Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   42   43   44   45   46   47   48   49   ...   69

var.  Mən  Somalidənəm.  Mən...  mən...”  -  dedim.  Belə 
izaholunmaz sirri zəif ingilis dilimlə ifadə etmək çox çətin idi. 
“Mən sünnət olunmuşam”. 
Həkim  cümləmi  bitirməyə  belə  imkan  vermədən:  “Get 
paltarını  dəyiş.  Səni  müayinə  etməliyəm”,  -  dedi.  Üzümdəki 
qorxu  və  həyəcan  ifadəsini  görüb  tibb  bacısını  səslədi.  Tibb 
bacısı  mənə  xələt  verərək  paltarımı  dəyişmək  üçün  otağı 
göstərdi. 
Müayinə  otağına  qayıdanda beynimdə düşdüyüm vəziyyəti 
götür-qoy  edirdim.  Somali  kimi  bir  ölkədən  olan  qız  yad  bir 
ölkədə  qıçlarını  aralayıb  ağdərili  bir  kişiyə  göstərəcək... 
xəcalətimdən ölürdüm... Həkim qıçlarımı aralamağa çalışaraq: 
“Rahat  ol.  Utanma,  mən  həkiməm.  Bax  tibb  bacısı  da 
buradadır”,  -  dedi.  Boynumu  uzadaraq  barmağını  tuşladığı 
istiqamətə baxdım. Tibb bacısı təskinedici bir tərzdə gülümsədi 
və  nəhayət,  sakitləşib  həkimin  baxa  bilməsi  üçün  şərait 
yaratdım.  Özümü  başqa  şeylər  haqda  fikirləşməyə  məcbur 
etdim,  guya  orada  deyildim,  səhrada  gözəl  bir  gündə 
keçilərində dolaşırdım. 
Müayinə  başa  çatdıqdan  sonra  o,  tibb  bacısından 
xəstəxanada  Somali  dilində  bilən  adam  olub-olmadığını 
soruşdu.  Tibb  bacısı  birinci  mərtəbədə  bir  qadını  tanıdığını 
dedi.  Lakin  qayıdanda  o,  qadın  əvəzinə  somalili  bir  kişi  ilə 
qayıtdı, qadını tapa bilməmişdi. Mənsə onu görüb fikirləşdim: 
“Oh,  əla,  bəxtə  bir  bax.  Belə  bir  mövzuda  kişi  ilə  necə 
danışacağam? Ayıb olmazmı?” 
Həkim  Makre  dedi:  “Ona  izah  et  ki,  onda  axıntı  üçün  çox 
balaca bir yer saxlayıblar. Açığı, çox təəccüblüdür ki, bu vaxta 
kimi  necə  sağ  qalıb.  Təcili  əməliyyat  etməliyik”.  Bu  söhbət 
downloaded from KitabYurdu.org


175 
 
somalili  kişinin  xoşuna  gəlməmişdi.  O,  dodaqlarını  çeynəyə- 
çeynəyə  gözlərini  həkimə  zilləmişdi.  İngilis  dilində  oradan- 
buradan  başa  düşdüyümdən  və  somalili  kişinin  üzündəki 
ifadədən söhbətin yaxşı getmədiyini anladım. 
O, mənə çevrilərək dedi: 
- İstəsən  onlar  əməliyyat  edib  deşiyi  aça  bilərlər.  Amma 
bilirsənmi  ki,  bu,  adətlərimizə  ziddir?Ailənin  bundan  xəbəri 
varmı? 
-  Düzünü desəm, yox. 
-  Sən kiminlə yaşayırsan? 
-  Xalam və dayımla. 
-  Bəs onların necə, bundan xəbərləri var? 
-Yox. 
- Aydındır, amma bunu əvvəlcə onlarla müzakirə etməlisən. 
Başımı  yellədə-yellədə  fikirləşdim:  “Tipik  Afrika  kişisinin 
cavabı elə belə də olmalı idi. Məsləhətinə görə sağ ol, qardaş!” 
Sanki  həkimin  dediklərini  tərcümə  etməyə  deyil,  güclə 
topladığım cəsarəti əlimdən almağa çağırılmışdı. 
Həkim  Makre  əməliyyat  üçün  başqa  bir  vaxt  təyin  etməli 
olduğumu  əlavə  etdi.  Sonra  başa  düşdüm  ki,  bunu  edə 
bilmərəm.  Çünki  xalam  başa  düşəcəkdi.  “Bəli.  Mütləq  zəng 
vurub vaxt təyin edəcəyəm”, - həkimə dedim. Əlbəttə ki, bir il 
keçdi, amma yenə də zəng etmədim. 
Xalamgil  Somaliyə  qayıtdıqdan  sonra  ilk  fürsətdə  zəng 
vurub  vaxt  təyin  etdim.  Lakin  bu  dəfə  də  iki  ay  gözləməli 
oldum.  Bu  iki  ay  ərzində  sünnət  ağrılarını  yenidən 
yaşayacağımı,  əməliyyatın  da  bir  o  qədər  ağrılı  olacağını 
fikirləşib  qorxmağa  başladım  və  o  əzabları  bir  də  təkrarən 
çəkmək  istəmədim.  Təyin  etdiyim  gün  çatanda,  sadəcə, 
downloaded from KitabYurdu.org


getmədim və bir də vaxt təyin etmədim. 
İşləməyə başladığım vaxtda da aybaşı ilə bağlı problemlərim 
azalmamışdı. Hər ayın bir həftəsini aybaşı ağrılarına görə işdən 
qala bilməzdim. Heç kimə hiss etdirmədən 
ağrılarla  mübarizə  aparmağa  çalışırdım,  amma  hamı  nəyinsə 
düz olmadığını başa düşürdü. Merlin halımın yaxşı olmadığını 
görəndə nə olduğunu soruşurdu. Bir dəfə ona Somalidən olan 
hər bir qız kimi, mənim də sünnət olunduğumu dedim. 
Lakin  Merlin  Londonda  böyüyüb  boya-başa  çatdığından 
nədən  danışdığımı  anlamadı.  “Varis,  bəlkə  mənə  göstərəsən? 
Sənin nə dediyini, doğrudan da, başa düşə bilmirəm. Onlar səni 
kəsiblər? Nəyi kəsiblər? Necə kəsiblər?” 
Nəhayət, bir gün tumanımı aşağı salıb ona göstərdim. Onun 
üzündəki  ifadəni  ömrüm  boyu  unutmayacağam.  Üzünü  tutub 
hönkür-hönkür  ağlamağa  başladı.  Onun  belə  hala  düşdüyünü 
görüb  fikirləşdim:  “Ay  Allah,  yəni,  doğrudan  da,  bu  qədər 
qorxuncdur?” Ağzından çıxan ilk kəlmə bu oldu: 

Varis, sən nəsə hiss edə bilirsən? 

Nəyi nəzərdə tutursan? 
O, başını yellədərək: 
- Varis,  balaca  qız  olanda  necə  olduğun  yadındadır?  Onlar 
bunu etməzdən öncə? - soruşdu. 

Bəli. 
- Bax mən indi də elə eləyəm, amma sən yox. 
Ondan sonra heç bir şübhəm qalmadı. Artıq bütün qızların 
mənim  kimi  sünnət  olunduqlarına  ümid  etməyim  mənasız  idi 
və  buradakı  qızlardan  fərqli  olduğuma  tamamilə  əmin  idim. 
Kiminsə  mənə  görə  məyus  olmasını  istəməzdim,  amma  tək 
qalmaq da dəhşət idi. 
downloaded from KitabYurdu.org


177 
 
- Deməli,  belə  bir  şey  nə  sənin,  nə  də  ananın  başına 
gəlməyib, hə? 
Yenə başını yelləyib ağlamağa başladı: 
- Varis,  bu  çox  dəhşətlidir.  İnana  bilmirəm  ki,  kimsə  bu 
qədər qəddar bir işlə məşğuldur. 
- Yaxşı, bəsdir, ağlama, onda özümü pis hiss edirəm. 
- Fikir  vermə,  əsəbimdən  ağlayıram.  Söz  tapa  bilmirəm. 
Hələ  də  inana  bilmirəm  ki,  dünyada  balaca  bir  qıza  qarşı  bu 
qədər dözülməz vəhşilik edən adamlar var. 
Bir  xeyli  sakitcə  oturduq.  Merlin  içini  çəkə-çəkə  hələ  də 
ağlayır,  mənsə  onu  məyus  etdiyimə  görə  üzünə  baxa 
bilmirdim. Sonra qərara gəldim ki, bu əzaba dözdüyüm bəsdir. 
- Hər  şey  cəhənnəm  olsun.  Sabah  o  həkimə  zəng  vurub 
əməliyyata  gedəcəyəm.  Ən  azı,  tualetdə  rahat  otura  bilərəm. 
Heç olmasa bunu ağrısız edə bilim. 
- Mən 
də 
səninlə 
gedəcəyəm, 
Varis. 
Səni 
tək 
qoymayacağam, söz verirəm. 
Merlin  həkimə  zəng  vurub  vaxt  təyin  etdi.  Bu  dəfə 
gözləməyim  bir  ay  çəkdi.  Bu  vaxt  ərzində  Merlindən  soruşa- 
soruşa  dururdum:  “Ay  qız,  əminsən  yanımda  olmaq 
istədiyinə?”  “Narahat  olma,  gələcəyəm.  Səni  tək  qoya 
bilmərəm”,  -  deyirdi.  Əməliyyat  günü  çatanda  Merlin  məni 
səhər tezdən oyatdı və biz xəstəxanaya getdik. Tibb bacısı məni 
otağa  apardı.  Əməliyyat  stolunu  görəndə  bir  anlıq  dönüb 
otaqdan  qaçmaq  istədim.  Bu,  təbii  ki,  səhradakı  “əməliyyat 
masam”  olan  o  daşdan  min  dəfə  yaxşı  idi,  amma  yenə  də 
əməliyyatın ağrısız olacağına ümidim az idi. Ağrı qorxusu ilə 
əməliyyat masasına çıxdım, həkim mənə anestezik verdi. Kaş o 
Cəllad  arvad  da  məni  kəsəndə  bundan  verəydi.  Yuxuya 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə