Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   52   53   54   55   56   57   58   59   ...   69

Sənin kimi adamlarla işləyə bilmirəm”. O hətta Nyu-Yorkdakı 
agentliyimə  zəng  vuraraq  ağıldankəm  olduğumu,  heç  bir  iş 
görmədiyimi deyərək şikayət də etmişdi. Mənim kimi, onlar da 
bu söhbətə məəttəl qalmışdılar. 
Bu  rəssam  cansıxıcı  və  bədbin  qadın  idi.  Həyatda  bəxti 
gətirməmişdi, nə əri, nə dostları, nə də sevməyə bir kəsi var idi. 
Və  başqa  maraqlı  heç  nə  olmadığından  bütün  həyatını, 
sevgisini,  ehtirasını  bu  işə  həsr  etmişdi.  Hirsini  isə  mənim 
üstümə tökürdü. Əminəm ki, onun hədəfinə tuş gələnlər 
arasında  nə  birinci,  nə  də  axırıncı  idim.  Bir  neçə  gün  belə 
davam  etdikdən  sonra  ondan  zəhləm  getməyə  başladı.  Ona 
baxır  və  fikirləşirdim:  “Buna  iki  şey  edə  bilərəm:  ya  onun 
üzünə  yağlı  bir  şillə  vurar,  ya  da  gülümsəyib  heç  nə  deməyə 
bilərəm. Ən yaxşısı heç nə deməməkdir...” 
Ən pisi də bu idi ki, qadın, əsasən, işə yeni başlayan gənc 
qızlara ilişirdi. Çox vaxt bu qızlar Oklahomadan, Corciyadan, 
Şimali Dakotadan Nyu-Yorka, Fransaya, İtaliyaya təkcə uçub 
gəlir və bir nəticə əldə etməyə çalışırlar. Çox vaxt nə gəldikləri 
ölkəyə  bələd  olur,  nə  də  dili  bilirdilər.  Çox  sadəlövh 
olduqlarından  onları  ələ  almaq  da  asandır.  Rədd  cavabına 
dözmür və tez də ruhdan düşürlər. Hələ kifayət qədər təcrübəli, 
güclü  və  çoxbilmiş  olmadıqlarından  rədd  edilərkən  bunda 
günahkar  olmadıqlarını  başa  düşə  bilmir,  evə  göz  yaşları 
içində, sarsılmış və hirsli dönürlər. 
Bu  biznesdə  xeyli  fırıldaqçılar,  dələduzlar  da  var.  Model 
olmağı ürəkdən arzulayan gənc qızlar bəzən bu fırıldaqçıların 
caynağına keçir və onların saxta agentlikləri albom hazırlamaq 
üçün külli miqdarda pul tələb edir. Harold Vilerlə görüşdükdən 
sonra mən özüm də bu cür fırıldağın qurbanı olduğumdan belə 
downloaded from KitabYurdu.org


213 
 
hallar məni həddindən çox hiddətləndirir. Kimsə model olmaq 
istəyirsə,  bunu  pul  qazanmaq  üçün  edir,  pul  xərcləmək  üçün 
yox.  Model  yalnız  agentliklərə  getmək  üçün  yolpulu 
xərcləməlidir. Nömrələri məlumat kitabçasından götürüb zəng 
vurursan,  görüş  vaxtı  təyin  edirsən.  Agentlik  dərhal  sənin 
ödənişlərin  barədə  danışmağa  başlayırsa,  o  agentlikdən 
bacardıqca  uzaq  durmaq  lazımdır.  Agentlik  qanunidirsə, 
görünüşünüz  bəyənilibsə,  sizinlə  görüşmək  üçün  vaxtı 
dəqiqləşdirəcək  və  albom  hazırlamağa  kömək  edəcək.  Sonra 
isə  seçimlər  üçün  görüş  təyin  edəcək  və  keçə  bilsəniz, 
işləyəcəksiniz. 
Modellik  biznesində  hərdən  səninlə  işləyən  adam  xoş  təsir 
bağışlamırsa,  bəzən  də  iş  şəraiti  ürəkaçan  olmur.  Bir  dəfə 
çəkilişdə  öküz  də  olacağını  bildiyim  bir  layihəni  qəbul 
etmişdim.  Lakin  Nyu-Yorkdan  Los-Ancelesə  təyyarə  ilə, 
oradan  da  vertolyotla  səhraya  uçanadək  öküzün  çəkilişdə  nə 
dərəcədə yer alacağından xəbərsiz idim. 
Tamamilə  təcrid  olunmuş  Kaliforniya  səhrasında  qara,  iti 
buynuzlu,  nəhəng  bir  öküz,  çəkiliş  qrupu  və  təkcə  mən  idim. 
Saçımı  düzəltdirib  qrimləndim  və  hazırlaşdım.  Hazırlıq 
bitdikdən sonra fotoqraf məni heyvanın yanma apardı və dedi: 

Satanla salamlaş. 
- Ohh,  salam,  Satan.  O  çox  gözəldir.  Ağlasığmazdır,  bəs 
təhlükəsizdir? 
- Hə,  əlbəttə.  Bu,  onun  sahibidir.  -  Fotoqraf  Satanın 
kəndirini  tutan  kişini  göstərdi.  -  O,  nə  etmək  lazım  olduğunu 
bilir. 
Fotoqraf işin gedişatım mənə izah etdi. Şəkil likör şüşəsinin 
üstünə  yapışdırılacaq  etiket  üçün  çəkilirdi.  Mən  isə  öküzün 
downloaded from KitabYurdu.org


üstündə  oturmalı  idim.  Çılpaq.  Sözsüz  ki,  eşitdiklərim  məni 
şoka  saldı,  çünki  ora  gedincəyədək  bundan  xəbərim  yox  idi. 
Lakin  bu  qədər  adamın  arasında  çaxnaşma  salmamaq  üçün 
fikirləşdim ki, öhdəsindən gələ bilərəm. 
Səhranın  dözülməz  istisində  burnundan  su  axan  öküzə 
yazığım  gəlirdi.  Dörd  ayağı  da  zəncirlə  qandallı  idi,  bu 
vəziyyətdə  o,  yerindən  tərpənə  bilmirdi.  Bu  nəhənglikdə 
heyvan 
fağır-fağır  boynunu  büküb  dayanmışdı.  Fotoqraf  əllərini  üst- 
üstə qoyub öküzün belinə çıxa bilim deyə pillə düzəltdi. Sonra 
əli  ilə  işarə  edib  dedi:  “Uzan.  Öküzün  belinə  üzüstə  uzan  və 
qıçlarını  arxaya  düz  uzat”.  Bütün  bu  vaxt  ərzində  isə  gözəl, 
seksi,  rahat  və  şən  görünməyə  çalışır  və  fikirləşirdim  ki,  bu 
heyvan  məni  belindən  atsa,  dərhal  öləcəyəm.  Birdən  çılpaq 
qarnımın  altında  onun  tüklü  beli  tərpəndi  və  mən  havada 
uçaraq  Mojave  səhrasını  gördüm,  sonra  isə  tappıltı  ilə  yerə 
düşdüm. 
-  Yaxşısan? 
- Hə, hə. - Özümü möhkəm aparmağa,  qorxduğumu onlara 
göstərməməyə  çalışırdım.  İstəmirdim  ki,  kimsə  Varis  Dirieni 
bir  öküzdən  qorxan  görsün.  -  Hə,  davam  edək.  Kömək  edin 
onun belinə çıxım. 
Mənə yerdən qalxmağa kömək etdilər, tozumu təmizlədilər 
və yenidən başladıq. Amma, deyəsən, öküz səhranın istisindən 
və bu prosesdən heç də həzz almırdı, məni iki dəfə də belindən 
tulladı! Öküz məni üçüncü dəfə tullayanda topuğum burxuldu 
və dərhal şişməyə, zoqquldamağa başladı. 
- Yaxşı,  çəkə  bildiniz?  -  yerdə  oturmuş  vəziyyətdə 
soruşdum. 
downloaded from KitabYurdu.org


215 
 

Eh, bir kadr da çəkə bilsəydik, lap əla olardı... 
Yaxşı ki, bu öküz çəkilişləri çap olunmadı. Hansısa 
səbəbdən o şəkildən heç vaxt istifadə etmədilər, mən isə buna 
sevindim.  Bir  dəstə  yaşlı  kişinin  oturub  likör  içərək  çılpaq 
dalıma baxması fikri məni olduqca məyus edirdi. Bu çəkilişdən 
sonra bir daha çılpaq çəkilişlərə getməyəcəyimə qərar verdim, 
çünki  bu  iş  qətiyyən  xoşuma  gəlmirdi.  Bunun  əvəzində 
ödənilən  pul  o  qədər  adamın  arasında  özünü  aciz,  qəribə  və 
alçalmış hiss etməyinə dəymir. Bütün çəkiliş ərzində fasilənin 
çatacağmı  gözləyir,  fasilə  olan  kimi  qaçıb  dəsmala 
bürünürdüm... 
Düzdür, öküzlə bağlı hadisə çəkilişlərim arasında ən pisi idi, 
amma  modelliklə  məşğul  olduğum  digər  vaxtlarda  peşəmi 
sevirdim, bu ən əyləncəli sahədir. Terens Donovan məni Basa 
aparıb  kamera  qarşısında  saxlayaraq  şəklimi  çəkərkən  inana 
bilmirdim  ki,  kimsə  mənə,  sadəcə,  görünüşümə  görə  pul 
verəcək.  Həqiqətən  də,  heç  vaxt  belə  kiçik  görünən  bir  işdən 
pul qazana biləcəyimə inanmırdım. Əksinə, bu biznes mənim 
nəzərimdə  axmaq  bir  oyuna  bənzəyirdi,  lakin  bu  işlə  məşğul 
olduğuma  görə  çox  xoşbəxtəm.  Bu  biznesdə  uğur  qazanmaq 
üçün  fürsət  əldə  etdiyimə  görə  Allahıma  minnətdaram,  çünki 
hər  qız  buna  nail  ola  bilmir.  Təəssüf  ki,  elə  qızlar  var  ki, 
həqiqətən, çox çalışırlar, lakin, sadəcə, bəxtləri gətirmir. 
Məhəmməd  dayının  qulluqçusu  işlədiyim  və  modelliyi 
yalnız  xəyal  etdiyim  o  günlərdə  cəsarətimi  toplayıb  İmandan 
necə  başlamaq  lazım  olduğunu  soruşduğum  o  vaxtları 
xatırlayıram.  On  il  sonra,  Nyu-Yorkda  “Revlon”un 
çəkilişlərində  olduğum  vaxt  qrimçi  otağa  girərək  İmanın 
üzbəüz  otaqda  özünün  yeni  kosmetika  reklamına  çəkilişlər 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə