Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   50   51   52   53   54   55   56   57   ...   69

lakin nəticədən heç vaxt məmnun qalmamışam, o şəkillərdəki 
Varis  heç  vaxt  xoşuma  gəlməyib.  Əgər  sizə  Sindi  Krouford 
lazımdırsa,  Sindi  Kroufordu  da  çəkməlisiniz.  Onun  əvəzinə 
qaradərili bir qadına uzun bir parik qoyaraq, üzünə açıq rəngli 
kremlər  çəkib  qorxunc  bir  vəziyyətə  salaraq  Sindi  Krofordun 
qaradərili oxşarını yaratmaq nəyə lazımdır ki?! Qadındakı təbii 
gözəlliyi  qiymətləndirən  və  həmişə  bunun  axtarışında  olan 
fotoqraflarla işləməyi daha çox xoşlayırdım. 
Məşhurluğum  artdıqca  təkliflərin  də  sayı  artır  və  cədvəlim 
çəkilişqabağı  hazırlıqlarla,  nümayişlərlə,  çəkilişlərlə  dolurdu. 
Saat taxmağa ərindiyimdən bütün bunlann hamısını vaxtlı- 
vaxtında  edə  bilmək  çox  çətin  idi.  Manhettenin  göydələnləri 
arasında  kölgəmin  uzunluğuna  baxmaqla  vaxtı  təyin  edə 
bilmirdim.  Görüşlərə  gecikməyim  üzündən  tez-tez  pis 
vəziyyətə düşməyə başlamışdım. Həm də çox vaxt deyilənləri 
yalnış  başa  düşür  və  səhv  ünvanlara  gedirdim.  Agentliyim 
ünvanı  yazıb  verəndə  isə  rəqəmlərin  yerini  dəyişik  salırdım. 
Mənə  “725  Brodvey”  ünvanını  verirdilərsə,  mən  “527 
Brodvey” ünvanına gedir, adamların qəribə münasibətini başa 
düşə  bilmir  və  deyirdim  ki,  görəsən,  camaata  nə  olub... 
Londonda  da  oxşar  problemləri  yaşayırdım,  amma 
Nyu-Yorkda  iş  təkliflərim  çox  olduğu  üçün  bu  daha  tez-tez 
təkrarlanırdı.  Sonradan  başa  düşdüm  ki,  bu,  mənim  davamlı 
yaşadığım bir problemə çevrilib. 
Daha peşəkar və özümə güvənən model olduqca modelliyin 
ən  sevimli  bölməsində  yer  almağa  başladım:  podium 
modelliyində.  İldə  iki  dəfə  dizaynerlər  yeni  kolleksiyalarını 
nümayiş  etdirmək  üçün  təqdimatlar  təşkil  edirdilər.  Bu 
nümayişlər  iki  həftə  davam  etməklə  Milanda  başlayır,  sonra 
downloaded from KitabYurdu.org


207 
 
Parisdə, daha sonra Londonda davam edir və Nyu-Yorkda başa 
çatırdı.  Köçəri  həyat  tərzim  məni  daim  səyahətdə  olmağa 
hazırlamışdı:  iş  bitdikdən  sonra  mümkün  qədər  az  əşya  ilə 
həyatın  axarına  düşüb  daha  çox  xeyir  götürə  bilmək  üçün 
səyahət etmək. 
Milanda  yeni  nümayiş  mövsümü  başlayanda  model  olmaq 
istəyən və modelliklə əlaqəsi olan hər bir qadın, hər bir qız ora 
üz tutur. Şəhər birdən-birə qarışqa kimi qaynayan uca qamətli, 
mutant  qadınlarla  dolur.  Onlara  hər  tində,  hər  avtobus 
dayanacağında,  hər  kafedə  rast  gəlmək  mümkündür.  Budur, 
birini  görürəm.  Bax  orada  da  biri  var.  Onlan  başqalanndan 
asanlıqla fərqləndirmək mümkündür. Bəziləri çox səmimi olub 
salamlaşır,  bəziləri  bir-birilərini,  sadəcə,  başdan-ayağa 
süzürlər. Bəziləri bir-birini tanıyır, bəziləri isə şəhərə ilk dəfə 
tək  gəldiklərindən  ətrafa  ürkək-ürkək  baxırdılar.  Bəziləri 
asanlıqla  uyğunlaşır,  bəziləri  yox.  Onların  xarakterləri  də 
görünüşləri  kimi  müxtəlif  olur.  Kimsə  deyirsə  ki,  modellər 
arasında paxıllıq yoxdur, bu, ağ yalandır. Paxıllıq həmişə olub 
və olacaq da. 
Agentliklər  vaxt  təyin  edir,  modellər  isə  nümayişlərdə  yer 
ala bilmək, çəkilişlərə qatıla bilmək üçün Milanda ora-bura 
qaçırdılar.  Bu  vaxt  artıq  anlayırsan  ki,  modellik  yalnız 
qlamurluq deyil. Əsla! Modelin gün ərzində yeddi, on, on bir 
çəkilişi  ola  bilər  və  bu,  olduqca  çətin  peşədir.  Bütün  gün 
seçimlərə çata bilmək üçün qaçaqaçda olursan, yemək yeməyə 
belə  vaxtın  qalmır,  bir  çəkilişdə  olduğun  vaxtda  digər  iki 
çəkilişə  gecikirsən.  Növbəti  çəkilişə  qaçıb  özünü  çatdıranda 
səndən  qabaq  növbədə  təxminən  otuz  qız  olur  və  bilirsən  ki, 
onların hər biri sırada səndən əvvəldir! Növbə sənə çatanda isə 
downloaded from KitabYurdu.org


şəkillərin  olan  albomu  təqdim  edirsən  və  əgər  müştəri 
şəkillərini bəyənirsə, yerişini yoxlamaq istəyir, əgər bu dəfə də 
xoşuna  gəlsən,  səni  hansısa  bir  geyimdə  görmək  istəyir. 
Beləcə, seçim başa çatır. “Təşəkkür edirik. Növbəti!” 
Seçilib-seçilmədiyini  dərhal  bilmirsən,  amma  bu  barədə 
fikirləşməyə, narahat olmağa vaxtın belə qalmır, çünki növbəti 
seçimə  gecikirsən.  Əgər  onları  maraqlandıra  bilmisənsə, 
agentliyinlə  əlaqə  saxlayıb  görüş  təyin  edirlər.  Bu  müddətdə, 
yaxşı  olar  ki,  iş  haqda  heç  nə  fikirləşməyəsən,  yoxsa, 
həqiqətən,  istədiyin  işin  əlindən  çıxmasına  görə,  yaxud  da 
sevimli dizaynerin tərəfindən rədd edildiyinə görə çox məyus 
ola 
bilərsən.  Fikirləşməyə  başlasan  ki,  “Görəsən,  keçdim? 
Görəsən, keçəcəyəm? Niyə keçmədim ki?” əsəblərini tamamilə 
korlaya  bilərsən.  Bu  fikirlərin  səni  yormasına  imkan  versən, 
tezliklə  əsəb  xəstəsi  ola  bilərsən.  Nəticə  etibarilə  anlamaq 
lazımdır  ki,  seçim  prosesi  çox  vaxt  məyusedici  olur. 
Karyeramın  ilk  pillələrində  mən  də  narahat  olurdum  ki,  niyə 
seçilmədim? Lənət olsun, axı mən bu işi çox istəyirdim! Lakin 
sonra bu biznesdə olmaq üçün bir devizlə yaşamağı öyrəndim: 
C’est  la  vie!i3  Nə  edə  bilərəm,  sadəcə,  alınmadı.  Onlar  səni 
bəyənmədilər,  bu  qədər  sadə.  Bu,  sənin  günahın  deyil.  Onlar 
yeddi  fut  hündürlükdə,  səksən  funti4  çəkidə,  sarışın  saçlı 
model axtarırdılarsa, bu, sən olmamalıydın, Varis. Fikir eləmə, 
ay qız! 
İş  təklifi  alırsansa,  nümayişdə  geyinəcəyin  paltarları 
yoxlayırsan.  Hər  gün  hazırlıqlar  gedir,  sən  isə  yorulursan, 
həyəcandan  gecələr  yaxşı  yata  bilmirsən,  yeməyini  vaxtlı- 
vaxtmda  yeməyə  vaxtın  olmur.  Yorğun  və  anq  görünürsən. 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə