|
Dövlət qulluğuna qəbul üzrə keçirilən müsabiqələrin müsahibə mərhələsində, habelə ümumi müsahibə və daxili müsahibə zamanı namizədlərə dünyagörüşü ilə bağlı verilən ən tipikİşğal olunmuş ərazilərimizlə bağlı BMT-nin Təhlükəsizlik Şurası
|
səhifə | 3/33 | tarix | 24.02.2022 | ölçüsü | 53,58 Kb. | | #84045 |
| Ümumi-dünyagörüşünə-dair-VƏSAİTİşğal olunmuş ərazilərimizlə bağlı BMT-nin Təhlükəsizlik Şurası hansı qətnamələri qəbul etmişdir?
Cavab: Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar BMT-nin Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir: 822(1993), 853(1993), 874(1993) və 884(1993) saylı qətnamələr. Qəbul edilmiş 4 qətnamənin hamısında insan hüquqlarının pozulması, xüsusilə çoxlu sayda Azərbaycan vətəndaşının öz yurd-yuvalarından köçürülməsi də daxil olmaqla, mülki vətəndaşlara qarşı hücum və məskunlaşmış ərazilərin bombalanması faktına istinad edilmişdir.
2017-ci ildə ölkəmizdə hansı beynəlxalq səviyyəli idman yarışı keçirilmişdir?
Cavab: 12-22 may 2017-ci il tarixlərində ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir.
Azərbaycan Xalq Cumhuriyyəti Parlamenti nə zaman fəaliyyətə başlamışdır və Parlamentin sədr və sədrin birinci müavini kimlər seçilmişdir?
Cavab: Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin birinci iclası 7 dekabr 1918-ci il tarixində keçirilmişdir və Parlamentin sədri Əlimərdanbəy Topçubaşov, sədrin birinci müavini isə Həsənbəy Ağayev seçilmişdir.
Dostları ilə paylaş: |
|
|