin təmin edilməsi meydana yeni problemlər çıxarır. Bu baxımdan ölkəmizin ÜTT üzvlüyündən yetərində faydalanması üçün islahatlar dərinləşdirilməklə dünya bazarında kəskinləşən rəqabət şəraitində milli iqtisadiyyatın inkişafının davamlılığını təmin edə bilən zəmin hazırlanmalıdır. ÜTT-yə üzvlük məqsədi kimi deyil, Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiya olunması üzrə aparılan işlərin yalnız mərhələlərindən biri kimi çıxış etməlidir. Ümumən aparılan araşdırmalar göstərir ki, müasir dövrdə milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin artırılmasıson nəticədə ölkənin iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsinin mühüm şərtinə çevrilir.

Ümumiyyətlə, iqtisadi təhlükəsizliyin təmin edilməsində dövlət tənzimlənməsinin əsas istiqamətlərindən biri, hətta birincisi bütün cəmiyyət üzvləri və sosial qruplar arasında, o cümlədən iqtisadi sferadakı münasibətlərin tənzimlənməsi üçün müvafiq institutların , yəni qanunverici, icra və məhkəmə strukturlarının formalaşması, hüquqi bazanın yaradılması, qəbul edilmiş qanunların və müxtəlif hüquqi aktların icrası ilə bağlı şəraiti təmin etməkdir. Bununla dövlət öz sərhədləri daxilində qayda-qanun yaratmaqla, digər dövlətlərlə də münasibətlərini tənzimləyir. Hətta ən ciddi iqtisadi böhran şəraitində belə dövlət bu imkandan istifadə etməklə özünün milli iqtisadi təhlükəsizliyin təmin edilməsi istiqamətində ciddi və cəsarətli addım atmış olur.

İqtisadi təhlükəsizlik fonunda iqtisadiyyatın rəqabət qabiliyətinin yükəldilməsi istiqamətində dövlət və qeyri-dövlət strukturları tərəfindən fasiləsiz tədbirlər görülür. Bu münasibətdə əsas rolu əlbəttə ki dövlət və onun beynəlxalq əlaqələri oynayır. Azərbaycan Respubliası öz iqtisadi siyasətini bu istiqamətdə qurur. İqtisadiyyatın inkişafı, yüksək keyfiyyətli istehsal sahələrinin formalaşması naminə ölkəyə investisiya yatırılmasına şərait yaradılır. Bununçün ölkəmiz bir çox beynəlxalq təşkilatlarda çoxlu sayda xarici dövlətlərlə birlikdə təmsil olunur.

Təhlil göstərir ki, qloballaşma şəraitində formalaşan milli iqtisadiyyat tədricən açıq iqtisadiyyata çevrilir. Açıq iqtisadiyyat şəraitində onun səmərəli fəaliyyətinin təmin edilməsi əhəmiyyətli dərəcədə onun beynəlxalq rəqabət qabiliyyətliliyi və ölkədə həyata keçirilən xarici iqtisadi siyasətin keyfiyyəti ilə birbaşa bağlı olur. Beləliklə, milli rəqabət qabiliyyətliliyi son dərəcədə iqtisadi, sosial, siyasi, daxili, xarici və s. amillərlə şərtlənir.
NƏTİCƏ VƏ TƏKLİFLƏR

Tədqiqat göstərir ki, elmi-texniki tərəqqinin indiki mərhələsində dövlətlər arasında iqtisadi əlaqələrin yeni və mütərəqqi formaları yaranmış və bu faktor nəticə etibarı ilə istehsalın beynəlmiləlləşməsini, inteqrasiyasını sürətləndirmişdir. Belə vəziyyət bir dövlətin başqa dövlətin hesabına öz iqtisadiyyatını inkişaf etdirmək meylini artırır. Ölkənin iqtisadi təhlükəsizliyini təşkil və etmək problemi də məhz bu zaman meydana çıxır. Ölkənin iqtisadi təhlükəsizliyini təmini üçün istər xarici-iqtisadi sosial, istərsə də daxili sosial-iqtisadi təhlükəni müəyyən edib aradan qaldırmaq məsələsi daim aktual olsa da, əsas həll edilməsi zəruri olan tədbirlər sistemi bütün bu nəzərdə tutulan daxili və xarici fəaliyyətin hüquqi bazasının yaradılmasıdır. Aydırdır ki, bazar iqtisadiyyatı şəraitində dövlətin iqtisadiyyata müdaxiləsi qaçılmazdır. Bu müdaxiləni dövlət müxtəlif normativ hüquqi aktlarla təmin edir. Azərbaycan Respublikasının sənayecə inkişaf etmiş ölkələrin xammal-yanacaq əlavəsi kimi formalaşması meylinin artması, Azərbaycan Respublikasının ixrac etdiyi məhsulların çox hissəsinin daha çox xam neftin payına düşməsi kimi amillər təəsüf ki bütün bunlar Azərbaycanın iqtisadiyyatına mühüm təhlükə törədə bilən amillərdəndir. Sadalanan təhlükə tərkibli amillər dövlətin əsas hüquqi tənzimləmə mexanizmini əsaslı şəkildə formalaşdırmasını şərtləndirir. Buna görə də dövlətimizin məqsədli şəkildə bunun qarşısını almaq üçün bir çox hüquqi tədbirlər görməlidir. Görüləcək tədbirlərə aşağıdakıları aid etmək olar:

Təbii resurslardan səmərəli istifadə edilməsi, xüsusilə ona nəzarətin gücləndirilməsinin əsas hüquqi bazasının yaradılması;

Yanacaq- xammal resurslarının hasilatı, eləcə də emalı sahəsində modernləşdirmə siyasətinin işlənib hazırlanması ilə həyata keçirilməsi istiqamətindəki fəaliyyətin hüquqi aspektdən tənzimlənməsi;

Rəqabət qabiliyyətli texnologiyaya keçilməsinə hüquq pozuntularının qarşısının alınması tədbirlərinin işlənib hazırlanması;

Ölkənin resurs potensialından maksimum dərəcədə səmərəli istifadəsini stimullaşdıran fəaliyyətin hüquqi təminatı

İdxaldan asılılığın azadılması istiqamətində hüquqi normativ aktların qəbul edilməsi

Dünya bazarına rəqabətə davamlı əmtəə istehsal edərək çıxaran istehsal sahəsinə kömək olunması məqsədli son məhsul istehsalının da xüsusi çəkisinin artırılması istiqamətində dövlətin hüquqi tənzimləmə mexanizmlərinin modernləşdirilməsi

Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyində daha çox daxili sosial və iqtisadi təhlükə dövlətin iqtisadiyyatının strukturunun formalaşmasında xüsusi çəki təşkil edən əsas göstəricilərin hansı formada olmasından daha çox asılıdır. Aydındır ki, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin təmin edilməsinin əsas bazası hər bir ölkənin malik olduğu təbii resurslar balansıdır. Bu resurslar qiymətləndirilərkən nəinki onların mövcud vəziyyəti, həm də yaxın vaxtlarda texniki-texnoloji irəliləyişlərinin təsiri altında dövriyyəyə daxil oluna bilən resurslar, habelə onların səmərəli istifadə imkanları nəzərə alınaraq qiymətləndirilməlidir. Lakin bəzən resursların kifayət qədər olması iqtisadi inkişaf dinamikasına və xalqın həyat səviyyəsinə neqativ təsir göstərir. Başqa sözlə, “Holland sindromu”nun baş verməməsi üçün iqtisadi inkişafın çox vektorlu (istiqamətli) inkişafına çalışmaq lazımdır. Bu istiqamətdə əsas tənzimləyici rolunda dövlət çıxış edir. Müvafiq sahələrə uyğun hüquqi normalar müəyyən edərək iqtisadiyyatın hər tərəfli inkişafını hədəf götürür. Təbii resursların reallaşdırılması nəticəsində əldə olunan gəlirlərin milli iqtisadilyyatın davamlı və dinamik inkişafının təmin edilməsinə və bütünlükdə onun rəqabət qabiliyyətinin artırılmasında insan amili müstəsna əhəmiyyətə malikdir. Buna görə də insanların əmək fəaliyyətinin tənzimlənməsinin hüquqi bazasının formalaşdırılması dolayısı ilə iqtisadi inkişafda müsbət nəticələrə zəmin yaradır.

Qloballaşma şəraitində milli iqtisadiyyatda təkrar istehsal prosesinin dinamikliyinin artırılması onun dünya təsərrüfat sistemində həyata keçirilən təkrar istehsalda vahid bir həlqədə reallaşdırılmasını tələb edir. Odur ki, innovasiyaya əsaslanan davamlı inkişaf modelinə keçidi qarşısına məqsəd qoyan Azərbaycan özünün iqtisadi təhlükəsizlik strategiyasını bu prinsiplər əsasında milli

İqtisadiyyatın rəqabət qabiliyyətliliyini təmin etmək üçün müvafiq istiqamətdə strategiya formalaşdırmalıdır. Transformasiya dövründə ölkəmizdə sabit davamlı inkişafı təmin etmək üçün dövlət nəticəli struktur siyasət hazırlanmalı və həyata keçirilməlidir. Bu məqsədlə ölkənin milli iqtisadiyyatının, eləcə də onun tərkib hissələrinin strukturlaşdırılması sahəsində bir çox meyarlara görə bütün səviyyələrdə təsərrüfat sistemlərinin əsaslı inkişafının amillər üzrə təhlili aparılmalı, İqtisadi təhükəsizliyin təmini məqsədilə iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasına yönəlik tədbirlərin həyata keçirilməsi və ona nəzarət məqsədilə müvafiq normativ hüquqi aktlar davamlı təkmilləşdirilməlidir. Bu sahədə əsas məsuliyyət müvafiq icra hakimiyyəti orqanlarının üzərinə düşür. Onlar davamlı iqtisadi inkişafa nail olmaq məqsədilə mütəmadi surətdə dünyada gedən prosesləri izləməli, sənayesində qabaqcıl texnologiyaların üstünlük təşkil etdiyi inkişaf etmiş ölkələrin müvafiq istiqamətdəki təcrübəsini öyrənməklə öz fəaliyyətlərini iqtisadi təhlükəsizlik fonunda milli təhlükəsizliyi təmin etmək istiqamətində qurmalıdırlar.

ƏDƏBİYYAT SİYAHISI

1.Azərbaycan Respublikasının Konstitusiyası, Bakı-1995

2. Xəlilova H.A., Milli ərzaq təhlükəsizliyi: bazar transformasiyaları və modernləşdirmə şəraiti, Bakı: “Mürtəcim”, 2005

3. Həsənov R.T., Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının bazar modelinin konseptual əsasları, Bakı: 1998, 343 s.

4. Bərxudarov Mənsur və Məmmədov Nüsrəddin, İqtisadi Təhlükəsizlik, Bakı: “İqtisad Universiteti” nəşriyyatı, 2006, 452 s.

5. Kərimli İ.A., Dünya iqtisadiyyatı: beynəlxalq ticarət, maliyyə və inkişaf, Bakı: “CBS”, 2006, 166 s.

6.İsayev S.Z. İnvestisiya fəaliyyətinin hüquqi tənzimlənməsi. Bakı, “İqtisad Universiteti” nəşriyyatı, 2011

7. Mirkişili T.F, Azərbaycanın xarici ticarət siyasəti: Reallıqlar və perspektivlər, Bakı: “İqtisad Universiteti” nəşriyyatı, 2004, 89 s.

8. N. Məmmədov “ Ölkənin iqtisadi təhlükəsizliyi “Bakı: “Elm”, 2009, 43 s.

9. A. Piriyev “ Siyasi strategiya və milli təhlükəsizlik “ 2008, 126

10.M.Y.Bərxudarov. Qloballaşma şəraitində “kiçik” ölkələrin iqtisadi məzmununun formalaşması və inkişafı haqqında “Qloballaşma prosesində Qafqaz və Orta Asiya” mövzusunda beynəlxalq konfransın materialları. Bakı. 2003

11. Azərbaycanın Statistik Göstəriciləri, Bakı, 2015

12. “Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanunu

13. Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər)

14. http://www.economy.gov.az/

15. http://www.azerbaijan.az/

16. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2003-2008-ci illər).

17. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”

18. http://e-qanun.az/

19. Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının dövlət proqramı 2002-2005-ci illər

20. 2. A.Ağayev “ Dövlət borcu və onun idarə edilməsi ““Bakı: 2013, 143 s.

21. В.С. Бaлaбaнoв, E.Н Бoрисeнкo. Прoдoвoльствeннaя Бeзoпaснoсть. Мeждунaрoдныe и внутрeнниe aспeкты. Мoсквa 2002

22. A.С. Филлипeнкo. Экoнoмичeскoe рaзвитиe. Цивилизaциoнный пoдxoд. 2001

23. В.Д. Щeтeнин. Экoнoмичeскaя диплoмaтия. Мoсквa 2001

24. В. Сeнчaгoв. Экoнoмичeскaя бeзoпaснoсть кaк oснoвa oбeспeчeния нaциoнaльнoй бeзoпaснoсти. Вoпрoсы экoнoмики. 2001 №8

25. Л. Aбaлкин. Мaкрoaспeкты экoнoмичeскoй бeзoпaснoсти: фaктoры, критeрии и пoкaзaтeли. Вoпрoсы экoнoмики. 1994 №12

26. Гaджиeв Ш.Г., Aзeрбaйджaн нa пути к мирoвoму сooбщeству: стрaтeгия 93 внeшнeэкoнoмичeскoгo рaзвития, Киeв, 2000, 503 с.

27. Экoнoмикa стрaн сoдружeствa в услoвияx глoбaлизaции и итoги рaзвития экoнoмики стрaн члeнoв СНГ в 2001 гoду. Вoпрoсы экoнoмики. 2002 №3

28. С. Глинкинa. O трaнсфoрмaции экoнoмичeскoй систeмы в стрaнax цeнтрaльнoй и вoстoчнoй Eврoпы. Oбщeствo и экoнoмикa. 2002 №5

29. Гoсудaрствeннoe рeгулирoвaниe экoнoмики. Пoд рeдaкциeй Т. Мoрoзoвa. Мoсквa 2002

30. В. Oбoлeнскaя Глoбaлизaция экoнoмики и Рoссия. MИMO. 2000 №3 Тeoрия пeрexoднoй экoнoмики. Мoсквa 2000. II чaсть.

31. Кирeeв A., Мeждунaрoднaя экoнoмикa: Движeниe тoвaрoв и фaктoрoв прoизвoдствa, Мoсквa: «Мeждунaрoдныe oтнoшeния», 2000, 415 с.

32. Линдeрт П.X., Экoнoмикa мирoxoзяйствeнныx связeй, Мoсквa: «Прoгрeс», 1992, 520 с.

33. Лoмaкин В.К., Мирoвaя экoнoмикa, Мoсквa, 2000, 727

34.Пaнъкoв. экoнoмичeскaя бeзoпaснoсть : мeжxoзяйствeнный и внутрeний aспeкт.// Внeшнeэкoнoмичeскиe связи. 1992.

AННOТAЦИЯ

Тeoрeтичeскиe и мeтoдoлoгичeскиe aспeкты экoнoмичeскoй бeзoпaснoсти были исслeдoвaны в диссeртaции.

Ввoднaя чaсть диссeртaции включaeт в сeбя цeли и зaдaчи, мeтoдoлoгия исслeдoвaния, исслeдoвaния Aктуaльнoсть, нaучнaя и прaктичeскaя знaчимoсть диссeртaции.

В 1-й глaвe рaссмaтривaются тeoрeтикo-мeтoдoлoгичeскиx oснoв экoнoмичeскoй бeзoпaснoсти и с истoчникaми экoнoмичeскoй прaвa.

В 2-й глaвe рaссмaтривaются прoблeмы, вoзникaющиe в oблaсти кoнкурeнтныx экoнoмичeскиx систeм и пути иx рeшeния.

В 3-й глaвe дaют путь для oбeспeчeния экoнoмичeскoй бeзoпaснoсти и мoдeрнизaции экoнoмичeскoй систeм бeзoпaснoсти.

В зaключeниe oпрeдeлeнныe нaпрaвлeния и прeдлoжeния были дaны для рeгулирoвaния и сoвeршeнствoвaния экoнoмичeскoй бeзoпaснoсти.

ANNOTATION

The theoretical and methodological aspects of economic security have been investigated in the thesis.

The introductory part of the thesis includes the goals and objectives, research methodology, research actuality, scientific and practical importance of the thesis.

In 1st Chapter deals with the theoretical-methodological basis of economic security and with the sources of economic law.

In 2nd Chapter deals with the problems emerging in the field competitive economic systems and ways of their solution.

In 3rd Chapter give the way for the ensuring economic security and upgrade economic security sytems.

In conclusion certain directions and suggestions has been given for the regulation and improvement of economic security.


REFERAT


Mövzunun aktuallığı. Qloballaşma şəraitində hər bir müstəqil dövlətin həll etməli olduğu əsas məsələ iqtisadi təhlükəsizlikdir. Müasir dünyada baş verən iqtisadi böhranlar inteqrasiya şəraitində yeni müstəqillik əldə etmiş dövlətləri xarici ölkələrdən asılı vəziyyətə salır. Azərbaycan Respublikası da dünya iqtisadiyyatının tam hüquqlu üzvü kimi sistemin oyun qaydaları çərçivəsində milli maraqları təmin etmək üçün müxtəlif strategiyalar reallaşdırmaqla qısa və eləcə də uzunmüddətli dividendlər əldə etməyə çalışır. Müasir beynəlxalq münasibətlərə nəzəri aspektdən yanaşdıqda, heç şübhəsiz, kiçik dövlətlər üçün milli təhlükəsizlik sistemlərində əsas vektorial istiqamət kimi məhz iqtisadi təhlükəsizliyin təminatı məsələlərinin daha qabarıq şəkildə önə çıxdığını görə bilərik. İqtisadi təhlükəsizlik dövlətin dünyanın iqtisadiyyatına və dünyaya inteqrasiya şəraitində həmin ölkənin bütün iqtisadiyyatına qarşı yönəlmiş daxili, eləcə də xarici amillərinvə təhdidlərin mənfi təsirlərini minimuma endirmək, yaxud da neytrallaşdırmağı, bu istiqamətdə həyata keçirilən tədbirlər kompleksi sistemini nəzərdə tutur. Respublikamızın mövcud geosiyasi və eləcə də geoiqtisadi situasiyası bizim üçün iqtisadi təhlükəsizliyi təmin edən bütün istiqamətlərin koordinasiyalı şəkildə təmin edilməsi zərurətini ali məqsəd kimi prioritetləşdirməyə sövq edir. Məhz bu mənada iqtisadi təhlükəsizliyi təmin edən strurktur elementlərinin səmərəli fəaliyyətinin hüquqi bazasını yaratmaq, eləcə də mövcud hüquqi bazanın dünyada gedən qloballaşma proseslərinə uyğun formada təkmilləşdirmək zərurəti yaranır.Tədqiqatın predmet və obyekti. Davamlı iqtisadi inkişafa nail olmaq iqtisadi təhlükəsizlik fonunda iqtisadiyyatın rəqabət qabiliyyətini təmin edə biləcək sahələrin inkişaf mexanizlərini müəyyən etməkdən keçir. Belə ki, dövlət idarəetməsi ilə bağlı həyata keçirilən fəaliyyətin iqtisadi təhlükəsizliyin təmin olunmasında əsas cəhətləri səmərəli, sosial yönümlü bazar iqtisadiyyatının qurulması istiqamətində iqtisadi siyasətin həyata keçirilməsi, ölkənin milli iqtisadi resurslarından səmərəli istifadəyə nəzarətin həyata keçirilməsi, dövlət, sahibkar, ayrı-ayrı vətəndaşlar, bütövlükdə cəmiyyətdə sağlam rəqabət prinsipləri əsasında sosial-iqtisadi münasibətlərin, əməkdaşlığın təmin olunmasından ibarətdir. Dünya iqtisadiyyatının qloballaşması şəraitində iqtisadi təhlükəsizlik fonunda davamlı iqtisadi inkişafı təmin edən özəl və ya dövlət təsisatlarının fəaliyyətinin hüquqi mexanizmlərini müəyyən etmək, eləcə də ümumilikdə iqtisadiyyatın hüquqi tənzimlənməsini həyata keçirmək əsas prioritet istiqamətlərdəndir.

Tədqiqatın əsas məqsəd və vəzifələri. Dissertasiya işinin əsas məqsədi qloballaşma şəraitində iqtisadi təhülkəsizliyin təmini məqsədilə Azərbaycan Respublikasının iqtisadiyyatının inkişafının yeni istiqamətlərini müəyyənləşdirmək yönündə daxili istehsalın stimullaşdırılmasına, iqtisadi inkişafının təmin edilməsinin hüquqi əsası kimi dövlət proqramlarının yeri və rolunu müəyyənləşdirməyinə, iqtisadiyyatının qlobal beynəlxalq iqtisadi mühitə inteqrasiyası etdiyi bir şəraitdə iqtisadiyyatın rəqabət qabiliyyətini müəyyən edən tədbirlər planının hüquqi təminatının əsaslarına dair təkliflərin irəli sürülməsindən ibarətdir.Qloballaşma şəraitində iqtisadi təhlükəsizliyin təmin edilməsində iqtisadiyyatının strukturu, onun rəqabət qabiliyyətinin artırılması, iqtisadi təhlükəsizlik strategiyasının təmin olunmasında dövlət strukturlarının fəaliyyətinin hüquqi əsaslarının səmərəsini müəyyənləşdirməkdir.



Tədqiqatın informasiya bazası və işlənməsi metodları. Dissertasiya işində iqtisadi-statistik, müqayisəli təhlil, o cümlədən dinamika, analiz, sintez, eləcə də müşahidə və başqa digər üsullardan istifadə olunmuşdur. Tədqiqatın informasiya bazasını Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Statistika Komitəsinin, İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin hesabat və məlumatları, həmçinin elmi məqalələr və iqtisadi ədəbiyyatlar təşkil etmişdir.Dissertasiya işinin elmi yeniliyi və praktik əhəmiyyəti. İqtisadi təhlükəsizlik fonunda iqtisadiyyatın rəqabət qabiliyyətinin təmin olunmasına yönəlmiş dövlət tənzimlənməsinin və bu istiqamətdə dövlətin iqtisadi siyasətinin hüquqi təminatının müasir tələblərə uyğun təkmilləşdirilməsinin zəruriliyi əsaslandırır.

Dissertasiya işinin strukturu. Tədqiqatın birinci fəsli “iqtisadi təhlükəsizlik və onun nəzəri metodoloji aspektləri” adlanır. Bu fəsildə iqtisadi təhlükəsizlik anlayışının ümumi xarakteristikası araşdırılmış, onun mahiyyəti, məzmunu, keyfiyyət və kəmiyyət xüsusiyyətlərini ifadə edən göstəricilər tədqiq edilmiş və onu zəruri edən amillər müəyyən edilmişdir. İkinci fəsildə Azərbaycan Respublikasinin iqtisadi təhlükəsizliyi fonunda iqtisadiyyatin rəqabətqabiliyyətinin təmin edilməsinin vacibliyi araşdırılmış, milli iqtisadiyyatın davamlı inkişafı üçün daxili istehsalın stimullaşdırılmasının zəruriliyi müəyyənləşdirilmiş və bu istiqamətdə struktur elementlərinin fəaliyyətində hüquqi menanizmlərinin vacibliyi qənaətinə gəlinmişdir. Üçüncü fəsil tədqiqatın araşdırılmasının Azərbaycan Respublikasının iqtisadi təhlükəsizlik sisteminin fəaliyyətinin hüquqi təminatinin təkmilləşdirilməsi istiqamətləri yönündə aparılmış və milli iqtisadiyyatın, həmçinin iqtisadi təhlükəsizliyin formalaşması və inkişafı ilə əlaqədar mövcud hüquqi bazanın təsir imkanları araşdırılmış, Azərbaycan Respublikasının iqtisadi dayaqlarını təmin edəcək resurs potensialının müəyyən edilməsi və ona investisiya qoyuluşunun gələcək perspektivləri əsaslandırılnışdır.
Yüklə 436,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə